aglay01
aglay01
Aglay
2 posts
Don't wanna be here? Send us removal request.
aglay01 · 3 years ago
Text
Memarlar və dizaynerlər - düzgün birini necə seçmək olar
Memarlar və Dizaynerlərə müraciət edərkən düşünməli olduğunuz müxtəlif komponentlər var. Saysız-hesabsız müxtəlif memar və dizaynerlərin arasından ən yaxşılarını tapmaq çətin görünə bilər.
Gəlin unutmayaq, siz ozünüzün və yaxınlarınızın daim gozləri önundə olacaq, seva biləcəyiniz bir memarlıq əsərinə sərmayə qoymağa hazırlaşırsınız.
Seçimlərinizi araşdırmaq və nə axtardığınızı yaxşı bilmək, arzunuzun həyata keçməsi üçün ən yaxşı seçimi etməkdə sizə yardımçı ola biləcək bir neçə şərt var.
- Heç vaxt araşdırma etmədən, rastlaşdığınız memarın ve ya dizaynerin yaratdığı əsərlərlə, gordüyü işlərlə tanış olmadan qərar verməyin. Ölkənin ən yaxşı memarlıq əsərlərinin yaradıcılarını tapmaq elə də çətin deyil, həqiqətən bunu öz müşahidələrinizlə görə bilərsiniz. Bu, sizə düzgün qərar verməkdə və daim, hər baxışda sevəcəyiniz, gələcək nəsillər üçün memarlıq abidəsi ola biləcək bir əsər yaratmaqda kömək edər.
- Maliyyə planınızı və bir memar üçün xərcləməli olduğunuz məbləği düşünün. Bu seçiminizdə narahatlığınız olmasa belə, nəzərə alınmalı bir komponent olacaqdır. Öz işini bilən və sizi səbrlə dinləyən, başa düşən, düşüncələrinizi həyata keçirməyi bacaran bir yaradıcını tapmalısınız.
- Keçmiş işlərinə nəzər salmağı unutmayın. Memarlar və dizaynerlər, şairlər,yazıçılar və bəstəkarlar kimidir. Onların yaratdıqları əsərlərə  baxın və bunun sizin arzu, istək və zövqünüzə uy��un olduğundan əmin olun. Mükəmməl bir əsər yaratmaq arzunuzu nəzərə alsaq, onların axtardığınız bir yaradıcı olduğuna əmin olun. Unutmayın, sizə, yaratmaq istədiyiniz binanı sizin qədər sevə bilməyi bacaran bir memar və dizayner lazımdır.
- Son 100 illikdə vətənimizdə yaradılmış tarixi sənət əsərləri bizə imkan verir deyək ki, füsunkar memarlıq əsərlərinin yaradılmasında Azərbaycan memarlarının öz imzaları var. Memarlıq işlərini yerinə yetirməkdə çoxillik təcrübəyə malik mütəxəssislərin hazırlanması əminliklə deməyə əsas verir ki, bizdə memarlıq fasadlarının yaradılmasında təbii daşlardan istifadə ənənəsi var. Başqa ölkələrdən olan memarların  peşəkarlığına şübhə etmədən, həm də qeyd etmək lazımdlr ki, ağlay daşlarla üzlənən fasadların həqiqətən füsunkar, səhvsiz və möhtəşəm olması üçün həm də həmin sahədə uzun illər təcrübəyə malik memar və dizaynerlərlə işləmək vacibdir.
Xərclərlə yanaşı, planladığınız və arzuladığınız bir nəticəni əldə etməkdə bu qeydlərdən yararlana biləcəyinizi arzu edirik.
Daha ətraflı məlumat və ya axtardığınızı əldə etməkdə yarana biləcək suallarınızı bizdən soruşmaq istəsəniz https//aglay.com səhifəsinə kecid eda bilərsiniz.
Ümid edirik ki, arzuladığınız evinizi yaratmaq üçün memar və ya dizayner, başqa cür desək kompozisiya yaradıcısı axtardığınız zaman bu məsləhətlər seçim  etməkdə sizə kömək edəcəkdir.
evin fasadı
üzlük daşları
fasadın üzlənməsi
fasadın memarlıq dizaynı
0 notes
aglay01 · 3 years ago
Text
Binanın Interyer və eksteryerində Aqlay Üzlük Daşlardan istifadə etməyin 10 əsas faydası
Daşın daxili və xarici tətbiqlərdə istifadəsi dünyanın hər yerində onu tətbiq edən bina sahiblərinə şöhrət və hörmət qazandırır.
İstər biznes binası olsun, istərsə də fərdi evlər, binanın möhtəşəmliyi, gözəlliyi və izolyasiyası üçün təbii daşların istifadəsindən daha mükəmməl həll mövcud deyil.
Daxili istehsal və əhali arasında klassik üsluba meyllilik  olduğu üçün, fasadın daş üzlənməsi ölkə ərazisində geniş istifadə olunur.
Və düzgün memarlıq qaydaları ilə tikilmiş klassik daş fasadlar mehmanxanalar, kafelər, şəxsi evlər və digər muxtəlif binaların fasadlarının üzlənməsində tətbiq olunur.
Aşağıda sadalananlar daşların şöhrətinin artmasının 6 əsas səbəbidir:
•              Möhtəşəm Vizual Cazibə
•              Aqlay daşlarının interyerdə və eksteryerdə tətbiq imkanları
•              Qədim dövrlərdən bu günə qədər istifadə olunan materiallar arasında ən möhtəşəmi və ən gözəli
•              Ən çətin incəsənət əsərlərinin aqlay daşlarından hazırlanma imkanları
•              Ən yaxşı təbii izolyasiya
•              Binalar üçün cox vacib olan, nəfəs alma qabiliyyəti
•              Uzun ömürlülük . Aqlay daşlarından yaradılmış fasadın ömrü, binanın ömrü qədər uzundur
•              Xüsusi xidmət tələb etməməsı.
•              Yalnız bir dəfə xərc çəkilməsi
•              Aqlay daşları ilə bəzədilən fasadlar tarixən öz sahiblərinə uyut, rahatlıq və xöşbəxtlik gətiriblər
İnteryerdə və eksteryerdə daşlardan istifadə etməyin bir səbəbi də, aqlay daşlarının ona toxunuşda isti olması təsiri bağışlamasıdır.
Sərtlik
Aqlay daşlarının yaratdığı fasad, 2-3 il mövcud olan boya və ya şüşəli plitələr kimi deyil.
Daş uzun illər cazibəsini saxlayacaq davamlı materialdır. Bundan əlavə, ətraf mühitin təsirinə qarşı davamlıdır. Daş fasadlar qocaldıqca daha qiymətli olaraq gələcək nəsillər üçün tarixi abidələrə cevrilir və memarlıq əsərləri kimi qiymətli olur.
Daş üzlüklər
Unutmayın, təbiətdə yaranan hər şey canlıdır.
Plastik və ya betondan hazırlanmış süni və qeyri-təbii materiallar təbii daşların yaratdığı füsunkar gözəlliyi verə bilməz.
 Hərdən başınızı qaldırıb altından keçdiyiniz binaların fasadlarına baxın. 1890 cı illərdən bu günədək Bakımızı bəzəyən, əsl memarlıq abidələrinə çevrilmış daş fasadların möhtəşəmliyi, füsunkarlığı sizi valeh edəcək.
Gəlin düşünək hansı süni material belə təbii və füsunkar gözəllik yarada bilər?
  İçəridə və xaricdə daşlardan istifadə etməyin bir səbəbi də, aglay daşlarının ona toxunuşda isti olması təəssüratını yaratmasıdır
  Sərtlik
Aqlay daşlarınin yaratdığı fasad, 2-3 il mövcud olan boya və ya şüşəli plitələr kimi deyil.
Daş uzun illər cazibəsini saxlayacaq davamlı materialdır. Bundan əlavə, ətraf mühitin təsirinə qarşı davamlıdır. Daş fasadlar gocaldiqca daha giymətli olaraq gələcək nəsillər üçün tarixi abidələrə cevrilir və memarliq əsərləri kimi giymətli olur.
  Daş üzlüklər
 Unutmayın, təbiətdə yaranan hər şey canlıdır.
fasadların daşla üzlənməsi
binaların fasadlarının dizaynı
binaların memarlıq dizaynı
evin fasadı
1 note · View note