Don't wanna be here? Send us removal request.
Text
Budur müttəhim kürsüsündə mən
Hakim isə düşüncələrim.
Hakim,
Sorğulayir, hey sual verir
Müqəssir görünür əməllərim.
Yersiz etdiklərim,
Etmədiklərim,
Məhkum edir məni
Əməllərim,
Ən böyük cəzaya!
Əzab çəkməyə,
Vicdan əzabi!
Bu əzab bənzəməz
Heç bir ağriya
0 notes
Text
Alınmayanda alınmır,
Ayağa qalxmaq üçün imekleyirik.
Əlimizdən tutub dikeldirler.
Sonra özümüz hardansa tutub dik dayanmağa çalişiriq.
Yıxılırıq.
İlk addımları atırıq
Yıxılırıq
Amma yenidən ayağa qalxırıq
Yerimək istəyi olur bizdə
Sonra qaçmaq
0 notes
Text
Ne zaman özünü belə pis hiss etsəm, gözlərimden yaş gəlsə, xoşbext hiss etməsəm daha doğrusu dərin bir boşluğa yuvarlandiğimi hiss etsəm, kimsə bu həyatdan köçür. İnşallah bu dəfə belə olmaz.
İztirab verir həyat.
Ailə nədir ? Ailə elə möhkəm bir bağdır ki, orada dövlət kimi rəhbər və üzvlər olur, yekdilliklə qərar qəbul edilir, o qərar ailə üçün fayda gətirəcək bir şey olmaldır. Burada həm də qarşiliqli sevgi, güzəşt, hörmət və anlaşma vardır. Münasibətlər tək tərəfli deyildir. Fikirlər müzakirə edilərək, səsləndirilerek qəbul edilir. Zəruri addımlar vaxtında atılır əks halda dövlət vaxtında alınmayan tədbirlərə görə təhlükədə qaldığı kimi ailə də dağılmaq parçalanmaq təhlükəsi yaşayir. Əsl dövlətlər heç zaman dağilmir, parçalanmir. Ailə de belədir. Onu məhz birgə yaşayişdan fərqləndirən budur. Yer üzündə çox sayda dövlətlər var, onlar birgə yaşayir amma birlikde deyildir. Bir binada yaşayanlar birgə yaşayişi simvolizə edir. İstənilən biri asanlıqla öz yaşayış yerini dəyişə bilər. Ailə isə belə deyil. Zərurət olmadıqca dağılmaz. Amma bu da dağilmayacaği anlamına gəlmir. Dövləti təşkil edən çox ittifaqlar dağılıb əvəzində yenisi daha mohkemleri yaranıb.
0 notes
Text
Qırmızı qarağat kolu.
Fizuli beynəlxalq hava limanında təyyarədən enib, gömrük və bəzi xırda sənədləşdirmə işlərindən sonra məni gözləyən Mercedes markalı avtomobilin arxa oturacağında əyləşirəm. Sürücüdən əvvəlcə şəhər mərkəzinə getməyi xahiş edirəm. Şəhər mərkəzində yerləşən restoranlardan birində nahar etmək üçün dayandıqda gözüm restoranın sağındaki meyvə tərəvəz dükanına sataşdı. İyun ayı üçün mövsümü olan meyvələrdən alıb maşına qoyuram. Ərik, gilas, gilənar və qırmızı qarağat. Restorana girib nahar edirik. Məni iş müddətində müşayiət edən sürücü Ağdam rayonundandır. Vətən müharibəsi döyüşlərində oğlu iştirak edib, özü isə ilk Qarabağ müharibəsində iştirak edib və yaralanıb. Maraqlı bir ləqəbi var sürücü Akif dayının, Muşeq, özü də bu adla çağırılmasını xoşlayır. Görünür bu ad ona köhnə xatirələri beynində canlı yaşatmağa kömək edir.
Akif dayı, bu Muşeq nə məsələdir, axı bizdə bu ad yoxdur, daha çox ermənilər bu addan istifadə edir, hardandır bu ləqəb? deyə soruşuram. Akif dayı bu sualı gözləyirmiş kimi qımışır. Müharibədən və ondan əvvəlki dövrdən. Yaşadığımız kənddə bir erməni ailesi var idi. Mənimlə eyni sinifdə oxuyan erməni uşağın adı Muşeq idi, ondan erməni dilini öyrənmişdim. Özünü müdafiə desteleri təşkil edilərkən erməni dilini kimlərin bildiyini soruşdular. Mən də bu dili bildiyimi dedim, necə öyrənməyi soruşduqda isə Muşeqden öyrəndiyimi dedim, beləliklə Muşeq mənim leqebim oldu. Bu addan istifadə etməklə 7 erməni əsgərini girov götürə bilmişdim. Bir neçə uğurlu əməliyatda iştirak etmişdim.
0 notes
Text
40 yaşında aşıq olmaq.
Bu gün (11 fevral) evdən çıxıb işə gedərkən pilləkənlərdən işə çatanadək sevgi haqqında düşündüm. İlk ağlıma gələn bu oldu ki, bir çox şeyin başlanğıcı və miqdarı olduğu kimi nə qədər mücərrəd anlayış olsa da sevginin də miqdarı var. O miqdar da aşiq olmaqla bağlıdır. 40 yaşımda aşiq olduğumu anladım. İstər gözəlliyi ilə, istər də incə qəlbi və baxışları ilə məni özünə aşiq edən həyat yoldaşıma aşiq olduğumu anladım. İlk dəfədir ki, həyatımda aşiq oluram. Bunun adı əsl sevgidir.
0 notes
Text
Şam ağacının dibində yatan qara pişik.
Taleyin də taleyim də qaradır rəngin kimi
Şam ağacının dibində yatan pişik
Qar yağmış bütün gecə
Çöl soyuq, hava qarlı
Yer ağappaq pambıq kimi!
Rəngin qaradır deyə uğursuz da dedilər
Taleyini gətirib rənginə bənd etdilər.
Səni görüb sığal çəkmək yerinə
Lənət deyib yol dəyişdilər.
Qara pişik qar pişik
Sənə sevgim var pişik.
0 notes
Text
Xoşbəxtlik.
İlk görüşümüzdən düz iki il bir ay sonra, günə sakit, bir az da təlaşlı başlayıram. Bu nə konfransın nə də çatdıra bilmədiyim işlərin telaşidir, əslində həyatımın ən vacib görüşünə, ən vacib işinə zamanında çatmağın telaşidir. Mürəkkəb bir anlayışın -xoşbəxt hiss edəcəyim bir günün duyğusudur. Gün adi günlərdən fərqlidir. Baxmayaraq ki, mən bunun fərqinə yalnız indi başımı yastığa qoymazdan əvvəl daha aydın hiss edirəm. Həyatım boyu gözlədiyim birisi ilə nigah işləri üçün ilk rəsmi addımın atıldığı gün. Son 5 ildə ilk dəfə xoşbəxt hiss etdiyimi anlayıram. Bir insanı sevdiyimi bütün qəlbim və ruhumla hiss edir, onun əvəzedilməz mənəvi dəyərlərə sahib olduğunu düşünürəm. Bəzən özüm də bilmədən hansısa hərəkətimin və ya etməli olduğum şeyi etməməyimin onu incidə biləcəyindən qorxuram. Təkcə ona görə yox ki, onun qəlbinə dəyə bilərəm həm də ona görə ki, onu, onun zərif qəlbini heç zaman incitmək istəmərəm.
0 notes
Text
Elə bir yer ola ki, bir tərəfdən çay axa
Bir tərəfdə göl ola.
Suyu göz yaşı kimi dumduru ola,
İçində balıqlar, rəngbərəng daşlar ola
Ətrafında meşəlik, bir az da dağlıq ola
Havası da tərtəmiz
nə soyuq nə də isti ola
Meşədə çoxlu heyvanlar,
Dələ, dovşan, kirpi,
hər növ də quşlar ola,
Yabani gilə meyvələr,
Böyrütikan, moruq, çiyələk ola.
Bir də şəfalı otlar,
dərələrdə bol ola
Bir də böyük bağ ola,
Növbə növ meyvələr
Hər fəsildə yetişən,
Mənim dərnəyim üçün sənə verməyim üçün
Bir də nərdivan ola,
Yuxarı qalxmaq üçün.
Bir cüt kötük ola
üzbəüz oturmağa
Söhbət etmək üçün
Və çoxlu baxmaq üçün
Amma təbiətə deyil
Bircə sənə baxmağa ,
Yalnız iki adam ola
Orda yaşamağa.
Biri mən bir də tənim ola.
0 notes
Text
Qəlbinə dəydim ey dan ulduzum
Axşam düşərkən nə böyük səhv!
Nə böyük qəbahət etdim,
Nə etdimsə özümə etdim,
İndi oturmuşam beyni dumanlı
Qorxuram sübh açılanda sən olmayasan
Məndən küsdüyün üçün
yolumu azam.
Yalnız qalam,
Yalquzaq olam.
Sən mənim üçün günəşsən, aysan
Sən elə taleyimdə ən böyük paysan.
0 notes
Text
Bu gün pıçıldadım küləyə
səni sevdiyimi
Çatdırsın sən yaşayan küçəyə
Əgər qəlbində olsam
Duyacaqsan küləyin nə söylədiyini.
Bu gün qəlbimi açdım küləyə
İztirablara dolu necə yaşadığimi görsün deyə
Bir az da danışdım ayrılığından bəri
Nələr çəkdiyimi
Külək bu sən deyilsən ki, anlamya o qəlbin sənsiz boş olduğunu
Həmən anladı görüncə
Heç dinləmədi belə dediklərimi
Sənin kimi o da dinləmədi
Külək gördüyünə inandi
Sən eşitdiyinə .
0 notes
Text
Təqdimat.
Təqdimat önəmlidir. Təqdim etmək (sunmak) bir şeyin özündən , onun mahiyyətindən heç də az önəmli deyil. Tam əksinə daha önəmlidir. Amma istənilən təqdimat nesnenin, kişinin xarakterini , onun xüsusiyyətlərini dəyişmək imkanına malik deyil. Sadəcə təqdim edilənə təsir edə bilər. Təqdim edilən kişi qarşı tərəfdə hər hansı bir təəssürat yarada bilər. Ən pis tərəfi isə odur ki, bəzən əslində yaxşı bir şeyi pis və çirkin kimi təqdim etmək mümkündür. Və əksinə pis olanı yaxşı kimi təqdim etmək də mümkündür. Deyək ki, az keyfiyyətli bir şeyin yüksək keyfiyyətli reklam edilməsi kimi. Bəlkə sonda təqdimatı qəbul etmiş təqdim edilən şəxsin və ya şeyin pis və ya yaxşı olduğunu (yeni təqdimat nəticəsində yanıldığını) anlamış olacaq amma bu gec ola bilər. Problem ondadır ki, təqdimat təkcə nəyinsə və ya kiminsə təqdim edilməsi , tanış edilməsi deyil haqqında danışılan şey və ya şəxs haqqında inandırıcı faktların təqdim edilməsidir. Bəzən bu inandırıcı faktlar tamamilə yalan ola bilər. Təqdimat o zaman dəyərli ola bilər ki, təqdim edilən haqqında şəxsi maraqlar olmadan danışılsın.
0 notes
Text
2020
Bir cümle yazdım. Bayramınız mübarek. Halbuki Salam necəsiz ..... xanım yaza bilərdim. Həm də gec deyil hər kəsdən əvvəl. Yazmadım. Necə olduğu məni maraqlandırmadigi üçün deyil. Mənim necə olduğum onun marağında olmadığı üçün yazmaq mənasız olardı. Xoşlamıram ünsiyyət və ya nəzakət xətrinə necəsiz yazım. Hamısı boş şeydir. Özünüz olun, özünüzlə qarşılaşın. Əgər sabah ürəyimdən keçsə ona zəng də edərəm. Elə belə. Bəziləri almaz qədər dəyərli olur, amma mədəndə almazin heç bir dəyəri yoxdur. İnsan onu üzə çıxarmasa ya da öz parıltısı ilə almaz özünü biruzə verməsə adı daşdan heç bir fərqi yoxdur. O da elədir adi insan. Hamı kimi.
0 notes
Text
Ad günün mübarək mənim dibçək gülüm. Sənə yaza bilmədim. burda yazdım.
2 notes
·
View notes
Text
Bütün sevgililerim mən ölən günü qəbrim üstünə gəlin,
desəm, mezarima baş çəkən olmaz.
Öldüyüm günü
Ağlayan istemirem sevinen olmasin
1 note
·
View note
Text
Həyat
Həyatın ən pis qaydaları. 1) Heç zaman gözləmədiyin anda səni üzər, məyus edər, sevdiyin insanı itirərsən . Halbuki, bir dəfə sevinə bilmək üçün bəzən illərlə çalışırsan, o da ya qismət. 2) bəzi insanlar heç zaman etdiyin yaxşılıqları deyil, edə bilmədiyin köməyi xatırlayıb səndən inciyerler. 3) biri üçün əlində olan hər şeyi fəda etməyə hazır olarsan, bütün hər şeyini tək onun dəyərində edersen səni anlamaz, səndən daha çoxuna sahib olan gələr ona bir noxud qədər qiymət qoyar (dəyər yox qiymət!) Onu anlayar.
1 note
·
View note