Tumgik
luftmenschhee-blog · 4 years
Photo
Tumblr media
Olimpiada deyəndə idman ağlınıza gəlir. Elə deyil mi? Hər dörd ildən bir fərqli ölkələrdə keçirilən beynəlxalq idman müsabiqələri. Amma şübhəsiz ki onun mədəniyyət, tarix və incəsənətlə də lazimi qədər əlaqələri var. Olimpiadaların necə başladığını bilmək üçün öncəliklə 2792 il öncəsində gedək. Zaman olaraq bu qədər geri getsək də, məkanda çox da dəyişiklik yoxdur. Mora yarımadası, Olimpiya bölgəsi. Daha öncələri isə əfsanə və miflərə söykənir. Belə ki, əfsanələrə görə Herakl və dörd qardaşı Zeusu əyləndirmək üçün yarışlar keçirir. Və qazananı zeytun budaqlarından hazırlanmış "kotinos" ilə mükafatlandırırlar. O dövrdə zeytun Maddi olaraq ən dəyərli şey hesab edilirdi. Əfsanə və mifləri bir kənara buraxıb, reallığa baxsaq, ilk olimpiya oyunlarının e.ə. 776cı ildə keçirildiyini görərik. O zamanlar elə də çox oyun çeşidi yox idi və oyunların ən məşhuru qaçış yarışı idi. Qaçış yarışı Antik Yunan dilində "stadion" demək idi. Bu sizə nəyisə xatırladır? :) Bəli dilimizdəki Stadion sözü də öncə Latın dilinə, sonra ingilis və bir çox dünya dilinə eyni ilə də Azərbaycan dilinə keçmiş həmin sözdür. E.ə. 393cü ilə kimi fasiləsiz 4ildən bir davam edən bu oyunlar həmin ildə Roma imperiyası tərəfindən Pegan adəti adı ilə ləğv edilir. Bəs niyə dörd ildən bir keçirilir? Buna aid tam bir cavab olmasa da, Venera planetinin 4 ildən bir reallaşdırdığı eliptik döngə nəticəsində yaranan beş tərəfli ulduzla əlaqələndirilir. Bəs halqalar? Bu isə dünyadakı beş bölgənin : Afrika, Amerika, Asiya, Avropa və okeanları işarə edir Rənglər isə dünyadakı bütün bayraqların ortaq rənglərini təmsil edir :) https://www.instagram.com/p/CAksEL0BEOG/?igshid=1sm0840pfvw22
0 notes
luftmenschhee-blog · 4 years
Photo
Tumblr media
1495 ildə yaradılan son axşam yeməyi adlı məşhur tablo, İtalyan rəssam Leonardo da Vinçi tərəfindən Milanodakı Santa Mariya Da Grazze Monastırının yeməkxana divarına çəkilmişdir. Hz. İsanın çarmıxa çəkilmədən öncə həvariləri ilə gerçəkləşdirdiyi son axşam yeməyindən ilhamlanaraq yaradılmışdır. Xristian ümumi məd��ni dəyərlərində önəmli yer tutur və Da Vinçinin ən məşhur tablolarından biridir. Hz. İsanın 12 həvarisi ilə bərabər toplandığı bir axşam yeməyində bir kisə qızıl qarşılığında ona xəyanət edən həvarisi Yahudadan xəbərdar olduğu anı əks etdirir. II. Dünya müharibəsi dövründə güclü xəsar görən Əsər təəssüf ki öncəki halına qaytarıla bilmədi. 1980ci ildə başlayan və 20 il davam edən bərpa etmə proseslərinə rəğmən, yenə də əvvəlki kimi olmadı. Ancaq Parisdə Luvr muzeyində və London incəsənət mərkəzindəki kopyaları hələ də ən çox ziyarət edilən əsərlər sırasındadır. https://www.instagram.com/p/CA93TXujXfF/?igshid=zl14q3z8ci7n
0 notes
luftmenschhee-blog · 4 years
Photo
Tumblr media
Çin’dəki 1400 illik Ginkgo ağacı yarpaqlarınə tökərsə… Təxminən 1730-cu ildə ginkqo Qərbi Avropaya, 50 ildən sonra isə Şimali Amerikaya gətirilmişdir. "Ginkqo biloba "-nın elmi adını Karl Linney vermişdir. İngiltərə bağçılarından biri bu bitkini tebiətşünas Linneyə göndərmiş, 1771-ci ildə isə Linney bu bitkini "Ginkqo biloba" adı ilə elmi ədəbiyyata daxil etmişdir. Qədimdən ginkqo ağacları müqəddəs ağac kimi Yaponiyada, Çində və Koreyada qədim kilsələri əhatə edən bir çox parklarda becərilirdi. Hündürlüyü 40 m-ə çatan ikievli bitkidir. Ginkqonun gövdəsi cavan yaşlarında boz, yaşlandıqca boz-qəhvəyi rəngdə olub, çətiri aşağıdan oval, yuxarıdan enli seyrəkdir. Budaqları parlaq, açıq sarı, narıncıdır, gövdənin qabığı isə tünd-narıncı rəngdə olub, üzərində çatlar vardır. Ginkqonun bir çox iynəyarpaqlılardan əsas fərqi bu bitkidən qatranın əmələ gəlməsidir. Ginkqonun yarpaqları ikitipli zoğlarda tezböyüyən, uzunsov, təpə zoğlarında və yavaş böyüyən, qısa zoğlarda yerləşir. Ginkqonun yarpaqları çoxsaylı damarcıqlarla əhatə olunmuş, ikiayalı, yelpikvarı, dərivarı lövhəcikdən ibarətdir və bəzi qıjıların yarpaqlarına bənzəyir. Yarpaq ayasının uzunluğu 10sm, eni isə 10-12 sm-dir, yayda tünd-yaşıl, payızda açıq-sarı rəngdə olur. Yarpaq saplağı 8-10 sm uzunluqdadır. Erkəkcikli çiçəklər sırğaçiçək qurupunda toplanmış və erkəkcikləri bir-birindən aralıdır. İki açıq yumurtacıq şəklində olan dişi çiçəkləri nazik, uzun ayaqcıqlarda yerləşir. May-İyun aylarında çiçəkləyir. Meyvəsi yumurtavaridir, xaricdən şirəli-lətli, daxildən bərk təbəqə ilə örtülüdür, sentyabr – oktyabr aylarında yetişir. Yetişmiş toxumların uzunluğu 2 sm olub, sarı rəngdədir. Ginkqo toxumlarla və qələmlərlə asanlıqla çoxalır və yaşıllaşdırma üçün prespektivli bitki sayılır. İşıq, istisevən, havanın çirklənməsinə, göbələk və virus xəstəliklərinə davamlıdır, heşeratlarla az zədələnir. Azərbaycanda ikiayalı Ginkqo ağacı Lənkəran, Balakən, Zaqatala, Şəki və Abşeronda mədəni şəraitdə becərilir. https://www.instagram.com/p/CAzrreajsGQ/?igshid=19qy0jc18rzv2
0 notes
luftmenschhee-blog · 4 years
Photo
Tumblr media
Pandoranın qutusu yunan mifologiyasının ən əhəmiyyətli əfsanələrindən biridir. Zevsin nifrət etdiyi insanları cəzalandırmaq üçün istifadə etdiyi Pandora adlı gözəl qadının “xoşbəxtlik qabı” olaraq bilinən gözqamaşdırıcı qutunu marağından açması ilə dünyaya pisliklərin yayılmasından bəhs edir. Zevs Pandoraya bir qutu verir və onu Prometusun qardaşı Epimetusa verməsini tapşırır. Baş verəcəkləri öncədən görən, Prometus isə qardaşına heç kəsdən hədiyyə almamasını tapşırır. Epimetus isə Pandoranı gördüyü zaman deyilənləri unudur və onunla evlənir. “Xoşbəxtlik qabı” adı verilən qutunun görünüşü cazibədar idi. Pandora qutudakı sirrə duyduğu marağa məğlub olur və qutunu açır. Qutunun qapağı açılan kimi dünyaya bütün pisliklər yayılır. Ölüm, qəzəb, xəstəliklər, epidemiyalar, aclıq, qısqanclıq, həsəd və bütün pis xislətlər… Dinc bir həyat yaşayan kişilər qutunun açılması ilə acı, hüzn və kədər ilə yaşamağa başlayır. Artıq bütün pis şeylər dünyaya yayılmışdı. Pandoranın qutusu, “qadınların marağına görə insanların əziyyət çəkməsi” kimi bir qavrayışın başlanğıc nöqtəsidir. Yunan fəlsəfəsində qadın düşmənçiliyinin bir əlamətidir. İlk qadın dünyaya gəlir, marağına məğlub olub pislik qutusunu açır və hüzur içində yaşayan kişiləri pisliklərə qərq edir. https://www.instagram.com/p/CA-LsBPj9K7/?igshid=1wd63ehnh4uhj
0 notes
luftmenschhee-blog · 4 years
Photo
Tumblr media
Michael Jackson ayaqqabıları Maykl Cekson zəmanəsinin misilsiz səhnə şovlarına imza atmış pop kralıdır. Hər zaman rəqsləri heyrətlə izlənilib. "Billie Jean" mahnısını səsləndirərkən sərgilədiyi "Moonwalk" (Ay yerişi) adlandırılan ayaq sürüşdürmə hərəkəti, Ceksonun imzasıyla tarixə keçib. Bununla yanaşı Cekson rəqsləri zamanı sanki yer çəkiminə qarşı çıxaraq əyilməsi və elə vəziyyətdə qala bilməsi çox müzakirələrə səbəb olub. Hətta bu hərəkətinə görə ABŞ-n məşhur jurnalları 1987-ci ildə onu sehirbaz da adlandırıb.Lakin sirr ayaqqabıya edilmiş çox sadə bir dəyişiklikdən ibarət idi. Ayaqqabının daban hissəsində üçbucaq şəkilli kiçik bir oyuq açılmış, səhnənin xoreaqrafiya üçün uyğun olan yerlərinə xüsusu dəmirlər yerləşdirimiş, Cekson və rəqqasları həmin hərəkət zamanı, təyin edilmiş yerlərdə dayanmış, ayaqqabının oyuq hissəsini quraşdırılmış dəmirlərə keçirərək, əyilən zaman müvazinətlərini asanlıqla saxlamağa nail olmuşdular. Bu da kənardan baxan izləyici üçün əsrarəngiz bir hərəkət kimi görünüb. Cekson ayaqqabını 1992-ci ildə ABŞ-da patentləşdirir. Ayaqqabının ixtiraçıları isə Maykıl Cekson , Dennis Tompkins və Michael Buş-dur. https://www.instagram.com/p/CBIs-PojT19/?igshid=1gmd4ntts771t
0 notes
luftmenschhee-blog · 4 years
Photo
Tumblr media
Michael Jackson ayaqqabıları Maykl Cekson zəmanəsinin misilsiz səhnə şovlarına imza atmış pop kralıdır. Hər zaman rəqsləri heyrətlə izlənilib. "Billie Jean" mahnısını səsləndirərkən sərgilədiyi "Moonwalk" (Ay yerişi) adlandırılan ayaq sürüşdürmə hərəkəti, Ceksonun imzasıyla tarixə keçib. Bununla yanaşı Cekson rəqsləri zamanı sanki yer çəkiminə qarşı çıxaraq əyilməsi və elə vəziyyətdə qala bilməsi çox müzakirələrə səbəb olub. Hətta bu hərəkətinə görə ABŞ-n məşhur jurnalları 1987-ci ildə onu sehirbaz da adlandırıb.Lakin sirr ayaqqabıya edilmiş çox sadə bir dəyişiklikdən ibarət idi. Ayaqqabının daban hissəsində üçbucaq şəkilli kiçik bir oyuq açılmış, səhnənin xoreaqrafiya üçün uyğun olan yerlərinə xüsusu dəmirlər yerləşdirimiş, Cekson və rəqqasları həmin hərəkət zamanı, təyin edilmiş yerlərdə dayanmış, ayaqqabının oyuq hissəsini quraşdırılmış dəmirlərə keçirərək, əyilən zaman müvazinətlərini asanlıqla saxlamağa nail olmuşdular. Bu da kənardan baxan izləyici üçün əsrarəngiz bir hərəkət kimi görünüb. Cekson ayaqqabını 1992-ci ildə ABŞ-da patentləşdirir. Ayaqqabının ixtiraçıları isə Maykıl Cekson , Dennis Tompkins və Michael Buş-dur. https://www.instagram.com/p/CBIs-PojT19/?igshid=s3dbzpaejaiy
1 note · View note