Text
2010-2014 də Azərbaycanda tumblr istifadə edənlər çox idi ama bir çox insanın da xəbəri yox idi bu platformadan. Daha çox facebook məhşur idi. Tüklərdə #yorgunsair #kareligomlek, Azərbaycanda #elqerez, mən özüm və bir çox maraqlı blog var idi. Daha çox blog yaza bilərəm. Heç biri aktiv deyil. Baxırsan ki ən son post 3-4 il əvvəl RB olunub. O vaxtlar şəkil üstündə yazı tipli postlar "mod" idi. ("Creative" fb səhifələri burdakı postları ya tərcümə edir ya da öz adlarından yazırdılar )) ) Özüm giflərin üstünə yazı yazıb elə paylaşırdım )). Yaxşı vaxtlar idi. Daha sonra bu platformadan aktiv şəkildə istifadə etməyə vaxt olmadı
Ehh
Artıq uzun illərdi ki bu platformada gəzişirəm, bir 5 il əvvələ nəzər salanda yenilikcə görürük ki Tumblr işlədənlərin sayı artıb. Ən azından "Tumblr işlədirsən?" sualına "Tambrl nədi??" yerinə "Adını eşitmişəm, amma yox" cavabını verənləri görmək olur. Bu pis hal deyil.
Lakin
İstəyərdim bizdə də kreativ adlar qoyan istifadəçilərin sayı çoxalsın. Blogların 90% öz adlarını qəribə bir biçimdə yazır və bunu belə etməkdənsə sizi ifadə edəcək hər hansı iki kəliməni bir araya gətirib yazmaq daha gözəldir. Kreativ dediyim gedib *Utopyadakıruhumunfısıltısı* demirəm, məsələn buna kiçik misal olaraq Dostoyevski əmimizin "Yer altından notlar" başlığından ilham alın deyə bilərəm.
Sözümü heç kim pis başa düşməsin, inanın məqsədim kimisə pisləmək və ya artıq söz demək deyil. Sadəcə insan ad görməkdən yorulur, bura da insta deyil ki, Tumblr bir az "fərqli" məkandı. O fərqiliyi hər bir cür başa düşəcək, amma gəlin bir cəhd edək. Sizi ifadə edəcək iki kəliməni öz blogunuzda başlıq olaraq qeyd edin, adınızı şəkilləndirin. Buraxın valideynlərinizin qoyduğu adı yalnızca real çevrəniz bilsin. Burda daha içtən bir yanaşmayla daha dərinlərə açılan bir pəncərə yaradın.
17 notes
·
View notes