Tumgik
#çıxışlarda
politiciansstuff · 1 year
Text
27 aprel 2023-cü ildə Ankara şəhərində Hacetepe və Azərbaycan Texniki Universitetlərinin birgə təşkilatçılığılə "Türkiyə Cumhuriyyəti və Ulusal Lider Heydər Əliyev" in 100 illiyi münasibətilə konfrans keçirildi.
Konfransda Hacetepe Universitetinin rektoru, professor Mehmet Cahid Gürən, Texniki Universitetin rektoru, professor Vilayət Vəliyev, ölkəmizin Türkiyədə Böyük elçisi Rəşad Məmmədovla bərabər, mən də çıxış etdim.
Çıxışlarda Türkiyə - Azərbaycan münasibətlərinin tarixi, bu günü və perspektivləri, Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu, onun Azərbaycan və Türkiyə əlaqələrinin inkişafında göstərdiyi müstəsna xidmətləri üzərində geniş dayanıldı.
Daha sonra panel dinləmələri keçirildi. Konfrans bədii hissə ilə başa çatdı.
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
0 notes
mrsaselles · 2 years
Text
Son təcrübəmdən sonra həyatdan aldığım 5 dərsi paylaşacam sizlə :
1.Kiminsə sənə qurdurduğu xəyalların sənin böyük hədəflərinin yerinə keçməsinə izin vermə.
2.Kimsə dəyişər ümidi ilə özünü dəyişdirməyə çalışma, çünki dəyişdirmək istədiyin insanlar gedər geriyə keçmiş özün üçün darıxan bir sən qalarsan.
3.Sevginin səni köləsinə çevirməyinə izin vermə ,burax başqaları sənin üçün çabalasın,onlar sənə özünü sübut etsin ,sən kimsə səni daha artıq sevəcək deyə dəridən qabıqdan çıxmağa çalışma.
4.Sevgini sözlərdə, gözlərdə yox davranışlarda axtar.Ən çox çabalayıb sevgini göstərən tərəf olma ,qoy sevgi özü sənə özünü göstərsin,bunu "ən çox sevən" yarışı olaraq qəbul elə və bir addım geridə dur ,bu yarışda geridə olmağın sənə çox şey qazandırcaq .
5.Cəsarəti qol gücündə və pafoslu çıxışlarda görmə, həqiqətən hər zaman arxanda dağ kimi duracaq insanı seç, qorxaqları bu həyatda sadəcə valideynləri sevə bilər sonuna qədər:)
Sevgili mən qarşına yeni insanlar çıxacaq,qəlbin bir gün bambaşqa duyğu ilə döyünməyə başlayacaq,amma bu dərsləri unutma ,qəlbinin səsi ilə yola çıxıb hər şeyi görməzdən gəlib daha bir yara alma.Özünü sonsuz sev 💛
1 note · View note
metbuat · 2 years
Text
DÇ: 
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında mübarizəyə qoşulub. Metbuat.org xəbər verir ki, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Kamilla Əliyeva, Darya Sorokina, Yelizaveta Luzan və Güllü Ağalarzadədən ibarət kollektiv ilk olaraq beş halqa ilə çıxışını təqdim edib və bu hərəkətdə hakimlərdən 30.000 bal…
Tumblr media
View On WordPress
0 notes
Photo
Tumblr media
Gəncədə Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhid olan Seyidzadə Mirhüseyin Miryunis oğlunun barelyefinin açılış mərasimi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, şəhid ailələri, qazilər, Seyidzadə Mirhüseyinin oxuduğu məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra şəhidin barelyefi üzərindən örpək götürülüb, önünə tər gül dəstələri düzülüb. Tədbir iştirakçıları çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistanı diz çökdürdü, möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Vətən uğrunda canını fəda edən şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdırlar. Çıxışlarda uşaqlıqdan Vətənə, torpağa bağlı olan Mirhüseyn Seyidzadənin keçdiyi döyüş yolundan, erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Qeyd edilib ki, bu gün doğum günündə əziz xatirəsi yad olunan Mirhüseyn ailənin tək övladı idi. Qəhrəman şəhid 44 günlük Vətən müharibəsi dövründə yoldaşları ilə birgə 14 gün müddətində düşmənə ağır zərbələr endirib. Fizuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə misilsiz xidmətlər göstərib. Mirhüseyn Seyidzadə Vətən müharibəsində Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Seyidzadə Mirhüseyn ölümündən sonra “Vətən uğrunda” medalı, “İkinci dərəcəli Vətənə xidmətə görə” ordeni, 3-cü dərəcəli “Rəşadət” ordeni, Cəbrayılın, Qubdalının, Laçının azad edilməsinə görə medalları ilə təltif edilib. Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya mi https://www.instagram.com/p/CZ35Fw0A7vV/?utm_medium=tumblr
0 notes
elnur · 3 years
Photo
Tumblr media
Bu şəkillərdə gördüyünüz, dünən qəzaya uğramış, Mi-17-1B tipli 20136 bort nömrəli helikopterdir. Bu helikopterlər 1985-ci ildən istehsal olunur, bu modeldə ilk helikopter ilk uçuşunu da eyni ildə gerçəkləşdirib. Bütün müsahibə və çıxışlarda helikopterin yeni olduğu xüsusiylə vurğulanır, bu məqama diqqət etmək lazımdır. Böyük ehtimal, bu helikopterin istehsal tarixi 80-ci illərə aiddir, hətta Rusiya yox, SSRİ istehsalıdır. Ola bilsin ki, növbəti illərdə rənglənib, rekonstruksiya olunub, hətta yeni helikopter adıyla büdcədən pul silinməsi də mümkündür, lakin bu helikopterin gövdəsinin yaşı 40-a yaxınlaşmışdı. Kiçik araşdırmayla bu model helikopterlərin 1985-1994-cü illər arasında istehsal olunduğunu görmək olar. Qəzayla bağlı, kənar müdaxiləni istisna edərək 3 fakt üzərində durmaq lazımdı. 1. Helikopterin uçuşdan öncə tam texniki yoxlanılması və hava şəraitinin uçuşa əlverişli olub-olmamasının dəqiqləşdirilməsi. Əgər bu iki prosedura tam olaraq yerinə yetirilməyibsə, burada məmur məsuliyyətsizliyi, kollektiv məsuliyyətsizlik ortaya çıxır. 2. Çox sayda yüksəkrütbəli zabitinin bir helikopterdə yola çıxması. Bu məsələ, indiyə qədər DSX-də uçuşların təhlükəsizlik prosedurası kimi daxili nizamnamə ilə tənzimlənməliydi. Yəni, məsələn bir hərbi nəqliyyat vasitəsində 2-dən çox yüksəkrütbəli zabitin daşınması qadağan edilməliydi. Bu prosedura, təhlükəsizlik baxımından ordumuzun bütün növlərində mütləq nizamnamə halında olmalıdır. Belə bir ön təhlükəsizlik nizamnaməsinin olmaması isə, DSX-da təhlükəsizlik nizamnaməsinin əksikliyini yaxud yetərsizliyini ortaya qoyur. 3.Yuxarıda qeyd etdiyim ki, qəzaya uğrayan helikopterin və balansdakı digər helikopterlərin müstəqil yaxud beynəlxalq ekspertlər tərəfindən alış və istehsal tarixlərinin araşdırılması, texniki göstəricilərinin yoxlanılması vacibdir. Əgər, 80-ci illərə aid köhnə SSRİ helikopterinin rekonstruksiya edilərək yeni model ve yeni istehsal tarixiylə alınma faktı ortaya çıxarsa, bu ciddi korrupsiya faktıdır, və bu halda məsul şəxslər sərt şəkildə cəzalandırılmalıdırlar. https://www.instagram.com/p/CW8FVkfD8Eq/?utm_medium=tumblr
0 notes
euroasianews · 7 years
Text
TAM MƏXFİ
Yeganə nüsxə
Sov.İKP SİYASİ BÜROSUNUN İCLASI
29 FEVRAL 1988-Cİ İL
Sədrlik edir: Yoldaş Qorbaçov M.S.
İştirak edirlər: Qromıko A.A, Liqaçev E.K, Nikonov V.P., Slyunkov N.N., Solomensov M.S., Çebrikov V.M., Əliyev.H.Ə., Şverdnadze E.A., Yakovlev A.N., Maslyukov Y.D., Talızin N.V., Yazov D.T., Baklanov O.D., Biryukova A.P., Kapitonov İ.V.
Azərbaycan SSR və Ermənistan SSR-də hadisələrlə bağlı əlavə tədbirlər haqqında
Mixail Qorbaçov ( Sov.İKP-nin baş katibi): Gördüyümüz tədbirlər, o cümlədən Ermənistan və Azərbaycana ünvanladığımız müraciət öz rolunu oynayıb. İnsanlar müraciətə hay verirlər. Sənədi yenidən işlədikdən sonra ora gecə şifrəli rabitə ilə göndəriblər. Səhər isə artıq bu sənədlə işləməyə başlayıblar. Son anda Yerevan küçələrinə yarım milyondan artıq adam çıxıb. Hər şey iflic olub, dayanıb. Yaxın kəndlərdən insanlar hərəkətə keçməyə başlayıb. Dəstə-dəstə gedrimişlər.
This slideshow requires JavaScript.
A.Qromıko (SSRİ xarici işlər naziri): “Son an” deyəndə, yəni bu gün?
Qorbaçov: Yox, müraciətdən əvvəl-cümə günü… Çox böyük sayda olan kütlə. Qarabağda azərbaycanlılarla ermənilər arasında toqquşma olub, iki nəfər həlak olub. Yerevanda vərəqələr yayıblar: “Ay ermənilər, mitinq eləməyi buraxın, silaha sarılın, gedək türkləri əzək”. Uzaq məsafədən ordu qərargahına atəş açılıb. Güllə qərargah rəisinin kabinetinin pəncərəsinə dəyib. Bax belə…Biz bilirik ki, orada ekstemist ünsürlər var.
Amma sizə deyim ki, hətta Yerevan küçələrində milyondan çox adam olsa da, ermənilərin nizam-intizamı yüksək olub. Ayrıca kiçik qruplardan savayı (mən sonra bu qrupların nə istədiyi barədə danışacağam) heç bir antisovet fəaliyyət müşahidə edilməyib. Bütün kütlə bizim bayraqlarla və Siyasi Büro üzvlərinin portretləri ilə hərəkət edib.
Yalnız ekstemistlər öz müqəddəratını təyinetmə ilə bağlı şüarlar səsləndiriblər. Ancaq çıxışlarda məsələ heç bir halda antisovet, düşmən hərəkətlərinə gedib çıxmayıb. Kütlə bu halda olub.
Yoldaşlar, amma bütün bunlardan həm də aydın olur ki, bu aksiya çox yaxşı hazırlanıb. Durduğun yerdə bunu təşkil etmək elə də asan iş deyil: növbə ilə durmaq, ərzaqla təchiz etmək, bir-birini əvəzləmək… Vlasov mənə bu barədə ətraflı danışdı. Onlar bunu tam öyrəniblər.
Bütün çıxışların mövzusu Qarabağ və onun Ermənistana birləşdirilməsi haqqında olub. Deyiblər ki, bu məsələ Stalinin vaxtında düzgün həll olunmayıb, bu qərarı xalqa məlum şərtlər əsasında sırıyıblar. Deyirmişlər ki, bu, doğru qərar deyil və bu problemi indi, yenidənqurma və demokratiya çərçivəsində həll etmək lazımdır.
Vlasov mənə 3 günlük hadisələrin gizli kamera ilə çəkilmiş lentini verdi. Mən çıxışlara baxdım və bütün bu kütləni gördüm. Milyonlarla insan başbaşa dayanıb. Onların arasında gənclər, qocalar… Tanınmış adamlar çıxış edir- xalq artistləri, rəssamlar, -görkəmli insanlar… Hər şey Dağlıq Qarabağ ətrafındakı vəziyyətə köklənmişdi.
Çıxışlarda erməni mədəniyyətinə hörmətsiz münasibət bəslənməsindən danışılır. Deyirdilər ki, ermənilər, erməni muxtariyyəti hüquqsuzdur, doğma vətəni ilə əlaqəsi yoxdur, bütün gərginlik erməni cinahının üstünə qoyulur. Ona görə ki, biz açıq desək, Siyasi Büroda qəbul etdiyimiz qərarla Azərbaycanı dəstəkləmişik. Əgər biz bu qərarı qəbul etməsəydik, başqa məsələ baş verəcəkdi. Bu barədə sizə sonra danışaram.
Mən Mərkəzi Komitədə Kaptukiyan (Silva Kaptukiyan – Ermənistanın SSRİ-nin xalq şairi-red.) və Balayanla (Zori Balayan – red.) söhbət edərkən onlara dedim ki, biz məsələnin bütün tarixini bilirik, bu çox mürəkkəb tarixdir. Onun səbəbləri və kökləri xaricdədir, bizim sərhədlərimizdən kənardadır. Taleyin erməni xalqına yaşatdığı tarixi bilirik və başa düşürük. Şəxsən mən burada iki səbəb görürəm: bir tərəfdən Qarabağda əldən buraxılmış imkanlar, üstəgəl xalqdakı emosional başlanğıc. Tarixdə bu xalqın başına gələnlər onun yaddaşında oturub. Ona görə də ona toxunan məsələlər belə reaksiya doğrur.
Sən demə, Stepanakert vilayət komitəsinin katibi son 14 il ərzində bir dəfə də Ermənistanda olmayıb. Dağlıq Qarabağ axı erməni muxtariyyətidir. Başqa digər məsələləri də sadaladılar. Hətta Ermənistana aparan yollar belə tərk edilib. Mədəni əlaqələr pozulub. Bunların hamısı bilərəkdən edilib. Dağlıq Qarabağda Türkiyə televiziyalarının verilişlərini tutmaq olur, amma erməni TV-ləri göstərmir. Bütün bunlar isə insanların hisslərinə toxunur.
Mən Viktor Mixayloviçdən soruşuram: sən orda sərhəd zolaqları ilə nə etmisən? O mənə dedi ki, sərhəddin keçdiyi Naxçıvanda sərhədçilərin zastavası olan öz zolağı var. Amma sərhəd zonasının dərinliklərini yerli orqanlar, hazırkı anda respublika orqanları müəyyənləşdirir. Onlar tərəfdən hansı qərar qəbul olunub?
Bütün Naxçıvan sərhəd zonasına daxil edilib, azad giriş qadağan olunub. Amma, axı orada genosid qurbanları dəfn edilib, onların orada qəbirləri var. Orada erməni mədəni irsinə aid 90 abidə olub, indi heç biri qalmayıb. Vəssalam. Sərhəd zonası adı altında ora heç kimi buraxmırlar. Ora aparan yol 70 ildir təmir edilmir. Bilirsiniz də, bu necə qəbul olunur…
Qısaca deyim ki, bütün bunlar emosiyaları əməlli-başlı körükləyir. Ancaq sizə deyim ki, bütün bunlar araşdırma tələb edir. Belə görünür onlar nahaq yerə bura xəbər göndərmirlərmiş…
Çərşənbə günü Aleksandr Nikolayeviçə tapşırdım ki, mənim adımdan Kaptukiyanla danışsın və onun nəzərinə çatdırsın ki, onlar müdriklik göstərərək öz sözlərini desinlər və hadisələrin bu arzuolunmaz inkişafını dayandırsınlar.
O, Kaptukiyanla danışıb. Danışıq çox uzun olub. Telefonda hönkürtülər, ağlamaqla müşayət edilib. Kaptukiyan hər halda sonda vəd edib ki, bunu edəcək və bu ziyanlı prosesi dayandıracaq. Sonra aydınlaşdırmaq üçün… Eyni zamanda o, bizi ittiham edib ki, biz azərbaycanlıların tərəfini tuturuq. Bəyan edir ki, onlar ekstrimist deyillər.
Biz cümə axşamı iclas keçirərkən Kaptukiyan təyyarə ilə Yerevana uçub. Orada yazıçı, “Literaturnaya qazeta”nın müxbiri Balayanla birləşiblər. Bu adam (Balayan) qatı millətçidir. İstedadlı şəxsdir. 33 kitab yazıb. Ermənilər arasında çox tanınır. Özünə inamlı və çox karyeralıdır. Çox.
Hələ Moskvada olanda Kaptukiyan onu özü daşıyıb bura gətirmişdi. Xahiş edirdi ki, heç olmasa beş dəqiqəlik onu qəbul edim. Mən düşündüm: boş vermək nəyə gərək? Burada hər şeydən istifadə etmək lazımdır. Mən düşündüyümü deyirəm, bundan sonra isə onlara çətin olacaq, onlar mənə bağlı olacaqlar.
Yada saldım ki, belə vəziyyətdə Lenin necə hərəkət edirdi. Kəskin vəziyyət yarananda ya özü müraciət edirdi, teleqram göndərirdi. Və ən xoşagəlməz şəxslərlə də görüşürdü. Kaptukiyan isə orada hansısa Komitənin fəxri sədridir? Bəli.
Görüşdük. Mən dedim: “Azərbaycanda gərginlikdir. Başa düşürsünüz, bunu dayandırmaq lazımdır. Orada da insanlar çox gərgindir”. O, isə mənə deyir: “Azərbaycanlılar nəyə görə gərgindir? Siz ki, onların xeyrinə qərar çıxarmısınız”. Mən deyirəm: Yox, sizinlə razı deyiləm. Biz Ermənistanın, Azərbaycanın, bütün ölkənin xeyrinə qərar vermişik.
Söhbət çox çətin, emosional keçdi. Kaptukiyan dedi ki, müraciətdə sizin imzanız var. Biz sizə ümid edirik və s. Dedim, mən də hesab edirəm ki, siz Siyasi Büroya, baş katib kimi mənə ümid edirsiniz. Ona görə imzamı qoymuşam.
Mən sizi əmin edirəm, bütün bunlar ötüb keçəcək, hər şey yerini alacaq, və sizi dayandırdığıma görə mənə “sağ ol” deyəcəksiniz. Deyəcəksiniz ki, “Mixail Sergeyeviç, çox sağ olun ki, müraciəti imzaladınız”. İndi sizdə başlanmış axına qarşı getmək lazımdır, onu dayandırmaq lazımdır. Suallar var. Amma əgər biz indi dayanmasaq, reallığı nəzərə almasaq, o zaman o tərəfdən də hərəkət başlanacaq. O zaman kim situasiyanı ələ ala biləcək?
Sizə deyim ki, Kaptukiyan bunun əleyhinə idi, sərt şəkildə bəyan edirdi ki, ərazi məsələsini elə indi həll etmək lazımdır. Soruşurdu ki, nə üçün komissiya yaratmaq istəmirsiniz? Tatarlar üçün yaratmısınız. Burada isə iki respublikanın belə məsələsi var. Niyə komissiya yaratmaq istəmirsiniz? Mən dedim: Qulaq asın, əgər siz mənim qəbul otağımda oturmusunuzsa, əgər məsələnin həlli ilə hökumət və Siyasi Büro məşğuldursa komissiya nəyə lazımdır? Mən sizə açıq deyirəm, biləsiniz, komissiya yaratmışıq, amma tatarların muxtariyyətini bərpa etməyəcəyik. Amma onlara həyatın gətirdiyi məsələləri həll edəcəyik.
Balayan (bu cavanın beyni yaxşı işləyrdi) məndən soruşdu: İnsanlara nə deməliyik? Mən cavab verdim ki, xalqa deyin Mərkəzi Komitənin, Hökumətin erməni xalqına qarşı heç bir incikliyi yoxdur, Mərkəzi Komitə Dağlıq Qarabağdakı problemləri, həllini tələb edən məsələləri, diqqətdə saxlayacaq.
Balayan dərhal dedi: Əgər Siyasi Büro bu məsələlərlə məşğul olarsa, bu da komissiyadır. Həqiqəti demək lazımdır, əvvəldən görünürdü ki, onlar nə üçün bura can atırlar. Onlar özlərinə avtoritet qazandılar, öz nufuzlarını möhkəmləndirmək istəyirdilər. Açığı, bizə də bu görüşdən boyun qaçırmaq olmazdı. Bunlar xalqın qulaq asdığı ziyalıların böyük nümayəndələridir.
Yeri gəlmişkən, onların ikisi də kommunistdir. Açığı, ermənilərin məhz bu qanadını sakitləşdirmək lazımdır ki, bütün “ordu” hərəkətə keçməsin. Onlar bizim müraciətə necə reaksiya verdilər?
Tələb olunduğu kimi deyil: Oxudular, çıxış etdilər, hərə bir cür… Mən səs yazısını dinləyən zaman diqqət yetirdim: Bir nəfər çıxış edir və deyir: “İttifaq radio və televiziyaları həqiqəti göstərmək, xalqın nə dediyini göstərmək əvəzinə bizi təhrikçilər adlandırırlar”. Beləcə davam edir.
Mən, yerigəlmişkən, Kaptukiyanla söhbət zamanı dedim: “Qərarda erməni xalqı təhrikçi adlandırılmayıb. Biz deyirik, Dağlıq Qarabağda erməni və azərbaycan xalqının bir hissəsi təhrikçilərin arxasınca gedib. Bax, onlar haqqında söhbət gedir. Bu var. Bir təhrikçilər var, bir də xalq. Biz onları bir-birinə qarışdırmırıq. Bizim erməni xalqına qarşı münasibətimiz dəyişməyib”.
Müraciət oxunduqdan sonra bu böyük insan dənizindən adamlar dərnəklər yaradaraq müzakirələr aparır. Daha sonra mahnı oxumağa başladılar, “ura” qışqırdılar. Bəziləri dağılışdı, digərləri gəlirdi. Belə qənaətə gəlməyə başladılar ki, müraciətdən sonra sakitləşmək lazımdır. Sonra nə? Mən onların əhval-ruhiyyəsindən belə tutdum ki, biz vaxtı düzgün müəyyən etmişik. Bu xalqda belə vəziyyət və təəssürat yaranmışdı ki, milyon yarım adam yığışdı, amma heç ki məhəl qoymur. Və budur bu məktub gəldi. O öz rolunu oynadı. Şənbə günü artıq işə çıxırdılar, hətta cümə günü praktik olaraq hamı işə çıxmışdı. Erməni radiosu xəbər verir ki, itirlmiş əmək günləri bərpa ediləcək. Bax işlər belə gedib.
Amma azərbaycanlı ailələrinin Ermənistandan qaçması barədə faktlar var. Doğrudur, rəqəmələr ziddiyyətlidir: Vladimir İvanoviç məruzə edir ki, 55 nəfər gedib, Razumovski deyir 200. Azərbaycandakı ermənilərə gəlincə, təqiblərdən qorxan 200 ailə məktəbədə yerləşdirilib.
Razumovski ( Sov.İKP MK-nın partiya-təşkilatı şöbəsinin müdir müavini):Azərbaycanlı Ermənistanı tərk edərkən demir ki, qaçır, deyir ki, guya qonaq gedir. Ona görə də hesabı Azərbaycanla aparmaq lazımdır. Onlar Azərbaycana gəldikdən sonra elan edirlər ki, daha Ermənistana qayıtmayacaqlar.
Qorbaçov: İndi isə Dağlıq Qarabağdakı vəziyyət haqqında. Orada Vilayət Komitəsinin yeni birinci katibini seçiblər. O hazırda işi təşkil edir. O, görünür real nufuzu olan şəxsdir. Çünki bu məsələ qalxanda və Yeqor Kuzmiç mənə bu barədə zəng vuranda dedim ki, bu vəziyyətdə real avtoriteti olan adamları irəli çəkmək lazımdır. O, vilayət komitəsinin üzvüdür, vilayət icraiyyə komitəsi sədrinin müavini olub, aqroproma rəhbərlik edib. Razumovski ona deyəndə ki, bu vəzifəni götürün, biz sizi dəstəkləyirik, problemlər var və onları həll etmək lazımdır. O dərhal bizim qucağımıza atılmadı, amma razılaşdı ki, əgər Mərkəzi Komitə dəstək verirsə razıdır. Deyib ki, çoxlu problemlər yığılıb qalıb. Onu seçdilər- dərhal vəziyyətdə dəyişiklik baş verib.
Amma çətinliklər qalır. Ermənistandan zəng vururlar: Başa düşürsünüz də, Sizə görə bütün Ermənistanı ayağa qaldırıblar.
Çebrikov (Dövlət Təhlükəsizlik Komitəsinin sədri): Kolxozlardan Stepanakertə insanlar gedir.
Qorbaçov: Bu gün Aleksandr Vladimiroviç mənə danışıb: “Kabab” Stepanakertdə “bişir”, “tonqallar” Yerevanda “yanır”. Bir sözlə ictimai qaydanın pozulması halları yoxdur, amma adamlar meydandan getmirlər. Min nəfərə qədər adam var orda…
Vlasov: (SSRİ daxili işlər naziri): Mindən çoxdur.
Qorbaçov: Mindən çox… Deməli, beləcə orada durub “tonqalı sönməyə” qoymurlar. Burda tam aydın görünür ki, bütün təlimatlar və əlaqə Ermənistandan gəlir.
İndi də Azərbaycan reaksiya verməyə başlayıb. İlk növbədə deyək ki, orada ölüm faktı olub. Bu, şaiyələri gücləndirib. Azərbaycanlılar intiqam alınacağından qorxaraq qaçmağa başlayıblar və bəyan ediblər ki, onları Ermənistanda yaşamağa qoymurlar. Bax bu, təkan rolunu oynayıb. Üstəgəl Stepanakert sakitləşmir. Azərbaycanda hərəkət başlanıb. Mənə elə gəlir ki, buna da istiqamət verilib. Bu, daha açıq şəkildə Naxçıvanda özünü göstərib.
Orada xeyli adam toplaşıb. Sonra katib gəlib, çıxış edib – 30 dəqiqədən sonra dağılışıblar.
İndi Dimitri Timofeyeviç mənə generallardan birinin Sumqayıtdan göndərdiyi məruzə barədə məlumat verdi. Hərbiçilər bu vəziyyəti müşahidə ediblər. Azğınlaşmış gənclərin qarşısı alınıb, amma onlar xırda qruplara bölünərək iğtişaş salıblar: avtobusları atəşə tutmaq, öldürmək üçün. Artıq 14 ölüm faktı var. Çoxlu sayda insanlar qospitala aparılb.
Çebrikov: 110 yaralı
Qorbaçov: Burada artıq quldur elementlər at oynadır, onların arasında residivistlər də olub. Bütün zibil qalxıb üstə, amma Sumqayıt milisi durub baxır və heç nə etmir. Deməli, bu aksiya ermənilərə “kəskin cavab” kimi düşünülüb. Əgər biz vaxtında tədbir görməsəydik, hər an qırğın baş verə bilərdi.
Dünən axşam Viktor Mixayloviç mənə zəng vurdu və məlumat verdi ki, mitinqləri ləğv ediblər hər şey sona çatıb. Bəs işdə nə alındı? Mitinq həqiqətən dağılıb, amma mitinqdən dağılanlar 10-15-20, maksimum 100 nəfərlik qruplarda birləşərək əsl iğtişaş törətməyə, zorlamağa, erməni mənzillərində yanğın törətməyə, mebelləri tullamağa başlayıblar.
Son məlumatlar necədir?
Vlasov: 14 nəfər, o cümlədən 3 qadın, 3 azərbaycanlı, 6 erməni öldürülüb. Qalanları dəqiqləşdirilir. 71 nəfər, o cümlədən 48 erməni bədən xəsarətləri alıb. 6 avtomobil yandırılıb, 13 mənzildə yanğınlar olub. Siyasi Maarif Evi və avtovağzala zərər dəyib. 54 milis əməkdaşı xəsarət alıb. 47 nəfər, o cümlədən 5 nəfər talançı saxlanılıb.
Qorbaçov: Saxlanılanlardan 2 nəfəri etiraf edib ki, biri 5 nəfəri, o biri 3 nəfəri öldürüb. Talançılardan qızıl və cəvahirat aşkar edilib. Dimitri Timofeyeviç göstəriş verib və Sumqayıta dərhal hərbi məktəbin kursantları və digər hərbiçilər yeridilib. O, həmçinin təyyarə ilə Sumqayıta 3 min milis qüvvəsinin gətirilməsinə kömək edib. Nəticədə beş saata hər şey bitib.
Mən Razumovskiyə dedim: Bütün bunlar düzgün edilib. Amma gəlin Alma-Atada etdiyimiz kimi edək. İctimai sabitliyi qorunması üçün mülki şəxsləri cəlb edək. Bobkov və Razumovski bu məsələni yerində həll etmək üçün ora gedib.
Çebrikov: Şəhər dalğalanır.
Qorbaçov: Bəli, bəli, ləngər vurur, dalğalanır. Deyirlər indi onlar uzaqda, ətrafda bu işləri davam etdirirlər. Ona görə də əvvəl verilmiş komandaları qüvvədə saxlamaq lazımdır. Qoy DİN hərəkət etsin. Əgər nəsə əlavə etmək lazımdırsa, qoy etsin. Situasiyanı ələ almaq lazımdır. Görürsünüz, yalnız bir gecəyə 14 ölüm… Bu, Ermənistana çatacaq, dəfnlər başlanacaq. Oradan reaksiyalar gələ bilər. Bax belə bir vəziyyət.
Vlasov: Sumqayıtda 200 min əhali var.
Qorbaçov: 200 min. Orta yaş həddi isə 22-24 yaşdır.
Vlasov: 25 yaş.
Qorbaçov: 25 yaş. Cavan şəhərdir. Amma deyirlər gəlmə adamlar orada çoxdur.
Vlasov: Hər beş nəfərdən birinin məhkumluğu var.
Qorbaçov: Görünür şəhəri onlar tikiblər, sonra azadlığa çıxandan sonra orada qalıblar. Necə deyərlər, belə işlər üçün təcrübələri var.
Qısası, indi Ermənistanı reaksiya verməkdən çəkindirmək lazımdır. Biz hesab edirdik ki, Azərbaycana və Ermənistana göndərdiyimiz yoldaşlarımız bazar ertəsi qayıda biləcəklər və biz cümə axşamı fikir mübadiləsi apara bilərik. Amma fikrimcə, onlar orada qalıb işi davam etdirməli və gücləndirməlidirlər.
İndi xalqı və ictimaiyyəti bu işə cəlb etmək lazımdır. İnformasiya çox mühümdür: Bunu əldə etmək elə də asan deyil- hər iki tərəf gizlədir. Hamı bir-birinə bağlıdır. Azərbaycan və Ermənistan KP MK-dan olan yoldaşların bu məsəldə əlləri var, heç bir fəaliyyət göstərmirlər. Onlar hər şeyi bilirlər.
Qromıko: Yəni tam gücləri ilə çalışmırlar.
Qorbaçov: Yox. Var gücü ilə yalnız başqa tərəf üçün çalışırlar. Bu əhvalla oynayırlar, bu əhvalın təsirinə düşübər, geri çəkilmələri artıq çox çətindir.
Ermənistan KP MK-nın plenumu müraciətimizi dəstəkləyib, amma komissiya yaradılması barədə şərtini qoyub. Onlar çox uzağa gediblər və xalqın qarşısında əlibağlı qalıblar. Bu faktdır. Biz də bunu anlamalıyıq və onlara öz mövqelərini yenidən qurmaq üçün imkan verməliyik.
Mən, bunun üçün sizi yığmışam ki, baş verənlərdən xəbəriniz olsun. Hesab edirəm ki, yoldaşlar qoy işləsinlər. İndi əsas xalqı vəziyyəti normallaşdırmaq prosesinə cəlb etməkdir. Nə qədər vəziyyət sürüşüb əldən çıxmayıb, indi etmək lazımdır. Sonra vəziyyəti düzəltmək üçün çoxlu güc sərf etmək lazım gələcək.
İkinci. Yoldaşlar qayıtdıqdan sonra xüsusi dinləmənin keçirilməsi vacib olacaq. O zaman informasiya daha tam olacaq. Bu bizə konkret göstərişlər verməyə imkan verəcək.
Bütün bunları diqqətsiz qoymaq olmaz. Ona görə ki, bu respublikalar arasındakı qarşılıqlı münasibətlərdə baş verənlər bir çox məsələlər üçün açardır.
Belə cəhdlər hər yerdə var. Əgər onların qarşısını almasaq (biz burada doğru mövqe tutumuşuq) o zaman daxili çəkişmələr bütün ölkədə başlanacaq. Odur ki, bizim mövqeyimiz doğrudur. Bunu bir daha təsdiq etmək lazımdır.
Üçüncü. Baxın, vəziyyət necədir: Bu respublika rəhbərlərindən heç biri yubileylərdən başqa bir-birilərinə gedib-gəlmir, görüşmürlər, fikir mübadiləsi aparmırlar. Belə vəziyydə necə dostluq əlaqələrindən, beynəlmiləlçilikdən danışmaq olar? Bu əcaibdir.
Bu əlaqələr nəinki genişlənmir, əksinə şübhə doğurur: Əgər kimsə Azərbaycandan Ermənistana, yaxud Ermənistandan Azərbaycana gəlirsə bu şübhə doğurur.
Vladimir İvanoviç dünən Vazgenlə ( erməni katalikosu-red.) danışıb. O vəd verib ki, bütün nufuzundan istifadə edəcək ki, antisovet fəaliyyətə imkan verilməsin. Ona xaricdən çoxlu zənglər olub. Onun sözlərinə görə, hamıya belə cavab verib: Bu işə qarışmayın, heç bir antisovet fəaliyyəti olmamalıdır. Ancaq Sovet İttifaqı çərçivəsində erməni xalqı inkişaf edir.
Eyni zamanda o deyib ki, real problemlər mövcuddur. Vazgen bunun üçün öz təcrübəsindən misal gətirib. Deyib ki, Bakıda, Əliyevin qəbulunda olub. Bakıda erməni kilsəsi var. Bu şəhərdə 200 min erməni yaşayır. Vazgen kilsədə dua mərasiminin keçiriməsi üçün dəvət olunmasını xahiş edib. Bu 12 il ərzində belə dəvəti almayıb. Vazgen orada arzuolunmaz fiqurdur, Bakıda görünməsini istəmirlər. Bu isə hisslərə toxunur, onları coşdurur.
Başa düşürsünüz, heç bir kontakt yoxdur. Bu o zaman baş verir ki, xalq danışmağa başlayıb. Qoy insanlar sadə xalq formasında desinlər: Onlarla millətin nümayəndələri, bax beləcə işləyirik. Qoy bunu bütün qüvvlər, ilk olaraq ziyalılar müşahidə eləsinlər. Formatı müəyyən etmək və xalqlar arasında mədəni, insani əlaqələri inkişaf etridmək lazımdır.
D.Yazov (SSRİ müdafiə naziri): Gerogi Petroviç axşam Sumqayıtda komendant saatı elan edilməsini xahiş edir. Bu o deməkdir ki, ordunu, yaxud hansısa hərbi hissəni silahlandırıb yeritmək lazımdır. Güllə atmaq üçün yox… Komendant saatıdırsa, deməli, hər şey etmək lazımdır.
Qorbaçov: Komendant saatı lazımdır?
Yazov: Mən hesab edirəm ki, lazımdır.
Qorbaçov: Silahı hazır saxlamaq lazımdır. Amma güllə atmaq olmaz. Sonra bu yolunu azmışlar təhrikçiliyə başlayacaqlar.
Yazov: Patronsuz silah verəcəyik. Hərbi zirehli transporter olacaq. Təşkil edərik.
Qorbaçov: Patronlar ayrıca olsun.
Yazov: Əgər icazə veririsniz, o zaman mən göstəriş verim.
Siyasi Büronun üzvləri: Razıyıq.
Qorbaçov: Fikrimcə, iğtişaşlara imkan verməmək üçün bunu etmək vacibdir. Qarşıda konfrans gəlir. Konfrans üçün mənə həddən artıq çoxlu material verilir. Bu məsələ əlbəttə dərin öyrənilmə tələb edir. Hətta keçmiş təcrübəyə qayıda bilərik. O zaman sən demə çoxlu maraqlı şeylər varmış. Hətta beynəlmiləl kənd sovetləri olub.
Yakovlev: Milli kənd sovetləri, milli rayonlar. Sonra onların hamısı arxa plana keçdi. Başqa məsələlər də qapını tıqqıldadır – tatarlar, almanlar və digləri..
Qorbaçov: Bəli, o zaman milli kənd sovetlərində nə qədər millətlər birləşdirilib. 5200 millətin olduğu rayonlar olub. Mədəni ünsiyyətə imkan verən çevik sistem olub. Çox çevik…
Əlbəttə, bu məsələlər həllini gözləyir. Tatarlar, almanlar çoxdandır müraciət edirlər. Mən Yeqor Kuzmiçdən xahiş etdim bu məsələlərlə bağlı dosye yığsın. Biz almanların məsələsinə dəfələrlə qayıtmışıq, bu məsələ ilə bağlı bizdə Siyasi Büronun qərarı var. Yerinə yetirilməyib. Məsələ çox maraqlıdır.
Plenum ərəfəsində Altay vilayət komitəsinin katibi Popovla söhbət edirdim. Söhbət Kulundeyə (almanların kompakt yaşadığı yer -red.) gəlib çıxdı. Mən deyirəm: Qulaq as, bəlkə sizdə orada almanlara muxtariyyət vermək üçün bütün şərtlər yetişib. O isə fikirləşmədən mənə “ bu nəyə gərəkdir?” deyir. Mən deyirəm: Dayan görək, sən axı onları tərifləyirən ki, yaxşı insanlardır. O isə “lap yaxşı, qoy işləsinlər, onlara nə mane olur ki?” deyir.
Mən ona “axı onların özlərinin hansısa problemləri var, axı bu Kulundadır, orada axı heç kim yaşamaq istəmir”. Bax beləcə, fikirləşmədən mənə dedi: “Bu nəyə lazımdır?”
Solomentsev: Oradakı almanlar Volqdan deyillər.
Çebrikov: Onlar bu diyardan heç yerə getməzlər. Orada çox gözəl yaşayırlar.
Liqaçov: Almanlar orada Yekaterina dövründən məskunlaşıblar. 100 il ərzində orduda xidmət etməmək hüquqları olub. Sonra 2-ci Aleksandrın vaxtında bu məsələni həll ediblər. Bütövlükdə 400 min alman köçürülüb.
Qorbaçov: Kulundada onlar yaxşı yaşayırlar. Mən baxdım: küçələri də çox rahatdır. Hər evin qarşısında bağça salınıb. Hər şey gözəldir. Məhsulları da yaxşıdır.
Bütün bu məsələləri həll etmək lazımdır. Amma indi hər şeydən əvvəl Ermənistandakı bu situasiyanı başa çatdırmaq lazımdır. Katibliyə göstəriş verərik: hadisəyə gətirib çıxarımış səbəbləri öyrənməyə başlasınlar. Təkcə partiya işçilərindən deyil, alimlərin, ziyalıların nümayəndələrindən ibarət komissiya yaratmaq lazımdır. Partiya işçiləri daha çox fakt toplamağa meyillidirlər: Müsbət və mənfi. Burada daha demokratik komissiya formalaşmalıdır. Qoy gedib danışsınlar.
Qromıko: Onda komissiya deyil, nümayəndə heyəti olacaq. Qoy bizə sırımağa çalışdıqları komisisya ilə səhv salmasınlar.
Qorbaçov: Bəli. Katiblik qoy uyğun formatı tapsın.
Hazırlığın özü belə yaxınlaşma üçün vasitəçi olmalıdır. Biz özümüz də belə incə məsələlərdə fərqli iş metodlarını mənimsəməliyik. Onlar orada, – kobud da olsa deyəcəyəm, – bir-birinə “hürməyə” başlasalar onları dayandırmaq lazımdır, onları inandırmaq lazımdır ki, qonşudurlar, əsrlərdir bir yerdə yaşayırlar.
Bir ideyanı anlamağa başlayanda onun bütün incəliklərini tuta bilrisən. Bir azərbaycanlı bəstəkar deyir: “Mənim Şuşam”. O, Qarabağda anadan olub, deyir ki, ora şərq incəsənətinin mərkəzidir. Bu, onların birgə beşiydir. Bunu ondan necə çəkindirə bilərsən? Amma Ermənistan başqa şey deyir – “Bizmdir”. Bunu dağıda bilməzsən, əsrlərlə bu bir yerdə gedib.
Azərbaycandakı erməni muxtariyyəti – burada da dialektika var, amma elə olmalıdır ki, həqiqətən muxtariyyət olsun və bütün imkanlardan istifadə etsin. Bax burada həlli axtarmaq lazımdır.
Qromıko: Biz hadisələrin səbəbərini dərindən araşdırmalıyıq. Respublika rəhbərləri yüksəklikdə dayana bilməyiblər.
Qorbaçov: Mən Kaptukiyanla söhbət edəndə bu məsələ qalxdı. Mənə dedilər ki, bizə şaiyələr gəlir ki, Dəmirçiyanı işdən azad etmək istəyirlər. Mən cavab verdim: Bunlar şaiyələrdir, bunu təsdiq edə bilmərəm. Balayan dərhal söhbətə müdaxilə etdi və dedi: Əgər bunu indi, hadisələrdən dərhal sonra etsəniz biz ondan əzabkeş qəhrəman düzəldəcəyik. Buna isə imkan vermək olmaz. Onların hər ikisi Dəmirçiyana qarşı tənqidi münasibət bəsləyirdilər. Deyirdilər ki, onun çox yaxşı işlər gördüyü vaxtlar olub. Amma son dövrlər bunu demək olmaz. Mən dedim ki, biz onu indi azad etməyə hazırlaşmırıq.
Bunu deyəndə Balayan dərhal cavab verdi: Ancaq bu məsələnin həllini çox uzatmaq da lazım deyil. Bu situasiyada tez-tez Əliyevin adı çəkilir. Onun Qarabağda dediyi “Qarabağ Azərbaycanın olub və həmişə olacaq!” bəyanatı təkrar edilir.
Qromıko: Rəhbərlik belə vəziyyətin yaranmasına necə imkan verib?
Qorbaçov: Yeqor Kuzmiç, briqada formalaşdırmaq, adamları göndərmək lazımdır. Sonra onlarla görüşmək, danışmaq, bu zaman məsələni analzi etmək vacibdir. Deyirlər, bizə bura çoxlu məktub və müraciətlər göndərilib. Harada ilişib qalıblar? Deyirlər ki, onlara heç kim reaksiya vermir. O zaman küçəyə çıxmaq və buna reaksiya verilməsinə nail olmaq lazımdır.
Liqaçov: Mən Dəmirçiyanla bağlı xeyli məktub oxumuşam. Yaxşı təəssürat yaranmır.
Qorbaçov: Bəs bu mövzuda?
Liqaçov: Bu mövzuda oxumamışam. Biz Dəmirçiyanla razılaşdıq və faktik olaraq həll etdik…
Qorbaçov: Son illəri öyrənmək lazımdır. İndi aydındır, hadisələr baş verib. Amma buna qədər nə olub?
Liqaçov: Azərbaycan və Ermənistanla bağlı?
Qorbaçov: Bəli. Son 3 ili götürək. Apreldən sonra…
Liqaçov: Dağlıq Qarabağ haqqında?
Qorbaçov: Dağlıq Qarabağ haqqında. Hər yerdə yoxlamaq lazımdır: Prezidiumdan, Hökumətdən soruşmaq lazımdır. Viktor Mixayloviç, siz özünüzdə olana da baxın. Çünki ermənilər şikayətlənir ki, onların müraciətlərinə heç kim reaksiya vermir. Bunun belə olub -olmadığını bilmirəm. Çünki mənə gəlib çatmayıb, oxumamışam.
Liqaçov: Mən də oxumamışam.
Qorbaçov: Oxumamsınız? Yoxsa bizə məruzə eləmirlər.
Liqaçov: Mən icmalı oxuyuram. Dəmirçiyan barədə çoxlu məktub var idi.
Qorbaçov: Dəmirçiyan haqqında bəli…
Eqor Kuzmiç, bəlkə biz əmək bölgüsü aparaq. Bu məsələni və səbəblərini öyrənməyi öz üzərinə götür. Mən də iştirak etməyə hazıram. O zaman müəyyən edərik – kimi hara göndərək, kimi başçı qoymaq. Amma mötəbər fikir adamlarını seçmək lazımdır.
Aleksandr Nikolayeviç, bu iclasın materiallarını hazırlamağı sənə, Razumovskiyə və Lukyanova həvalə edək. Gəlin, bununla məşğul olaq.
Yazov: Amma Mixail Sergeyeviç, Sumqayıtda hərbi vəziyyət elan etmək, ordunu yeritmək lazımdır.
Qorbaçov: Komendant saatı.
Yazov: Mixail Sergeyeviç, bu xətti möhkəm şəkildə aparmaq lazımdır. Nə qədər ki, vəziyyət çox uzağa getməyb. Ordunu ora yeritmək və qayda-qanun yaratmaq lazımdır. Ora təcrid olunmuş yerdir. Milyonlarla insanın yaşadığı Ermənistan deyil. Yeri gəlmişkən, bu ayıldıcı addım başqalarına də təsirini göstərəcək.
Qorbaçov: Aleksandr Vladimirvoviç və Dimitri Timofeyeviç, siz mümkün situasiyanın Bakıda, Leninakanda və erməni rayonu olan bu şəhərdə….
Vlasov: Kirovabadda.
Qorbaçov: Kirovabad.
Vlasov: Bir qədər şüşələri sındırıblar, vəssalam…
Qorbaçov: Nəzərə almaq lazımdır ki, Sumqayıtda nə baş verdiyini hələ bilmirlər. Bu isə qar topası kimi sürətlə yaylıb çatacaq.
Şverdnadze: Bu elə bil birləşmiş qablar kimdir. Əgər Ermənistanda qurbanlar barədə bilsələr, orada ağırlaşdırıcı hal yarada bilər.
Yakovlev: Tez bir zamanda elan etmək lazımdır ki, Sumqayıtda baş verən hadisələrlə bağlı cinayət işi açılıb və cinayətkarlar həbs olunub. Bu, ehtirasları yatırmaq üçün vacibdir. Sumqayıtın şəhər qəzeti tez və inamla bunu deməlidir.
Qorbaçov: İndi əsas məsələ – asayiş qayadalarını pozanlara qarşı mübarizəyə dərhal fəhlə sinfini, drujinnikləri cəlb etmək lazımdır. Bu xuliqanlığı və ekstremizmi dayandıracaq. Alma-Atada olduğu kimi… Bu çox mühümdür. Hərbiçilər əsəbilik, qıcıq yaradır.
Solomentsev: Alma-Atada xuliqanların, millətçilərin qarşısını fəhlə dəstələri aldı.
Razumov: Alma-Atada məsələni fəhlə sinfi həll etdi. Orada başqa vəziyyət var idi. Kütlənin qarşısını əsasən əksəriyyəti rus fəhlələrindən ibarət olan drujinalar saxlamışdı.
Qorbaçov: Kirovabadda paraşütçü desantlar görünən kimi hamı dağılışdı.
Yazov: Bu mənbələri kombinə edərək bu tullantıların bir yerə yığılmaması üçün Stepanakertə heç olmasa bir paraşütçü ya da desant batalyonu, milis batalyonu yeritmək lazımdır. Meydana yığılmış o 500 nəfər əhvalı coşduran generator rolunu oynayır.
Qorbaçov: Mənim xahişim budur: Razumovski, Bağırov və Poqosyanla danışmaq. Onların fikrini bilmək lazımdır. Burada hər şey düzgün edilməldir. Poqosyan Razumovskinin ordan getməsini xahiş edib. Mən hiss edirəm ki, impulslar Stepanakertə Ermənistandan gəlir. Poqosyanla danışıb birbaşa soruşmaq olar: Siz özünüz buna son qoya bilərsiniz yoxsa sizə kömək etmək lazımdır?
Çebrikov: Yerevandan tapşırıq verilib ki, Stepanakertdə plenum keçirilsin. Göstəriş belədir: Yerevanda plenum keçirilib, Stepanakertdə plenum olmayıb. Burdan da ideya – Nə qəqər ki, Stepanakertdə plenum keçirilməyib dağılşmayaq. Ona görə də onlar hələ 10-15 gün meydanda dayanacaqlar. Elə etmək lazımdır ki, Stepanakertdəki meydanda bu adamlar olmasın. Hər şey təşkil edilib. Kolxozlardan ərzaq gətirirlər, yeməkxanalarda meydandakılar üçün yemək hazırlanır. Bu adamların gecə yatmağa yerləri var və hər zaman dəyişirlər.
Qorbaçov: Viktor Mixayloviç, hər halda insanlar ictimai asayişi pozmurlarsa onlarla siyasi iş aparmaq lazımdır, daha ordu ilə qovub çıxarmaq yox.
Çebrikov: Dağıtmayaq. Amma ətrafda kordon yaratmaq olar.
Qorbaçov: Əgər insanlar özlərini sakit aparırlarsa sona qədər siyasi yolla iş aparmaq lazımdır.
Yakovlev: Amma Sumqayıta ordu yeritmək lazımdır. Orada “hakimiyyətin əli”ni göstərmək lazımdır.
Qorbaçov: Əgər meydandan dağılmasalar belə yenə də onlarla işləmək lazımdır, dağıtmaq yox. Əgər insanlar özlərini sakit aparırsa, xuliqanlıq etmirsə o zaman ordu ilə onları dağıtmaq lazım deyil. Burada kordon yaratmaq lazımdır.
Yazov: Sürücülər işə gəlir, amma marşruta çıxmırlar. Amma kəndlərdən şəhərə əhalini daşıyırlar. Onları Stepanakertə buraxmaq lazım deyil.
Razumov: Məktəblər işləmir. Meydanda növbətçilik təşkil olunub.
Qorbaçov: Deməli, qoy Razumovski Bakıda qalsın, Demiçev isə bura gəlsin. Amma yoldaşlar, əgər xalq özünü sakit aparırsa ora ordunu salmağa gərək yoxdur. Bu alınmayacaq.
Yazov: Mixail Sergeyeviç, akademik Ambarsumyan Koçetkova (general Koçetkov-Ermənistana göndərilmiş sovet ordu hissəsinin rəhəbri-red) zəng vurub deyir: Sən bura niyə gəlmisən? O da cavab verib ki, necə yəni, niyə? Bura Zaqafqaziya Hərbi Dairəsidir. O zaman Ambarsumyan sual verib: Sən hansı əmrləri almısan?
Qorbaçov: Görürsən…
Yazov: Əsgərlər arasında vərəqə yaymaq cəhdləri də olub.
Qorbaçov: Əgər hadisələr Sumqayıtda olduğu kimi başlasa qəti və sona qədər hərəkət etmək lazımdır.
Liqaçov: Mixail Sergeyeviç, axı orada hər beş nəfərdən biri keçmiş məhkumdur. Deməli orada 300-400 belə adamlar var. Onları dərhal Sumqayıtdan çıxarmaq lazımdır…
Qorbaçov: Doğrudur. Tutmaq… Dimitri Timofeyeviç, danış görək, necə öldürürlər.
Yazov: İki qadının döşlərini kəsiblər, birinin başını üzüblər, qızların isə dərisini soyublar. Bax belə bir vəhşilik. Bəzi kursantlar huşunu itiriblər.
Liqaçov: Dərhal onların üzərində məhkəmə qurulmalıdır. İstintaqı çox uzatmaq lazım deyil. Burada qətiyyətli hərəkət etmək lazımdır.
Qorbaçov: Hardasa demək olar ki, bir qədər vaxt da itirmişik.
Liqaçov: Mən Novoçerkassk hadisələrini xatırlayıram. Ora diviziyanı yeritdilər. Mən Vladimir Stepanovla birgə orada idim. Hər şey bir anın içində başa çatdı. Hakimiyyət köməksiz olanda, qayda-qanun yarada bilməyəndə bu mənfi təsir doğurur. İnsanları müdafiə etmək lazımdır.
Qorbaçov: Bu şəhəri ələ almaq lazımdır. Keçmiş məhkumlara gəlincə, yəqin onların hamısı qeydiyyatdadırlar.
Qromıko: Onları tutmaq lazımdır.
Yazov: Mixail Sergeyeviç, cinayətkarlar saxlanlıb. Gün ərzində saxlanılan 20 nəfərdən 16-nı buraxıblar, yalnız 4 nəfər qalıb. Hərbiçilər gəldikdən sonra xüsusi təhlükəli cinayətkarları tutmağa başladılar.
Qorbaçov: Aleksandr Vladimiroviç, milis rəisini fəaliyyətsiziliynə görə işdən qovmaq lazımdır. Dərhal qovmaq. Uzun-uzadı xidməti yoxlama aparmadan…Bakıdan layiqli bir şəxsi onun yerinə təyin etmək olar.
Yakovlev: Bu iki qatil üzərində açıq məhkəmə prosesi keçirmək olar?
Qorbaçov: Lazımdır. Yeqor Kuzmiç elə bu barədə danışır. Nəqliyyatın keçdiyi bütün keçidləri bağlamaq lazımdır. Yerevandan təyyarə uçmamalıdır. Erməni müəssəslərinin işlədiyi barədə KİV-ə informasiya hazırlayıb verilməlidir. Yerigəlmişkən axşam onların yerli televiziyalarında yaxşı veriliş verdilər: Adamları iş yerində yaxşı əhvalda olduğunu göstərdilər.
Solomentsov: “Vremya”da da həmçinin Stepanakertdəki bir zavodu göstərdilər. Sonra bu hadisələri pisləyən Yerevanlı fəhlələri göstərdilər.
Qorbaçov: Razılaşdıq, yoldaşlar?
Siyasi Büronun üzvləri: Bəli
Qərar qəbul edilir.
Sumqayıtda komendant saatının elan olunması və son 3 ildə Dağlıq Qarabağa dair məktubların yığılması barədə göstəriş verilir.
29 Fevral 1988-ci il SSRİ SB iclasında H.Əliyevin iştirak etdiyi iclasda Azərbaycanın bölüşdürülmə planının stenoqramması TAM MƏXFİ Yeganə nüsxə Sov.İKP SİYASİ BÜROSUNUN İCLASI 29 FEVRAL 1988-Cİ İL Sədrlik edir: Yoldaş Qorbaçov M.S.
0 notes
redxeber-blog · 7 years
Photo
Tumblr media
Bu ilin iyun ayında Ermənistan silahlı bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş Şahvələdov Sultan Niyaz oğlunun təltif edildiyi Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ailəsinə təqdim olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qusar rayonunda keçirilən mərasimdə vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən Sultan Şahvələdovun “Şücaətə görə” medalı ilə təltif olunması barədə müdafiə nazirinin əmri mərasim iştirakçılarına çatdırılıb. Medal şəhidin atası Niyaz Şahvələdova təqdim edilib. Polkovnik-leytenant Loğman Xanlarov çıxışında S. Şahvələdovun yaşadığı qısa, lakin şərəfli ömür yolunun Azərbaycan gənclərinə örnək olduğunu qeyd edib. Çıxışlarda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Sultan kimi igidlərin fədakarlığı, vətənpərvərliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağını deməyə əsas verir. Oğlu ilə qürur duyduğunu deyən şəhidin atası Niyaz Şahvələdov övladının vətənpərvərliyindən və mərdliyindən danışıb, şəhidlərimizin xatirəsinə göstərilən ehtirama, onların ailələrinə yüksək diqqət və qayğıya görə Azərbaycan prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib. Sonda şəhidin ruhuna ehsan verilib.
0 notes
listeliyi · 8 years
Link
via İqtidarın sensasion 2018 hədəfi: nazir, deputat və başçıların qaykaları bərkidilir - Pərdəarxası http://ift.tt/eA8V8J Hakimiyyət nazirlər və deputatlar qarşısında qeyri-rəsmi tələb qoyub Göstəriş əhalini qıcıqlandıran çıxışlarda korrekt olmaqla əlaqədardır. 2017-ci ili qada-bəlasız, sabitlik içərisində başa vurmağı və 2018-ci il prezident seçkilərinə kimi şəffaf idarəçilik sistemi yaratmağı qarşısında hədəfləyən hakimiyyət komandada qaykaları bərkidir. Nazirlərin və deputatların ağzını “mum”layaraq, çıxışlarında ehtiyatlı və həssas olmağı təmin edərək xalqla işləmək strategiyası proqramda nəzərdə tutulub. Ölkə rəhbərliyi il başlayandan bəzi deputatların çıxışlarına görə ajiotaj yaranmasından narahat olub. Bunun fəsadlarının daha böyük və xoşagəlməz insidentlərə gətirməsindən narahatlıq olduğu üçün tədbirlər planı həyata keçirilir. O baxımdan qeyri-rəsmi göstəriş nazirlərin, komitə sədrlərinin, ayrı-ayrı məmurların, icra başçılarının, deputatların hər birinə şamil olunub. Politika.Az-a iqtidardakı mənbələrdən verilən məlumata görə, hakimiyyət xalqla təmasları artırmaq, problemləri həll etmək, müxalifətə zərrə qədər də şans yeri qoymamaq niyyətindədir. Son günlər mediada məcburi köçkünlərlə bağlı müzakirələr gedir, müxtəlif fikirlər səslənir, təkliflər irəli sürülür. Qaçqınların heysiyyatına toxunan tezislər də mətbuat səhifələrində görünür ki, iqtidar kifayət qədər həssaslıq nümayiş etdirir. Məcburi köçkünlərə ayrılan vahid müavinətdən sonra deputatlara təlimat verilib ki, onlarla tez-tez görüşsünlər, problemlərini dinləsinlər, narazı qaçqın ordusu yetişməsinə zəmin yaratmasınlar. Əldə etdiyimiz xəbərə görə, bəzi deputatların fikirləri qıcıq yaradıb. İqtidar həmin millət vəkillərinə zamanında cəza verib, xəbərdarlıq edib. İndi yeni situasiya yaranıb və onlardan köçkünlərə qarşı daha sıx münasibət göstərilməsi tələb edilib.
0 notes
politiciansstuff · 2 years
Text
BİR QƏRİNƏ ƏVVƏLKİ TARİX – 20 YANVARIN AÇILMAYAN SİRRİ QALDIMI?
“Baş vermiş qanlı hadisələr, kütləvi qətliam və bunları doğuran səbəblər bəllidir, üzərində qaranlıq pərdə qalmayıb”
İki gün sonra Azərbaycan xalqı 20 Yanvar faciəsinin 33-cü ildönümünü qeyd edəcək. 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, SSRİ-nin cinayətkar rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi.
Bu illər ərzində 20 Yanvar tarixi ağrı ilə xatırlansa da, beyinlərdə daim cavabsız suallar qalıb: “Kimdir günahkar?”
Həmin vaxt xalqın önündə gedən xalq hərəkatının aprıcı qüvvəsi-təşkilatı sayılan Azərbaycan Xalq Cəbhəsi (AXC) daxilində böhran yaranmışdı. Radikallar və liberallar adlanan iki cəbhə formalaşmışdı və bu bölünmə xalqın ümumi mübarizəsində öz mənfi təsirlərini göstərirdi. AXC “Milli azadlıq hərəkatı qansız ötüşmür” məntiqini təbliğ edirdi. İndiyədək deyilənləri və yazılanları ümumiləşdirsək, 20 Yanvar faciəsinin əsas səbəbkarları AXC rəhbərliyinin hadisələrin hara apardığını proqnozlaşdıra bilməməsi, Azərbaycan Kommunist Partiyasının bacarıqsızlığı, Qorbaçov başda olmaqla Sov.İKP MK Bürosunun cinayətkarlığı idi.
Artıq o qanlı hadisələrin - 20 Yanvar faciəsinin 33-cü ildönümü tamam olur. Yanvar cinayətinə görə məsuliyyət daşıyanlarla bağlı məsələ dəfələrlə müzakirə olunub. 1990-cı illərin sonlarında seçilmiş parlamentdə deputat-istintaq komissiyası yaradıldı. Bu komissiyasının araşdırmaları olduqca əsaslı idi. Lakin komissiyanın bir çox materiallarını Moskvaya apardılar. Bir sıra adamların, eləcə də əsas günahkarlardan sayılan Yevgeni Primakovun adını bu işdən çıxartdılar.
Bəs bu 33 ildə 20 Yanvarla bağlı açılmayan sirr qaldımı?
Azərbaycan xalq hərəkatının öncüllərindən biri olan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, 20 Yanvar hadisələrinin mahiyyəti, səbəbləri kifayət qədər aydınlaşıb, qaranlıq, açılmayan məqamlar demək olar qalmayıb: “Öncə qeyd edim ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra onun təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verib. Baş vermiş qanlı hadisələr, kütləvi qətliam və bunları doğuran səbəblər demək olar ki, bütün mənalarda artıq bəllidir, üzərində qaranlıq pərdə qalmayıb. Azərbaycan həmin dövrdə Sovet İttifaqının çökməsində öndə gedirdi. Azərbaycan xalqının başladığı mübarizə SSRİ-nin dayaqlarını sarsıdırdı. Azərbaycan ərazisində başladılan erməni separatizminə qarşı müqavimət Azərbaycanda geniş milli hərəkata çevrilmişdi. Ölkə başdan-başa erməni separatizminə, Kremlin ədalətsiz mövqeyinə, dünya erməniliyinin Azərbaycan əleyhinə fəaliyyətinə qarşı qətiyyətli iradəsini ortaya qoyurdu. Separatizmə qarşı dinc müqavimət nəticə vermirdi və hadisələrin gedişi milli azadlıq mübarizəsinə çevrilirdi. Bunun ayrı-ayrı elementləri özünü mitinqlərdə, şüarlarda, çıxışlarda, tətillərdə qoyulan tələblərdə göstərirdi. Belə bir vəziyyətdə SSRİ rəhbərliyi Azərbaycan xalqını cəzalandırmaq, gözünü qorxutmaqla imperiyanın çökməsinə mane olmaq, Azərbaycanda başlanan milli azadlıq hərəkatının bütün SSRİ-yə yayılmasına imkan verməmək üçün 20 Yanvar faciəsini törətdi. Bu qanlı qətliam SSRİ rəhbərliyinin əmri, SSRİ müdafiə nazirinin planı əsasında həyata keçirildi. Cinayətkarlar onlar idi. Eyni zamanda daxildə də Moskvadan daha çox asılı olan, yerli hakimiyyətin başında dayanan Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov kimi antimilli qüvvələr xalqın yanında olmaq əvəzinə Moskvanın tələblərini, addımlarını müdafiə edirdilər. Həmçinin Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Belə bir vəziyyətdə 20 Yanvar hadisələri baş verdi. Odur ki, şübhəsiz yerli rəhbərliyin də mənəvi, siyasi məsuliyyəti bu faciədə kifayət qədərdir. Həmin hadisələr zamanı Xalq Cəbhəsinin də mövqeyi, davranışı cəmiyyət tərəfindən birmənalı qəbul edilməmişdi. Hətta mənim özüm də bununla bağlı 1990-cı ilin mart ayında Ağdaş rayonunda AXC-nin Ali Məclisinin yığıncağında Xalq Cəbhəsinin İdarə Heyətini qınadım, ittiham etdim. Xalqın qabağına çıxmaq əvəzinə onları ayrı-ayrı yerlərdə prosesi kənardan izləməkdə günahlandırdım. Xalqı ekstaza gətirərək ordunun qabağına çıxardaraq sonradan xalqla bərabər olmamalarını onların ən böyük səhvi, günahı, bəlkə də xəyanəti kimi dəyərləndirdim və sonra Xalq Cəbhəsinin Ali Məclisinin üzvlüyündən istefa verdim”.
F.Ağamalı vurğuladı ki, əlbəttə azadlıq heç bir xalqa qızıl nimçədə təqdim olunmur. Azadlıq uğrunda mübarizə şübhəsiz ki, ağır döyüşlərdən, qurbanlardan, məhrumiyyətlərdən keçir: “Təəssüflər olsun ki, biz də o qurbanları verdik. Məhz 20 Yanvardan sonra Azərbaycanda hərəkat birmənalı olaraq milli azadlıq mübarizəsinə çevrildi. Xalqın bu mübarizəsi qarşısıalınmaz oldu. SSRİ-nin çöküşü qaçılmaza çevrildi. Ulu öndər Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinin binasına gedərək 20 Yanvar faciəsinə siyasi qiymət verməsi, SSRİ rəhbərliyini, Mixail Qorbaçovu ittiham etməsi, ordunun dinc insanların üzərinə yeridilməsini Azərbaycan xalqına təcavüz və ağır cinayət adlandırması da Azərbaycanda milli azadlıq hərəkatının gedişinə, böyüməsinə ciddi təsirini göstərdi, müstəsna rol oynadı. Beləliklə, bir tərəfdən 20 Yanvar bizim üçün qanlı faciədir, bir tərəfdən bizim şərəf və qürur mənbəyimizdir. Çünki o hadisələrdə şəhid olan vətəndaşlarımızın qanları, canları bahasına xalqımızın apardığı azadlıq mübarizəsi nəticə etibarilə milli istiqlalımıza gətirib çıxardı. Bu gün Azərbaycan müstəqil dövlət olaraq dünya miqyasında söz sahibi olan dövlətlərdən birinə çevrilib. Şəhidlərimizin ruhu rahatdır. Çünki həm müstəqil dövlətik və inkişaf etmişik, həm də torpaqlarımızın böyük hissəsini erməni işğalından azad etmişik. Qalan cüzi hissəsinin azad olunması üçün də mübarizə gedir. Əminəm ki, 2023-cü ildə biz bu məsələyə nöqtə qoyacağıq”.
“Yeni Müsavat” saytı
Etibar Seyidağa,
18 yanvar 2023-cü il
Tumblr media
0 notes
metbuat · 2 years
Text
DÇ:
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir. Metbuat.org xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha 5 təmsilçisi tatami üzərinə çıxacaq. Oğlanların 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Nizami İmranov 16 finalda Matiya Yeremiç (Serbiya) / Françesko Sampino (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.  66 kq…
Tumblr media
View On WordPress
0 notes
metbuat · 2 years
Text
DÇ: 
Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı start götürəcək. Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 2 təmsilçisi tatami üzərinə çıxacaq. Oğlanların 50 kq çəki dərəcəsində yer alan Məhəmməd Məmişov mübarizəyə 1 finaldan qoşulacaq. O, bu mərhələdə Emiliano Lattanzi (İtaliya) ilə üz-üzə gələcək. 55 kq çəkidəki Şahin…
Tumblr media
View On WordPress
0 notes
politiciansstuff · 3 years
Text
Tumblr media
Millətimizin iftixarı, sevgi və inam ünvanı prezidentimiz - İLHAM ƏLİYEV
Beynəlxalq səviyyəli dövlət xadimi və siyasətçi şöhrəti qazanan, atdığı hər addımla, söylədiyi hər fikirlə beynəlxalq ictimaiyyəti heyrətə gətirən, şəxsiyyətinə böyük rəğbət formalaşdıran İlham Əliyev 50 milyonluq millətimizin XXI əsrdə şəriksiz lideridir, adını tarixi şəxsiyyətlər salnaməsinə həkk etdirmiş milli iftixarımızdır.
O, yüksək liderlik keyfiyyətlərini hələ ötən yüzilin 90-cı illərinin ikinci yarısında ikinci dəfə müstəqilliyini bərpa etmiş dövlətimizin çətin, keşməkeşli, ağır sınaqlarla üz-üzə durduğu günlərdə qazanmışdı. Ölkəmiz üçün taleyüklü əhəmiyyət kəsb edən neft kontraktlarının dünyanın iri, aparıcı şirkətləri ilə bağlanmasında həlledici rol oynayan İlham Əliyev xarici mətbuatda güclü neft strateqi, məharətli siyasətçi, peşəkar diplomat, dərin iqtisadi biliklərə malik şəxs kimi səciyyələndirilirdi. Dünyanın güc mərkəzlərinin geopolitik və geoiqtisadi maraqlarını milli maraqlarımızla böyük ustalıqla uzlaşdıran İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin neft strategiyasının uzun illər boyu milli dövlətçiliyimizin güclənməsinə verəcəyi əhəmiyyətli töhfələrin şəriksiz funksioneri kimi diqqəti cəlb etməkdə idi.
Milli Məclisin deputatı, MOK-nin prezidenti, daha sonralar Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri statusunda fəaliyyəti onu artıq böyük siyasətdə söz sahibinə çevirdi. İlham Əliyev sakit, təmkinli və qətiyyətli addımlarla siyasi proseslərin həlledici amilinə çevrilməkdə idi.
90-cı illərin ikinci yarısında onun xarici və ölkə mətbuatına verdiyi müsahibələr və açıqlamalarda, ABŞ və Avropanın nüfuzlu siyasi institutlarında etdiyi çıxışlarda yaxın gələcəyin parlaq siyasətçisi kimi Qərbin beyin mərkəzlərinin, dövlət başçılarının diqqətini cəlb edirdi.
Təbii ki, ölkəmizdəki siyasi proseslərdə də İlham Əliyev amili həlledici mövqe qazanır, Ulu Öndərimizin siyasi kursunun və dövlətçilik konsepsiyasının ən istedadlı, ən ardıcıl davamçısı olmaq imkanını ortaya qoyurdu.
Cəmiyyət və onun siyasi mühiti 90-cı illərin axırlarından başlayaraq gələcəyin yeni, həm də fərqli, radikallıqdan və populizmdən uzaq, praqmatikliyi və əməli fəaliyyətilə, atdığı addımlarla ölkəmizə nüfuz gətirən, onu gücləndirən, problemlərinin həllinə konkret töhfələr verə bilən, yüksək intellekti, siyasi mədəniyyəti və insani keyfiyyətlərilə fərqlənən, xüsusilə Ulu Öndərimiz Heydər Əliyevin memarı olduğu milli dövlətçilik xəttinin təməl prinsiplərini qəbul edib, dövlətçiliyimizi gücləndirib daha yüksək zirvələrə qaldıra bilən siyasətçinin axtarışında idi. Bütün bu və buna bənzər keyfiyyətləri özündə daşıyan siyasətçi və gələcək dövlət başçısı haqqında düşünərkən baxışlar, düşüncə və ümidlər birmənalı şəkildə İlham Əliyevə köklənirdi.
Bu baxımdan 1999-cu ildə sosial sifarişin və apardığım davamlı müşahidələrin məntiqinə söykənərək hazırladığım “İlham Əliyev böyük siyasətdə: reallıqlar və perspektivlər” toplusunun ön sözündə yazırdım: “Zamanın önə çəkdiyi və formalaşdırdığı İlham Əliyev yeni keyfiyyətləri özündə cəmləşdirən siyasi xadimdir. Onun cəmiyyətə və ictimai-siyasi proseslərə baxışlar sistemi başqalarından ciddi şəkildə fərqlənir. İlham Əliyevin baxışlar sistemi zəngindir, rəngarəngdir, müasir dünyanın üstün və demokratik dəyərlərinin milli koloritlə vəhdətidir. Dözümlüdür, təmkinli və səbrlidir, dövlətçilikdə, taleyüklü problemlərimizin həllində qətiyyətli və prinsipialdır, adi həyatda sadə, səmimi, xeyirxah bir şəxsiyyətdir. Bütün varlığı ilə Vətənə və mənsub olduğu millətə bağlıdır”.
On səkkiz illik zaman kəsiyində xalqımızın iradəsinə və etimadına arxalanan İlham Əliyev prezident kimi Ulu Öndərimizin təməl prinsiplərinə söykənərək, respublikamızı Güney Qafqazın lider və regionun simasını dəyişən aparıcı dövlətinə çevirdi.
O, Beynəlxalq təşkilatların və güc mərkəzlərinin qlobal geosiyasi və geoiqtisadi hədəflərini milli maraqlarımızla uzlaşdırmağı bacardı və bunun konkret siyasi dividendləri özünü çox gözlətmədi.
İlham Əliyevin hakimiyyəti ona görə güclü, yenilməzdir ki, xalqa söykənib, qüvvəsini onun birliyindən, iradəsindən alır. Bunu özü də etiraf edir. Və həmin məqam böyük hakimiyyət ustası Heydər Əliyevin siyasi idarəetmə fəlsəfəsinin aparıcı qayə və prinsipini təşkil edirdi. Və göründüyü kimi, prezidentimiz də həmin incə hikməti əxz etməklə kifayətlənməmiş, bu üstün keyfiyyəti idarəetmə fəaliyyəti və dövlətçilik təcrübəsinin çalarları ilə daha da zənginləşdirmişdir.
Yəqin ki, xatırlayarsınız; 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimindən sonra dövlət başçısı statusunda ilk çıxışını edən İlham Əliyev Azərbaycanın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini dəqiqliklə xarakterizə edərək özünün əsas fəaliyyət prioritetlərini elan etdi: güclü dövlət, sabitliyə təminat, hər kəs üçün sosial rifah! Prezident İlham Əliyev ötən dövr ərzində bu prinsiplərə əməl olunması üçün ardıcıl, məqsədyönlü və ən əsası, uğurlu fəaliyyət göstərib. Sözsüz ki, bu üç təməl prinsipinin arxasında bir ümdə məqsəd də var – Azərbaycan dövlətçiliyinin varlığının təmin edilməsi!
Güclü, mobil və yüksək iş qabiliyyətli komandaya malik olan dövlət başçısı hökumət qarşısında duran prioritet vəzifələri güzgün müəyyənləşdirməklə, yeni dövrün ən səciyyəvi cəhəti kimi, ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkdi.
Sosialyönümlü siyasət yeridən Prezident İlham Əliyev ötən 18 il ərzində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sərgilədi. O, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun ümumi daxildə məhsuldakı çəkisinin artırılması, regionların proporsional inkişafı, yeni istehsal müəssisələrinin açılması, ən başlıcası, işsizlik probleminin aradan qaldılıması istiqamətində effektiv nəticələrə hesablanmış cəsarətli addımlar atdı.
Ötən dövrdə tarazlı xarici siyasət kursunun davam etdirilməsi, ABŞ, Rusiya kimi böyük dövlətlərlə, Avropa Birliyinin aparıcı ölkələri ilə, qardaş Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi, habelə qonşu İranla, Gürcüstanla, strateji tərəfdaşımız Ukrayna ilə, Xəzərin o tayındakı tərəfdaşımız Qazaxıstanla, Özbəkistanla əməkdaşlığın genişləndirilməsi nəticə etirabilə Azərbaycanın beynəlxalq münasibətlərinin və imicinin gücləndirilməsinə mühüm töhfədir. Ölkənin xarici siyasəti Heydər Əliyevin dövründə olduğu kimi, bu gün də qarşılıqlı əməkdaşlığa, dinc münasibətlərə və lazım gəldiyi məqamda dişli, Azərbaycanın milli maraqlarını ehtiva edən addımlara dayanır.
Əlbəttə, ölkəmizin davamlı və dinamik inkişafına nail olmadan, güclü iqtisadiyyat formalaşdırmadan, cəmiyyətin immunitetini möhkəmləndirmədən, sosial ədalət prinsiplərini bərqərar etmədən dövlətimizi Beynəlxalq səviyyəli oyuncuya çevrilmək ancaq xəyallarda yaşana bilərdi. Prezidentlik illərində İlham Əliyev bütün bunları çox böyük məharətlə həyata keçirdi və paralel olaraq uzun illər dünya miqyasında Azərbaycanı, türk soyunu hədəfə alıb, şər və böhtanla, pulla ələ aldığı beynəlxalq şəbəkə vasitəsilə aşağılayan, mənfi rəy formalaşdıran dünya erməniçiliyinin saxta ideologiyasını alt-üst etmək üçün mühüm addımlar atdı. Qısa zaman kəsiyində Bakı Dünya sivilizasiyalarının dialoq və əməkdaşlığa, sülhə, əmin-amanlığa xidmət edən qlobal forumlara ev sahibliyi edən məkana çevrildi.
Ciddi əhəmiyyət daşıyan bu prosesdə ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyilə Heydər Əliyev Fondu Berlində, Romada, Strasburqda beynəlxalq əhəmiyyətli layihələr həyata keçirməklə ölkəmizin nüfuzuna əhəmiyyətli töhvələrini verdi. Beləliklə, Dünya erməniçiliyi tərəfindən əhatəyə alan informasiya blokadası və saxta erməni mifi darmadağın edildi.
Prezidentliyə başladığı ilk gündən ermənilər və onları himayə edən qüvvələrin işğal etdikləri torrpaqlarımızın bir qarışı belə heç kimə güzəştə getməyəcək qətiyyətini ortalığa qoyan İlham Əliyev zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin sonuna qədər prinsipial mövqeyinə sadiq qaldı.
Yaratdığı ən müasir, modern, vətənpərvər və döyüşkən ordu ilə, formalaşdırdığı uğurlu xarici siyasətlə, zərgər dəqiqliyilə apardığı məharətli diplomatiya və məkrli informasiya bosslarını güclü və təkzibolunmaz arqumentlər, təmkin və təkrarolunmaz manevrlərlə çıxılmaz duruma salmaqla, Vətənimizi 200 illik məğlubiyyət sindromundan qalib ölkəyə, xalqımızı qalib millətə çevirməyi bacardı. Ilham Əliyev Azərbaycan xalqının tarixinə əbədi olaraq Müzəffər, Qəhrəman, Xilaskar, Qalib Sərkərdə, mahir diplomat kimi möhürünü vurdu. Beynəlxalq səviyyədə XXI əsr müharibəsinin memarı və Müzəffər Sərkərdəsi statusunu qazandı.
“Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var. O, torpaqlar bizim tarixi torpaqlarımızdır. Biz ora qayıdacağıq, mütləq qayıdacağıq” çağrışı və qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsilə yeni tarix yaradan, BMT-nin, ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin edə bilmədiyini edib, erməni faşizmini, onun ordusunu, saxta ideologiyasını darmadağın etdi. Dünyanı dəyişən və XXI yüzilliyin şəriksiz lideri zirvəsinə ucalan İlham Əliyevin iradəsi və şəhidlərimizin al-qanı, qazilərimizin qəhrəmanlığı ilə Ay-Ulduzlu üç rəngli Bayrağımız Murovun zirvəsində, Xudafərin körpüsündə, Şuşa qalasında, Ağdamda, Fizulidə, Şərqi Zəngəzurun hər bir güşəsində dalğalanmaqdadı. Mənfur düşmənin tör-töküntülərinin məskunlaşdığı tarixi ərazilərimizdə də bayrağımızın ucaldılması günü uzaqda deyil. Buna varlığım qədər əminəm.
Erməni vandallarını məğlub etməklə həm də region xalqlarının sülh və əməkdaşlıq şəraitində yaşamaq imkanlarının, Sovet imperiyası tərəfindən pozulan Türk Dünyasının coğrafi bağlılığının bərpa olunmasının və Türk dövlətlərinini bir ittifaqda fəaliyyət göstərməsi perspektivinin reallaşmasının müəllifi də möhtərəm, cənab prezident İlham Əliyevdır.
Dövlət başçısı cənab İlham Əliyev yeni tipli, yeni nəsil, idarəetmədə siyasi menecment elementlərindən yararlanmağa üstünlük verən Qərb yönümlü siyasətçilərdəndir. Bu “yeni” nəsil özündə əvvəlki siyasətçilər sülaləsindən köklü şəkildə fərqlənən novator, proqressiv və mahiyyət etibarilə tam fərqli pozitiv prinsipləri ehtiva edir. Bu, iqtisadi təfəkkürlə düşünməyi bacaran və bunu siyasi konyunkturanın fövqünə qaldıran, başqa sözlə desək, siyasəti əməli fəaliyyətin instrumentinə çevirən bir siyasi təmayüldür.
Cənab İlham Əliyev nəinki ötən 18 ildə, daha dəqiq ifadə etsək, Ulu Öndərin ona dövlət hakimiyyətində mühüm bir post etibar etdiyi gündən məhsuldar, effektiv fəaliyyəti ilə şəxsiyyətinə ümumxalq maraq və inamı oyatmağı bacarmışdı. Bu inamı qidalandıran, ona yaşamaq hüququ verən əsas amil Prezidentin siyasətə və vəzifəyə məqsəd kimi deyil, məhz ali bir vasitə - xalqına, millətinə, torpağına, dövlətinə namuslu bir vətəndaş kimi xidmət etməyə geniş imkanlar açan vasitə kimi yanaşmasıdır. Ölkə başçısının 18 illik fəaliyyətinin məhvərində vaxtilə söylədiyi və ötən dövrün qazanılmış uğurlarının timsalında çox əyani şəkildə təzahür edən belə bir konseptual-əməli formul durur: “Mənim siyasətim ondan ibarətdir ki, əməli-praktiki işlərlə məşğulam. Azərbaycana xarici investisiyalar cəlb etməklə, yeni iş yerlərinin açılması ilə məşğulam. Mənim aləmimdə siyasət belə olmalıdır. Yəni siyasət hansısa konkret nəticə ilə yekunlaşmalıdır... Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir”.
Vaxtilə geriyə boylanaraq görülmüş böyük işlərə və perspektivdə bizi gözləyən üfüqlərə nəzər atan Heydər Əliyev deyirdi: “Bütün bu işləri biz başladıq, biz də başa çatdıracağıq”. Bu, ümummilli tərəqqi proqramını, həyata keçirilən kompleks islahatlar xəttini ehtiva edən bir tezis idi. Azərbaycan insanı dərk edir ki, başından qovğası əskik olmayan bu ölkənin, tarixin daim sınaqlara, imtahanlara ürcah etdiyi bu xalqın yeganə xilas yolu Heydər Əliyev ideallarının yanında olmaq, tək ümid və uğurlu gələcəyi onun açıb qoyduğu geniş yoldan sarpmamaqdır. Bu yolun perspektivini, inkişafını Ulu Öndərin özü belə görürdü: “Mən seçici olsaydım, İlham Əliyevə səs verərdim”.
Azərbaycan xalqı səs verdi və yanılmadı!
Qarşıdan milli iftixarımız, şərəf və qürur mənbəyimiz, 50 milyonluq millətimizin qəlbində və yaddaşında sevgilə əbədiləşən, inam ünvanlı prezidentimiz İlham Əliyevin 60 illik yubileyi gəlir. Milyonlarla soydaşımıza qoşularaq cənab prezidentimi təbrik edir, ona və dəyərli ailəsinə möhkəm can sağılığı, uzun ömür və başladığı və davam etdirdiyi şərəfli və müqəddəs tarixi missiyasında uğurlar arzulayıram.
Fəzail Ağamalı,
Ana Vətən Partiyasının sədri,
Millət Vəkili
0 notes
Photo
Tumblr media
Bir insanın digər bir insan haqqında ortaq tanışlar, qohumlar arasında, şər-böhtan ataraq danışarsa, haqqında nalayiq ifadələr işlədərsə, bu hüquq pozuntusu sayılırmı? Bu halda hüquq-mühafizə orqanlarına müraciət etmək olarmı? Bu məsələ Cinayət Məcəlləsinin 147 və ya 148-ci maddələri ilə tənzimlənir: Məcəllənin 147-ci maddəsinə görə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlar edərək yaymaq min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 148-ci maddədə isə təhqirlə bağlı müddəa yer alır: Təhqir, yəni kütləvi çıxışlarda şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda xüsusi ittiham qaydasında, yaxud da ki üzr istənilməsi və mənəvi zərərin ödənilməsi tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək olar. Amma bunun üçün konkret şahidlər, səs yazısı, video görüntü, yaxud yazılı sübutlar olmalıdır. Belə olan halda məhkəmə şikayət edənin xeyrinə qərar çıxara bilər. https://www.instagram.com/p/CR31Kjzrnjw/?utm_medium=tumblr
0 notes
Photo
Tumblr media
Saxta profil məsuliyyət yaradırmı? Hüquqşünas: Əli İbrahimov Zaman-zaman insanlar sosial şəbəkələrdə saxta ad və soyadlardan istifadə edərək saxta profil hesabı yaradır. Bu yolla insanları sosial şəbəkələrdə təhqir edirlər. Bu zaman həmin saxta profil hesabı sahibləri düşünürlər ki, bu hərəkətlə heç bir məsuliyyət daşımırlar. Lakin Cinayət Məcəlləsinə (bundan sonra CM) yeni əlavə edilən 148-1-ci maddəyə əsasən artıq bu hərəkət də cinayət əməli sayılır və müəyyən məsuliyyət daşınmasına gətirib çıxarır. Ümumilikdə isə CM-in 148-ci maddəsinə əsasən isə təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma nəzərdə tutulur. CM-in 148-1-ci maddəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə -1.000 manatdan 2.000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Burada “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. https://www.instagram.com/p/CDiuXjKBK0f/?igshid=g87y204xbmwo
0 notes