Tumgik
#vəziyyəti
ilahitragediya · 3 months
Text
Müqəddəs kitabı oxumuş olsaydın bir şey diqqətini çəkərdi. Tanrı əvvəlcə Adəmi yaratdı, sonra cənnəti. Daha sonra Adəmi cənnətə qoydu. Adəm təəccüb içində idi, çünki daha əvvəl bilmədiyi bir yerə gelmişdi. Həvvanın vəziyyəti isə tamam fərqli idi. O Adəmdən sonra yaradıldı. Cənnətdə yaradıldı. O, oranın sakini idi. Sonra ikisi birdən cənnətdən qovuldular, amma bu Adəm və Həvva üçün eyni mənaya gəlmirdi. Çünki, Adəm, daha əvvəl gördüyü yerə qayıtmışdı. Həvva isə tərsinə yaradıldığı yerdən sürgün olunmuşdu. Əgər bu incə fərqi unutsan, qadınları heç vaxt anlaya bilməzsən. Çünki, qadınlar cənnətin sürgünləridir.
39 notes · View notes
petr1chorr · 1 year
Text
20 gündür yox idim evdə. Hər gün zəng edib maraqlanırdım ki, evdəkilərin vəziyyəti necədir. Ana da hər dəfəsində hamı yaxşıdır deyirdi. Gəldim evə, babanı görəndə şok oldum. 20 gündür yoxam, 15 kilo arıqlayıb baba. Ana 20 gündür yalan deyirmiş mənə. Kişi necə çöküb... Görəndə o qədər doldum ki. Qaçdım qabağına. İlk tanımadı məni, bir az baxdı sonra bildi ki, mənəm. Necə sevindi, qucaqladı məni. Zəif bədəni qollarımın altında titrəyirdi. Gözlərinin işığı sönüb, çətinliklə danışır. Mənə dedi pis bala olubsan ha, incimişəm səndən, məni qoyub haralara getmişdin. Bu halda belə gülüşünü, zarafatın əksik etmir...Özümü zorla tutdum ki, yanında ağlamayım. Dolğun, əzəmətli kişidən əsər-əlamət qalmayıb. Bilirəm, ölümlü dünyadır. Heç kim qalıcı deyil burda. Yenə də.. Babaya çox bağlı biriyəm, onsuz həyatım necə olar bilmirəm, əksik hiss edəcəm özümü həmişə. Anaya o qədər əsəbləşdim ki, əvvəl-axır gələcəkdim axı mən evə. Nə qədər gizlətməyi düşünürdü ki? Birdən bir şey olsaydı, geciksəydim.. Heç bilmirəm necə olacaq bundan sonra, ümid edirəm daha çox qalar mənimlə...
115 notes · View notes
nesirov · 10 months
Text
Niyə xoşbəxt deyilsən? Səni necə xoşbəxt edə bilərik? Səni kədərləndirən nədir? Kaşki onlara bunun xoşbəxt və ya kədərli olmaqla heç bir əlaqəsinin olmadığını başa sala bilsəydim. Bütün bu suallar bu mövzuların çox kənarında idi. Lakin yenə də bu sualları soruşmağa davam edirdilər. Heç kim hər zaman daimi “ xoşbəxt ” və ya “ kədərli ” ola bilməz. Bu hisslər keçici şeylərdir, eynilə havanın vəziyyəti kimi. Bu da problemin bir parçasıdır. Hər şeyin belə keçici olmasını sevmirdim. Gənc olmağı və bir gün böyüyəcəyim həqiqətini sevmirdim. Bir yerdən məzun olub, başqa biri üçün işləyəcəyim gerçəyini sevmirdim. İş tapmaq, pensiyaya çıxmaq, ölmək, bunlar heç biri məni maraqlandırmırdı. Heç vaxt da belə şeyləri anlaya bilməmişdim. Əminəm ki, çöldə bir yerdə bütün bunlarla xoşbəxt ola bilən insanlar vardır. Amma mənə görə deyildi belə şeylər. Bir qaya olaraq doğulmalı idim ya da qütblərdə bir buz parçası. Ya da yerin metrlərlə altında heç kim tərəfindən narahat edilməyəcək bir kömür parçası. Ya da ki, uzaq bir planetdə olan əsla kəşf edilməyəcək bir molekul. Ya da ki, kainatda donmuş, izolyasiya olunmuş, yalnız, varlığından kimsənin xəbəri olmayan, var olma ehtimalı belə olmayan bir şey. Ya belə doğulmalıydım və ya da heç doğulmamalıydım. Öldüyünüz zaman dünya mükəmməl bir yerdir. Heç bir problem yoxdur, nə acı, nə kədər, nə mədə bulantısı, nə xəstəlik, nə narahatlıq, nə xəyal qırıqlığı, nə xəyanət, nə də başqa bir şey, heç bir şey yoxdur orda. Heç bir şey nə qazanılıb, nə də ki, itirilib. Heçnə israf olmayıb və bizdən heç bir şey istənmir. Söylənəcək bir şey və ya da söylənməmiş heç bir şey yoxdur orada. Heç bir şey orada yada düşmür, ya da heç kimin xətri qalmır. Bəlkə də cənnət budur. Mükəmməl bir heçlik.
© Galloway - Adam Strand'ın Otuz Doqquz Ölümü 📚
33 notes · View notes
psixologiyaze · 11 months
Text
Sizə Zərər Verən münasibətlərdən uzaq qala bilmirsinizsə, Psixologiyada "Travma Canlandırması"na sahib ola bilərsiniz!
Psixologiyada "Reenactment" kimi tanınan termin, zərərli davranışların təkrar-təkrar, əsasən də şüursuz şəkildə təkrarlanmasını ehtiva edir. Bu, ona zərər verəcəyini bildiyi bir tərəfdaşa cəlb olunmağa qədər uzana bilər. Şüursuz olmaq bu dövrandan çıxmağı çox çətinləşdirir.
Bu insanlar tez-tez keçmiş travmalarını və erkən təcrübələrini yenidən yaşamaq istəyirlər. Onların niyə belə bir şey etdikləri və onun necə qorunduğu ilə bağlı tapıntılar həqiqətən maraqlıdır.
İnsan psixologiyasının nə qədər mürəkkəb və gözlənilməz olduğunu bir daha sübut edən bu məzmunu oxuyaraq “Yenidən canlandırma” anlayışı haqqında daha çox məlumat əldə etdikdə anlayacaqsınız ki, bəlkə siz də eyni nümunəni nümayiş etdirirsiniz və hərəkətə keçməlisiniz.
“Travma canlandırması” olaraq da təyin edə biləcəyimiz “Reenactment” anlayışı ilk dəfə Freyd tərəfindən irəli sürülmüşdür.
Freyd
Yaşadıqları mənfi nəticələrə baxmayaraq travmalarını xatırladan şeylər axtarmağa davam edən bir insan olaraq ümumiləşdirə biləcəyimiz travma canlandırması, psixoanaliz üsulu ilə tanınan məşhur həkim Ziqmund Freyd tərəfindən adlandırılmışdır.
Onun sözlərinə görə, bu vəziyyətin yaranmasına səbəb insanlarda olan ölüm instinkti olub. Onlar təkrar özlərinə zərər vurmaq cəhdləri ilə ölüm instinktini yaşayırdılar.
Tək və aydın bir səbəb olmasa da, bir neçə səbəbə görə baş verə bilər. Bunlardan birincisi bağlanma problemləridir. Xüsusilə valideynlərinin laqeydliyi və ya travması səbəbiylə erkən yaşda bağlanma problemi yaşayan insanlar yetkinlik dövründə qeyri-sağlam münasibətlər axtara bilərlər.
Bəzən, dürtüsellik və ya mükəmməllik kimi müəyyən şəxsiyyət xüsusiyyətləri bir insanın travma reenaktasiyası ilə məşğul olma ehtimalını artıra bilər.
Əlavə olaraq; Stress və travma çox vaxt bu cür davranışın əsas səbəbi olur. İnsanlar tez-tez riskli davranışlar göstərərək və ya travmaya bənzər vəziyyətlər axtararaq vəziyyətə daha çox nəzarət edirlər.
Bundan əlavə, insanlar potensial riskləri bilsələr də, sərxoş halda avtomobil idarə etmək kimi riskli hərəkətlərlə məşğul ola bilərlər. Bu, keçmiş təcrübəni yenidən yaratmaq və ya ağrı hisslərindən yayındırmaq üçün bir yol ola bilər.
Travmanın təkrar canlandırılmasının üç növü var: revictimization, laqeyd reenaksiya və əlavə travma reenaktasiyası.
ayrılıq
Yenidən qurbanlıq tipində şəxs şüursuz olaraq; Narsist impulsiv, gözlənilməz və ya emosional olaraq dəyişkən tərəfdaşları "təhlükəsiz" kimi qəbul edə bilər, çünki onlar erkən bağlanma travmalarını əks etdirir. Onun tərəfdaşının emosional vəziyyəti gözlənilməzliyi ilə proqnozlaşdırıla bilər.
Laqeydlik aktlarında, bir şəxs uşaqlıqda tərk edilmə travması keçirsə, tərəfdaşını tərk etməkdə maraqlı ola bilər. Çünki tərk etmə hissləri tətiklənir və partnyordan impulsiv şəkildə imtina etməklə və ya bu əlaqəni dərhal yenisinə dəyişdirməklə özünü məğlub edə bilər.
Bağlanma travmasının canlandırılmasında həmin şəxsin valideynləri öz travmalarından xəbərsiz olduqları üçün oxşar travmaları uşaqlarına da keçirlər. Bu, travma dövrlərinə səbəb ola bilər və nəsildən-nəslə ötürülür.
22 notes · View notes
misschinara · 9 months
Text
Külək məni uçura bilmədi amma telefonumu uçurdu,ikimizin də vəziyyəti ağırdı
10 notes · View notes
xadiiland · 2 years
Text
Türk dostum vəziyyəti elə danışdı ki durub çanta hazırlayıram
42 notes · View notes
dadaszdkh · 2 years
Text
Kimsə sənin nə yaşadığını bilmir. Və o içində olduğun vəziyyəti yalnız özün həll edə bilərsən özün ilə. Sənə başqasının köməkliyini gözləmə çünki onlar səni güclü etməz əksinə sənin bu zəif nöqtənə çevirər. Sənin özün qalib gələ bilməyəcək heç bir çətinlik yoxdu. Qorxularını aş, özünü sərbəst hiss et. Məğlub olacağını düşündüyün hər bir işi yoxla. Qalib olmasan belə. Həyat yalnız sənə bir dəfə verilib onu düzgün yerə xərclə unutma ki sabah olmaya bilər..
31 notes · View notes
anar-abasow · 11 months
Text
Nietzsche vəziyyəti daha yaxşı izah edir;
Nə vaxt insanlarla aramda körpü qursam xəyanətə uğradım
10 notes · View notes
ashurovha · 5 months
Text
'Qəlbdə hə başda yox' olan vəziyyəti yaşıyıram
3 notes · View notes
eminjbrylv · 1 year
Text
Neynirsiz qərbdən mədəni dəyərlər götürməyi?
Siz qızınızı sevdiyi ilə qovuşmağına əngəl olub özündən 10 yaş böyük dağda ayı s*kən birinə sırf maddi vəziyyəti yaxşıdır deyə zorla ərə verin.
18 notes · View notes
aysafhar · 2 years
Text
Problem budur ki, biz "sərhəd vəziyyəti" ni adlaya bilmirik, irəliləyirik, irəliləyirik, orada ilişib qalırıq. Bir dostum var idi, saçını çiyinlərinə qədər uzatmaq qərarına gəlmişdi. Bir gün gördüm ki, çox narahatdır, əsəbidir. Narahatlığının səbəbini soruşduqda dedi: "Saç uzatmanın sərhəd vəziyyətindəyəm". Dedim, necə yəni, bunun da o vəziyyəti olur? Qayıtdı ki, hə, Vallah, bu saç zəhrimarı uzadanda bir mərhələ gəlir ki, dözülməz olur, adam çox əsəbi olur, bir anın içində kəsdirib qurtulmaq istəyirsən onlardan. Amma bu keçicidir, dözsəm, dişimi dişimə sıxıb, bu vəziyyəti aşa bilsəm, daha uzun saç adiləşəcək mənim üçün.
23 notes · View notes
petr1chorr · 1 year
Text
Rumination - şəxsin keçmişə ilişərək, problemlərini həll etmək üçün hərəkətə keçməyib, hal-hazırda içində olduğu emosional vəziyyəti və bunun səbəb-nəticələrini təkrar-təkrar düşünməsi halıdır.
53 notes · View notes
fakhriia · 1 year
Text
əvvəllər hər şeyi planlı yaşayan insan idim, ən xırda bilinməzliyə belə yol verməzdim həyatımda. indi isə sadəcə bu uyğunluğun məni yormaqdan başqa bir işə yaramadığını anlamışam. bəzi şeylər mütləq ki, yaşanacaq. mən nə qədər hakim olmağa çalışsam da bu vəziyyəti dəyişdirə bilmərəm. çünki bəzən sonunu bilmədən də olsa o yola çıxmalısan.
19 notes · View notes
psixologiyaze · 11 months
Note
Salam, əgər paylaşmağınız mümkün olarsa, bir şey barədə soruşmaq istərdim. Mən də psixologiya üzrə təhsil almaq istəyirəm. Tamamən fərqli sahədir işim, həvəskar olaraq istəyirəm. Postda gördüm, sizdə ilk ixtisasınız tamam fərqli olub, bəs sonra fərqli qrupa hazırlaşaraq psixologiya üzrə təhsil almısınız?
Salam, hal-hazırdakı vəziyyəti ələ alaraq sizə deyə bilərəm ki diplom olaraq bakalavr təhsilli psixoloq, xüsusi kurslarla təhsil almış kifayət qədər sertfikatlara sahib olan psixoloqlardan fərqlənmir. Hal-hazırda fərqli ixtisas oxuyursunuzsa magistr olaraq psixologiya seçə bilərsiz və ya özəl kurslardan əldə edilən sertfikatlarla müəyyən bir mərhələyə gələ bilərsiz ki bura ölkəxarici kurs təklifləri və yüksəltmə təlimləri də daxil.
13 notes · View notes
ayssssss1 · 1 year
Text
2018, 2019cu illər idi, nənəmi itirmişdik, çox çətin dönəmlər idi. Özdə bilirsiz normal itirmə deyildidə, sağlam biri idi qəfildən gecə səksənmişdi, sonra gündən günə pisləşməyə başladı vəziyyəti. Heç yadıma salıb təkrar yaramı qanatmaq istəmirəm. Travma kimi oldu o hadisə məndə çünki, müdafiə mexanizmi olaraq bəlkə də unutmağı, xatırlamamağı seçirəm... Nəysə skoru səsləri, nənəmin içdiyi dərmanların iyləri ,qohumlarimizin münasibəti, mənim onu çox istəməyim falan, baya izlər buraxmışdı məndə, sonra panik atak falan özümə güclə gəlmişdim...
7 notes · View notes
rniigar · 1 year
Text
Bir şeyin həddini aşanda əksinə çevrildiyini bilirdim. Məsələn, göz yaşı və ağlamaq həddini aşsa, adam artıq gülməyə başlayır və ya çox gülən adamın vəziyyəti tərsinə çevrilib gözündən yenə yaş gəlirdi. Bütün sevinclər axırda kədərə, bütün kədərlər axırda nəşəyə, bütün danışıqlar da axırda sükuta çevrilirdi.
Şah ve Sultan, İskender Pala
13 notes · View notes