#meshurlar
Explore tagged Tumblr posts
mieobs · 6 years ago
Photo
Tumblr media
Transparent Women Sexy Mesh Crop Tops Shop Now@ https://bit.ly/2OuwZ0f https://www.paypal.me/transparentthings #transparentthingsstore #nimeshvideo #meshes #meshurlar #meshkovbrest #croptopsport #croptopshop #croptopsareeblouse #hanyarinduandmeshkamaleng #croptopsale #croptopsoc #croptopsurabaya #admeshkamaleng #croptopstejidos #meshkuj #croptopsndenim #andmeshhanyarindu #croptopsomi #croptopskirts #meshal_diet #meshmixer #croptopshirt #kakuriyonoyadomeshi #croptopsabrina #meshcanvas #croptopsolo #croptopsweaters #croptopsweatshirt #parmeshverma https://www.instagram.com/p/B3c3iyQnYdh/?igshid=1iha1s8g2issc
0 notes
listeliyi · 8 years ago
Link
via MƏŞHURLAR LEYLA ƏLİYEVA İLƏ MÖHTƏŞƏM TOYDA - FOTOLAR http://ift.tt/eA8V8J Bu günlərdə “Gülüstan” sarayında baş tutan toyda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. Tanınmış müğənnilər Aleksandr Serov, Soso Pavliaşvilinin də dəvət aldığı mərasimdə müğənni Emin Ağalarov da ifa edib. Murad və Leyla adlı cütlüyün toyuna Xarici işlər naziri Elmar Məmmədyarov da qatılıb.
0 notes
mieobs · 6 years ago
Photo
Tumblr media
Transparent Women Sexy Mesh Crop Tops Shop Now@ https://bit.ly/2OuwZ0f https://www.paypal.me/transparentthings #transparentthingsstore #nimeshvideo #meshes #meshurlar #meshkovbrest #croptopsport #croptopshop #croptopsareeblouse #hanyarinduandmeshkamaleng #croptopsale #croptopsoc #croptopsurabaya #admeshkamaleng #croptopstejidos #meshkuj #croptopsndenim #andmeshhanyarindu #croptopsomi #croptopskirts #meshal_diet #meshmixer #croptopshirt #kakuriyonoyadomeshi #croptopsabrina #meshcanvas #croptopsolo #croptopsweaters #croptopsweatshirt #parmeshverma https://www.instagram.com/p/B3c18OZHFdr/?igshid=16wfwndpyw7jx
0 notes
listeliyi · 8 years ago
Link
via Dodaqlarını böyüdən məşhurlar - FOTOLAR http://ift.tt/eA8V8J Gözəl görünmək hər kəsin haqqıdır. Ancaq qəbul edək ki, tanınmışlar daim göz önündə olduğu üçün özlərinə çox fikir verirlər. Milyonların gözü onların üzərində olduğunu nəzərə alanda, onlara haqq qazandırmamaq olmur. Gözəl görünmək naminə hər üsula əl atan məşhurların ən güclü silahı isə estetik əməliyyatlardır. Məşhurların ən çox müraciət etdikləri isə dodaqların böyüdülməsidir. Dodaqlarını böyüdən məşhurların kollajlarını hazırlayıb. Yeri gəlmişkən qeyd edək ki, dodaqlarını böyüdən məşhurlara Aygün Kazımova, Nisə Qasımova, Nadir Qafarzadə, Brilliant Dadaşova, İlhamə Quliyeva, Sənubər İsgəndərli, Nərgiz Cəlilova, Rəqsanə və başqalarını misal göstərmək olar.
0 notes
listeliyi · 8 years ago
Link
via Vəzifədə olan azərbaycanlı məşhurlar – FOTO http://ift.tt/eA8V8J Ötən həftə Azərbaycanda eyni gündə iki məşhur - Rüfət Axundov və Ədalət Şükürov vəzifəyə təyin olundu. Bu məsələ gündəmə sənətçilərin öz ixtisasları üzrə və ya incəsənətdən tamamilə uzaq sahələrdə rəhbər vəzifə tutmaqlarını gətirib. Xalq artisti Azərin Müdafiə Nazirliyinin zabiti, baş leytenantıdır. Əməkdar artist Ədalət Şükürov Kikboksinq Federasiyası tərəfindən Sumqayıt Regional Klubun prezidentidir. Aysel Əlizadə Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində yaradıcı kollektivin bədii rəhbəridir. Leyla Ramazanlı Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının direktorudur. Rüfət Axundov Müfadiə Nazirliyinin Mərdəkan Hərbi İstirahət Evinin bölmə rəisidir. Meyxanaçı Namiq Məna Mədəniyyət və Turizm Nazirliyində vəzifədədir. O, nazirliyin Sumqayıt şöbəsində çalışır. Aktyor İntiqam Soltan (Həsənov) Bakı Uşaq Teatrının direktorudur. Aşıq Əli Qobustanlı adına Mədəniyyət Evinin “Aşıqlar” xalq kollektivinin rəhbəridir. Aparıcı Kamran İsrafilov Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəridir. Musiqiçşi Akif Süleymanbəyli 2 saylı Vaqif Mustafazadə adına Uşaq İncəsənət Məktəbinin direktorudur.
0 notes
listeliyi · 8 years ago
Link
via Kürd olduqları bilinən əslində isə erməni olan məşhurlar — SENSASİON SİYAHI http://ift.tt/eA8V8J Wsemir.com bu gün oxuculara PKK terror qruplaşmasındakı kürd kimi tanınan ermənilərin siyahısını təqdim edir. Bəzi tarixçilərin iddiasına görə, Osmanlı dövründə bir çox erməni kürd kəndlərinə köçərək kimliklərini dəyişdirib və kürd kimliyinə bürünərək yaşamağa başlayıblar. Sonradan bu kürdləşmiş ermənilər PKK qruplaşmasında yer aldılar. Siyahı aşağıdakıdır: 35 min insanın ölümünə səbəb olan PKK lideri Abdullah Öcalan əslində ermənidir. Əsl adı Artin Aqopyan. “Barmaqsız Zeki” kod adlı Şemdin Sakık da ermənidir. Nənəsinin erməni olduğunu özü etiraf edib. Kürd partiyasının həmsədri Emine Ayna sırf ermənidir. PKK-nın rəhbəri olmuş, indi isə çox da adı hallanmayan, sürgündə qurulan Kürdistan hökumətinin nümayəndəsi, 1959-cu ildə Silvanda anadan olan Semra Bakır ermənidir. Semranın qardaşı Orhan Bakırın əsl adı Armenakdır. TİKKO erməni terror qruplaşmasının üzvü olub. Qruplaşmanın mərkəzi komitəsinə qədər yüksələn Orhan Bakır Bingöldə təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. 1977-ci ildə Silvanda anadan olan Bülent Bakır ermənidir. “Sürgündəki Kürdistan dövləti”-nin nümayəndəsi Məryəm Tabaş ermənidir. Babası Hokar, nənəsi Haykanuşdur. “Zazan Bertin” kod adlı, 1980-ci ildə Silvanda anadan olan Ruşen Tapançı ermənidir. Babasının adı Ohannisdir. “Mavi Çarşı” aksiyasının iştirakçısıdır. 1975-ci ildə anadan olan Yusuf Cihangir ermənidir. Babasının adı Vartandır. 1965-ci ildə Karakaçanda anadan olan Adnan Dizin ermənidir. Babasının adı Kirkordur. 1970-ci ildə Siirtdə anadan olan Nihat Türksoy soyadından fərqli olaraq türk soylu yox, erməni soyludur. Babasının adı Serkis, nənəsinin adı Zerdodur. 1977-ci ildə Bozovada anadan olan Mehmet Güzel ermənidir. Babasının adı Mıkırtıç, nənəsinin adı İlsevikdir. 1974-cü ildə Pertekdə anadan olan, “Cihan” kod adlı ilə tanınan Akif Yadigaroğulları ermənidir. Babası Apkar, nənəsi Məryəmdir. 1973-cü ildə Ömerlidə anadan olan Metin Gümüş ermənidir. Ulu babasının adı Artin, nənəsinin adı Dihramdır. 1948-ci ildə Paluda anadan olan Zülküf Demirtaş ermənidir. Bu xristian erməni “HADEP imamlar birliyi”-nin üzvü də olub. 1978-ci ildə Silvanda anadan olan Sidar Şimşek ermənidir. DEHAP rayon təşkilatında fəaliyyət göstərib. Ulu babası Bedros, nənəsi Luşindir. 1977-ci ildə Diyarbəkirdə anadan olan Mehmet Sami Geniş ermənidir. Narkotik maddə alveriçisidir. 2002-ci il dekabr ayının 11-i həbs edilərək İstanbul məhkəməsində 6 il 8 ay həbs cəzasına məhkum edilib. Ulu babası Sərkis, nənəsi Şuşidir. 1975-ci ildə Afşində anadan olan Özgür Erbil ermənidir. Saxta sənədlərlə ölkədən qaçıb. Almaniyada narkotik maddə alveri ilə məşğul olur. Ulu babası Aqop, nənəsi Lüsyedir. 1977-ci ildə Silvanda anadan olan Orhan Olsen ermənidir. Ulu babasının adı İliyo, nənəsinin adı Maridir. Saxta sənədlə hərbi xidmətdən boyun qaçırıb. 1968-ci ildə Muşda anadan olan Kutbettin Akşula ermənidir. PKK terror qruplaşmasına maddi dəstək vermək üçün silah qaçaqmalçılığı ilə məşğul olduğu üçün 1992-ci ildə həbs edilib. Ulu babası Vartan, nənəsi Zelhadır. Saxta sənədlə hərbi xidmətdən yayınıb. 1979-cu ildə Yurtbeyidə anadan olan Barış Başak ermənidir. Ulu nənəsinin adı Kotinedir. DTP qurucu üzvüdür. 1953-cü ildə İdildə anadan olan Abdülaziz Özdemir ermənidir. Babası Yusuf, nənəsi Kazodur. 1991-ci ilin 21 fevral tarixində öldürülüb. 1972-ci ildə Siverekdə anadan olan Levent Kayadağ ermənidir. Babası Miqdat, nənəsi Havuşdur. 1993-cü ilin 16 oktyabr tarixində öldürülüb. 1954-cü ildə Beştüşşebapda anadan olan Mehmet Öztunç ermənidir. Babasının adı Musa, nənəsinin adı Mirandır. PKK-ya yardım etdiyi üçün həbs edilib. Sonradan HADEP Antalya rayon təşkilatına üzv seçilib. 1977-ci ildə Karayazıda anadan olan İdris Sefil ermənidir. Terrorçuluq fəaliyyətinə görə həbsxanada yatıb. Bir müddət Konya HADEP gənclər təşkilatının üzvü olub. Saxta sənədlə hərbi xidmətdən boyun qaçırıb. İdrisin qohumu Ersin Sefil də ermənidir. Şimali İraqda qətlə yetirilib. 1974-cü ildə Hazroda anadan olan Hacı İçer ermənidir. Nə hacıdır, nə də molla. Babası Ali, nənəsi Quledir. HADEP Hazro rayon təşkilatının idarəetmə qurumunun üzvüdür. Saxta sənədlə hərbidən boyun qaçırıb. 1973-cü ildə Yaylayanıda anadan olan Dilaver Öncü ermənidir. HADEP Konak şöbəsi idarə heyətinin üzvü olub. İzmirdə missioner kimi fəaliyyət göstərib, kilsədə moizə oxuyaraq xristianlığı təbliğ edib. 1965-ci ildə Firkedə anadan olan Edip Yıldız ermənidir. Ulu babasının Qaço, nənəsinin adı Rihandır. HADEP partiya məclisinin üzvü olub. PKK-lı cinayətkarlrın vəkili olub. Nevşehir E tipli həbsxanada cəzasını çəkən PKK qruplaşmasının üzvü Nimet Canın vəkili olub. 1964-ci ildə Benekdə anadan olan Haşim Benek ermənidir. Ulu babasının adı Şiho, nənəsinin adı Kitrodur. 1985-ci ilin 16 mart tarixində Şırnak rayonu, Dərələr kəndi ətrafında, Eşek mağaraları mövqeyində təhlükəsizlik qüvvələri və terrorçular arasında baş verən atışmada tutulub. Diyarbəkir məhkəməsi tərəfindən həbsxanaya göndərilib. Həbsdən sonra DEP Antalya-Muratpaşa bələdiyyə sədrliyinə namizəd olub. 1954-cü ildə Kamberşeyhdə anadan olan Mahmuk Hakkı Eşiyok ermənidir. Ulu babasının adı Hokar, nənəsinin adı Haykanuşdur. HADEP İstanbul rayon təşkilatının katibi olub. 1959-cu ildə Urfada anadan olan İzzettin Kalaycı ermənidir. 1986-cı ilin 11 iyul tarixində Diyarbəkir məhkəməsi tərəfindən 8 il 8 ay həbs cəzasına məhkum edilib. Həbsdən sonra Şanlı Urfa HADEP rayon təşkilatına qəbul edilib. 1996-cı ilin 23 iyun tarixində Ankaradakı HADEP 2-ci fövqəladə konqresində türk bayrağının yerinə PKK bayrağının sancılması hadisəsinin iştirakçısıdır. 1948-ci ildə Kölükdə anadan olan Mehmet Cantekin ermənidir. Ulu babası Bedros, nənəsi Məryəmdir. Diyarbəkir Kayapınar Bələdiyyə sədri olub. 1995-ci ildə millət vəkili seçkilərində namizəd olub. 1953-cü ildə Siirtdə anadan olan Maruf Altın ermənidir. Ulu babası Ohanis, nənəsi Poridir. Atasının saxta adı Hüseyn, anasının da adı Nafiyədir. Beləcə, erməni olduqlarını gizlədiblər. DEP İzmir-Konak rayon təşkilatının üzvü olub. 1998-ci ilin 23 sentyabr tarixində qanunsuz silahlı təşkilat qurmaq və ya iştirak etmək cinayətinə görə 12 il 6 ay həbs cəzasına məhkum edilib. 1973-cü ildə Urfada anadan olan Mehmet Sait Yalçın ermənidir. Babası Girbus, nənəsi Vartidir. Atasının saxta adı Mehmet Kerim, anasınınkı isə Mevuldədir. 1997-ci ildə Bodrum terror aktına görə məsuliyyət daşıyır. Ömürlük həbsə məhkum edilib. 1975-ci ildə Hazroda anadan olan Zanamazak yəzididir. 1973-cü ildə Nusaybində anadan olan Mehmet Zeki Şaşmaz yəzididir. 1971-ci ildə Nusaybində anadan olan Abdullah Şaşmaz yəzididir. 1975-ci ildə Hazroda anadan olan Nevzat Tedik yəzididir. 2001-ci ilin 11 oktyabr tarixində həbs edilib və 12 il 6 aylıq həbs cəzasına məhkum edilib. PKK-nın Avropadakı kassası kimi tanınan Nuriyə Kesbir yəzididir. 2001-ci ildə Hollandiyaya qanunsuz yollarla keçmək istəyəndə həbs edilib. 1980-ci ildə Midyatda anadan olan Şevkiye Atalan yəzididir. 1966-cı ildə Midyatda anadan olan Fahrettin Şahin yəzididir. Adanada həbs edilən PKK-lı canlı bomba Hatice Arat yəzididir. Babası Hasso, nənəsi Məryəm də yəzididir. 1955-ci ildə Beşində anadan olan Osman Ergin yəzididir. DTP mərkəz idarə heyətinin üzvüdür. Avropa Parlamentinin üzvü Feleknaz Uca yəzididir. Atası Abdullah Uca “Yəzidi Kürdistan İttifaqı”nın sədridir. 1971-ci ildə Midyatda anadan olan Seyithan Alpar aysordur (Assuriyalardan qalma etnik xristian qrup). Yəni ki, xristiandır, müsəlman və seyid deyildir. 1976-cı ildə Midyatda anadan olan Metin Kesenci aysordur. “Beth Nehrin” adlı aysor təşkilatının qurucusudur. 1975-ci ildə Midyatda anadan olan Adnan Kesenci aysordur. 1983-cü ildə Nusaybində anadan olan Bilal Yürek aysordur. 1980-ci ildə Pevaridə anadan olan Salih Boğdu aysordur. 1937-ci ildə Ceylanpınarda anadan olan Şemsi Emen aysordur. HADEP üzvü olub. 1969-cu ildə Kurtalanda anadan olan İhsan Kaya aysordur. Rumıniyada PKK insan, silah və narkotik maddə qaçaqmalçılığı ilə məşğul olarkən saxta pasport və şəxsiyyət vəsiqəsilə həbs edilib. Ulu babası Görgis, nənəsi Şemunidir. 1962-ci ildə Siirtdə anadan olan Basri Kaysi aysordur. Ulu babası Görgis, nənəsi Şemunidir. İHD Siir şöbəsinin üzvü və DEHAT Siirt rayon təşkilatının nümayəndəsi olub. 1980-ci ildə Siirtdə anadan olan Ayhan Kaysi aysordur. Ulu babası Görgis, nənəsi Şemunidir. Bir çox hadisədə iştirak edib. 1997-ci ildə təslim olub. 1999-cu ildə azadlığa buraxılıb. 1952-ci ildə Nusaybində anadan olan Mehmet Zeki Kanşiray aysordur. Ulu babası Zeytun, nənəsi Məryəmdir. İzmir kənd xidmətləri soyğununda iştirak edib. 1990-cı ilin 16 iyul tarixində Bornova kənd təsərrüfatı və meşə nazirliyinin İzmir idarəsinin işçilərinin maaşlarını silah gücü ilə qəsb etdiyi üçün həbsə atılıb. Həbsdən sonra HADEP Gaziemir rayonunda idarə heyətinin üzvü olub. 1968-ci ildə Derikdə anadan olan Fethi Oktay aysordur. Babası Turnas, nənəsi Mennuşdur. 1997-ci ildə həbs edilərək ömürlük həbsə məhkum edilib. 1948-ci ildə Paluda anadan olan Zülküf Demirtaş ermənidir. Ulu babası Kinkos, nənəsi Nazlıdır. Hər ikisi erməni olub. Siyahını uzatmaq mümkündür, amma düşünürəm ki, bu qədər kifayət edər. Kifayət edər ki, uzun illər Türkiyədə bu qədər qan axıdan bir təşkilatın kürd yox, ermənilər tərəfindən idarə edildiyini anlamaq mümkün olsun.
0 notes
listeliyi · 8 years ago
Link
via Avtomobil qəzası ilə dünyasını dəyişən MƏŞHURLAR - FOTOlar http://ift.tt/eA8V8J Türkiyənin məşhur magazin saytı avtomobil qəzası ilə dünyasını dəyişən məşhurlar adlı yazı hazırlayıb. Erdal Tosun İsrafil Köse Ali Toprak Necdet Tosun Kerim Tekin Ajlan Önder Somer Ahmet Tarık Tekçe Barış Akarsu Uzay Heparı Boran Kaya Onur Bayraktar Gökhan Semiz Kıvırcık Ali
0 notes
listeliyi · 8 years ago
Link
via CANLI YAYIM BİZİM MƏŞHURLARI RÜSVAY ETDİ - “ADAM DƏLİYƏ OXŞAYIR...” http://ift.tt/eA8V8J Artıq bir həftədən çoxdur ki, instaqramda yeni funksiya istifadəyə verilib Bütün dünya üçün aktiv edilən canlı yayım funksiyası Azərbaycanda da tətbiq edilməyə başlayıb. Gün ərzində minlərlə insan izləyiciləri qarşısına çıxır, onlarla ünsiyyət qurur. Bu axına yerli şou ulduzlarından da qatılanlar var. Ancaq onların əksəriyyəti canlı yayım etməkdən çəkinirlər. Bunun bir neçə səbəbi var: Birincisi, canlı yayımı yalnız real istifadəçilər izləyə bilər. 300-400 min izləyicisi olan məşhuru yalnız 50 nəfər izləyir, rəy bildirir. Bu da tanınmışların “saxta izləyici” oyununun ifşa olunması deməkdir. Bundan məlum olur ki, onlar “fake” profillər vasitəsiylə izləyici sayını artırırlar. İkincisi, yerli ulduzların əksəriyyəti sosial şəbəkə istifadəçiləri ilə ünsiyyətdə olmaq istəmirlər. Tanınmışlar onların ünvanına yazılan şərhlərdən, tənqidlərdən ciddi şəkildə narahat olur, bəzən isə onlara kobud cavab verirlər. Ancaq onlar arasında “live” funksiyasından çəkinmədən istifadə edənlərə də rast gəlmək olar. Məsələn, Günay İbrahimli, Fatimə Fətəliyeva, Ayan Babakişiyeva, Roza Zərgərli, Tarix Əliyev və başqaları... Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Faiq Ağayev başda olmaqla, şou-biznesin əsas qəhrəmanları canlı yayım etmək istəmirlər. Səidə Sultan cəmi 3 gün bu funksiyadan istifadə etdiyini söyləyib: “Təzə çıxanda maraqlı gəldi, üç gün istifadə etdim. Şərhlər çox gəlir, insanın ürəyi sıxılır. “Filan yerə salam deyin” və s. kimi rəylər oxuyuram. İnsan kənardan dəliyə oxşayır. Üç gün qurdumu öldürdüm. Ancaq maraqlı məqam da var ki, konsert verəsən və orada iştirak etməyənlər üçün canlı yayım funksiyasını işə salasan”. Sevda Yəhyayeva isə tez-tez canlı yayım etməyə vaxtının olmadığını söyləyir: “Əslində bu funksiyanın işə düşməyi yaxşı haldır. İnsanlarla ünsiyyət qura bilirsən, bir-iki dəfə istifadə etmişəm, maraqlıdır. Ancaq hər dəqiqə istifadə etməyə vaxtım yoxdur. Bu funksiya kimisi üçün maraqlı, kimisi üçün də maraqsızdır. Hər kəsin öz fikri var. İnsanlarla yaxın ünsiyyətdə olursan, bunun nəyi pisdir?” Roza Zərgərli deyir ki, canlı yayımdan gün ərzində 2-3 dəfə istifadə edir: “Bu dəqiqə canlı yayımdan çıxdım. Çox yaxşı funksiyadır. İstifadəçilərə deyirəm ki, suallar yazın, cavablandırım. Anladım ki, instaqram səhifəmdə olan insanlar mənim kütləmdir. Canlı yayıma gün ərzində 2-3 dəfə çıxıram. Heç makiyaj filan etmirəm, insanların rəyi yaxşıdır. Bir-iki qurdlar var, şou-biznes adamlarıdır. Qalmaqal yaratmaq istəyirlər, ancaq alınmır. İnsanlar yazır ki, müğənnilər makiyajsız insanların qarşısına çıxmağa çəkinir, fanatlarıyla kobud danışırlar. Məndə isə fərqlidir. Çox insanlara baxıram. 30-40 nəfər baxır, mən isə bu funksiyaya qoşulanda baxış sayı çox olur, 500 nəfərə yaxın insan şərh bildirir”. Rəqqasə Fatimə Fətəliyeva deyir ki, istifadəçilərin bəziləri çox aqressivdir: “Dünən cəmi bir dəfə canlı yayım etdim, 5 dəqiqə istifadə etdim. İnsanlar müxtəlifdir və çox aqressiv olurlar. Hamıya bu sözü şamil etmirəm. Canlı yayıma girmək məsləhətli deyil,çünki, maraqsız olmağa başlayacaq. Yalnız işimi, rəqsimi göstərmək üçün istifadə etmək olar”.
0 notes
listeliyi · 8 years ago
Link
via Müflis olan yerli məşhurlar və səbəbləri http://ift.tt/eA8V8J Son zamanlar baş verən iqtisadi böhran şou-biznesdən də yan ötməyib. Sənət aləminin tanınmış simalarının bəziləri bir vaxtlar qurduqları biznesini dayandırıb, bəziləri isə evini satıb. Müflis olan tanınmışların siyahısını təqdim edir. Meyxanaçı Namiq Qaraçuxurlu devalvasiyadan sonra ayaqqabı mağazasını bağlayıb. İfaçı bildirib ki, xaricdən ayaqqabı gətirmək və onu burada satmaq baha başa gəlir. Əməkdar artist Ədalət Şükürov bir neçə il əvvəl turizm şirkəti və mağazası olduğunu demişdi. İndi isə müğənni bu biznesini bağladığını bildirib. Xalq artisti Aygün Kazımova dünya ulduzu Snup Dokla klip çəkdirdikdən sonra müflis olub. Müğənni bu layihəyə görə maşınını, evini satdığını, bankdan kredit götürdüyünü söyləyib. Müğənni İlahə Fəda da açıqlamalarının birində biznesinin bağlandığını söyləmişdi. Müğənni Nadir Qafarzadə isə maddi imkansızlıq ucbatından bağ evini satıb. O, xaricdə oxuyan oğullarının təhsil haqqını ödəmək üçün buna ehtiyacı olduğunu demişdi. Müğənni Emil Bədəlov bir müddət əvvəl açdığı çay evini bağlamışdı. Hazırda Emilin turizm şirkəti var. Müğənni Zamiq Hüseynovun geyim mağazası bağlanıb. İfaçı hazırda online geyim satışı ilə məşğuldur. Müğənni Rəqsanə İsmayılovanın açdığı gözəllik salonu da hazırda fəaliyyətini dayandırıb. İfaçı moda evi və restoran açdığını desə də, planı yarımçıq qalıb.
0 notes