#sirrli
Explore tagged Tumblr posts
Text
🇦🇿 Paranormal varlıqlar!
🇺🇸 Paranormal entities!
🇷🇺 Паранормальные существа!
🇹🇷 Paranormal varlıklar!
#shahinelected #паранормальное #существо #секрет #paranormal #gizemli #gizli #secret #entities
#shahinelected#paranormal#entities#secret#the secret history#secret life#secret world legends#gizem#gizemli#sirrli#sirr#gizli#gizliler#gizli çekim#məxfi#təhlükə#tehlike#tehlikeli#təhlükəli#mysterious#mystery#korkunç#korku#qorxu#danger#паранормальные#паранормальное#существо#существа#секреты
2 notes
·
View notes
Text
Tərk edilmiş məkanları sevirəm, mənə sirrli və maraqlı gəlir, xüsusilə orda yaşanmışlıqları gözünün önündə canlandırmaq və hər hissəsində yeni bir kəşf tapmaq məncə heyratamiz bir şeydi, date olaraq fikirləşməyə dəyər.d
8 notes
·
View notes
Text
12 ya da 13 yaşım olar, bir əsər oxuyurdum, həmin əsərdə Atlantida adlı bir yerdən bəhs edilirdi. O zamanlar Atlantidanın nə olduğu barədə təsəvvürümdə nəsə canlandırmağa çalışırdım, lakin anlamırdım, elə bir yer necə ola bilərdi ki. Elə bir yer ki, bir zamanlar kiminsə xəbərdar olduğu, daha sonra əfsanəyə çevrilib artıq kimsənin bilmədiyi yerlər, əfsanədəki kimi ideal şəkildə ağılda qalan yerlər. Doğrusu, həmin əsəri daha yaxşı başa düşmək üçün yenidən oxumaq istərdim, əsərin adı ağlımda qalmadığı üçün tapa bilməmişəm. Olsun yenə də nə yaxşı ki, həmin zaman oxumuşam onu, tam anlamasam da, məni düşündürməyə sövq edib və parça-parça ağlımda qalan hissələr hal-hazırda yenə düşündürür. Deyəsən, o zaman bilmədiyim Atlantidanı indi anlamağa başlayıram, ən primitivindən mürəkkəbinə doğru getsək, kimisi üçün o bir əşyada, bir məkanda, bir ərazidə, bir insanda və hətta bir cəmiyyətdə idi. Bizim üçün ideal, sirrli sayılan, əlçatmaz, gözəgörünməyən hər şeydə…
19 notes
·
View notes
Text
Bu mahnı 24 yaşındadı(1999). Və hər səfərində səni çox uzaqlara, hər şeydən o tərəfə aparır. Şərqin sirrli atmosferinə qərq edir.
Mən gələnə qədər bunu dinləyin, gələndə mahnısız gələcəm.
9 notes
·
View notes
Text
Qadınlar hər zaman kişilər üçün sirrli varlıq olaraq qalacaqlar. Axı qadınlar eyni vaxtda həm gülə, həm ağlaya,həm danışa həm də yeyə bilirlər...
13 notes
·
View notes
Text
İndiki populyar mədəniyyətlər, insanlar arasında eyni və sıxıcı olan münasibətlər, boş işlər... Bu dünyanın axarına tutulmuş insan kütləsi.. Hamısı bir gün öləcək. Hamımız bir gün öləcəyik. Ölümün olduğu dünyada heç bir şeyin əhəmiyyəti yoxdur.. Hər şey boşdur.. Bu gün ciddiyə aldığımız hər şey milyon ildən sonra heç bir şey olacaq. 1 milyon ildən sonra dünyanın ən zəngini ilə ən kasıbı arasında nə fərq olacaq? Şan şöhrət, güc, bunlar nədir? 1 Milyon ildən sonra deyil, 1000 ildən sonra da sual altında olacaqmı? Guya indi yaşayırıq, bəs niyə? Zaman qarşısında hamımız heç olduğumuz üçün bütün hərəkətlərimiz heçdir. Yəni bunların hamısı cəfəngiyyat deyilmi? Bu insanlar, özlərini üstün hesab edən “məşhur” və sənətkar insanlar, illuminati və ya sirrli davranan tiplər, zaman qarşısında heç bir şey deyilmi? Bəs niyə boş və gülünc həyatımızı daha boş və gülünc şeylərlə keçiririk? Kiməsə və ya nəyəsə heyran olmaq necədir? Fanat olmaq və ya kiməsə sitayiş etmək nə qədər gülüncdür! Biz heç kimik və bizim kimi heç nə olmayanlara heyranıq...
19 notes
·
View notes
Text

SAĞ ÇIXANLAR
Yarımçıq, əyri xəttlər,
Qələtlər kimi, qüsursuz cizgilər,
İzlər bizləri rəngsiz gözlər
Gözlər ki, nə zaman gələcək?
Əsirgəməyəcək xoş hissləri
Qüssələri saxlayacaq sağ cibində
Ən dərində...
Ağlında bir daş altında
Güzgüdə düz qarşında
Yatanda sol yanında
Oyananda, xatırlamayacağın yuxular
Xatırlarkən isə oralarda...
Ən sirrli otaqlarda
gizli.
İzini qoyub yaşananlar,
Biz olduq sona qalanlar,
Bu hekayədən sağ çıxanlar...
1 note
·
View note
Text
Biznən rəqabət aparanın enişi həmişə sirrli olur. 💪✌️
3 notes
·
View notes
Text
Tolstoyun ölüm narahatçılığını Stefan Sveyq belə şərh edir: "Gündəliyində ki hər qeyd 3 sirrli hərflə başlayır s.j.v."
(-si je vis-, əgər yaşasam)
4 notes
·
View notes
Text
Axtardığımız Həqiqət

“Hər şeyi görən zehin vasitəsiylə, Şahidlik etdim şəxsən Göylərin görünməz simasına, Və təfəkkür yolu ilə çatdım Həqiqət bilgisinə.” Hermes Trismegistus

Həqiqət: (Fransızca) Verite, (İngiliscə) Truth , (Almanca) Wahrheit “Gerçəyin insanın düşüncəsinə əksi, bir şeyin doğrusu ,baş verənlərin təbiəti, dəyişməyən, əsli, əsas, söylənilənin baş verənlə uyğunluğu’’ mənalarına gəlir.
Gerçək: (Fransızca) Realite, (İngiliscə) Reality , (Almanca) Wirklichkeit ‘’Bir əşya, bir xüsusiyyət, bir vəziyyət ya da hal, maddi şəkildə var olan, varlığı inkar edilə bilməyən‘’ mənasına gəlir.
Gerçək - dəyişə bilər amma həqiqət dəyişməz olandır. Hər kəsin gerçəyi özünə görə gerçəkdir və hər kəs öz gerçəkliyində yaşamaqdadır.
Həqiqət - təkdir, yəni unique’dir. Gerçək isə çoxdur lakin eyni həqiqət’in dəyişdirilmiş görüntüsüdür. Şəfəq bir həqiqət’dir, onun rəssam tərəfindən çəkilmiş rəsmi isə bizim ondan çıxardığımız gerçək. Öz gerçəyimizi özümüz yaradırıq. Hər şey bizim seçimlərimizə bağlıdır. Savaş istəyiriksə savaş, barış istəyiriksə barış, məhəbbət istəyiriksə məhəbbət, dava istəyiriksə dava, sevgi istəyiriksə sevgi.
Daha konkret nümunələr gətirsəm - Qərb’dəki sivilizasiyaların yaxın keçmişinə nəzər yetirdikdə, keçmiş cəmiyyətlərin gerçək dedikləri bəzi əsas inancların kökündən sarsıldığı görülməkdədir: Bunlardan biri; Kopernik Dünya’nın Kainatın mərkəzi olmadığını, əslində Kainatın kiçik bir parçası olduğunu dilə gətirdikdə insanlar o günə qədər gerçək olaraq qəbul etdikləri anlayışın səhv olduğunu anlamışdılar. Bir digəri; Nyuton’un kəşfi olan fizika qanunları bütün mədəniyyətlər tərəfindən gerçək olduğu qəbul edilmişdir. Buna baxmayaraq, Eynşteyn, ‘’Nisbilik nəzəriyyəsi’’ni ortaya ataraq, elmdə yeni üfüqlərin açılmasını və əslində elmi kəşflərin də bir həqiqət olduğunu sübut etmişdir. Nyuton’dan etibarən fizika elmində səltənət quran determinizm ve Aristotel’dən etibarən qəbul edilən “bir şey eyni anda birdən çox fərqli yerdə ola bilməz” qanunu Bohr, Heisenberg , Schrodinger ve Planck kimi kvant fizikaçılarının etdikləri kəşflər sayəsində yalanlanmışdır. Gələcəkdə də bizim indi gerçək olaraq qəbul etdiyimiz bir çox şeyin gerçək olmadığı ortaya çıxacaqdır. Kvant nəzəriyyəsinə Kopenhag belə şərh gətirmişdir: dünyanın bizim onu müşahidə etdiyimizdən fərqli şəkildə sərbəst bir varlq olduğu fikri sona çatmışdır. Bunun mənası; həqiqət’in tək olmasına baxmayaraq gerçəklərin hər kəsə görə dəyişməsidir.
Həqiqət; insanın əlçatmayacağı qədər uzaqlıqdadır. Ancaq böyük və üstün olan az sayda insan Həqiqət’in nur’una qovuşmuşdurlar. Həqiqət; bütün dinlərin və köhnə sirrlərin əsas dayanağıdır. ’Həqiqət insanları azad edər’’ və “Bir kimsəki nəfsi ilə baş edər, gerçəkdən Rəbbini bilən o olar’’ sözləri ilə insanlığa yol göstərmiş müdrik insanlar alleqorik olaraq həqiqət’ə çatmağın yolunu insanlara göstərmişlərdir. Kainatda canlıların en mükəmməli və alisi olaraq yaradıldığına inandığımız insan , əsrlər öncə ağlı və bilgisi ilə onu yaradan gücü dərk etmədən öncə; özünü anlaması gərəkdiyini kəşf etmişdir. Necə ki, Pifagor’un ezoterik fəlsəfəsinin verdiyi Delf Məbədi’nin girişində yazılan ‘’Özünü bil’’ kəlməsi, 3000 illik kosmik sirrə aid vacib bir nüansdır.
Hacı Bəktaş-ı Vəli axtarılan həqiqət’lə bağlı, görün, nə demişdir:
‘’Hərarət nar’dadır, sac’da deyil,
Kəramət başdadır, tac’da deyil,
Hər nə arar isən, özündə axtar,
Qüds’də , Məkkə’də, Həcc’da deyil”
İnsan olaraq məqsədimiz Həqiqət’i axtarmaqdır. Müdriklik elmlərinin minillik dəyişməz təcrübələrinin sirrli həqiqət’ləri, keçmişin məşhur mütəfəkkir və müdriklərin çatdığı yüksək ağıl sərhədinə aid gerçəklərdir.
Homo sapiens sapiens dövründən yəni yaradılışı dərk etdiyimiz gündən etibarək insan bir axtarış içində olmuş və müxtəlif yollar keçmişdir. Bizlər bilirik ki, azad düşüncə və səylərimizlə, ağıl və hikmətin rəhbərliyindəki bu axtarışımız hər bilgi və şüur səviyyəsindən daha da dərinlərə getdikcə həqiqət’ə daha yaxın olan bir yerdə başqa bilgilər də vardır. Biz həqiqət’ə yaxınlaşdıqca o bizdən bir addım daha uzaqlaşır. Həqiqət’ə çatmaq mümkün olmasa da O’na doğru getməyə çalışırıq. Bu səylərimiz sayəsində; fanatizmdən uzaqlaşırıq, egomuzu idarə edirik, nəfs və haqsızlıqlardan qurtulur, əxlaq, ədalət, hürriyət, sevgi, şəfqət və bütün fəzilətləri bu uzun və incə olan həqiqət’i axtarma yolunda tapırıq.
İnsanın yaşadığı ömrü boyu, səhvlərini düşünərək doğruları tapmağı gözlənilir. Axtardığımız həqiqət “mütləq həqiqət” adlanan Yaradana, Tanrı’ya, Manitu’ya , Brahman’a, Aləmlərin Rəbbi’nə, Allah’a, Yehova’ya, adına siz nə deyirsinizsə “O“na çatmaqdır.
Yaşamımız boyunca həyatda “yazdığımız” öz həyat hekayəmizdə həqiqət’i axtarmaq əsas məqsədimiz olmalıdır. Həqiqət; kainatın qanunları ilə bu qanunları izah edən elmlərlə anlatılmalıdır. Elm, bu anlayışın işığında makro ve mikro kosmosu kəşf etməyimizi və həqiqət’ə çatmağımızı təmin edən ən vacib alətlərdən biridir. Elm vasitəsiylə zaman və məkan anlayışları daxilində bu kainatda nə məqsədlə olduğumuzu, nə etməli olduğumuzu, nələrdən yararlanmalı olduğumuzu öyrənməliyik. Elmin işığı, başı və sonu olmayan kainat həqiqət’lərin yaradıcısı Ulu Varlığın, O’nun, İlk Səbəb’in və onun yaratdığı mükəmməllikləri anlamamıza kömək edəcəkdir. Bizlər; təfəkkürlə, meditasiya ilə və ezoterik əhkamların müxtəlif araşdırmaların dəstəyiilə elmin işığında həqiqət’ə çatmağa çalışırıq.
Hz.Əli elm haqqında nə demişdi:
“Elm bir nöqtə idi, cahillər onu çoxaltdı...”
Bir başqa deyişlə bizlər “mütləq həqiqətin” bir parçası olan özümüzü axtarmaqdayıq. Özümüzü tapdığımız zaman həqiqətə çatacağımızı ümid edirik.Yuxarıda haqqında danışdıqlarım isə ancaq həqiqət‘in yolunu açmaqda və həqiqət‘ə çatmaq üçün lazım olan bütün mühit və vasitələri göstərməkdədir. İnsan zəkası üçün kəşf olunacaq bir tək həqiqət qaldığı müddətcə insanlığın, bizlərin araşdırması, çalışması, axtarışı da bitməyəcəkdir.
Daxima axtarışda qalın...
#hermes#trismegistus#universe#verite#truth#reality#hakikat#life#searching#findyourself#kendinibul#benigör#beniduy#həqiqət#axtarış#həyat#insan#human#earth#god#tanrı
12 notes
·
View notes
Photo

Nicola Flamel — XV əsrdə yaşamış Fransız kimyagər. Kimyagərlərin iki böyük xəyalı olan ölümsüzlüyü və Fəlsəfə daşını tapdığı iddia edilir. Abraham adlı bir yəhudidən aldığı sirrli bir kitabdan məlumatlarını əldə etdiyi söylənir.Əlavə olaraq, onun adı J. K. Rowling yazdığı Harry Potter seriyasının ilk kitabı "Harry Potter və Fəlsəfə Daşı"nda dəfələrlə çəkilir. 1418-ci ildə öldüyü və basdırıldığı deyilir, lakin məzarı açıldığında tapılmamışdır (məzar boş olub? məlumatlar yarımdır). 1700-cü illərdə bir operada dövrün kimyagərləri tərəfindən görüldüyü və qaçdığı da rəvayət edilir. Və bu da Flamel'in yaşadığına işarədir. | 0999.PG / M-ZADEH (@fastnews.az) #aztagram #instagram #instagood #likeforlikes #likeme #instalike #best #son #sonxeber #sonxəbər #sonxəbərlər #bilgi #haber #sonhaber #azerbaijan #azərbaycan #azerbaycan #bakı #baki #baku #super #trend #haberler #instagt #maraq #maraqlı #maragli #enyaxsi #ənyaxşı https://www.instagram.com/fastnews.az/p/BtLnmminlnS/?utm_source=ig_tumblr_share&igshid=1hzcnxv9fhtvz
#aztagram#instagram#instagood#likeforlikes#likeme#instalike#best#son#sonxeber#sonxəbər#sonxəbərlər#bilgi#haber#sonhaber#azerbaijan#azərbaycan#azerbaycan#bakı#baki#baku#super#trend#haberler#instagt#maraq#maraqlı#maragli#enyaxsi#ənyaxşı
0 notes
Text
🇦🇿 Gözlənilən Şəxs, yoxsa planlaşdırılan Şəxs?
🇺🇸 Expected Person or Planned Person?
🇷🇺 Ожидаемая Лицо или запланированная Лицо?
🇹🇷 Beklenen Kişi mi, Planlanan Kişi mi?
#shahinelected #mystery #mysterious #secret #gizem #gizemli #секретныематериалы #секрет #sırlıdualar
#shahinelected#секреты#секрет небес#секретные материалы#секрет#мистический#мистика#мистецтво#secret life#the secret history#the secret of us#secret#mysterious#mystic#mystical#mysticism#mystery#sırlar#sır#sirr#sirrli#gizemler#gizemli#gizemli bilgi#gizem#gizliler#gizli#içimizdeki şeytan#şeytan#сатана
1 note
·
View note
Text
Payızım (Sentyabr)
Sentyabr sadəcə bir fəsil deyil, sentyabr bir ayda dörd fəsili yaşamaqdır. Payızda gözlərivi yaxşı dinləndir. İki gözün bir fəsildə bütün rənglərin gəlişini və gedişini izləyəcək. Yaşıllıqdan sarıya, sarıdan qızılıya keçən zamana şahid olacaq o gözlərin. Yeni yarpaqların çıxa bilməsi, köhnə yarpaqlardan təmizlənmək zamanıdır payız. Payız reallığı sevənlərin fəsilidir, hadisələri göz önünə sərən fəsildir payız. Əgər payızda qızıl görmək istəyirsənsə, parklara, meşələrə get. Ayaqların altında qalan o yarpaq xışıltıları sənin xəzinən olacaq. Payız yaydan imtina etmədən qışa hazırlanmaqdır. İstisi, soyuğu, günəşi və yağışı ilə qəbul etməkdir. Qış ölüdür, bahar dəlisov, yay şənlikdir ancaq payız görən gözlərin, duyan qulaqların təcrübəsidir. Payız klassik bir musiqidir. Dinləndirən və düşündürən. Sözsüz bir musiqi lakin sözsüz olmasına ramən hər şey ifadə edən. Ruha işləyən, ruhu qidalandıran. Payız ən böyük xatırladıcıdır. Dünyada nə gədər gözəlliklərə sahib olduğumuzu bizə xatirladandır və bütün bu gözəlliklərin nə qədər asan yox ola biləcəyini xatırladandır. Gedişi izlə, isti yerlər axtarmaq üçün yola düzülən o quşları izlə. Bir gün qayıtmaq niyyəti ilə yola sal. Geri dönən zaman isti qucaqla qarşılamaq üçün yola sal. İsti geyimləri çıxartmağın zamanıdır payız. Bir fincan qəhvənin, gözəl bir kitabın fəsilidir payız. Daş pəncərədə yanan odun parçalarını izləməkdir payız. Bacalardan yenicə buxarlanan tüstüdür payız. Hər şeyin başlanğıcıdır payız. Payız hüznün və huzurun birlik olduğu fəsildir. Bir neçə duyğunu eyni anda yaşamaq istəyənlərin cəmləndiyi, bütövləşdiyi bir olduğu fəsildir payız. Göründüyün görünüşün hər zaman yayı xatırlatdı, heç kim içindəki payızı görmədi. Ehmalca saralan tökülən yarpaqlardan, çaxan şimşəklərdən, yağan leysan yağışlardan xəbərsiz idilər. Səndəki yayı görüb payıza aşıq olan olmadıkı. Sənin sevincində kədərində bir fəsildə gizli. Hər kəsin içində bir payız var. Üstünü saralmış yarparların örtdüyü, sirrli qaldığı. Payız günəşi kimi sevənlər var. İşıldayan amma isitməyən, göstərməyən amma hiss etdirən. Gözlərindəki payızı görməyənlər var. Payız demək yaşam demək. Hər fəsili bir bədəndə, ruhda yaşayıb gördün. İnsanlarda fəsillər kimidir. Bir insan dörd fəsildir, sərt qışı, çiçəklənən baharı, çılğın yayı, solğun payızı vardır. İnsanlar yaşadığımız həyatdır, soyuqluğu, istiliyi, yaxınlığı uzaqlıqları ilə. Bütün fəsilləri tək tək ayrılıqda sev. Hər fəsilin özünə aid xəzinəsi vardır. Heç bir fəsil bir başqa fəsilin xəzinəsinə sahib deyil, nə qış yayın, nə bahar payızın. Zəngin olmaq üçün bütün fəsilləri sev, bütün fəsillərlə yaşa..
1 note
·
View note
Link
via Hadisə gecələrdə sevgilisiylə yaxalandı FOTO+VİDEO http://ift.tt/eA8V8J Gözəllər gözəli müğənni Hadisə gecələrdə sevgilisiylə tutuldu. İkilinin səmimiyyəti diqqətlərdən qaçmadı. Hadisə, əvvəlki axşam sirrli kişi yoldaşıyla İstanbul turundaydı. İlk olaraq Etilerde bir məkana gedən ikili, görünüş verməmək üçün yemək sonrası məkanı fərqli qapılardan tərk etdi. İkilinin sonrakı dayanacağı isə Bebek oldu. Hadisə və yoldaşı, 1 saat aradan sonra Bebek'te görüşdü. Sirrli yoldaş, məşhur müğənnini həyəcanlı bir şəkildə qarşılayıb öpüşə qərq etdi. İkili, oradan da səhərə qarşı yenə ayrı-ayrı çıxdı. İkitərəfli AYRI AYRI çıxıb TEKRAR görüşdü Wsemir.com həmin görüntüləri sizə təqdim edir.
0 notes
Text
🇦🇿 Sirli hadisələr başlayır!
🇺🇸 Mysterious events begin!
🇷🇺 Загадочные события начинаются!
🇹🇷 Gizemli olaylar başlıyor!
#shahinelected #secret #mystic #mystery #gizem #mistik #мистика #секрет #секретнебес
#shahinelected#мистецтво#мистика#мистический#секреты#секрет небес#секрет#секретные материалы#gizemler#gizemli#gizemli olaylar#gizemli bilgiler#gizem#gizliler#gizli#sirr#sirrli#sırlar#sır#sırlı#mistika#mistik#mysterious#mystic#mystical#mysticism#mystery#mystique#secret life#secret
0 notes
Link
via Hər bürcün əsəbləşdirən tərəfi http://ift.tt/eA8V8J Hər bürcün əsəbləşdirən tərəfi Qoç Sözündə dayana bilməyən, özünə inamı olmayan, qıcıq biridir. Həyatı boyu mütləq bəziləri onu iteleyecek. Var ya, bütün ev quşları, ana quzuları ümumiyyətlə bu bürcdən çıxar. Bunun sevdası belə bir şeyə yaramaz. Ümumiyyətlə platonik yaşayar. Yoxdur ki cəsarət deyilən şeyin zərrəsi bunda, gedib də söyləsin. Bir möcüzə oldu güc-bəla söylədi və siz də bir şey edib buna peykiniz. Əgər uçarı, həyatla əylənən, eşqdə həyəcan axtaran bir adamsınızsa bitdiniz siz! Buğa Bunun insan beynini yormaqdan başqa bir şey etdiyi yoxdur. Orada-burada arxanızdan atar-tutar. Hələ də sizə qarşı diqqəti var və siz ona qarşı laqeyd deyilsinizsə yandınız deməkdir. O zaman hər şey gözlənilər bundan. Yerin dibinə soxar sizi. Artıq saçınızı başınızımı yolarsınız, sinirdən içkiyəmi başlarsınız, o sizin seçiminiz. Mələk üzlü şeytandır bu öküzlər. İntiqamçıdır. Həyatda çox bi şey olmazlar. Ailələrinin vəziyyəti yaxşı deyilsə vay hallarına. Çox pulum olsun, ən gözəl sevimli mənim olsun, olsun, olsun, olsun.... Əkizlər Dönmə, ikiüzlü, xarakter şorbası, tək başına tək bir işə belə yaramayan parazit. Şirin dilli ilan. Bu var ya, bu həyatı boyunca onu bunu istismar edib dayanar. Bol təşkilatlı, bol dedi-qodulu, fəsadmı fəsad, defolu tipin təkidir. "Haydı yoldaşlar bunu edək..." "Aaa ayıb etdin təbii ki gəlirim...." "borcum olsun... " ən çox yalanlarından bir neçəsidir. Çox yaxşı yalan danışar. Boşboğazdır da. Sirr tuta bilməz. Boşdur bunun ağızı. Ayaqlı Qəzet dedikləri növdəndir. Gəzsin,əylənsin, o qədər. Söz olsun deyə danışar, evlənmək üçün evlənər, desinlər deyə edər. Bir sözü digərini tutmaz. Yanında kimsə olmayınca da qorxağın təkidir. Xərçəng Özünü ağıllı bilən, saftiriğin biridir. Hər şeyə asanca inanar. Gedənin ardından illərlə yas tutar. Bir də bir gün hər şeyin yaxşı olacağına bağlı paranoyyası yoxdurmu. Gəl də dəli olma. Onu xarici görünüşündən daha çox maraqlandıran bir şey yoxdur bu dünyada. Bir neçə iltifatda yelkənləri suya endirər dərhal. Eqoistin təkidir. Hər şeyin ən yaxşısını, ən doğrusunu özünün bildiyini düşünər. Sanki bu dünyaya uca bir vəzifə üçün gəlmiş kimi davranar. Ən az bir qoç qədər ana quzusudur bu. Bir də həyat boyu söykənəcəyi bir divar olsun istər. Şir Özünün göydən zembille endiyini sanar. Bu kimsəsiz bir namizədə düşsə, yanında istəyəcəyi üç şeydən biri aynadır. Özündə şeytan tükü olduğunu düşünər. Sanki bu olmasa ətrafındakı heç bir şey düz getməyəcək zənn edər. Halbuki ən böyük əyri özüdür. Bunu bir otağa iki gün bağlanın qəti ölər. Hələ bir də otaqda ayna yoxsa iki gün belə çəkməz. Azadlığı əsla imtina edə bilməyəcəyi şeydir. Safdır əslində bu. Quş qədər beyni olan bir insan belə bunu asanca aldada bilər. Elə incə detallardan çox anlamaz. Qız Hər şeyə asanca uyğunlaşma təmin edər. Çünki başqa cür mühit edə bilməz, ətraf genişlədə bilməz. Sırf ətrafındakılar azalmasın deyə öz fikirlərini müdafiə etməkdən qorxar. Onsuz da kim qarşısında hər söylədiyinə hə deyən bir tip istəməz ki. Bunun ən sinir pozucu xasiyyəti, insanlarla danışarkən onların, narahat edəcək qədər gözlərinin içinə dik baxmasıdır. İçdən içə hər cür dəliliyi etməyə meyllidir. Etdiyi yaxşılıqları ən kiçicik bir səhvinizdə hər an başınıza qaxa bilər. Tərəzi Mıy mıy tərəzi, dırdır tərəzi, ıyy bu var ya bu bıdı bıdı danışar. Soyuq nevalenin təkidir. Bunu ən çox özü sevər, sonra anası, sonra varsa xalası... sonra, sonra bunu kimsə çox sevməz. Canınız sıxıldığında ən son axtaracağınız adam olmalıdır. Çünki sizin kiçik bir mənəvi pozğunluğunuzu da depressiyaya qədər aparar. Bir gün sizə çox yaxın davranar, sabahısı gün bir baxarsınız sifətinizə dahi baxmır. Sirlərə, sirrli şeylərə çox maraqlıdır. Müdhiş bir dedi-qodu anbarıdır. Kim kiminlə nə etmiş, bilməm kim harada nə etmiş, miş də miş miş... Əqrəb Ətrafına ümumiyyətlə mülayim və təmiz ürəkli havası verən əqrəblərin, insanları dumura uğratmaqda üstünə yoxdur. Şübhəçi, qısqanc və ikiüzlünün biridir. Sizə nə vaxt hansı üzünü göstərəcəyini də əsla bilə bilməzsiniz. Bəzən şəfqətli, isti, bəzən də təcavüzkar və soyuq bir soyuducu kimi olar. Sizin üzünüzə gülür olması, əsla sizə qarşı yaxşı niyyətlər bəslədiyinin zəmanəti deyil. O tam bir teatrçıdır. Xətt mərhələdə eqoistdir. Bu var ya bu, elə lənətlənmiş bir şeydir ki, Allah bunun şərindən düşmənimi belə qorusun. Başa qoydumu edər bu. Oxatan Ah sən var ya sən... Kələkbazlar kələkbazı, dedi-qoduçu və bir o qədər maral insan. Sənin adam olmağın üçün başına daş düşməsi və ya birinin başına çəkiclə vurması filanmı lazım? Nədir bu boşboğazlıq. Bu danışar, danışar, çənəsi də yorulmaz. Beleşe huşunu itirər. Mən etdim, mən etdim havaları yoxdurmu bunun, insanın qırtlağına yapışıb öküzü gəlir. Həyəcan manyağıdır bu. Müstəqilliyinə ən düşkün bürcdür. Vəziyyətə, mühitə görə anında dəyişərlər. Nəbzə görə şərbət verərlər. Buna qazı verdinmi bir daha tuta bilməzsən. Bir şeyi şişirtməyə huşunu itirər. Ən kiçicik , ən sadə hadisəni belə bəzəyib elə izah edərlər sizə. Oğlaq İnadçı keçi səni. Səni qürur axmağı, birə üçün yorğan yaxan şapşal səni. Dobralıkla patavatsızlığı bunun qədər qarışdıran başqası yoxdur bu dünyada. Hər an bir sinir böhranı geçirtmeye uyğundur. Onun üçün o daha yaxşı, bu daha pis kimi bir ayrı-seçkilik ümumiyyətlə yoxdur. İki şey arasında müqayisə edə bilməyəcək qədər absurd və gərəksiz bir insandır. Bu səbəblədir ki, çox məcbur qalmadıqca saçlarınızın yeni şəklini, paltarınızda etdiyiniz dəyişikliyin necə olduğunu, bu rüküşten və ya daha doğrusu bu qəribə insandan başqa birinə soruşsanız yaxşı edərsiniz. Yəni bir az quş beyinlinin təkidir. Dolça Mədəniyyətsizin biridir. Həyatı boyunca kompleksləriylə həm özünü həm də ətrafındakıları canından bezdirər. Özəntidir, ayrıca şablon tipin də biridir. Dəyişməyə çox açıq olduğu deyilə bilməz. Məktəb həyatının barmaqla göstərilən parlaq uşağı deyil. İş həyatında isə həmişə asan işləri seçər. Potensialı daha çoxuna icazə verməz. Olsa da olar, olmasa da olar tipin təkidir. Yeməyə olan düşkünlüyü də ayrı bir mövzudur. Ümumiyyətlə qarınqulular bu bürcdən çıxar. Yəni yaxınınızda bunlardan bir iki dənə olması təhlükəli deyil. Balıq Ümumiyyətlə sizi kompleksləriylə böhrana salar amma onun xaricində, digərlərinə görə daha zərərsizdir. İllər sonra bir anını xatırlayıb qəmlənər. Nostaljiklerdir,onu bunu illər sonra xatirə olar deyə saxlamağa huşunu itirərlər. Hər nə qədər içlərindən bəziləri, ağır böyük qardaş, xanım ağa kimi bir görünüş çəksələr də, az qala hamısı sulu gözlü, romantik tiplərdir.
0 notes