sanctasu
sanctasu
641 posts
Last active 60 minutes ago
Don't wanna be here? Send us removal request.
sanctasu · 11 days ago
Text
Daim intizar və məyusluq içində olmaq adamı yorur.
11 notes · View notes
sanctasu · 15 days ago
Text
İçimdə elə bir hiss varki, sanki kimisə itirmişəm və bu hiss mənə çox tanışdır.
6 notes · View notes
sanctasu · 18 days ago
Text
Öz-özümlə danışdığım qədər heç kimlə danışmıram.
10 notes · View notes
sanctasu · 19 days ago
Text
Nəyə çox həvəslənsəm qursağımda qalır
49 notes · View notes
sanctasu · 22 days ago
Text
Gecə düşən kimi halım xarablaşır.
9 notes · View notes
sanctasu · 23 days ago
Text
Adsız qəhrəman
Gündəlik həyatımda tez-tez maraqlı hadisələrlə, təsadüflərlə rastlaşıram. Daha doğrusu rastlaşdığım hadisələr kimi üçünsə sıradan hadisələr sayılsada, mənə görə çox dəyərlidir. Bəlkə də, bunlar yeknəsəq həyatın mənə qatdığı bir fürsətdir. Kim bilir?
Yataqxana ətrafında bir qulaqsız pişiklə dostlaşmışam. Bu pişik çox zaman ayaq altında, zibilliklərdə və birdə yalnız yuxarıdakı kişinin bildiyi yerlərdə avaralanar. Ancaq hara gedir getsin, dönüb-dolaşıb gələcəyi yer yataqxana olar. Adı yoxdur. Necə deyərlər adsız qəhrəmandı. Yuxarı da qeyd etdiyim kimi tayqulaq pişikdi. Güloğlanın (yataqxana növbətçisi) danışdığı mifə görə onun bir qulağını it aparıb. Yataqxanadakı hərkəs bu tayqulaq pişiyi tanıyar, ancaq o qədərdə hörmət etməzlər. Çünki bu pişik öz sürtüklüyü və sırtıqlığı ilə hər kəsi zinhara gətiribdir. Halbuki bu tayqulaq pişik mənim çox xoşuma gələr. Bəzən məni kədərli gördükdə heç miyoldamaz. Eləcə yanıma gəlib, sakitcə oturar. Nədə olsa onların hiss etmə qabiliyyəti, insanlardan qat-qat güclüdür. Həmçinin mən heyvan sevməyən adamın insan sevməsinə də inana bilmirəm. Burda bir Mahir əmi var. Onu yataqxananın heyvərə tayfası heç sevməz. Nə zaman da mənim yan-yörəmdə pişik görsə o dəqiqə dilə gəlib deyərki - Apar, Həsən, apar bunu azdır. - heyvana sevgisi olmayan bir adamın insanlara olan sevgisini təssəvür belə edə bilmirəm..
Halbuki bəzən insanı başa düşən bir tayqulaq pişik belə olur.
7 notes · View notes
sanctasu · 25 days ago
Text
İstilər sanki imtahanlardan da ağır sınaqdır.
14 notes · View notes
sanctasu · 29 days ago
Text
Məncə, insanı xoşbəxt edən şey özünü olduğu kimi qəbul etməsidir. Özü ilə barışan insan həyatda nə tapsa, ona dəyər verə bilir.
20 notes · View notes
sanctasu · 1 month ago
Text
Tumblr media Tumblr media
19 notes · View notes
sanctasu · 1 month ago
Text
Halvanın şirinliyini bilmək üçün gərək onu dadasan.
7 notes · View notes
sanctasu · 1 month ago
Text
Bir dəfə məşhur yazıçı Ernest Heminquey iddia edir ki, hər kəsin qəlbinə toxuna bilən, ən qısa hekayə yaza bilər. Və bu iddiada qalib çıxır. Cəmi altı sözdən ibarət belə bir hekayə ilə: “Körpə uşaq ayaqqabıları satılır, heç geyilməmiş.”
bu qısa hekayəni oxuyanda, mühazirədəydim. qabağımda iki hərif oturmuşdu. dedim bu yazını rəhmətliy Heminquey’in xətrinə bu adamlara da oxutdurum. bəlkə dinə, imana gələrlər. balaca kağıza hekayəni yazıb, onlara ötürdüm. kağızı oxuyub heçnə olmamış kimi üzümə baxdılar. hətta biri soruşdu ki:
- doğurdan satırsan?
11 notes · View notes
sanctasu · 1 month ago
Text
Hara gedirəmsə gedim, yenə də eyni ürəyi daşıyacam.
8 notes · View notes
sanctasu · 1 month ago
Text
İlan və Kərtənkələ
Bu yazıya başlamazdan əvvəl onu deməliyəm ki, əsəbi və gərgin anlarda nə etməli olduğumu hələ də bilmirəm. Həyatda olduğu kimi, elə yazılarda da səngimişəm. Hardan başlayıb, harda bitirəcəyimi təyin edə bilmirəm. Külək hara aparsa orada gedirəm. Hərgah belə yaşamaq çətin olsa da, həmdə maraqlıdır. Təssəvür edin gecə saatı qurmadan yatırsan, səhər neçədə duracağını isə çöldəki qışqırıqlar ya da nəbilim otaq yoldaşının xorultusu bəlli edir. Daha yaxşı misal çəkmək istəyərdim, ancaq ilk ağlıma bu gəldi. Kənardan sürdüyüm həyat mənə tüfeyli həyat kimi gəlir. Koelyonun təbirincə desək - insan həyatını özü seçmir, həyat onu seçir. Bu bineyi-qədimdən belə olub, belə də davam etməkdədir. Hər halda insan, həyatın ona bəxş etdiyi sevinci, kədəri öz çiynində daşımalıdır. Hərgah bu sevincdən, kədərdən necə istifadə etməyin yolunu bilirsə. Nəhayətində, bu nizamsız duyğuların fonunda bir pritça yadıma düşür. Bəlkə də, fikrimi tamamlayan ən doğru sözlər ordadır:
Deməli, bir gün ilanla kərtənkələ qarşılaşır. İlan kərtənkələdən soruşur:
– Sən də ilansan?
Kərtənkələ cavab verir:
– Yox, mən kərtənkələyəm, mənim ayaqlarım var.
İlan deyir:
– Bəs sən niyə sürünürsən?
Kərtənkələ cavab verir:
– Sürünürəm ki, görən olmasın.
6 notes · View notes
sanctasu · 2 months ago
Text
Tumblr media
17 notes · View notes
sanctasu · 2 months ago
Text
Zaman keçdikcə bir çox şeyin dəyərini onu itirdikdən sonra anlayırıq.
12 notes · View notes
sanctasu · 2 months ago
Text
Doğulduğumuz yerə, yaxınlarımıza çox bağlı olmağımız rahat yaşamağımıza mane olur.
9 notes · View notes
sanctasu · 2 months ago
Text
Aprel özünü noyabr kimi aparır.
9 notes · View notes