Don't wanna be here? Send us removal request.
Text
Yaşatdığı bütün mənfi, müsbət anları ilə birlikdə 2024-ü geridə qoyuruq. “2025 mənim ilim oldu” deyə biləcəyimiz bir il arzulayıram hamımıza. 2024-dən böyük dərslər aldıq, sıra 2025-də böyük addımlar atmaqdadı. Uğur ilə gəl 2025.🎉
22 notes
·
View notes
Text
Neçə vaxtdı “Vətəndaş A” serialı haqqında eşidirdim. Bu gün axır ki, baxmağa vaxtım oldu. Açığı ilk dəfədi bizim seriallardan birinə baxırdım. Yaxşı yaxud pis olduğunu deyə bilmərəm amma o serialda danışılanların çoxu bu gün günümüzdə baş verən hadisələr olmağı danılmaz reallıqdı. “Adət-ənənə”, “Mentalitet” adı altında günümüzdə neçə insanın, istər 16 yaşında zorla evləndirilən gənc qızın, istər də sırf böyüklər istəyir deyə sevmədiyi qızla evlənməli olan oğlanın, sırf pulu olmadığı, kasıb olduğu üçün haqqı yeyilən insanların, din adı altında özünü “seçilmiş insan” elan edən axmaq düşüncəli insana boyun əyməli, etiqat etməli olduğunu düşünən ağılları əllərindən alınmış insanların həyatı məhv olur. Gəlin açıq danışaq biz bunları görməzdən gələn tərəfik. Bəlkə də fikirləşirik ki, “Bir Almaz mı dəyişəcək illərdi insanların beyninə yeridilən “qanunları”?” Ya da bəlkə də düşünürük “Bizə mi qalıb camaatın ailə həyatı? Hamımızın dərdi özümüzdən böyükdü. Onların da həyat tərzi budu biz səsimizi çıxarmaqla nə olacaq ki?” Yəni nə biz Almaz olmaq istəmirik. Nə də bir neçə Almazla o cür düşünən insanlar dəyişəcək. 1931-ci ildən bu yana hələ də bu cür həyat tərzində yaşayan insanların olmağı cəmiyyətimizin bir çox şeyi görməzdən gəlməyindən də asılıdı bəlkə də. İnkişaf sözsüz ki var amma bu yetərli qədərdi mi deyə bilmərəm. Ümumiyyətlə çox nüans var. Nəysə ən azından bu problemləri hamımızın gözündə bir daha canlandırdıqları üçün senaristlərə, rejisora həmçinin aktyorlara təşəkkür etməliyik. Azərbaycan şərtləri altında çəkildiyini də nəzərə aldıqda təqdirə layiq olduğunu inkar etmək olmaz.
27 notes
·
View notes
Text
Başqa vaxt baxırsan dörd bir tərəfin insan, hamı sənin yanınadı, əsla tək deyilsən. Gecə olanda da görürsən ki, nə özündən başqa kimsə var nə də ki yuxu
42 notes
·
View notes
Text
Deyirəm qorxu necə böyük qüvvədisə, məktəb vaxtı heç bir online dərsə qoşulmayan biz indi müəllimdən əvvəl qoşulub dayanmışıq dərsdə😂😂
41 notes
·
View notes
Text
Bu Teams necə bir lənətdisə 2020-dən bəri hər fürsətdə həyatımıza girməyə çalışır. Yenə dönüb-dolaşıb qayıtdı😂
36 notes
·
View notes
Text
Keçən dəfə fəlsəfədən dərs danışırdım, müəllim sual verdi ki, zaman neçə ölçülüdür? Cavab olaraq dedim bir yəni, keçmişdən gələcəyə doğru. Sonra soruşdu ki bəs zamanı geri almaq istəyərsən? Dedim xeyr. Gülərək dedi ki, düz edirsən onsuz da bu mümkün deyil. Bəlkə də mən xeyr cavabını verəndə belə həqiqətən istəmədiyimdən bu qədər əmin deyildim. Müəllimin gülərək dediyi cümlədən bunu başa düşdüm ki, biz insanlar bəzən mümkün olmayan şeyləri istəyə biləcək qədər axmaq ola bilirik.
63 notes
·
View notes
Text
Hərkəsin problemi rahatlıqla həll olanda, bizə gələndə dağlar, daşlar, çıxılmaz yollar aşmaq lazımdı
61 notes
·
View notes
Text
Əvvəl yatmağı çıxış yolu olaraq görürdüm. İndi yuxu belə uzaqlaşıb məndən
38 notes
·
View notes
Text
Həyatın sürətinə çatmağa çalışdıqca özümüzü itiririk
46 notes
·
View notes
Text
Tamam başa düşürəm bəzi şeylər istəsək də olmur amma bəziləri də olsun da
38 notes
·
View notes
Text
Yolun sonunda edilən təqdirin bir mənası yoxdu. Hansı ki, yolun başında ikən edilməyən dəstək hərşeyi izah edirdi.
38 notes
·
View notes
Text
Cismən böyümüşdük amma ruhən böyümək imiş əsas məsələ..
44 notes
·
View notes
Text
Fərqindəsinizsə ən xoşbəxt anımızda belə gözlərimiz bizdən asılı olmayaraq bir neçə saniyəliyinə boşluğa baxır. Bir şeylər əskikdi, düzəldə bilmirik
40 notes
·
View notes
Text
II növbə olduğun üçün sabah saat 6-dan durmayacağını bilərək yatmaq mükəmməl birşeydii🫠
55 notes
·
View notes
Text
Mənə elə gəlir səhv etmək qəlbin işidi, doğrunun yolunu tapmaq isə ağlın. Çalışın nə ancaq səhv edin nə də doğruya tərəf qaçın. Ortalarda bir yerlərdə olun. Əsas odur ki, sonda geriyə dönüb baxdıqda özünüzə layiq gördüyünüz bir həyatı yaşamış olun.
31 notes
·
View notes
Text
Uninin açılmağına az qalıb axı, yuxu rejimim pozulmalıdı təbiikidə
29 notes
·
View notes
Text
Bəzi axşamlarda hava sənə əvvəl yaşadığın bir günü xatırladır. Elə bil, o günü təkrar yaşayırsan, amma hansı gündü xatırlaya bilmirsən. Tək bildiyin istəmsizcə səni çox yaxşı hiss etdirir
35 notes
·
View notes