Tumgik
#verəcək
petr1chorr · 27 days
Text
Artıq yoxluğundan bir il ötür. Sən həyatımın ən dəyərli sütunlarından biri idin, baba. Səninlə birlikdə keçən illərim hər zaman həyatımın ən dəyərli hissələrindən biri olaraq qalacaq. Yadigar qoyduğun xatirələr mənim üçün əvəzsiz xəzinədir. Səndən öyrəndiklərim həyatıma bir kompas kimi daim yön verəcək, sənin əziz xatirələrin isə qəlbimdə əbədi, silinməz bir iz kimi qalacaq. Yoxluğunu hər gün hiss edirəm və o boşluğu heç nə doldura bilməz. Amma ruhən daim bizimlə qaldığını bilirəm. Sənin gedişindən sonra həyatın nə qədər qısa və keçici olduğunu daha dərindən hiss edirəm. Qəlbimizdə və xatirələrimizdə daima var olacaqsan. Səni hər zaman sevgi ilə yad edəcəyik. Ruhun şad olsun, əziz babam.
62 notes · View notes
Note
Salam xoşu çox qəribə haldayam. 5-6 ay öncə sevgilim olub hər şey çox yaxşı idi amma 3ay evvel birden yazmadı heçne danismadiq avqustun 3ü yazdı ve polisde oldugun çixdiqdan sonra qəzaya dusub xəstəxanada yatdigin dedi. Menim ona yazdıgım mesajlarada telefonu dostunda oldugu üçün onlar baxıbmış. Həmin gün danisdiq ayin 4ü yene eyni hal oldu ve indiyecen helede danismiriq. Ve mesajıma dünen yene görüldü atılıb. Cidden anlamiram həqiqətən prablemi var yoxsa meni aldadir? 🥲 beynim təmiz qarisib
Salam. Sənmi nömrəsini silərsən, yoxsa, mən gəlim silim? O toksik insanı həyatından çıxarmaq üçün kainatdan hansı mesajı gözləyirsən, xala qurban? Problemi yoxdur, yalan atır. Ona de ki, az seriallara baxsın. Zalım oğlu ssenari qurur beynində, sən safım da inanırsan. Allah onun və onun kimilərin ömründən kəsib, pandalara versin. Deməli o nə düşünüb. Düşünüb ki, bu qız mənə çox dəyər, sevgi verir. Onsuz da əlimin altındadır da. İstədiyim vaxt gələcəm, gedəcəm, eyni dəyəri verəcək. Gedim bir az o biri qızlarla da gəzim. Çünki, mən şərəfsizəm, puştam. Düşünə bilmirəm ki, bunun karması var. Beynim hələ tam formalaşmayıb. Qayıdanda onsuz da qız məni gözləyəcək. Nə olar ki, mən Arizona kərtənkələsinə oxşayıram. Ağzım ki, yaxşı söz bəzəyir. Olmayan beynimlə istədiyim qızla danışa bilərəm.
Qızlar, xahiş edirəm, belə beyinsiz məxluqlara çox dəyər verib, bir tərəflərinin qalxmasına səbəb olmayın. Siz çox dəyərlisiniz. Özünüzə dəyər verin əvvəlcə💕
23 notes · View notes
aysuys · 28 days
Text
ən zəhləm gedən hal həyatım, qərarlarım haqqında kiməsə açıqlama etmək məcburiyyətində qalmaqdır. heç kimin mənim həyatımda söz haqqı yoxdur. buna anam,atam da daxil. sadəcə olaraq qərarım haqqında mənə məsləhət verə bilərlər. bunu dinləyib nəzərə almaq tamamən mənə qalmış bir şeydir. hansısa qohuma,hansısa qonşuya görə yaşamıram mən bu həyatı. bu həyat mənə bir dəfə verilir. istədiyim kimi də yaşayacam. heç kimə də hesabat verməli deyiləm, hesabat verəcək yaşımda deyil. bir qərar verirəmsə mən bunu araşdırıram hər tərəfli. yaxşısını və ya pisini öz süzgəcimdən keçirirəm. hər kəs öz yerini bilsə yaxşı olar. bilmirsədə öyrənəcək. uzun sözün qısası hər kəs öz işi ilə məşğul olmalıdır.
29 notes · View notes
esger1i · 2 months
Text
Hərdən olur. Yuxudan durursan və hiss edirsən ki, dünən axşam çox gözəl bir yuxu görmüsən. Və əminsən ki, həmin yuxuda çox xoşbəxt idin. Amma heç cürə xatırlaya bilmirsən. Hərdən olur. Yanından keçən birinin anlıq təbəssümündə öz xoşbəxtliyini görürsən. O elə gözəl gülür ki. Qeyri adi əminliklə sənə məlum olur ki, Əgər sən həmin insanın həyatında olsaydın ən xoşbəxt insanlardan olardın. Hərdən olur. Bir musiqi eşidirsən. Uzun bir yol gedərkən. Bilirsən ki, bu musiqini daha əvvəl dəfələrlə eşitmisən, amma bu indi daha doğma və gözəl səslənir. Hərdən olur. Eyni şeylər təkrarlanır, bilirsən ki, bunu daha əvvəl yaşamısan Nə qədər qəribə olsa da sən bilirsən ki, növbəti addım nə olacaq, bu hadisədən sonra nə baş verəcək. Dejavu deyirlər buna. Heç cürə məntiqə sığmır, anlaya bilmirsən, amma maraqlı gəlir. Hərdən olur. Mağazada bir paltar və ya ayaqqabı görürsən amma almırsan. Başqa bir gün onu başqasında görüb almadığın üçün peşman olursan. Amma bilirsən ki, alsan da istifadə etməyəcəkdin. Hərdən olur. İllər əvvəl itirdiyin biri üçün dəli kimi darıxırsan. Amma bilirsən ki, yanına qayıtsa yenə hər şey bitəcəkdi və sən yenə onu itirəcəkdin. Onsuz da alınmayacaqdı. Hərdən olur. Oturub saatlarla eyni insanın üzünə baxmaq keçir içindən. Onun bütün cizgilərini əzbərləmək, baxışlarındaki hər incə ifadəni içinə çəkmək istyirsən. Amma bilirsən ki, yanında olsa bir neçə saniyədən çox üzünə baxmağa cəsarətin çatmaz. Yazdıqlarımı səhərə qədər davam edə bilərəm. İçimizdən keçənləri. Yaşamaq istədiklərimizin və yaşamağa məcbur olduqlarımızın fərqliliklərini. Sən, mən, biz. hamımız. Bir çox şeyi bilirik, çox gözəl bilirik. Amma daha çox şeyin fərqindəyik.
22 notes · View notes
philosadness · 4 months
Text
Beynimdə gedən müharibəni susduracaq, suallara cavab verəcək qədər gücüm yoxdu
35 notes · View notes
loudsoulsuit · 4 months
Text
- Sevirsən məni?
- Çox sevirəm. Bunu niyə tez-tez soruşursan?
- Bir gün eşitməyəcəyimdən qorxuram.
- Qorxma..səni heç vaxt buraxmayacam, heç vaxt! səni dəli kimi sevirəm.. qalan hər şey düzələcək, bircə sən, yanımda ol. Olacaqsan?
- Bilmirəm..
- Məni sevirsən?
- Sevirəm
- Həmişə sevəcəksən?
- Bilmirəm.. ancaq bunu çox istəyərəm
- Niyə bu qədər ümidsizsən axı?
- Yorğunam..
- Bilirəm. Nə olar, icazə ver, səni sağaldım
- Mən sağalmaq istəmirəm. Ağrılarım yaddaşımı sağlam tutur, məni qoruyur. Yenidən inanmaqdan, zəif düşməkdən və uduzmaqdan qorxuram..Şübhələr arxamca sürünən kölgəm kimidir artıq. Keçmiş nə qədər kəskin aydınlıqdırsa, gələcək gözümdə o qədər qaranlıqdır. Özümdən pay verəcək heç bir parçam qalmamış kimi hiss edirəm. Nə yaxşı, nə pis- heçnəyim yoxdur, havada yellənən qupquru yarpaq kimi kövrək hiss edirəm özümü. Tək bir toxunuşda ovxalanıb töküləcək bir divaram sanki. Küsgün,gücsüz, zədəli.. Ehtiyac duyduğum tək şey özümlə tək qalmaqdır..
- Belə danışma.. Məni qorxudursan
- Mən də qorxuram. Çox qorxuram :(
31 notes · View notes
aysusydzde · 7 months
Text
Keçən ilki həyəcanımız🥲 Sabah imtahan verəcək hər kəsə uğurlarr🫶
31 notes · View notes
yagubov · 7 months
Text
Səhər 8 də durub gecə 4 də 5 də yatıram son vaxtlar. Bu gedişlə beynim error verəcək.
23 notes · View notes
javadovahzaynab · 1 month
Text
Dünya səni sevəcək əgər sən özünü sevsən, dünya sənə öncəlik verəcək əgər sən özünə öncəlik versən... 💫
17 notes · View notes
aysafhar · 11 months
Text
Əvvəlki yaşım həyatımda çox böyük rol oynadı deyə bilərəm. Özümü böyük hiss etmək istəyərkən əslində nə qədər balaca olduğumu, balaca hiss etmək istəyərkən isə əslində çox yetişkin olduğumu öyrətdi. Bilmirəm yeni yaşım mənə hansı imtahanlarla, dərslərlə, sevinclərlə, göz yaşları ilə, xoşbəxtliklərlə gələcək. Amma əvvəlki yaşımın, məni gələcəkdə baş verəcək hər bir şey üçün hazırladığını yaxşı bilirəm. Özümə arzum, "yaşımın üstünə neçə yaş gəlirsə gəlsin, özüylə xoşbəxtlik gətirsin!" Yeni yaşım mübarək!
31 notes · View notes
aisel18 · 9 months
Text
Şaxta baba bəs mənim hədiyyəmi nə vaxt verəcək? (Səbrlə gözləyirəm)
22 notes · View notes
dadaszdkh · 3 months
Text
sənə arzuladığın sevgini verəcək, gecələr səni qucaqlayan, camaat içində yanağından öpən bir insana layiqsən sənin əlini divanda tutan, səni hər zaman bağlamaq istəyən insan.
17 notes · View notes
fffloweeer · 3 months
Text
Bu həftə ərzində baş verəcək ən gözəl hadisə - D.Şostakoviçin 7-ci simfoniyasının Bakıda ilk dəfə təqdim olunmasıdır. Canlı dinləməyin necə gözəl olacağını artıq təsəvvür edirəm
13 notes · View notes
quliyeva-a · 3 months
Text
Tumblr media
Adi sual deyil,bu sualı verəcək dərəcəyə gəlməyin ağırlığını ancaq bunu yaşayan bilə bilər...
17 notes · View notes
ogunbugundur · 3 months
Text
Allah bəlamı verəcək
16 notes · View notes
selcansadiqqizi · 8 months
Text
Əslində mən özümü tanımıram. Ətrafa özümü eqolu göstərsəm də özümü sevirəmmi onu da bilmirəm. Belə baxsaq mən özüm barədə heç nə bilmirəm. Ən sevdiyim rəngi həqiqətən sevirəmmi? O markadan həqiqətən zəhləm gedirmi? Bilmirəm. Çox sürətlə dəyişirəm, anidən parlayıram, əsəbləşirəm. Bəzən keçdi, düzəldim sanıram amma çox kiçik bir şeydən "tetik"lənə bilirəm. Belə anlarda ən çox özümə zərər verirəm. Həm kiməsə etiraf etməkdən belə utandığım fiziki zərərlər, həm də direkt olaraq zərər verməsə də nəticənin məni yaralayacağı hərəkətlər. Uzun müddət bilə istəyə yemək yemirəm, dırnaqlarımı qanayıb yara olana qədər ovcuma sıxıram, bıçaq görəndə götürüb özümü kəsmək istəyirəm, mənə zərər verəcək insanlarla yenidən əlaqə qururam və bir sürü şey. Bunları bəziləri kimi diqqət çəkmək üçün də demirəm həqiqətən. Yaşadığımı hiss etmirəm. Həyatımın son 3-4 ilini xatırlamıram. Sadəcə sevdiklərimlə keçirdiyim ən xoşbəxt anlarımı dəqiqliyi ilə xatırlayıram, çünki o vaxt həqiqətən özüm oluram deyəsən. Ən son nə vaxt ürəkdən gülmüşəm, sevinmişəm xatırlamıram amma hər an ağlayacaq durumdayam. Hal hazırda bunu həqiqətən mənmi yazıram, onu da bilmirəm. Hansı mən əsl mənəm, tanımıram. Bunu kiməsə demirəm, danışmıram. Necə düzələcəm bilmirəm. Bunları psixoloqa danışmağa çəkinirəm, niyəsə həqiqətən yavaş yavaş dəli oluram deyə hiss edirəm. Özümdən və edə biləcəklərimdən qorxuram.
15 notes · View notes