Tumgik
#şübhə
dadaszdkh · 8 days
Text
Güvən hissi üçün çox darıxıram əlimi hara atsam şübhə..
23 notes · View notes
esger1i · 2 months
Text
Fərqindəsən ayaq tutub yeriyən yalanların, ikiüzlülüklərin, səmiyyətsizliklərin. Müşahidə edirsən, görürsən. Görürsən xoşbəxtlik oğrularını. Oynanılan oyunları. Ayaq saxlamadan ötüb keçirsən nə vaxtsa həyatının mərkəzinə çevrilmiş insanların yanından. Unuda bilmirsən gördüyün xəyanətləri, satqınlıqları. Amma yenə xoşbəxtsən, yenə gülümsəyirsən. Həyata, insanlara, yaşanmışlara, yarımçıq qalan hekayələrə, başlamadan bitənlərə gülümsəyirsən. Hə, gülümsəyirsən, çünki hər şeyin fərqindəsən. Heç nəyə baxmayaraq içindəki həyat eşqi ölməyib, heç nəyə baxmayaraq hələ də güvənə bilirsən insanlara, heç nəyə baxmayaraq sadəcə var olduqları üçün təşəkkür edəcəyin insanlar var. Heç nəyə baxmayaraq qucaqlayanda bütün sıxıntılarını unutduracaq əzizlərin var. Çox şanslısan əslində. Nə olur olsun, gerçək dostluğun da, sevginin də var olduğuna anlığa da olsa şübhə etmirsən. Çünki, hələ də kənardan çox bəsit görünən şeylər səni xoşbəxt edə bilir. Sevgiylə yola davam.
25 notes · View notes
xancann · 9 months
Text
Dəqiq insanlarla eyni yolda olmaq mükəmməl bir psixoloji rahatlıq verir insana. Səbəb ondan ibarətdir ki, bu tip insanlar sizi şübhə və yaxud qeyri-müəyyənlik içində qoymurlar. Ən əsası, məhz nə istədiklərini bilirlər, düşünə bilirlər və anında icraata keçirlər. Əmin olun ki, həyatda bizi ən çox yoran hislərin başında məhz qeyri-müəyyənlik və yaxud da şübhə dayanır, net.
57 notes · View notes
mrs-samira · 3 months
Text
Şübhə ilə yanaşdığınız bir çox məsələlər və ya hadisələr doğrudur.
[22:50]
Tumblr media
20 notes · View notes
qulumemmedovv · 1 year
Text
Güvən duyğusunu bir dəfə itirdinmi, ondan sonrası daima şübhədir. İnsan bir dəfə aldadıldıqdan sonra, gerçəklərdən belə şübhə etməyə başlayar. Həyatına girən hər kəsə şübhə ilə yanaşar və əsla, tam şəkildə güvənə bilməz. Nə fırtınalara sinə gərmiş sevgilər vardır ki, bir şübhə uğuruna məhv olub çox zaman.
97 notes · View notes
laptutagkibildin · 5 months
Text
Zamanların ən yaxşısı və həm də ən pisi idi, həm ağıl çağı idi, həm axmaqlıq, həm inanc dövrü idi, həm də şübhə, aydınlıq və qaranlıq mövsümü idi, həm ümid baharı, həm ümidsizlik qışı idi, həm hər şeyimiz var idi, həm də, heç nəyimiz yox idi. Hamımız ya birbaşa cənnətə gedəcəkdik ya da digər tərəfə..
Ç. Dickens - İki şəhərin hekayəsi
26 notes · View notes
justsky13 · 1 year
Text
Beynimə şübhə düşdüsə, sizə eyvallah
52 notes · View notes
feelsblogs · 4 months
Text
Şübhə heç zaman boşuna deyil.
14 notes · View notes
mysticaldream · 4 months
Text
Bəzən hadisələrə o qədər soyuq və vecsiz davranıram ki, özüm özümə şübhə duyuram
10 notes · View notes
zimirovv · 5 months
Text
Birini çox istəmə müddətim, aramıza şübhə girənə qədərdi.
8 notes · View notes
cvdbrhm · 1 year
Text
"sən ağlında qurmusan" deyə iddia edilən hər şeyin gerçəkləşdiyinə şahid olduğumdan bəri şübhə olan yerdə mən yoxam.
25 notes · View notes
abdnarmin · 1 year
Text
Şübhə tək doğrudur.
32 notes · View notes
usersh · 6 months
Text
Oysa ki biz ətrafa qaçışıb hay-küy yaradırıq. Və sıradanlığımızı qışqırırıq. Çünki iç dünyamıza güvənmirik. Davamlı şübhə içindəyik və təlaşlıyıq. Durub düşünməyə zamanımız yoxdur. Kəlmələr, bəzən bütün duyğularımızı ifadə etməyə yetmir, sönük qalır.
Tarkovski, Ayna.
17 notes · View notes
naf1la · 1 year
Text
+ Mənə bir söz vermişdin yadında?
- Nə sözü?.
+ Məni heçvaxt buraxmayacağına dair..
- Əlbətdə yadımdadı.. Amma..
+ Amma nə?.. Bəs niə getdin?!
Bilirsən mən sənə inanmışdım. Həqiqətən inanmışdım. Bütün mənliyimlə bağlanmışdım sənə. Həqiqi idi bütün sözlərim. Tək sənə yalan danışa bilmirdim mən. Tək sənin yanında özümü xoşbəxt hiss edirdm. Sənində birgün gedə biləcəyin ağlımdan belə keçməzdi. Hətta mən özümə şübhə edərdim amma sənə heçvaxt. Boşunamıydı bu qədər mübarizə? Bu qədər sözlər?.
Bilirsən sən gedəndə heç vaxt yaşamayacağımı düşündüyüm hissləri yaşadım. Sən sadəcə məni buraxıb getmədin, eyni zamanda içimdəki nifrətin səbəbi oldun. Yaşa indi yaşaya bilirsənsə bu əzabla
23 notes · View notes
qulumemmedovv · 7 months
Text
Ağıl inanmaq istəməyəndə hər zaman şübhə edəcək bir şey tapır
Jane Austen “Akıl ve tutku”
32 notes · View notes
gulchinus · 1 year
Text
Hər şeyi həll etməyə, düzəltməyə gücümüz çata bilər. Amma şübhə qarşısında aciz olarıq.Dəqiqlik bəzən üzsə də,ondan ötəsi olmadığını bilirik. Şübhə elə deyil, insanı məhv edər.
32 notes · View notes