Text
Elə insan bu dövrdə yoxdu
Əgər biri həqiqətən sizi önəmsəyirsə, gün ərzində necə hiss etdiyinizi yaxud vaxtınızın necə keçdiyini, hətta bir şeylər yeyib-yemədiyinizi soruşar, bunlarla maraqlanar. Məşğul olması filan bunları etmək üçün əngəl olmaz heç vaxt. Çünki kimsə sandığınız qədər məşğul deyil, sizə həqiqətən dəyər verən birinin hər zaman sizinlə maraqlanmaq üçün 5 dəqiqəsi vardır.
28 notes
·
View notes
Text
Bir tərəfdən baxıram, heç gülə bilmərəm dediyim andan sonra nə çox gülmüşəm. Digər tərəfdən, güldüyümü zənn edərkən nə çox incinmişəm.
0 notes
Text
İnsan qəbahəti olanda, əzizim, başına gələcəkləri lap uzaqdan sezə bilir; eynilə göydəki quşların, yaxınlaşan fırtınanı sezmələri kimi.
0 notes
Text
Yas periodudur mu, ya da kədər dalğası gələndə bədənin verdiyi reaksiyadır mı - bunu tibbi-elmi ədəbiyyatda necə adlandırırlar bilmirəm. Amma dəqiq bildiyim bir şey var: insan emosional olaraq çox yüklənəndə və neqativlə mübarizə apara bilməyəndə beyin qaçmaq üçün bədəni yuxuya göndərir. Çox kədərli insanlar çox yatır. Bəlkə də dirəşmədən bu periodu yaşamaq daha çox kömək edər, nəinki qaldıra bilməyəcək qədər yüklənmək.
Kədər hardan baxsan öldürür. Zehnini də, bədənini də.
9 notes
·
View notes
Text
Qarşısındakını gic yerinə qoyub xəyanət edənlər:)Yaxşı ki,o yerə qoyulanda tez ayıldım.
0 notes
Text
Mc donaldsa gedib çaxır istəmək kimidir bəzən,doğru zamanda yalnış məkan
0 notes
Text
eğer karşınızdaki kişi sizi gerçekten seviyor olsaydı dayanamazdı konuşurdu; o yüzden zamanınızı beklemekle harcamayın.
310 notes
·
View notes
Text
İndi şirin gəlir darıxmaq sənə,
Darıxmağın, dadı yoxdur, darıxma.
Mən ölüb getmişəm, mənim arxamca,
Darıxmağın, adı yoxdur, darıxma.
Darıxmaqdan titrəyəcək əllərin,
Ağrıyər gözlərin, saçında telin,
Üşüdər ruhunu, darıxmaq sənin,
Darıxmağın, odu yoxdur, darıxma.
Atdın bütün arzularımı suya,
Sən də unutacaqsan üç, beş aya,
Nə vaxtadək darıxacaqsan guya?
Darıxmağın, sonu yoxdur, darıxma.
0 notes
Text
Gözəl xatirələrimiz olsun sevdiklərimizdə. Günün birində ağılların yolu qəlbimizə düşərsə, üzləri gülümsəsin. Yaxşı xatırlasınlar bizi. Olar da uzaqlarda bir yerlərdə söhbət bizdən açılarsa, adımız gözəl bir cümlənin içində işlədilsin. Unutmaq üçün səy göstərmək yerinə, xatırlanmaq üçün əmək verməliyik. Acıysa çəkməliyik, gözyaşıysa tökməliyik yoxsa nə işimizə yarayacaq sol yanımızda döyünən qəlbimiz. Necə olsa könül işlərində hesab kitab olmaz, yaşayın nə olacaqsa olsun. Bizi bilən yaxşı bilsin, unudan da gözəl unutsun
0 notes
Text
40 notes
·
View notes
Text
Bilmədim polisə düşdüm yoxsa xəstəxanaya
Ama düzünə azadlıq 📍🇪🇺😂
0 notes
Text
Mesajlara geç cevap vermeniz kişiyi ne kadar önemsediğinizin göstergesidir.
128 notes
·
View notes
Text
Bitəcəyini ən çox da burdan anlayırsan: dürüstlüyünə aşiq olduğun insan sənə yalan danışmağa başlayır. Ən acısı da o yalanlara inanırmış kimi davranmaq və davam etdirməsinə icazə verməkdi bəlkə də. Gedə bilməmək çarəsizliyi yalanına belə haqq qazandıracaq qədər böyüyür içində. Amma içdən-içə çox yaxşı bilirsən ki, sən getməyəcək olsan da, onun getməsi çox yaxındır, çünki yalan danışmağa başlayan insan səni aldatmağı seçməklə əslində səni çoxdan gözdən çıxarıb.. Sən öz içində qalmaq üçün mübarizə apararkən, əslində qürursuzluğunla daha da batırsan, yalanların ardından gələn soyuqluq da bundandır. O sənin getməyini gözləyir, sən onun və bitir.
11 notes
·
View notes