Tumgik
Photo
Tumblr media
4 iyun Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Elşad Əliyevin, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi #Ənvər Əliyevin, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş çavuşu, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, Vətən müharibəsi şəhidi #Qurban İbrahimovun, Vətən müharibəsi şəhidi #Nicat Hüseynovun, Aprel döyüşləri iştirakçısı, Vətən müharibəsi şəhidi #Rauf Əliyevin, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi #Raul Piriyevin, Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi #Rəşad Babayevin, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Vasif Həmidovun, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi #Yadigar Əliyevin doğum günüdür. Allah bütün şəhidlərimizə rəhmət etsin inşallah. https://www.instagram.com/p/CeYTqR2Nv6m/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
Gözəl qəlbli insan, daim öz sadəliyi və səmimiliyi ilə seçilən ziyalı, prinsipial və ədalətli hüquqşünas, dəfələrlə məsləhət yerimiz olan ağsaqqal, Azərbaycan Respublikası Ali Məhkəmənin sabiq hakimi, ədliyyə polkovniki Fərhad Əliyev vəfatından kədərlənir, Fərhad müəllimə Uca Allahdan rəhmət, yaxın və doğmalarına səbr diləyirəm. Allah rəhmət etsin inşallah. Qeyd edim ki, rəhmətlik Fərhad Əliyev Milli Məclisin deputatı Jalə Əhmədovanın atasıdır. https://www.instagram.com/p/CeYAdhfNVhP/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
4 iyun 1918-ci il tarixlərində Osmanlı və Cənubi Qafqaz Seymi nümayəndələrinin iştirakı ilə Batum konfransı keçirilib. Konfransın Azərbaycan Xalq Cümhuriyyəti üçün mühüm nəticəsi olub. Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında Batumda ikitərəfli müqavilə bağlanıb və bu müqavilə Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsi üçün etibarlı hərbi-siyasi dəstək rolunu oynayıb. Batum müqaviləsinin mətnini təqdim edirəm: Bismillahirrəhmanirrəhim Osmanlı Səltənəti Hökuməti ilə Azərbaycan Cümhuriyyəti Hökuməti arasında bağlanan yoldaşlıq müqaviləsi Bir tərəfdə Osmanlı hökuməti, digər tərəfdə axır zamanda istiqlalını elan edən Azərbaycan Cümhuriyyəti hökuməti siyasi, hüquqi, iqtisadi və fikri sahələrdə məmləkətləri arasındakı münasibətləri dostluq və qonşuluq zəminində təsis etmək xüsusunda ittifaq elədiklərindən, nümayəndələri olmaq üzrə: Osmanlı Dövləti Ədliyyə naziri və Dövlət ġurası rəisi Xəlil bəy əfəndi həzrətləri ilə Qafqaz cəbhəsi Osmanlı orduları komandanı General Vəhib paşa həzrətlərini və Azərbaycan Cümhuriyyəti hökuməti Xariciyyə naziri Məhəmməd Həsən Hacınski həzrətləri ilə Milli Məclis rəisi Rəsulzadə Məhəmməd Əmin bəy əfəndi həzrətlərini təyin etmişlər və adları çəkilən şəxslər üsula uyğun olaraq tərtib edilən rüsxətnamələrini qarşılıqlı olaraq təqdim etdikdən sonra, aşağıdakı maddələri qərarlaşdırmışlar: Birinci maddə Osmanlı hökuməti ilə Azərbaycan Cümhuriyyəti hökuməti arasında daimi sülh və istiqrarlı dostluq hökm sürəcəkdir. İkinci maddə Aşağıdakı sərhəd xətti Osmanlı məmləkəti ilə Azərbaycan, Gürcüstan və Ermənistan cümhuriyyətlərinin ərazilərini ayırmaqdadır: Sərhəd Qara dənizdə Çolok çayı mənsəbindən başlayaraq ġavnabud dağına qədər 93 (1877-1878) hərbindən əvvəlki sərhəd xətti üzrə uzanır, Şavnabud dağından sonra isə zirvələrdən keçərək Xalxama dağına, oradan Meziksaru dağına gəlir, buradan cənuba dönərək Yirsədağ dağından və Abatumanın iki kilometr cənubundan keçir, buradan şimal-şərqə keçərək Karhul dağına və oradan beş kilometr şimal-şərqə, sonra cənub-şərqə dönərək Gürqal üzərindən Atsxorun iki kilometr cənubundan Kür çayını keçər və zirvələr üzərindən Qayabağı, Artatavı dağlarının zirvəsinə gəlir, buradan sonra yenə zirv https://www.instagram.com/p/CeX-1whN4yN/?igshid=NGJjMDIxMWI=
1 note · View note
Photo
Tumblr media
Hörmətlə anırıq! https://www.instagram.com/p/CeXzPF1NRQM/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günüdür. 1982-ci il avqustun 19-da BMT-nin Baş Assambleyası özünün Fələstin məsələsi üzrə xüsusi sessiyasında ES-7/8 nömrəli qətnaməsi ilə hər il iyunun 4-nü Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü (İnternational Day of İnnocent Children Victims of Aggression) kimi qeyd etməyi qərara alıb. Hərbi münaqişələr zonasında yaşayan uşaqlar – gələcəyi olmayan uşaqlardır. Bütün dünyada lokal münaqişələr zamanı nə qədər uşağın həlak olması haqqında dəqiq statistika aparan yoxdur. Müharibələrdə yalnız əsgərlərin deyil, uşaqların da həlak olduğunu unutmamaq üçün BMT bu günü təsis etmişdir. 4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Gününün əsas məqsədi dünyanın fiziki zorakılığa, mənəvi-psixoloji və ruhi təsirə məruz qalan bütün uşaqlarının ağrılarını və əzablarını hiss etmək cəhdidir. Bu gün həm də BMT-nin həmin uşaqların qorunması haqqında məsələdə öhdəliklərini təsdiq edir. https://www.instagram.com/p/CeXty88Nl8g/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
Bu şeir hər birinizi kövrəldəcək... Mütləq sonadək oxuyun... Bəxtiyar Vahabzadə İLLƏR Böyümək eşqiylə uşaqlıqda mən Boyumu ölçərdim gündə yüz kərə Çox vaxt gileylənib kiçikliyimdən, Qibtəylə baxardım mən böyüklərə. Özümü həkimə, gah müəllimə, Gah da mühəndisə mən bənzədirdim. Atamın hər kiçik hərəkətini Böyük bir həvəslə təqlid edərdim. “Üzüm tüklənəcək, bəs nə vaxt?” deyə On dəfə baxardım gündə güzgüyə Yaşımı deməyə mən utanırdım, Özümdən böyüyü xoşbəxt sanırdım... Böyümək istərdim mən gündə bir yaş, İstərdim tez keçsin aylar, fəsillər, Həftələr ötdükcə hey yavaş-yavaş, “Nə yaman ləng keçir” deyərdim, illər... İllər ləng keçmədi, hər anda illər Min insan ömründən kam aldı keçdi Bir zaman gördüm ki, otuz yaşım var, İllər saçlarıma dən saldı keçdi... Dəyişir insanda məhəbbət, həvəs, İllər də ömürdən getmir boş yerə, Bu gün böyüklərə deyil, nədən bəs, Qibtəylə baxıram mən kiçiklərə. Başımız işlərə qarışır yaman Heç bilmirik axşam nə zaman düşür Yamyaşıl gördüyün dünənki yarpaq, Bir də görürsən ki, budaqdan düşür. İllər çox sürətlə ötür dalbadal Bir anda dağların qarı sel olur, Gözümüzü yumub-açınca dərhal, Həftələr ay olur, aylar il olur. Min gediş, min gəliş olur bir anda, Qovur bir-birini sanki nəsillər. Mən hər təzə ili qarşılayanda, “Nə yaman tez keçir” deyirəm, illər... Deyin, hara belə tələsirsiniz? Sizsiniz ömrümün yelkəni, illər! Mən sizi qovardım uşaqlığımda, İndi qovursunuz siz məni, illər!... https://www.instagram.com/p/CeXoPXVImQ_/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
3 iyun 1992- ci ildə Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Eldar Tağızadənin şəhidlik zirvəsinə ucaldığı gündür. Allah bütün şəhidlərimizə rəhmət etsin inşallah. Eldar Tağızadə 1963-cü il 6 sentyabr Bakı şəhərində anadan olmuşdur. 1970-1980-cı illərdə Nəsimi rayonundakı 164 saylı məktəbdə təhsil almışdır. Məktəbi bitirən Eldar Bakı Dövlət Universitetinə daxil olur və 1985-ci il buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra polis olmaq istəyən Eldar Səbail rayon polis idarəsində çalışmağa başlayır. 1989-cu ildə Sverdlovsk şəhərində kurs keçir və baş leytenant rütbəsini alır. Tağızadə Eldar Daxili İşlər Nazirliyində əməliyyat müvəkklili vəzifəsində çalışırdı. Cəsur polis işçisi tez-tez cəbhəyə gedir və girovların azad edilməsində iştirak edirdi. Eldarın sayəsində neçə-neçə insan girovluqdan azad edilmişdi. 1991-ci ildə ona kapitan rütbəsi də verilmişdi. Onu DİN-nin Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsinin rəis müavini təyin edirlər. 3 iyun 1992-ci il Tağızadə yenidən Qarabağa göndərildi. Döyüş zamanı "Şaka" ləqəbli təhlükəli qatili zərərsizləşdirmək lazım idi. O, polis işçilərinə atəş açaraq gizlənmişdi, Eldar onun gizləndiyi binaya daxil olur, polis kapitanının silahsız olduğunu görən namərd Şaka qəfil olaraq Eldarın sinəsinə atəş açır cəsur polis qəhrəmancasına həlak oldu. Ailəli idi, iki övladı qalıb. Azərbaycan Respublikası prezidentinin 3 sentyabr 1992-ci il tarixli 162 saylı fərmanı ilə Tağızadə Eldar Abdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Təhsil aldığı 164 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır. Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır. https://www.instagram.com/p/CeWWyD3N9Fq/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
Bu isti havada əlində silah Vətən keşiyində dayanan igidlərimizi Uca Allah qorusun inşallah! https://www.instagram.com/p/CeVgX_HOQ5J/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
3 May Türkçülük Günüdür. ✊🇦🇿🇹🇷 Dünyadakı türklərin hər il qeyd etdiyi 3 May Türkçülük Gününə gətirən proseslər 1942-ci ildən başlayıb. Həmin dövrdə Türkiyənin baş naziri milli düşüncə sahibi Şükrü Saraçoğlu olsa da, dövlət məmurları arasında kommunistlərin də sayı az deyildi. Təhsil naziri Hasan Ali Yücel kommunist olduğunu açıq söyləyir, bu siyasi görüş daşıyıcılarını orta və ali təhsil ocaqlarına yerləşdirirdi. Ölkədə kommunizm ideologiyasının yayılması, milli düşüncənin sıxışdırılması millətçi aydınları narahat etməyə başlamışdı. Dövrün böyük fikir adamlarından Nihal Atsız və digər aydınlar prosesin dayanması üçün addımlar atılmasını vacib sayır, “Bozkurt”, “Orhun”, “Çınaraltı” dərgilərində kommunizmin iç üzünü açan yazılar dərc edirdilər. Türk ziyalılarının Sovet İttifaqının timsalında kommunizmin türk iqrinin məhvinə yönəlik ideologiya olduğunu bildirən məqalələri kommunistlərə qoşulan xeyli gənci bu yoldan çəkindirdi. Ancaq kommunistlər təşkilatlanmaqda davam edir və sürətlə çoxalırdılar. Həmin günlərdə Nihal Atsız Şükrü Saraçoğluna Açıq Məktub yazır. Məqalə “Orhun” dərgisinin 1944-cü il mart sayında dərc edilir. Məktubda təhsil naziri Hasan Ali Yücelin əmri ilə məktəblərdə, universitetlərdə kommunizmi təbliğ edən çap məhsullarının yayıldığı, bunun üçün ianə toplandığı bildirilir. Onun bu məsələdə ən yaxın silahdaşının Sebahattin Ali olduğu göstərilir. Yazılanlar təhsil naziri üçün ciddi problemə çevrilir. Nazir Yücel və “Ulus” qəzetinin baş redaktoru Falih Rıfkı Atayın təşfiqi ilə Sabahattin Ali Nihal Atsızı məhkəməyə verir. 1944-cü il aprelin 26-da başlanan məhkəmə prosesi elə böyük marağa səbəb olur ki, insanların çoxluğundan hakimlər salona girməkdə çətinlik çəkirlər. Məhkəməni davam etdirmək mümkün olmadığı üçün proses mayın 3-nədək təxirə salınır. Məhkəmə başlayan saatlarda milliyyətçi gənclik Ankarada böyük etiraz yürüş-mitinqi keçirir, türkçülüyə dava açanların cəzalandırılmasını tələb edirlər. Hökumət mitinqi dağıdır, 165 tələbə həbs edilərək Ankara zindanlarına salınır, onlara ağır işgəncələr verilir. Bu olay Türkiyə tarixinə kommunizm əleyhinə ən böyük mitinq kimi keçir. Mayın 3-də məhkəmə Nihal Atsızı da həbs edir. O, hücrələrinə bir nəfəri https://www.instagram.com/p/CeVaAc-tQ9m/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
3 iyun Dünya Velosiped Günüdür. 2018-ci ilin aprel ayında BMT Baş Assambleyasının 72-ci sessiyasında Türkmənistan nümayəndə heyətinin təşəbbüsü və 56 ölkənin həmmüəllifliyi ilə 3 iyun tarixinin Ümumdünya Velosiped Günü elan edilməsi ilə bağlı qətnamə qəbul edilib və artıq 3 ildir ki dünya velosiped ailəsi bu günü qeyd edir. https://www.instagram.com/p/CeVPATHNU-r/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
Səni şair edən mən oldum... Səməd Vurğun gənc yaşlarında Dürrə adlı bir xanımı sevirmiş, lakin bu sevgi nakam sonluqla bitmişdir. Dürrə başqa şəxslə ailə qurmuşdur. Səməd Vurğun Dürrə xanıma həsr etdiyi sevgi şeirlərini bir araya gətirmiş və “Ölən şeirlərim” adını vermişdir. Zaman keçir, Səməd Vurğun yavaş-yavaş Dürrənin eşqini unudur və Abdulla Şaiqin baldızı Xavər xanımla ailə qurur. Dostları zarafatla Səməd Vurğuna deyəndə ki, “Ölən şeirlərindən nə xəbər?”, Səməd Vurğun cavab verirmiş ki: “Şeir də heç ölərmi?...” Səməd Vurğun artıq yavaş-yavaş tanınır və xalq tərəfindən sevilirdi. Bir gün Səməd Vurğunla görüş keçirilən zaman Dürrə də öz həyat yoldaşı ilə birlikdə həmin tədbirə gəlir. Tədbirdən sonra Dürrə S.Vurğuna yaxınlaşıb deyir: - Çox da qürrələnmə, şair! Səni şair eləyən mən oldum, mənə olan sevgin sayəsində şeirlər yazdın. Səməd Vurğun isə belə cavab verir: - Əgər belədirsə, niyə ərin şair olmadı?! https://www.instagram.com/p/CeT54sTN_8x/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
Yaşasın Azərbaycan Polisi! ✊🇦🇿 GÜNÜN QƏHRƏMANInın adını öyrəndim. Hiddətlənmiş insanı, keçmiş döyüşçünü bağrına basan, nə olur-olsun insan kimi rəftar etməklə sakitləşdirən günümüzün qəhrəman polisi əslən Füzuli rayonundan olan, hazırda Yasamal rayonu PPX bölüyündə xidmət edən 1991-ci il təvəllüdlü Əliyev Fazəddin İslam oğludur. Allah yaxşı insanlarımızı qorusun inşallah! https://www.instagram.com/p/CeTYq0MNwQ1/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
2 iyun Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Əbdülrza Rəfibəylinin, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Xəyal Əlizadənin, Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi #İlkin Ağayevin, Azərbaycan Silahlı Qüvvələrinin könüllü əsgəri, Vətən müharibəsi şəhidi #Nurəhməd Ulubəyovun doğum günüdür. Allah bütün şəhidlərimizə rəhmət etsin inşallah. https://www.instagram.com/p/CeTSPIHNpXm/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
Əlahəzrət Böyük Britaniya kraliçası II Elizabetin xidmətlərinin 70 illiyi münasibəti ilə bütün Dünya Xalqlarını təbrik edirəm! ✊🇦🇿🇬🇧 https://www.instagram.com/p/CeTIjSqtZ45/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
2 iyun İtaliya xalqının milli bayramıdır. 1946-cı ilin bu günü İtaliya respublika elan olunub. https://www.instagram.com/p/CeTHriRt8Ae/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
2 iyun şəxsiyyətinə dəyər verdiyim insan, sadə və səmimi Gəncəlimiz, Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsində işləmiş(1997-2016), 1975 ci ildən Göy-Göl Dövlət mahnı və rəqs ansamblının solisti. Gəncə Musiqi Kollecinin xanəndə müəllimi Şahnaz Haşımovanın doğum günüdür. Şahnaz xanımı səmimi qəlbdən təbrik edirəm, Allahdan uzun ömür can sağlığı, firavan həyat, ailə xoşbəxtliyi arzulayıram. Şahnaz Həsən qızı Haşımova 2 iyun 1957 ci ildə Gəncə şəhərində anadan olub. M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin rus bölməsini bitirib. Q.Hüseynli adına Gəncə Musiqi Texnikumunun muğam şöbəsini bitirib(1975-1979). Dağıstan Dövlət İdarə Etmə və Biznes İnstitutunun Hüquq fakültəsini bitirib(1998-2004). 1971–1973 illərdə bədii özfəaliyyət kollektivlərinin "Oxu, tar" festivalının iştirakçısı olmuşdur. 1975-ci ildən "Göy-göl" xalq çalğı alətləri ansamblının (1977-ci ildən "Göy-göl" Dövlət Mahnı və Rəqs Ansamblının) solistidir. Eyni zamanda Gəncə Musiqi Kollecinin xanəndə müəllimidir. 1997 ci ildən 2016 ci ilə qədər Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışmışdır. Repertuarına xalq mahnıları ("Uca dağlar", "Qaragilə", "Şuşanın dağları və s.), Ritmik muğamlar (Kəsmə şikəstə, Qarabağ şikəstəsi, Simayi şəms,) Muğamlar (Mirzə Hüseyn segahı, Kürdü Şahnaz, Mahur hindi, Qatar, Bayatı kürd, və s.), Azərb. bəstəkarlarının mahnıları, həmçinin türk, fars, tacik, əfqan, ərəb və s. xalqların mahnıları daxildir. Şahnaz Haşımovanın respublikanın hüdudlarından çox-çox uzaqlarda milli musiqimizin, muğamatımızın tanınmasında, təbliğində xüsusi xidmətləri vardır. O, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasına bacarıqla rəhbərlik edib. Ş.Haşımova şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı,Gəncə Dövlət Filarmoniyasının "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin konsertlərinə bədii rəhbərlik və təşkilatçılıq edir. Ş.Haşımova bir çox xarici ölkələrdə dəfələrlə Azərbaycan musiqisinin əsl təbliğatçısı olmuş, yetişdirdiyi gənc müğənnilərlə Azərbaycanda və xarici ölkələrdə Azərbayca https://www.instagram.com/p/CeSqRoitl8A/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
Abşeron rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov silahla ehtiyatsız davrandığına görə açılan atəş nəticəsində özünü öldürməsi ilə əlaqədar, Uca Allahdan İntiqama rəhmət, yaxın və doğmalarına səbr diləyirəm. Allah rəhmət etsin inşallah. https://www.instagram.com/p/CeSox0RNZPU/?igshid=NGJjMDIxMWI=
0 notes