Don't wanna be here? Send us removal request.
Text
Xoşbəxtliyi kreditlə versəydilər , yəqin mənə zamin duran tapılmazdı .....
0 notes
Text
"70 illik yaşını silə bilmir Qarabağ , azadlıq gəldi lakin gülə bilmir Qarabağ...." . 29 il öncə "Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitutsiya aktı" qəbul edildi və 71 illik əsarətdən sonra qəhrəman xalq yenidən müstəqilliyini qazandı . Lakin başımızın üstüsndən qara buludlar əskik olmadı . Bölünməz yurdumuzun bölünməz parçası Qarabağ işğal olundu . 25 ildən artıq həsrət başladı . Lakin bu gün Babəyin od nəfəsindən yenidən alovlanan Odlar Yurdunun müqəddəs və müzəffər ordusu bu həsrətə son qoyur . Könül cana , bu torpaqlar öz sahibinə qayıdır . Mənən ayrılmadığımız torpaqlarımıza cismən də dönürük . Bu dəm dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin Şuşanın işğalının 1 illik matəmi ilə bağlı yazdığı sözlər yadıma düşür :
- Yox inanmıram bülbül nəğməsi
Hayastan dilinə uyuşa bilməz ...
...Bu gələn bahardan bizə nə ? Vallah !
Onsuz da bu bahar bizimçün deyil ,
Oxuma , oxuma , bülbül , sən Allah ,
Açma xarı bülbül açma sən bu il .....
Artıq vaxtdır . Solmuş Xarı bülbül açacaq , susmüş bülbül oxuyacaq . 70 illik yaşını silə bilməyən Qarabağ 30 il sonra yeni tarix yazacaq . Xalqımı müstəqillik günü münasibəti ilə təbrik edirəm və hər bir Azərbaycanlı kimi müstəqilliyimizin 30 illik yubileyini Üzeyir bəyin vətənində keçirəcəyimizə inanıram və şübhə etmirəm . İlk hədəf Qarabağdı , öndə Savalan durur !!!!!
0 notes
Text
Bu dəm dahi şairimiz Məhəmməd Hadinin sözləri yadıma düşdü : " Türkün tökülən qanları bihudə gedərmi , qan ilə qazandıq zəfəri verməriz əldən"
1 note
·
View note
Text
Ətağa , özü qaşınır e . Burdan prezident deyir ki , ermənistan ərazisində gözümüz yoxdur , ordan erməni Ordubadı bombalayır ki , yox e gəl sil məni xəritədən .
0 notes
Text
Vallah elə görürəm ki karantin belə davam etsə , artıq nəvəm deyəcək ki , baba səndə " tarix təzə toplu var ? "
0 notes
Text
Deyir Ronaldo müəlliminə stul atıb deyə məktəbdən atılıb , sonra da futbolla daha yaxından maraqlanıb . Allaha şükür bizdə məktəblər bağlıdı , yoxsa sabahdan mortal kombat başlayacaqdı .
0 notes
Text
Bayaq televizora baxıram , Tərtəri göstərirlər . Yuxarıdan raket yağır , day-day həyətdə oturub daşla qoz sındırır . Temadı bu millət .
0 notes
Text
Koronavirus da deyir ki soyuqlar düşəndə qorxmuyoruz " na oborot " qızışıyoruz .
1 note
·
View note