Don't wanna be here? Send us removal request.
Text
Ümid
Günəş belə yenidən doğmaq üçün hər gecə batarkən, ümidini itirməyin haqqsızlıq deyilmi? Ümid, ovuc içində olan su kimidir. O son damcı hər zaman qalmalıdır. Açılan hər günün, gələcək günlərivin daha yaxşı olacağının ümid güvənçəsi olmalı. Həyatında hər şey alt-üst olmuş ola bilər, illərlə mübarizə aparmış hələ istəklərivə nail olmamış ola bilərsən. Bərbad karyeran, güvənsiz dostlar, uğursuz sevgi yaşaya bilərsən, acınacaqlı həyatın bir küncünə atılmış biridə ola bilərsən. Bunlardan və daha artıqlarından heç nə sənə əllərini, qollarını yanına atıb hər şeydən vaz keçməyə şərait yaratmamalıdır. Son bulunan anda həyat tapmağı, hər şey bitdiyində yenidən başlamağı, uçurum qırağından geri dönməyi bacarmalısan. Həyatında olan bütün neqativ yaşanılmışlıqlar, və ya hələdə davam edən xoş olmayan hadisələr, bütün bunlar sən nəfəs aldığın müddətcə dəyişə bilər. Yenidən, dahada yenidən dəfələrlə israrla təkrarla. Bəlkə yenə yıxılacaqsan, yenə bəlkə yaralar içində olacaqsan, olsun ən azından dönüb baxdığında mən bunu etdim demiş olacaqsan. İçin məhz bunun üçün fərah olacaq. Kaş ki, sözü düyüm olub boğazında hər gecə qalmayacaq. Təkcə buna görə dəyməzmi? Məncə dəyər.. Yaşamağın, yaşlanmağın özü özlüyündə bir ümiddir. Heçnəyi, heç kimi günahlandırma. Onlar sənə o ümidi verdilər deyə özüvü əsla günahkar hesab etmə. Onlar sənə tək ümid vermiş ola bilərlər, sən onlara içindəki qalaktikanı verdin. Sevgivi, həyatıvı, zamanıvı vermiş oldun. İndi düşün bütün bunları verə bilən insanın ümidi yenə olmamalıdırmı?.. Əminəm, bir gün bütün bunların ən ülvisinidə məhz sən yaşayacaqsan. Yaşadılanlar bir gün yaşanılacaq. Yaxşı yada pis. Ümidin olduğu yerdə başlar həyat, orda çiçək açar ən gözəl ağaclar, məhz orda oxumağa başlar quşlar, ordan başlar həyatıvın geri qalan günləri. Səhranı belə gözəl görənin, gözləri haralardasa su quyusu görəndir. Bəzən həyatı zorlamamaq gərək. Hadisələri yerli yerində qoymaq və uduzduğunu qalibcəsinə qarşılamaq lazım. Həyat bu, hər zaman qazanacaqsan deyə bir şey yoxdur. Əsl qalibiyyət qazanmaq deyil, itirdiyinin fərqinə varmaq və onu qəbul edə bilməkdir. Bu, üzüvü turşutmadan sirkə içmək kimi bir şeydir..Hər şeyi dadında burax, bitməsini bəzən gözləmə. Başqalarını örnək alma, onlarda necə alınır səndə alınmır deyə suallar özünə vermə. Onların nə çətinliklərdən keçdiklərini bilə bilməzsən çünki. Nələrdən imtina edib buralara gəlib çıxdıqlarını, bütün bunlara necə nail olduqlarını, nələrin hələdə rahat buraxmadığını ağlıva belə gətirə bilməzsən. Şüur attına gözəl sözlər həkk et. Çünki, özüvə nə söylərsənsə o olarsan. Yaxşı sözlərdən ibarət ol, sadəcə sən ol, özun ol. Qarşılaşdığın çətin hadisələr nə qədər ağır olursa olsun, ümid edərək onlara tərəf yaxınlaşmaq qürur vericidir. Bəlkə bir gün heç tanımadığımız uzaq bir yerdə qarşılaşarıq, bəlkədə gülümsəyər bir birimizin əllərini ümidlə sıxarıq..
2 notes
·
View notes
Text
Öyrəndim
Öyrəndimki, bəzən yanan alovu görmək üçün gecənin düşməsi şərtdir. Anladımki, yorğun cümlələrdən ibarət deyildir həyat. Bir yazanı var o cümlələrin, birdə yazdıranları. Anladımki, özümü aldatdığım qədər heç kimi aldatmamışam bu dünyada. Aldandığımın fərqinə vardığında anladım. İllər sonra anladımki, heç kimə özüvü israrla xatırlatmağa gərək yox. Səsini duyurmağın üçün çığırmağa ehtiyyac yox, səni eşitmək istəyənə pıçıltın belə yetər. Öyrəndimki, ürəyində mərhəmət duyğusunu daşıdığın müddətcə insansan. Səni sən edən mərhəmətin və sevgindir. İnsanları anladığın, onların yaşadıqları duyğuları empati etdiyin müddətcə canlısan. Paxıllıq və qısqanclıq duyğusuna qalıb gələ bilirsənsə sən güclü birisən. Anladımki, səni yanlış duyğular içinə həbs edən insanlardan bacardığın qədər uzaqlara qaçmalısan. Səni dəyərsiz sayan, gərəksiz hiss etdirən nə varsa hər şeyi və hər kəsi bir addım geridə buraxmalısan. Anlamalısanki əsl fədəkarlıq başqaları üçün nələr etməyin deyil, özün üçün nələr etməməyindir. Səndən qiymətli biri daha yoxdur bu dünyada. Yaşatdığım fədakarlıqların mənlə heç bir bağı olmadığında anladım. Öyrəndimki, bəzən əsl güc susaraq pıçqıraraq getməkmiş. Gözlərimdəki yaşı, dodağımdaki təbəssümlə əvəz etdikdə anladım. Anladımki, nə qədər haqqlı, nə qədər haqqsız olmağın bəzən heç bir işə yaramır. Söylədiklərindən çox susduqlarından ibarətsən. Susaraq getdiyimdə anladım. Sonunda öyrənməm gərək nə varsa, anlayaraq qəbul etdiyimdə anladım. Anladımki, insanın özündən başqa heç kimi yox. Öz özümlə yanlız qaldıqda anladım..
2 notes
·
View notes
Text
Qədər
Bəzən gücüvün çatdığı qədər, bəzən isə gücüvün çatdığından artıq mübarizə apararsan. Hər şey bu qədərdən ibarət. Hər nə qədər yolun sonunda olmuş kimi hiss etsəndə, inan bu hələ son deyil. Nə dərəcədə çıxılmaz labirintdə qalıb, eyni yerə dönə dönə gəlib çıxdığıvı düşünsəndə, bu labirintində son yolu, bir çıxışı var. Ümidini itirmədiyin hər gün sənin yolun hər zaman var. Mübarizəkar ruh sənlə olduqdan sonra, düşünki edə bilməyəcəyin, nail olmayacağın heçnə yoxdur həyatda. Son bulan hər şey bir gündə can bular. Hər bitiş bir başlanğıc deyilmi? Yeni və daha gözəlinə nail olmaq üçün. Bəzən "nə qədər" sualı cavabsız qalmalıdır düşünürəm. Nə qədər sevirsən, nə qədər nifrət edirsən, nə qədər varsan,?... İnsan ya sevər ya sevməz bunun qədəri olmaz, ya varsan ya yoxsan, ya nifrət bəsləryərsən ya o nifrət hissivə belə layiq görülməz. Həyat və seçimlər sənin onlara verdiyin dəyər qədərdir, lakin düşünməki özündən çox verdikdədə o qədərdə dəyər sən görəcəksən. Hər şeyin var oluşu yox oluşu qədər yaxındır. Hər nə qədər bu acı olsada nail olduqlarımız, var olduqlarımız, əlimizdə olanlar hər şey bir gün son bulacaq. Əsas olan yox oluşu deyil, insanda gəldiyi həyata bir gün son gününü vurub gedəcək. Əsas olan yox oluşu qəbul etməkdir. Ölümün var olduğunu, ayrılıqların var oluşunu, insanların gedə biləcəyini qəbul etməkdir. Əlində, həyatında olan hər şeyin dəyərini, qiymətimi, dadını bilərək yaşa. Bu an üçün yaşa. İndi və hazırda nə var məhz bunlar üçün yaşa. İnsan oğlu hər şeyi sonsuz bilir. Sonsuz ömrü varmış kimi yaşayır, qırıb tökür, bitməyəcək sandığı ömrünə bitən hisslər yaşadır. Sabah ya bəlkə 5 dəqiqə sonra öləcəyini bilsə yenə bu qədər rahat ola bilərmi? Ya ayrılıqlar, insanların həyatlarımızdan gedişi, hər gələnin bir gün gedə biləcəyini qəbul edərək, həyatımıza yaxın buraxsaydıq, gedişləri bu qədər dərin izlər buraxmazdı. Hər şey bizim beyin altında yatan fikirlərimiz qədərdir. Öz düşüncəmizdə hadisələri o qədər böyüdürük ki, bu yoldan başqa yol yoxmuş kimi yaşayırıq. At gözlükləri deyimi var, at o gözlükləri ilə nə sağa nə sola baxır ancaq düz istiqamət, insan o at gözlüklərdən qurtulmalıdır, bir istiqamət deyə bir şey yoxdur, sağa solada göz gəzdirmək lazım. İçindəki quyuları özün qazıdın. O quyulara həbs edərək özüvü çıxılmaz, çarəsiz olduğuva özüvü inandırdın. İnsan özünü nəyə inandırarsa şüur altına nə yığarsa oun əsirinə çevrilər. Bu psixaloji bir durumdur. İnandırılan və inandığın qədərsən. Bundan böyük təsir gücüdə yoxdur. Birini öldürmək üçün soyuq silaha ehtiyyac yoxdur. Şüur altına girib onu o fikirə inandırmaq qədər təhlükəli silah yoxdur. Heç kimin, heç kəsin fikirlərinizi oğurlamağa icazə verməyin. Sizi idarə etmək istəyən hər kəsdən uzaq olun. Özünüz olun, kiminsə və ya nəyinsə əsiri olmayın. Bu an bunu yaşamış birisənsə buraya qədərmiş de. İçindəki zindanlardan xilas ol, azad ol. Yaşadığın bu zaman içində ən azından buna layiq deyilsənmi? Məncə hər şeyin ən gözəlinə layiqsən. Hər şey sənə bu gün qədər yaxındır. Bu zamana kimi bəlkədə yanlış başlanğıcla gəldin, lakin sonluq sənin ancaq sənin ürəyinlə olsun. Hər şey olduğu qədərdir, olmayan hər şey ən gözəlinin olacağına işarədir..
2 notes
·
View notes
Text
Payızım (Sentyabr)
Sentyabr sadəcə bir fəsil deyil, sentyabr bir ayda dörd fəsili yaşamaqdır. Payızda gözlərivi yaxşı dinləndir. İki gözün bir fəsildə bütün rənglərin gəlişini və gedişini izləyəcək. Yaşıllıqdan sarıya, sarıdan qızılıya keçən zamana şahid olacaq o gözlərin. Yeni yarpaqların çıxa bilməsi, köhnə yarpaqlardan təmizlənmək zamanıdır payız. Payız reallığı sevənlərin fəsilidir, hadisələri göz önünə sərən fəsildir payız. Əgər payızda qızıl görmək istəyirsənsə, parklara, meşələrə get. Ayaqların altında qalan o yarpaq xışıltıları sənin xəzinən olacaq. Payız yaydan imtina etmədən qışa hazırlanmaqdır. İstisi, soyuğu, günəşi və yağışı ilə qəbul etməkdir. Qış ölüdür, bahar dəlisov, yay şənlikdir ancaq payız görən gözlərin, duyan qulaqların təcrübəsidir. Payız klassik bir musiqidir. Dinləndirən və düşündürən. Sözsüz bir musiqi lakin sözsüz olmasına ramən hər şey ifadə edən. Ruha işləyən, ruhu qidalandıran. Payız ən böyük xatırladıcıdır. Dünyada nə gədər gözəlliklərə sahib olduğumuzu bizə xatirladandır və bütün bu gözəlliklərin nə qədər asan yox ola biləcəyini xatırladandır. Gedişi izlə, isti yerlər axtarmaq üçün yola düzülən o quşları izlə. Bir gün qayıtmaq niyyəti ilə yola sal. Geri dönən zaman isti qucaqla qarşılamaq üçün yola sal. İsti geyimləri çıxartmağın zamanıdır payız. Bir fincan qəhvənin, gözəl bir kitabın fəsilidir payız. Daş pəncərədə yanan odun parçalarını izləməkdir payız. Bacalardan yenicə buxarlanan tüstüdür payız. Hər şeyin başlanğıcıdır payız. Payız hüznün və huzurun birlik olduğu fəsildir. Bir neçə duyğunu eyni anda yaşamaq istəyənlərin cəmləndiyi, bütövləşdiyi bir olduğu fəsildir payız. Göründüyün görünüşün hər zaman yayı xatırlatdı, heç kim içindəki payızı görmədi. Ehmalca saralan tökülən yarpaqlardan, çaxan şimşəklərdən, yağan leysan yağışlardan xəbərsiz idilər. Səndəki yayı görüb payıza aşıq olan olmadıkı. Sənin sevincində kədərində bir fəsildə gizli. Hər kəsin içində bir payız var. Üstünü saralmış yarparların örtdüyü, sirrli qaldığı. Payız günəşi kimi sevənlər var. İşıldayan amma isitməyən, göstərməyən amma hiss etdirən. Gözlərindəki payızı görməyənlər var. Payız demək yaşam demək. Hər fəsili bir bədəndə, ruhda yaşayıb gördün. İnsanlarda fəsillər kimidir. Bir insan dörd fəsildir, sərt qışı, çiçəklənən baharı, çılğın yayı, solğun payızı vardır. İnsanlar yaşadığımız həyatdır, soyuqluğu, istiliyi, yaxınlığı uzaqlıqları ilə. Bütün fəsilləri tək tək ayrılıqda sev. Hər fəsilin özünə aid xəzinəsi vardır. Heç bir fəsil bir başqa fəsilin xəzinəsinə sahib deyil, nə qış yayın, nə bahar payızın. Zəngin olmaq üçün bütün fəsilləri sev, bütün fəsillərlə yaşa..
1 note
·
View note
Text
Huzur
Hara getmiş olursan ol, huzursuz olduğun hər yer səni rahatsız edəcək. Məsələ harda olmağın deyil, getdiyin hər yerdə huzurlu olmaqdır. Heç düşündünmü niyə huzurlu deyilsən? Xoşbəxt olmamağın bəlkədə onda bunda deyil, tamda sənin içindədir. Huzurlu olsunlar deyə huzursuz olan, qırılmasınlar deyə qırılan, acı çəkməsinlər deyə acı çəkən sən olduqdan sonra heç zaman xoşbəxt ola bilməyəcəksən. Onların öncəlikləri sənə növbə gəlmədən davam edəcək. İçinə atdığın hər ağır yük səni biraz daha suyun dibinə aparacaq. Suyun üstündə qalmaq istəyirsənsə o yüklərdən qurtulmalısan. Bədbəxtliyin, huzursuzluğun səni xoşbəxt etməyən amillərin arxasıyca qaçmağınla əlaqəli. Çoxdan bitmiş, başlamaması gərək bir şeyi məcburən, israrla başlatmağa çalışmağınla əlaqəli. Bədbəxt hiss etməyin, xoşbəxtliyi bir çox amildə tapa biləcəyivə ramən, fikrivi, qəlbivi, ruhuvu tək bir şeydə tutub saxlamağınla əlaqəli. Xoşbəxtliyində, bədbəxtliyində, huzurlu yada huzursuz olmağıvın sirri səndə gizli. Bəzən əllərinlə tutub saxladığın nədisə onu buraxmağın sənə huzur verəcək. Qopmuş iplə nə qədər dayana bilərsənki? İncənib qopduğu yerə düyün atsan belə, o ip əvvəlki möhkəmliyində olmayacaq, əksinə canın acıyacaq, hər düyümə toxunduğunda əllərin deyildə ürəyin sıyrılacaq. İpi buraxmağınla bəlkədə böyük dəyişikliklərə nail olmayacaqsan, amma ən əsas ağrılardan xilas olmuş olacaqsan və bu xoşbəxt olmasan belə huzurlu olmaq üçün gözəl başlanğıc olacaq. Huzurlu və xoşbəxt olmaq istəyirsənsə qəbul et, insan dəyişkəndir bu gün verdiyi sözü tutmayada bilər. Bü gün fikrivi cəmləşdirdiyin tək yolun sabah olmaması səni məhv etməsin deyə xoşbəxtliyi bir amildə, bir insanda axtarma. Həyat dediyin sənə nə yaşadacaq, nələr alıb nələr verəcək bilmirik. İtirdiyində yerlə bir olmaq istəmirsənsə həyatı zorlama, rahat burax. Səninlə ömürlük qalarsa nə böyük xoşbəxtlik, yox gedərsa buna hazır olmuş olarsan. Gələn hər kəsin gedə biləcəyini qəbul etsəydik bu gün bu qədər çətin olmazdı. Sonsuzluq deyə bir yaşam yox bu həyatda, başlayan hər şey, hər kəs bir gün bitir. Həyatındakı insanlar səni hansı yerə qoyur tam tamına o yerədə sən qoy, nə artıq nədə əskik. Dəyərindən artıq qiymət verdiyində düşünməki onlar bunu görə səni mükafatlandıracaqlar, səndəki yer onlarda çoxalacaq. Sənin verdiyin artıq dəyər onların üstündə böyük oturacaq, münasib olan isə öz dəyərində qalmasıdır nə az nədə çox, sahib olduqları dəyərdə. Vicdanı olmayan insana nə qədər vicdandan bəhz etsəndə o necəki bunu anlamayacaq, dəyərindən artq dəyərdə o şəkildə yerdə qalacaq. Üfüqdə yeni doğan günəşi görən gözlərin huzur tapmışsa, onu özünlə götür getdiyin hər yerdə yanına al. Huzursuz edən hər şeydən, hər yerdən, hər kəsdən uzaqlaş. Unutma qaçmaqla getməyi bir birindən ayırmağı bacardığın an huzura yaxınlaşmış olacaqsan..
2 notes
·
View notes
Text
Empatiya
Empatiya, insanın başqasına hiss ve həyacanına keçirtdiyi hisslərə emosional cavabıdır. Qarşındakı insanın, keçirtdiyi hissləri başa düşmək, duymaq kimi qəbul edilir. Bu halda qarşındakı insanın yerinə özünüzü qoyub, onların düşündükləri fikirlərə yaxınlaşıb, özünüzlə müqaisə etməkdir. Empatiya həmçinin başqalarının mimik hərəkətlərinə diqqət yetirməklə, jestlərinə və həmçinin bədən dilini anlamaqla özünüzü onlarda görməkdir. Qadın ve kişi şəxsiyyətlərinin formalaşmasında gender streotipləri meydana çıxması səbəb olmuşdur. Kişilər bu mövzuda empatik təsir bağışlamaq istəmirlər. Çünki, bu onların gender rollarına ziddir, uyğun deyil. Qayğı göstərmək, nəvaziş, acımaq, hadisələrə şərik olmaq daha çox qadınların gender rollarına daxildir. Kişilər bunu göstərməyi sevmirlər, bunları hiss etsələr belə, daxilən gizlətməyi üstün tuturlar. Gender rollarından əlavə qadın və kişi münasibətlərində həyata yanaşmalarında empatik yanaşma kişilərə çox zaman uzaq olub, onların daima güclü kişi rolunu oynamağları qorumaq, arxa durmaq, mühafizəkar rollarını oynamağları empatik hisslər ilə bir paralel addımlaya bilməsi ağla sıgmaz olardı. Münasibətlərdə, həyatımızda empatiyanın rolu böyükdür. Empatiyanı belə şərt etməkdə olarki, insanların bir birini maxsimum dərəcədə anlaması, hiss etdiklərini özlərini onların yerinə qoymaqla müqaisə etmək, heç bir neqativ düşüncələrə yol verməmək şərti ile sağlam düşünmək, düşündüklərin qarşındakı insanın hiss ve həyacanını tam olmasada böyük faiz etibari ilə yaşamağıdır. Empatiya qurmağ üçün sağlam ve saf düşüncə tərzi mütləqdir. Təsir altında qalmadan qarşındakını anlamaq, düzgün ünsiyyət qurmaq mütləqdir. Bizim cəmiyyətimizdə empatik düşüncə tərzi yüksək formalaşmayıb. Kiminse halina yanmaq, acımaqdan tək ibarət deyil empatik yanaşma. Bu streotiplərdən azad olmağı bacarmaq, həyata obyektiv prizmadan baxmağa başlamaq lazımdır. Hər zaman bu streotiplər arxasında gizlənmək onun kölgəsi arxasında addımlamaq, özün olaraq deyildə başqa biri olaraq addımlamaqdır. Sağlam düşüncə tərzinə hardansa, nə zamansa başlamaq lazımdır. Cəmiyyət, qorunan milli dəyərlər, nəsillərdən gələn öyüd və nəsiyyətləri heç kimin çeynəməyi demək deyil bu kimi düşüncələrdən azad olmaq. Fərdi düşüncə tərzinə malik olmaq, kiminsə deyildə öz istədiyin kimi düşünmək, istədiyin kimi yaşamağıvın göstəricisidir. Gec olmadan bütün bu streotiplərdən azad olub, həyata öz baxışınızla baxın. Doğrularınız və yanlışlarınız sizə aid olmalıdır. Asılılıq yaradan düşüncələr, özgələşmiş fikirlərlə siz müəyyən yerə kimi addımlaya bilərsiniz. Başlanğıcı siz, siz özünüz olaraqdan başlamaya bilərsiniz. Lakin unutmayın sonluq yalnız və yalnız sizə aiddir..
1 note
·
View note
Text
Empatiya
Empatiya, insanın başqasına hiss ve həyacanına keçirtdiyi hisslərə emosional cavabıdır. Qarşındakı insanın, keçirtdiyi hissləri başa düşmək, duymaq kimi qəbul edilir. Bu halda qarşındakı insanın yerinə özünüzü qoyub, onların düşündükləri fikirlərə yaxınlaşıb, özünüzlə müqaisə etməkdir. Empatiya həmçinin başqalarının mimik hərəkətlərinə diqqət yetirməklə, jestlərinə və həmçinin bədən dilini anlamaqla özünüzü onlarda görməkdir. Qadın ve kişi şəxsiyyətlərinin formalaşmasında gender streotipləri meydana çıxması səbəb olmuşdur. Kişilər bu mövzuda empatik təsir bağışlamaq istəmirlər. Çünki, bu onların gender rollarına ziddir, uyğun deyil. Qayğı göstərmək, nəvaziş, acımaq, hadisələrə şərik olmaq daha çox qadınların gender rollarına daxildir. Kişilər bunu göstərməyi sevmirlər, bunları hiss etsələr belə, daxilən gizlətməyi üstün tuturlar. Gender rollarından əlavə qadın və kişi münasibətlərində həyata yanaşmalarında empatik yanaşma kişilərə çox zaman uzaq olub, onların daima güclü kişi rolunu oynamağları qorumaq, arxa durmaq, mühafizəkar rollarını oynamağları empatik hisslər ilə bir paralel addımlaya bilməsi ağla sıgmaz olardı. Münasibətlərdə, həyatımızda empatiyanın rolu böyükdür. Empatiyanı belə şərt etməkdə olarki, insanların bir birini maxsimum dərəcədə anlaması, hiss etdiklərini özlərini onların yerinə qoymaqla müqaisə etmək, heç bir neqativ düşüncələrə yol verməmək şərti ile sağlam düşünmək, düşündüklərin qarşındakı insanın hiss ve həyacanını tam olmasada böyük faiz etibari ilə yaşamağıdır. Empatiya qurmağ üçün sağlam ve saf düşüncə tərzi mütləqdir. Təsir altında qalmadan qarşındakını anlamaq, düzgün ünsiyyət qurmaq mütləqdir. Bizim cəmiyyətimizdə empatik düşüncə tərzi yüksək formalaşmayıb. Kiminse halina yanmaq, acımaqdan tək ibarət deyil empatik yanaşma. Bu streotiplərdən azad olmağı bacarmaq, həyata obyektiv prizmadan baxmağa başlamaq lazımdır. Hər zaman bu streotiplər arxasında gizlənmək onun kölgəsi arxasında addımlamaq, özün olaraq deyildə başqa biri olaraq addımlamaqdır. Sağlam düşüncə tərzinə hardansa, nə zamansa başlamaq lazımdır. Cəmiyyət, qorunan milli dəyərlər, nəsillərdən gələn öyüd və nəsiyyətləri heç kimin çeynəməyi demək deyil bu kimi düşüncələrdən azad olmaq. Fərdi düşüncə tərzinə malik olmaq, kiminsə deyildə öz istədiyin kimi düşünmək, istədiyin kimi yaşamağıvın göstəricisidir. Gec olmadan bütün bu streotiplərdən azad olub, həyata öz baxışınızla baxın. Doğrularınız və yanlışlarınız sizə aid olmalıdır. Asılılıq yaradan düşüncələr, özgələşmiş fikirlərlə siz müəyyən yerə kimi addımlaya bilərsiniz. Başlanğıcı siz, siz özünüz olaraqdan başlamaya bilərsiniz. Lakin unutmayın sonluq yalnız və yalnız sizə aiddir..
1 note
·
View note