javadovahzaynab
javadovahzaynab
Cavadova Zeynəb
157 posts
Don't wanna be here? Send us removal request.
javadovahzaynab · 18 days ago
Text
Birlikdə məzun çəkilişi etməyə baxarıq demişdi, tək etdim, birlikdə qabiliyyət imtahanına gedərik demişdi tək gedirəm :)
Birlikdə edərik dediyimiz hər şeyi edirəm tək…
#53…
4 notes · View notes
javadovahzaynab · 18 days ago
Text
Uşağlıq dostumun toyunda dayanmadan oynadığıma görə 10 il evlənməyə bilərəm, yoruldummm🫠
4 notes · View notes
javadovahzaynab · 22 days ago
Text
Hər insanın və hər yaşanmışlığın yeni bir təcrübə olduğunu düşünürəm amma bəzən bu qədər təcrübə adamı yorur doğrusu. İnsan həmişə pis ola bilər, pis olduqda bunu ətrafındakılarla paylaşıb danışada bilər ya da səssizcə, heç kəsə yansıtmadan öz küncünə çəkilədə bilər. Amma pis olduğunu ətrafındakılara bəlli edib, sanki onlar nəsə ediblərmiş kimi uzağlaşmaq məncə bu artıq qarşındakına qarşı haqsızlıqdı. Heç kəsin haqqı yoxdu kiminsə enerjisini düşürməyə. Pissənsə danış, qışqır, ağla, səssiz qal amma “mən artıq yoxam” deyib, qarşındakının ağlında suallar saxlayıb kənara çəkilə bilməzsən…
3 notes · View notes
javadovahzaynab · 25 days ago
Text
Tumblr media Tumblr media
Məzun oldum arkideşler🥳
17 notes · View notes
javadovahzaynab · 26 days ago
Text
Yeni bir xəyalım var: Fil görmək…
10 notes · View notes
javadovahzaynab · 29 days ago
Text
Əmin qızının toy gününü toydan 1 həftə qabaq öyrənəndə və toya dəvət belə edilməyəndə başa düşürsənki önəmli olan eyni soyadı daşımaq deyil tamamilə doğmalaşmaqdı və o an bir nəsildə olan ən doğma yad olduğunu görürsən…
9 notes · View notes
javadovahzaynab · 1 month ago
Text
Bu gün 2 aydır davam edən layihənin sonunda sertifikat alarkən, tamda adım çəkiləndə distoniyam tutdu və az qalsın oturan insanların üstünə yıxılacaqdım. Təbii ki bu hal məni utandırdı və azca özümə gəldikdən sonra heç kəslə sağollaşmadan oradan uzaqlaşdım. Sonrasında yolda panik atak oldum və heç tanımadığım insanlar köməyimə çatdı. İndi düşünürəm, birdən maşın yolunda tutsaydı və ya ətrafda heç kəs olmasaydı?
Bəli, dostlar, mən cəmiyyət üçün yaranmadığımın, sadəcə bir küncdə oturub sakitcə öz dünyamda yaşamalı olduğumun bu gündə fərqinə vardım…
7 notes · View notes
javadovahzaynab · 1 month ago
Text
Uşağlıqda anama həmişə heyranlıqla baxardım. Çünki o gözümdə dünyanın ən yaxşı anası, ən güclü qadını idi. Bəlkədə heyranlıqla baxacaq başqa heç kəsim yox idi deyə, bilmirəm.
Həmişə onun azda olsa mənə sevgi göstərməsi, saçıma toxunması, “qızım” deməsi üçün savaşardım. Amma yox, o mənə “Zeynəb” deyib soyuq baxışlı olmağı çoxdan seçmişdi.
Zaman keçdikcə anamın sevgisizliyini atama bağladım. Axı mənə atan bir qızı olmasını istəmirdi deyə intihar etdi deyilmişdi.
Böyüdükcə “Səni atan belə sevmir başqası niyə sevsinki?” düşüncəsinə qapıldım. Haqlı idimdə axı mən doğuşdan “uğursuz” adlandırılan, sevgisiz böyüyən, otağın küncünü özünə yuva seçmiş o qız idim.
İndi 20 yaşım var. Artıq anama heyranlıqla baxmıram, sevgisi, saçıma toxunması ya da “qızım” deməsi üçün savaşmıram amma hələdə anamın sevgisizliyini atama bağlayır, “atan belə səni sevməyib başqası niyə sevsinki?” düşüncəsiylə davam edirəm…
Bəzən canım yanır, hətta bəzən yox çox zaman canım yanır çünki özümü çooox tək hiss edirəm. Amma heç vaxtda qəlbimi ümidə küsdürmürəm. Çünki bilirəmki bu dünyanı sevgisiz böyüyən uşaqların savaşları məhv edəcək və sevgisizlik bu qədər güclüdürsə deməli o insanı həmdə uğura apara bilər…
13 notes · View notes
javadovahzaynab · 1 month ago
Text
Mənim sevilməyə ən çox ehtiyac duyduğum zamanlarda sevdiklərim sevdi başqasını…
8 notes · View notes
javadovahzaynab · 2 months ago
Text
Mən ən çox xoşbəxt ailənin xəyalını qurdum beynimdə. Anam bizə baxacaq, qardaşımla pambıq şəkər davası edəcək, atam isə bizə velosiped sürməyi öyrədəcəkdi. Zaman keçdi, indi nə anam bizə baxır, nə pambıq şəkər üstündə dalaşacağım qardaşım var, nə də bizə velosiped sürməyi öyrədən atam. Düzü ortada heç pambıq şəkərlə velosipeddə yoxdu…
Qısaca təkəm, milyonlar içərisində kimsəsizəm və zamanla intihar etmək mənə daha çəkici gəlir.
Qəlb ümidə küsməz deyirdim, amma küsərmiş…
15 notes · View notes
javadovahzaynab · 3 months ago
Text
Keçən ilin bu günü onunla son dəfə görüşdük, hər şey son dəfə bu gün oldu. Xəyanətini öyrəndim və vidalaşma vaxtının gəldiyini anladım. Üzüldüm, çox üzüldüm çünki o mənim qəlbimdəki yaranı sağaltmışkən necə belə böyük yara aça bilirdi anlamırdım…
İndi hər şey olmasada çox şey yaxşıdı. Yoxluğuna öyrəşmişəm və artıq onun üçün əvvəlki kimi üzülmürəm. Yaxşı ki bitti…
#53…
12 notes · View notes
javadovahzaynab · 3 months ago
Text
Bu gün ilk dəfə anam məni qucağlayaraq üzr istədi və mən onun gözlərində o sevginidə, peşmançılı��ıda gördüm…
(19.04.25)
12 notes · View notes
javadovahzaynab · 3 months ago
Text
İmtahandan sonra OTK bal hesablama saytına girdiyim qədər heç yerə girməmişəm :D
7 notes · View notes
javadovahzaynab · 3 months ago
Text
Unutmayınki insanlar həyatınızdakı vaxtları dolduqda bir bəhanəyə sığınıb gedərlər. Ona görədə çoxda fikir etməyin. Hər insan və hər yaşanmışlığın təcrübə olduğunu unutmayın :)
10 notes · View notes
javadovahzaynab · 3 months ago
Text
Mən səndən nə üçün inciyim, küsüm?
Sən mənə onsuzda yar olmadınki.
Elə də deyirsən mən yoxam daha,
Həmişə yox oldun, var olmadınki…
#53…
10 notes · View notes
javadovahzaynab · 3 months ago
Text
Mən ən çox səndə üzüldüm çünki ən xoşbəxt olduğum sən idin, ən çox canım səndə yandı çünki canımın parçası idin. Təbii ki ilk dəfə səndə üzülmədim amma sən dünyamın mərkəzində idin. Mən ən çox sənə qırıldım çünki ən güclü yanım sən idin…
Heç kəs o qədər qırıcı sözlərinə və etdiklərinə rəğmən yanında durmazdı amma mən hər gün başqa bir ümidlə yanında idim…
#53…
6 notes · View notes
javadovahzaynab · 3 months ago
Text
Mən o beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki altıncı pəncərəni heç vaxt unutmayacam…
#53…
9 notes · View notes