Don't wanna be here? Send us removal request.
Text
Əsl Sevgi o deyil ki, öz zəifliyini başqalarına göstərəsən, əsl Sevgi odur ki, kömək lazım olanda onu göstərməkdən qorxmayasan, başqalarının nə dediyinə baxmayaraq, işlərin daha yaxşı olduğunu görüb sevinəsən.
5 notes
·
View notes
Text
Necə sevmək lazım olduğunu bilənlər Həqiqəti sevir, Həqiqətlə sevinir, ondan qorxmurlar, çünki gec-tez O hər şeyə qalib gəlir. Onlar saf, sadədil ürəkləri ilə dözümsüzlük bilmədən Həqiqət axtarır, sonda axtardıqların tapır, razı qalırlar.
1 note
·
View note
Text
Bir-birinizə yaxşı baxın, indi elə bir zəmanədir ki, həqiqətən, dəyərli bir şey tapmaq çox çətindir. Və biz axmaq qürurumuz üçün ən kiçik bir xəta etdiyimizdə xoşbəxtliyimizi dərhal rədd edirik. Əfv etməyi öyrənməlisən, sahib olduqlarının qiymətini bil..
0 notes
Text
Sonra dayana bilmirsən. Hər şeyi içinə atmaqdan yavaş-yavaş tükəndiyini anlayırsan. Səni çox yaxşı anlayıram deyən hər kəsin səni heç anlamadığını görürsən. Ən yaxın saydığın birindən uzaqlaşırsan. Edə bildiyin ən yaxşı şeyin yazmaq olduğumu görürsən. Yazırsan. Hər kəsdən gizlətsən də, tükənirsən. O çölə yansıtdığın xoşbəxtəm görüntüsü içini yeyib bitirir. Biri gəlsə və gerçəkdən də, tam anlamıyla yanında olsa, düzələcəksən kimi gəlir. Amma o qədər çox məğlubiyyət yaşadın ki, sevmədə, dəyər vermədə, bir yanın səni kiməsə güvənməməyə məcbur edir. O yanına məğlub olmağa başladığın zaman əsl acıları dadmağa da başlayırsan. Və həmin an qəlbinin ağlını üstələdiyi anlar olur. Və mənim qəlbim ağlımı hər zaman məğlub edir. Dəyər verməkdə bir problem yox da, eyni qayğını, sevgiyi, dəyəri görməyəndə başlayır əsl problem. Əsl problemlər daha çox incidənlər olur. Bir də itirdiklərin var, dönülməz yolda buraxdıqların, geri dönməyəcəyini əzbərlədiklərin. Necə hər şeydə deyərlər ki, “ Həyat davam edir”, eynən elə. Nə gedən geri gəlir, nə qalanlar dəyərini bilir, nə yerin, nə də qiymətin dəyişir. Sən sadəcə gündən-günə əriyirsən, tükənirsən, hissizləşirsən. Amma həqiqətən bir dəfə ağlım bu mübarizədən üstün olarsa, o zaman tam anlamıyla sevdiyim insanlar, tam anlamıyla soyuqluğu dadacaqlar.
1 note
·
View note
Text
Sevdiyin kəs qəlbini sakitləşdirə biləcəyin bir yer olmalı. Özün ola biləcəyin ən güvənli yer olmalı. Həyat olduqca qarışıqdır. O adam sənin təsəllin olmalı.
0 notes
Text
Özümü bəzən Azərbaycan kimi hiss edirəm.
Haqlı olub haqsız çıxarılıram.
0 notes
Text
Həyat sənə istədiyin insanları verməz. Sənin ehtiyacın olduğu insanları verər. Onlar səni incidər, sevər, öyrədər, səni olman gərəkən birinə çevirmək üçün qırarlar.
1 note
·
View note
Text
Sonra dayana bilmirsən. Hər şeyi içinə atmaqdan yavaş-yavaş tükəndiyini anlayırsan. Səni çox yaxşı anlayıram deyən hər kəsin səni heç anlamadığını görürsən. Ən yaxın saydığın birindən uzaqlaşırsan. Edə bildiyin ən yaxşı şeyin yazmaq olduğumu görürsən. Yazırsan. Hər kəsdən gizlətsən də, tükənirsən. O çölə yansıtdığın xoşbəxtəm görüntüsü içini yeyib bitirir. Biri gəlsə və gerçəkdən də, tam anlamıyla yanında olsa, düzələcəksən kimi gəlir. Amma o qədər çox məğlubiyyət yaşadın ki, sevmədə, dəyər vermədə, bir yanın səni kiməsə güvənməməyə məcbur edir. O yanına məğlub olmağa başladığın zaman əsl acıları dadmağa da başlayırsan. Və həmin an qəlbinin ağlını üstələdiyi anlar olur. Və mənim qəlbim ağlımı hər zaman məğlub edir. Dəyər verməkdə bir problem yox da, eyni qayğını, sevgiyi, dəyəri görməyəndə başlayır əsl problem. Əsl problemlər daha çox incidənlər olur. Bir də itirdiklərin var, dönülməz yolda buraxdıqların, geri dönməyəcəyini əzbərlədiklərin. Necə hər şeydə deyərlər ki, “ Həyat davam edir”, eynən elə. Nə gedən geri gəlir, nə qalanlar dəyərini bilir, nə yerin, nə də qiymətin dəyişir. Sən sadəcə gündən-günə əriyirsən, tükənirsən, hissizləşirsən. Amma həqiqətən bir dəfə ağlım bu mübarizədən üstün olarsa, o zaman tam anlamıyla sevdiyim insanlar, tam anlamıyla soyuqluğu dadacaqlar.
1 note
·
View note
Text
İnsanların səmimiyyətinə inanmıram, bu bir nəfərə görə deyil, tanıdığım, qarşıma çıxan hər kəsdə gördüyüm üçündür. Ətrafdakılarda sanki bir az süni, bir az saxta kimidirlər, dostluq desən yoxdu, hər kəs bir-birinin arxasından iş çevirir, kimsə bir-birini sevmir, amma baxsan hər kəs səmimi.. Sevgi deyiləndə isə ağlıma sarılan cütlüklər yox, sarıla bilməyənlər gəlir ...
1 note
·
View note
Text
Həyat səni ağuşuna alar, zamanla mübarizə apararsan. Nə idim, nə oldum... Həmişə qarşına imkansızlar çıxar, mübarizə apararsan. Ruhunla savaşarsan, bu səni yetkinləşdirər. Nə qədər məzəmmət yaşasan da, hər zaman dik olmaq məcburiyyətindəsən.Dimdik, qayğısızca, vecinə almadan aparacağın bu mübarizənin sonunda sən savaşı qazanmaq məcburiyyətindəsən, çünki sən QADINSAN..🌿🌘
0 notes
Text
Kim sizlə necə davranır elə davranın sonra onların cırnamağına baxa-baxa sakitcə gülün :D
1 note
·
View note
Text
Beynimin içində ölümlər baş verir. Ümidlərim özünü asdığı tavanda xəfif titrəyir. Xatirələr... Xatirələrimin kəsdiyi biləklərindən yavaş-yavaş ağrılar sızır şüuraltıma. Xəyallarım isə bir ovuc gerçəklik ilə dərin yuxulara dalmış. Və mən. Mən bunların fərqində olmağıma rəğmən düşüncələrim ilə özümü boğmağa çalışıram. Beynimdə ölənlər üçün yenə özümü beynimdə öldürürəm. Hər şey qarışıq, kədər dolu. Hər şey səbəbsiz, naməlum.
0 notes
Text
Eşq ancaq bu qədər gözəl ola bilərdi. Səni və sənə aid şeyləri anlatmaq asan olmur, həmişə əksik qalır cümlələrim. Dünya üzərində təsviri mümkün olmayan bir cümləsən. Sanki bütün dillər əksik, sanki bütün hərflər yetim. Bəhs edilməlisən hər cümlədə. Hər yerdə sən olmalısan, məsələn. Yatdığım yataqda, gördüyüm röyada, oyandığım səhərdə, yediyim qəlyanaltıda, içdiyim çayda, yeridiyim yollarda, baxdığım rəsmdə, nəfəs aldığım havada həmişə sən olmalısan, ya da səndən bir parça. Əlin dəyməli bu bərbad dünyaya. Gözəlləşdirməlisən bütün pis şeyləri. Əllərinin şəfasını paylaşmalısan, yaxşılaşdırmalısan bütün qırıq-sökük olan bu nizamı.
0 notes
Text
Gözlərin hansı şəhərin səhərində açılırsa açılsın, hər sabah eyni adama oyana bilməkdir eşq... Mən hər sabah solumdakı o ağrı ilə sadəcə sənə oyanıram. Bu daha nə qədər davam edəcək, heç bir fikrim yoxdur. Amma bir müddət sonra normal bir bazar səhərinə ağlımda başqa bir təlaşla oyanacağıma inanıram. Sən də inan buna. Bir gün bir zamanlar iliklərinə qədər səni sevən birinin artıq xatirələrində belə yer tutmayacağına inan. Səninlə qəmgin yaşamağa razı olan birinin sənsiz daha çox xoşbəxt yaşlanacağına inan. Mən sənə layiq olduğundan artığını verdim, bilirsən. Əvəzi qalsın 🌼
0 notes
Text
Sən nəyi itirdin heç bilirsən? Sən həyatını sənə adayacaq bir Qadını itirdin. Sən səni saf sevgi ilə sevən Qadını itirdin. Sən sənə həyat yoldaşı olacaq Qadını itirdin. Sən sənin üçün dünyanı yandıracaq Qadını itirdin. Keç güzgünün qarşısına. Bax özünə. Dəydimi? Seçimin, qərarın itirməyinə dəydimi? Ciddən dəydimi? Kimi gör kimin uğruna itirdin... Bəs mən nəyi itirdim bilirsən? Hisslərimi itirdim. Qəlbimin buz tək donduğunu anladığımdan bəri birdə heç vaxt təkrar elə dəli-dolu atmayacağını bilirdim. Gözlərim birdə çətin kiməsə sevgi dolu baxa bilsin. Daxilim və əsas da beynim təkrar çətin ehtiyat etmədən kiməsə inansın. İkimizində itkiləri oldu. Amma sual verim...Hansımızın itkisi ağır oldu? Sənin ya mənim?)
1 note
·
View note
Text
Üzümdəki mükəmməl təbəssüm, səbəbsiz gülüş və xoşbəxtlik yansıması həyatımda hər şeyin necə də gözəl və yolunda getdiyi anlamına gəlmir. Mənim də ağrılarım, acılarım, başımı yastığa qoyanda insan kimi ağlamaqlarım, üzülməklərim var. Lakin nə edək? Susub qalaq mı? İzin verək ki, həyat bizi öz oyuncağınamı çevirsin? Hər şeylə barışıb, mübarizəsiz məğlubmu olaq? Yox, yox. İnadına gülmək, sevmək, xoşbəxt olmaq gərək. Uşaqlığınızı xatırlayın sadəcə. Utanmayın bunu qəbul etməyə. Silin üzünüzü, gözünüzü köynəyinizin qoluyla və hər səhər yenidən mübarizəyə başlayın. Həyat istəyənindir.
0 notes
Text
Əslində sənə çox sağol deyirəm. Çox şey öyrətdin mənə. Məsələn, kövrək olmağı, darıxmağı, sevginin necə gözəl olduğunu, gözəl olduğu kimi də ağır olduğunu. Hər şeyin asan keçməməsini. Biraz da qırılmağı, tək qalmağı. Həmişə səni sevməyi öyrətdin. Sənə görə ağlamağı öyrətdin, səhər isə gülən gözlərlə oyanmağı. Çox sevdiklərimi bir gün itirə biləcəyimi öyrətdin öz gedişinlə. Bir şeydən narazı qaldım. Nifrət etməyi öyrətmədin. Onu da öyrətsəydin, çox belə gözəl olardı. Məni tək qoyduğuna görə nifrət edərdim heç olmasa sənə. Amma indi belə sevirəm səni.
1 note
·
View note