Tumgik
#qaçın
aysusydzde · 14 days
Text
Mənə elə gəlir səhv etmək qəlbin işidi, doğrunun yolunu tapmaq isə ağlın. Çalışın nə ancaq səhv edin nə də doğruya tərəf qaçın. Ortalarda bir yerlərdə olun. Əsas odur ki, sonda geriyə dönüb baxdıqda özünüzə layiq gördüyünüz bir həyatı yaşamış olun.
25 notes · View notes
esger1i · 22 days
Text
İtirmədən anlamır insanlar xoşbəxtliyini, sağlamlığını, dostluqlarını. Xoşbəxt ikən heç nəyi düşünmür, həyat həmişə belə olacaq deyə düşünür. Dünyada pis şeylər yoxmuş, olmayacaqmış kimi. Hər zaman üzü güləcəkmiş kimi. Xəbərləri, filmləri izlərkən kədərlənir gördüklərinə, öz başına gələ biləcəyini belə düşünmür. Bir gün birini çox sevəcəyi gəlmir heç ağlına, onu itirib də izləməklə anlamayacağı bir ağrı çəkə biləcəyini düşünmür. Sağlığını itirmədən başa düşmür sağlamlığın qiymətini. Zənn edir ki, xəstəliklər həmişə ondan uzaqda qalacaq, bəlkə qalır da. Amma sevdikləri xəstələnir bu dəfə də. Gözlərinin qabağında hər gün ölür o sevdikləri. Sonra "kaş ki qucaqlasaydım dolu dolu, kaş ki səsimi yüksəltməsəydim, kaş ki daha yaxşı davransaydım" deyə düşünür, kaş ki deyərək özünü bitirir, peşman olur, içi ağrıyır, gözləri dolur. Axıtdığı göz yaşları dərdə dərman mı? Xeyr. Təxirə saldığınız işləri həyata keçirin. Ailənizə olan sevginizi bildirin hər fürsətdə məsələn, ya da çox darıxdığınız ama qürurdan yazmadığınız o insana yazın, ya da xəyallarınızın arxasınca qaçın gec olmadan.
17 notes · View notes
Note
Burda o sapıklardan o qədərdi ki 😂 qıraqdan ağırlı başlı kimi görünən ..
Həə, diqqətli olun. Çox ağıllı görünən insanlardan qaçın. Burdakı ağıllı görünənlər çox təhlükəlidir. Çoxbilmiş olurlar. Öz iç üzlərini gizlədirlər
3 notes · View notes
arcieree · 1 year
Text
Dünyada nə qədər insan bir-biri üçün darıxır , amma bir-birini axtarmır. Eləcə də son vaxtlarda olan insan itkiləri , hekayələri , həyatın verdiyi mesajlar deyir ki , sabah nə olacaq bilmirik. Mən də sizə demək istəyirəm . Varsa ürəyini qırdığınız insan , könlünü alın. Varsa bir sevgi etirafınız , edin. Varsa bağırmaq , hayqırmaq , arzularınızın arxasınca qaçmaq istəyi , qaçın. Varsa bir darıxdığınız ,onu axtarın. Ən çox ən çox da divarları yıxın , aranızdakı divarları. O divarların arxasında sizi nələrin gözlədiyini bilmirsiz. Ən əsası , sabah nə olacaq bilmirsiniz. Amma siz yenə də sabaha inanın , sabah yaxşı şeylərin olacağına inanın. Sabahı sevgi və həsrətlə gözləyin.
Doğacaq günəşi gözləyin.
26 notes · View notes
feride11 · 1 year
Text
• Günün axşam saatlarında, gecələr daha çox özümüz oluruq biz, həqiqi kimliyimizə dönürük, içimizin səsi, ürəyimizin döyüntüsünə qulaq veririk, vücudumuzu, qəlbimizin yerini hiss edirik. Çiynimizdəki yükün ağırlığını duyuruq. Duyğularımız dilə gəlir, onu gün ərzində susduran şəhərin hay-küyü, maşınların siqnalı, adamların çığırtısı, iş telefonunun zəngi... olmur bu saatlarda. Bir biz oluruq, bir də ruhumuza hakim kəsilən səslər. Birini o deyir, birini biz. Danışırıq, dalaşırıq özümüzlə. Nə xoş o insana ki, sonda anlayır özünü, barışır özüylə. Nə xoş o insana ki, sevdiklərinə əli çatır, ünü yetir, doğmalarıyla, bir evdə yaşadığı insanlarla arasında divarlar yoxdu, onlar bir-birini duyur, eşidir, başa düşür.
Bu yaxınlarda bir fikir oxudum. Deyir, bilirsənmi, dünyada nə qədər insan bir-biri üçün darıxır, amma bir-birini axtarmır... Eləcə də son vaxtlarda olan insan itkiləri, hekayələri, həyatın verdiyi mesajlar deyir ki, sabah nə olacaq, bilmirik... hər gün ağlımda. Mən də sizə demək istəyirəm. Varsa ürəyini qırdığınız insan, könlünü alın, varsa bağırmaq, hayqırmaq, arzularınızın arxasınca qaçmaq istəyi, qaçın. Varsa bir darıxdığınız, onu axtarın. Ən çox, ən çox da divarları yıxın, aranızdakı divarları... o divarların arxasında sizi nələrin gözlədiyini bilmirsiz. Ən əsası, sabah nə olacaq, bilmirsiniz. Amma siz yenə də sabaha inanın, sabah yaxşı şeylər olacağına inanın. Sabahı sevgi və həsrətlə gözləyin. Doğacaq günəşi gözləyin..🤍
49 notes · View notes
frllsket · 2 years
Text
Pessimist insan qədər adamı xərçəng edən, çürüdən ikinci bir insan tipi yoxdu. Nə qədər təsəlli verib pis düşüncələrdən qurtarmaq istiyirsən, sonda görürsən ağlıya ağlıya o sənin enerjini çəkib bitirib. Harda görsəz qaçın
13 notes · View notes
yousifizm · 1 year
Text
Geriyə baxmadan qaçın, uşaqlıq qayıtmayacaq..
9 notes · View notes
saboblame · 2 years
Text
Boltun reklamları tumblr’ı tapdı, qaçın ))
16 notes · View notes
minavenera · 14 days
Text
Tumblr media
Narsist insanlar sənə sanki özünün qarşı cinsini tapmışsan kimi bir hissiyat verir. Narsist 2 aylıq bir flörtüm olub illər öncə. Məni ikna etmək üçün 1 ay məni izləyib sonra çıxıb qarşıma təsadüfmüş kimi mən də yemişəm bunu.) danışdıqca elə ortaq özəlliklərimiz çıxmışdı ki sanki ağılımı oxuyurdu. Aşiq olmağa başlayırdım ki necə olabilər mənə belə yaxın biri olabilər??? Göylərdə uçurdum onunla danışarkən çoxxx xoşbəxt hiss etdirirdi. Daha sonra mənim ona bağlandığımı hiss etdikcə məndən uzaqlaşmağa başladı,manipulasiyalar,isti soyuq, məni alçaltmaqlar xüsusən fiziki görünüşümlə deyirdi ki sənin gözlərin əyridir,sənin əllərin balacadır,sənin üzün şaftalı kimi tüklüdür. "mən ağbəniz,kürən saçlı qızları sevmirəm bronz qaraşın qara göz qızları sevirəm" 😃😃😃 buradaki manipulasiyanı görəbilirsiz? Məndə oturub ağlayırdım ki kaş əsmər olardım niyə allah məni ağ yaradıb???
Mən həmən ərəfə manipulasiya sözünü belə bilmirdim. Sadəcə heç xoşbəxt deyil idim və ağlayırdım,özümü bəyənməməyə başlayırdım. Buna görə onunla birdən birə əlaqəni kəsdim. Plus mənə xəyanət etdiyini hiss edirdim amma sübutum yox idi elə hiss etməyim bəsdir deyib atdım onu.
O gözləmirdi məndən bu hərəkəti çünki eləbilirdiki ona çox bağlıyam. Dəli olmuşdu.
Bunların hamısı 2 ay içində baş verdi. Mənə isə 2 il kimi gəlir çünki narsist partnyorla zaman durur sanki.
Hal hazırda həmən insan mənim xarakterimi,zövqlərimi hər şeyimi kopyalayıb digər qadınlara satır. Hətta danışıq tərzini belə mənimki kimi edib.
Narsistlər ilan kimidi. Hər şeyin formasını alır. Sanki bədənsiz ruhdular qurbanlarını tapırlar və onların bütün enerjisini,hərşeyini alırlar və o olurlar.
Tumblr media Tumblr media Tumblr media
Ayrılığımızdan həmən sonra birini tapmışdı sanki heç mən olmamışam kimi. Əlbəttəki incinmişdim çox. Amma qərarlı idim bloka atdım hər yerdən. 1 il sonra məndən sonra tapdığı qızı iş yerimdə gördüm. Ayrılmışdılar onlarda. Qızı 40 kiloya salmışdı dərddən. Eyni iş yerində işləyirdik. Qız məni tanıyırdı mən də onu tanıyırdım. İlk agresiv idi mənə qarşı sonra gördü ki düşündüyü kimi biri deyiləm. Başladı danışmağa ki, ona da deyib ki mən ağ bəniz kürən saç qızları bəyənirəm sən çox qarasan kifirsən)))) mənə elədiyi hərşeyi ona edib və hobbiləri olaraq qıza saydığı şeylər mənim hobbilərimdi 😃😃😃
O qız amma gec ayılıb və 1 il sonra atabilib onu. Mən yenə yaxşıdır ki 2ci ayda ayılmışdım. Heçnə belə bir dəstək kampı qurduq narsistlərin əlindən sağ çıxan qızlar kompanyası😃 bu yaxınlarda eşiddim ki həmən adamı işindən ediblər heç cür iş tapabilmir elədiyi bir şeyə görə vəəəəə o gün onu gördüm çox pis vəziyyətdəydi yenə həmən oyunlar robot kimi təkrarlayır hər şeyi. Və ən pisi odur ki o özünü cavan oğlan kimi görür amma yaşı keçir və elədiyi flörtöz hərəkətlər əvvəlki kimi şirin xoş görsənmir yaş özünü həqiqətən görsədir. Saçları tökülür,üzü qırışır,üz cizgilərində ki mənlə tanış olanda ki şirinliyi yoxdu qəti.
Belə bir hekayə danışmaq istədim. Obşimm təzə tanış olan kimi çox möhtəşəm sizə çox uyumlu adam görsəniz qaçın. Amma kimlə yola getmədiz kimlə dava etdiz ona şans verəbilərsiz özünə aid bir xarakteri var ən azından. ))
0 notes
elshadkarim · 5 months
Text
Ex'lərinə söz soxan insanlardan qaçın
0 notes
yazar-7 · 1 year
Text
Qadın.🩷 🫢 🫠
Siz siz olun bir Qadın'a hər zaman baş üstə deyin🫡.
Üzülməsinə səbəb olmayın🥹.
Üzündə təbəssüm yaradın🫣.
Əllərindən öpün. 🫂
Bir yerə gedərkən yeri gəlsə izin alın🫠.
İzin verməsə baş üstə deyin. 🫢
Səbəbsiz yerə iltifatlar edin(onlar iltifatla nəfəs alır)🥹.
Gözlərinə sevgi dolu baxın. 🤗
Qızınız kimi böyüdüb sahiblənin. 🥹
Rəfiqəsinə qaçmaq yerinə Sevdiyinizə qaçın. 🤨
Yarıda qoymaq yerinə əlinizi saçına qoyun. 🤌
1 note · View note
malicious17 · 1 year
Text
Yaşılgöz insanlardan qaçın uşaqlar biri elə özüm
0 notes
mil1enyblog · 2 years
Text
Yıxılan ümidlərinizi qoyun bir kənara.Qaçan yuxularınızın arxasınca qaçın...
1 note · View note
writer77 · 2 years
Text
Yarım qalan insanlardan qaçın.
36 notes · View notes
exactoes · 3 years
Text
harda snapchat istifadə eliyən oğlan gördüz tüpürün dabanınıza qaçın
72 notes · View notes
aslanlii · 2 years
Text
İnsanların bir birindən güddüyü ən mundar mənfəət heç vaxt pul olmayıb. Mənfəətin pul olduğu münasibətlərdə bu bəlli olduğu üçün insanlar buna görə davranır. Və ayrılıq yaşandığında bu o qədər də çox incitmir. Amma mənfəət sevgi olduğunda bu ən mundarı olur. Çünki insan sevgiyə qarşı qoya bilmir. Əlindən gələni edir amma alınmır. Bu münasibət bitdiyində isə ağlasığmaz bir acı qalır geriyə. Ona görə çalışın mənfəətin sevgi olduğu münasibətlərdən qaçın.
5 notes · View notes