aulrika
aulrika
Ulrika
6 posts
Don't wanna be here? Send us removal request.
aulrika · 11 years ago
Text
Lazanya resepti
Lazanya resepti Tərkibi: 12 ədəd lazanya, 4 yemək qaşığı günəbaxan yağı yarım kilo qiymə, 1 ortaboy soğan, 2 diş sarımsaq 2 yemək qaşığı tamat pastası 4 ədəd rəndələnmiş pomidor duz,istiot Beşamel sous üçün: 2 stəkan süd, 2 yemək qaşığı un 2 yemək qaşığı kərə yağı duz,istiot,olsa azca muskat və holland pendiri. Әvvəlcə onu deyimki hansı yemək olursa olsun dadlı çıxmasını istəyirsinizsə istifadə etdiyiniz bütün ərzaqların keyfiyyətli olmasına diqqət yetirin.Әgər ərzaq keyfiyyətli olmazsa əziyyətinizin bir mənası qalmaz.Keçim reseptə bolonez sous yəni ətli qarışımı hazırlamaq üçün tavaya yağı əlavə edin,yağ qızdıqdan sonra sarımsaq,soğan və qiyməni əlavə edib gur xodda 5 dəqiqə qovurun. tamat pastasın əlavə edib azcada qovurun, sonra pomidor və azca su əlavə edərək zəif xodda azca qatı püolanadək bişirin. Bu ərəfədə beşamel sousu hazırlayaq.tavaya kərə yağını əlavə edib qızdırın sonra unu əlavə edib qovurun.Südü əlavə edin və zəif xodda qatılaşanadək bişirin.duzunu istiotunu əlavə edin.Xama qatılığında olsa yetər. Bolonez büvə beşamel sous hazır olduqdan sonra keçək lazanyaya .Lazanyanı əvvəlcədən suda bişirməkdə olar ancaq mən bişirmirəm.Çünki bolonez sousun suyuna sobada özü yumuşalır.Borcama bolonez sousun suyundan azca tökün sonra üstünə lazanyaları düzün sıra ilə azca beşamel sous,bolonez sous və azcada holland pendiri tökün ,yenə bir qat lazanya düzün.Әn son qatta bütün beşamel sousu və rəndələnmiş holland pendiri töküb.200 dərəcə sobada 30 40 dəqiqə bişirin.Nuş olsun.Aşağıdakı videoda qısaca bu prosesi göre bilersiniz)
0 notes
aulrika · 11 years ago
Text
Ayrılıq şeirleri
Bir günün həsrəti. Bir gündə üzünü görmədən keçdi, Mən nələr yaşadım bu bircə gündə Bir gündə səsini duymadan keçdi, Sükutla savaşdım bu bircə gündə. Həsrətin hökm etdi gözlərim doldu, Ürəyim gül kimi saraldı soldu Sənsiz bu bircə gün bir ömür oldu, Ölüm yaxınlaşdı bu bircə gündə. Bu gün səni görmədim. Danışmadım səssizliyə büründüm, Öz-özümə yazıq qərib göründüm Bu həsrətin yollarında süründüm Dəniz gözlüm bugün səni görmədim. Qorxuducu zülmət uzun gün idi, Səssizliyin gürultusu var idi Böyük dünya sanki mən dar idi, Dəniz gözlüm bugün səni görmədim. Fəryad etdim bu həsrətə dözmədim, Bir dəyqədə mən unuda bilmədim Bilmirəmki necə oldu ölmədim, Dəniz gözlüm bugün səni görmədim. Nifrət edirəm. Sənli günün sənsizliyinə, Qədərimin səssizliyinə, Diləyimin çarəsizliyinə Nifrət edirəm. Yalançı ümidlərə, Bu kimsəsiz dərtlərə Aldadan sevinclərə Nifrət edirəm Gözlədim gəlmədi Yenədə səhəri ümidlə açdım, Gəlməni istədim səni gözlədim Hər keçən insanı sən oxşatdım Gözlədim gözlədim yenə gəlmədin. Sənsiz hər dəqiqə bir ömür oldu, Qəlbimdə ümidlər gül kimi soldu Həsrətə dözməyib gözlərim doldu Gözlədim, gözlədim yenə gəlmədin. Haraya baxdımsa izini gördüm, Dənizlərə baxdım gözünü gördüm Sözlərin içind sözünü gördüm Gözlədim , gözlədim səni görmədim. Gözlərəm mən səni sonum olunca, Dostlarım məzara məni qoyunca Görə bilməsəmdə səni doyunca, Yenədə gözlərəm ömrüm boyunca. Nə qədər dəniz var sən mənimləsən. Həsrət kədər verdi səni axtardım, Bilmədim harada və kiminləsən Səni diləyimdə arzumda tapdım Anladım hər zaman sən mənimləsən. Bəlkə uzaqlarda başqa biriylə, Bəlkədə yalnızsan, tək özünləsən Ancaq bilirəmki dəniz gözünlə, Nə qədər dəniz var sən mənimləsən. Darıxıram mən Burda hər şey ,hər an səni soruşur, Xatirələr günlər səndən danışır, Göz yaşlarım yağışlara qarışır Hər an sənin üçün darıxıram mən. Sanki yaşayaraq ölürəm sənsiz, Şam kimi yanıram, sönürəm sənsiz Susuz səhralara dönürəm sənsiz Hər an sənin üçün darıxıram mən. Məktub Yenə əlimdə qələm sənə məktub yazıram, Bu məktubla birazca həsrət daş basıram Hardan sözə başlasam düzü tapa bilmirəm, Bütün məktublar kimi əvvəl salam verirəm Necəsən?neyləyirsən? yaxşısanmı görəsən?! Sənsiz mənim ürəyim nələr çəkir bir bilsən. Ancaq əsas yaxşı ol,sən özünə yaxşı bax Vaxtın olsa özündən yazib tez göndərərsən. Məndən isə nəyazım,sənsizlik çox çətindir Məni ayaqda tutan sənşn məhəbbətindir. Hər günümü sayaraq həsrətlə gözləyirəm, Bəzən üsyan edərək həsrətə dözməyirəm Sevdiyimə görəsən soyuqdurmu deyərək , üşüyürəm gecələr Birdən ac olar deyə boğazımdan keçməyir udqunduğum tikələr, Yenə önümdə rəsmin yenədə xatirələr, Yenəgözlərim dolur düyümlənir cümlələr, Qalın geyin,yaxşı ye, kefinidə kök saxla İnanki bu həsrətdə bitəcək qısa vaxta, Bircq bunu unutma inanki çox sevirəm Yaşadığım hər dəqiqə tək səni düşünürəm, Davam edə bilmirəm göz yaşlarım qoymayır, Yolunu gözləyirəm inan sənsiz olmayır. Çox darıxmışam Sənli xatirələr getmir gözümdən, Adın çəkilməyir mənim sözümdən Bezmişəm səbrdən,bezdim dözümdən Bu həsrətlə kədərlərə qarışmışam. Gözlərin bəzədi həzin ömrümü Sevərək keçirtdim hər bir günümü, Tanıya bilmədim özüm özümü Bu qısa zamanda çox bağlanmışam. Şirin söhbətlərin,təmiz ürəyin Mənə həyat verdi sən gülüşlərin, Səadətlə dolu sənli günlərin İnan hər anına bərk alışmışam. Mən qayıt deyərsim mümkün olsaydı, O sənli günlərim tez qayıtsaydı Canım qurtarardı qəlbim dursaydı, Sənsiz dözmək olmur çox darıxmışam. Ülkərin bir dənəsi Hər səhər görməyin ümidi ilə Məni oyadardı sevginin səsi İndiysə səhərlər açıla bilmir Qaytar geri günəşi qorxuram bir dənəsi. Sənsiz dəniz belə sanki ağlayır, Dalğalar oxuyur həsrət nəğməsi Ürək üsyan edib səni istəyir Görən indi neyləyir qəlbimin bir dənəsi Qəlbimə heç kəsi yaxın qoymazkən, Səndən sonra oldum sevgi köləsi İndi sənə məhkum sənə məcburam Məni həsrətdə qoyma sevgimin bir dənəsi Səndən ibarətdir mənim həyatım, Görmək istəmirəm sənsiz heç kəsi Qanadsız sərçəyəm,yaşayan ölü Gözüm səni axtarır ömrümün bir dənəsi Acı dolu bu həsrətlə darıxıram dözməyirəm, Sənsiz ömrü sevməyirəm gəl ruhumun nəfəsi, Bircə sənin ümidinlə yaşayaraq ölməyirəm Yolunu gözləyirəm Ülkərin bir dənəsi. Sən düşürsən yadıma Fırtınalar qopanda,dəniz dalğalananda Keçmişə qayıdanda sən düşürsən yadıma Sakit yağış yağanda,səhər günəş açanda Xatirə axtaranda sən düşürsən yadıma. Xəyallara dalıram, bəzən şeir yazıram Yavaşca ağlayıram sən düşəndə yadıma Həyatıma girmisən ancaq bunu bilmirsən Söylə sən neyləyirsən mən düşəndə yadına Necə unudum Ulduzlarda rəsmin varkən, Nəğmələrdə ismin varkən Dənizlərdə izin varkən De unudum səni necə? Qəlbimdə qazılıb sevgiylə adın, Sən oldun hər zaman qolum-qanadım, Ey mənim həyatda ən böyük andım De unudum səni necə? Unuda bilmirəm Unutmağa razıyam, Ancaq bilmirəm necə Öz-özümü unutdum Unutmaq istədikcə. Qaranlıq gecələrdə ancaq səni axtaran, Yuxusuz gözlərimə "unut"deyə bilmirəm Ancaq səninlə dolu bütün röyalarımdan Arzu xəyallarımdan silib ata bilmirəm Mən unuda bilmirəm. Həsrətinlə sükutda sanki fəryad qoparır, Qəlbimdəki sızıltı, inildəyir ağlayır Ancaq səni istəyir,ancaq səni çağırır. Unut deyə bilmirəm,mən unuda bilmirəm Təsəllilər bəxş edən ən xoş kəlmələr belə, İnsanı əyləndirən ən şən nəğmələr belə Danki qəlbə dəyirlər.. Gözlərim bəhanəylə ağlamaq istəyirlər, Göz yaşımdan mən səni silib ata bilmirəm, Mən unuda bilmirəm. Sənlə dolu şeirlər,sənlə dolu nəğmələr Elə bil kaman kimi qəlbimi inlədirlər Mən susdura bilmirəm. Səni görən zamanlar qəlimdə döyüntülər Sanki böyük sevginin akkordların çalırlar Dayan deyə bilmirəm,mən unuda bilmirəm. Unutmaq olmur Keçmişimdən adını silmək üçün çalışdım, Keçmiş elə sən idin,keçmişi silmək olmur Həyəcanı,sevinci sənli bütün hissləri unutmağa çalışdım Unutmaq anmamaqmış,səni unutmaq olmur. Səni unutsam belə sənsizliyi unutmaq, Unutmaq olmur yenə Səni unutsam belə sənziz yaşamaq olmur, Yaşamaq olmur yenə Söylə sqni necə unudum? Başlanğıc olmadın sən sonum oldun, Әn təmiz hisslərim ,tək arzum oldun Qəlbimin sızısı ,ağrısı oldun Söylə axı səni necə unudum? Düşünməyi unutdum ,tək düşüncəm sən oldun Sevgiləri unutdum,sənin sevgin son oldu Kədərləri unutdum sənin dərdin qor oldu Söylə axı səni necə unudum? Hicran yarası Solan gülə sordumki nə üçün sən solursan, Həmişə təravətli vədə gözəl qalmırsan Oda cavab verdiki mən arzumla solmuram Məni belə solduran bircə ağır yaradır.. Dedim o n�� yaradır bəlkə əlac tapıldı?! Dedi bir əlacı var oda sonsuz səbrdir. Çox düşündüm və sordum o yara harda olur? Yarpaqda ya ləçəkdə,yoxsa gözəl çiçəkdə? Düşünmədən gül dedi o olur gecələrdə, Sonsuz düşüncələrdə Dedim adını söylə, Dedi hicran yarası Beləliklə qurtardı bir gülün məcərası. O gözəl ləçəkləri sanki göz yaşı kimi bir bir düşdü torpağa, Küleklerde apardı o sonsuz uzaqlara.. Səndən uzaq olanda Nə susmaq, nə danışmaq Heç mənası qalmayıb. Nə çətindir yaşamaq Səndən uzaq olanda Məcbur nəfəs alıram Həsrətlərə dalıram Yavaşca ağlayıram Səndən uzaq olanda. Necə sevdim bilmirəm Təsəllilər faydasız Sənsiz qala bilmirəm , Səndən uzaq olanda. Baxışlarım saralır, Bəyaz dünyam qaralır Gəncliyimdə qocalır Səndən uzaq olanda. Ülkərin olmayanda Ağlama gözündən yaş süzülməsin, Bilirsən dözmürəm göz yaşlarına İcazə vermərəm ağlamağına Gözlərini siləcək əllərim olmayanda. Güclü ol xoşbəxt ol mənim xətrimə, Sevdiyini söylə gəlib qəbrimə Ancaq kədərlənmə qayıdım deyə Təsəllilər verəcək sözlərim olmayanda. Torpaq soyuq olanda gəliş-gediş azalar, Sevgimi duymamağın ürəyini parçalar Sənində yaraların zaman ilə sağalar Kədərini azaldan Ülkərin olmayanda. Xatırlama sən məni Bugün varam sabah yox, Bilmək olmaz qədəri Ölüm olsa qonağım Xatırlama sən məni. Açılmasa gözlərim, Duyulmasa sözlərim Döyünməsə ürəyim Xatırlama sən məni. Ölümümü xəyanət bil, Gülüşünü əmanət bil Unutmağı cəsarət bil Xatırlama sən məni Sükut Səssizlik,səssizlik,səssizlik Yenə kədərləri daşıyır qəlbimə, Xəncər kimi girir ruhumun dərinliyinə Axır gözlərimdən kipriklərimə.... Necəqəribədir bu yalın sükut, Necədə zalimdir insafsız sükut Qəlbimdə tufanlar qoparır ancaq Yenə danışmayır,dinməyir sükut.. Səni xatırladır məə susur, Həsrətini yandırır qəlbimdə susur Çağıraraq adını dağıdıram sükutu, Xəyalını gətirir mənə susur.... Görəsən bu vaxtı indi neynirsən?! Bəlkə mənim kimi fikir çəkirsən, Yuxunu pozubdur sükutun səsi, Səndə məim kimi kədələnirsən.. Bəlkədə yatmısan şirin yuxuyla, Yada ürəyində həsrət oxuyla, Zəng etmək istədim indicə sənə, Birdən oyadaram dedim qorxuyla. İstədimki pozum acı sükutu , Onu səsləndirən sənin səsinlə İstədim yollayıb ağır sükutu Daha dərt çəkməyim sənsizliyimlə. Bütün gecəsükut ilə savaşdım, O sənsizlik,mənsə səni danışdım Bütün gecə həsrətlərdə dolaşdım O axşama, mən kədərə qarışdım.. Cümlələrdə susur sevgi önündə, Çətinlik çəkirlər ifadəsində İndi məndə susdum səssizliyimlə, Sevgimi danışsın sükutum sənə. Ayrılıq. Səssizliyin nəğməsiyləyetişəcək ayrılıq, Sükutun üsyan səsiylə başlayacaq ayrılıq Bir "əlvida" kəlməsiylə hökm edəcək ayrılıq Səni məndən vəfasızca ayıracaq ayrılıq. Dilim söz tutmayacaq ayrılmayaq deməyə, Zaman əngəl olacaq artıq geri dönməyə Göz yaşlarım dolanda damla-damla qəlbimə Səni məndən vəfasızca ayıracaq ayrılıq. Həsrət yağışıyla dolacaq gözüm, Səni səsləyəcək mənim son sözüm, Dostlarım deyəcək bunada dözüm Səni məndən vəfasızca ayıracaq ayrılıq. Ayrılığa dözmərəm sənsizlik boğar məni, Göz yaşımla solaram, son nəfəs sıxar məni Dünya zindan görünər,məzara qoyar məni Bu sevgini görməyən ölüm ayırar məni. Ayrılacağıq Mən sənin gözündə adi bir insan, Sən öz gözlərinlə həyatımdasan Bəlkədə bu sənə gəlcək asan Әlvida demədən ayrılacağıq. Səssiz-səssiz yetişəcək ayrılıq, Yavaş-yavaş əridəcək ayrılıq, Damla-damla süzüləck ayrılıq Әlvida demədən ayrılacağıq. Neyləməli buda belə qədərdi, Gəlişinlə mənə ümid gələrdi Bu sevgidən danışsamda hədərdi Әlvida demədən ayrılacağıq Ayrılmalıyam Gözü yolda qalmamaqçün, Sızlayıb ağlamamaqüçün Artıq belə yanmamaq üçün Səni unutmalıyam. Səndən ümid dilənmədən, Bundan belə əzilmədən Səssiz-səssiz sezilmədən Səndən ayrılmalıyam. Vəda Әlvida sözünü söylərkən sənə, And içdim gözünə baxmayacağam. Unutdum deyərk özüm özümə Bəlkədə özümü aldadacağam İndi sən gəl desən bəlkə gələrəm, Yolumda öl desəm yenə ölərəm. Ancaq sənsizliyə necə dözərəm Yox sənsiz dünyada qalmayacağam. Səndən sonra Aylar oldu mən üzünü görmədim, Gündən-günə bilsən necə dəyişdim Sən anmadan unudarkən adımı Mən sevgini kədələrə dəyişdim. Aylar sonra nə sevindim,nə sevdim Səni düşünüb yenə sevərək nifrət etdim. Qelbimdə çarəsiz dərd,dilimdə ah daşıdım Bezib ölmək istədim, ölü kimi yaşadım. Səndən sonra nə həyat var,nə ölüm Yaşamaqsa artıq dözülməz zülüm. Səndən sonra inan hərşey dəyişdi Nəfəs almaq ölmək ilə birləşdi. Məndən sonra söylə bəs sən necəsən? Kimə günəş söylə kimə gecəsən? Әsən varmı qabağında yarpaq tək, Sevən varmı indi səni mənim tək? Aramızda Geriyə qayıtmaq istəsəmdə mən, Səni unutmayıb gözləsəmdə mən, Adını fəryadla səsləsəmdə mən Aramızda danılmayan sözlər var bizim. Sənsiz həyat görünsədə dərt-qəhər, Yoxluna öyrəşərəm bir təhər Gəlib mənə yalvarsanda bir səhər Aramızda sonsuz olan yollar var bizim. Sən xoşbəxt ol gülüşünü eşidim, Mənsə bu dünyada onsuzda heçdim Sevgini əkmişdim həsrəti biçdim İndiysə aramızda dağlar var bizim. Dərt deyil qoy məni ölüm aparsın, Xatirə olaraq adım anılsın Ölsəm məzarıma bu söz yazılsın, Artıq aramızda dünya var bizim. Ayırdı dostlar bizi, Ayırdı yollar bizi, Ayırdı illər bizi Aramızda ayrılıqlar var bizim. O sevgini qaytarar. Səndən sonra gözlərim heç bir gözə baxmadı, Qorxdumki gözlərimdə gözlərini taparlar Səndən sonra göz yaşım bir damlada axmadı Qorxdumki göz yaşlarım o sevgini qaytarar. Səndən sonra sözləri şeirlərə düzmədim, Bəlkə çaşıb sözlərim səni çağırar deyə. Səndən sonra bir daha həsrətlə üzülmədim Birdən yanan həsrətlər səni gətirər deyə Bu necə vədadır Axı söz vermişdin sevincdə,dərddə Sənlə olacaqdıq həran bir yerdə İndi özün söylə nə haqqın vardı? Səndəmi tək qoydun məni kədərdə? Heç vəda etmədin çıxıb gedərkən, Axı doymamışdım sənin üzünə Məni ölüm ilə sən tərk edərkən Ehtiyacım vardı sevgi sözünə.. Yox mənim həyatım qayıt geriyə Aldığın sevinci geriyə qaytar Dözmək çox çətindir bu həsrətinə O qara torpağa mənidə apar. Səndəmi ayalançı çıxdın sözünə? İndi torpaqlara dəyişdin məni Söylərdin ölümdə ayırmaz bizi İndi qısqanıram torpağa səni. Sən gedirsən Bilirəm məcbursa vətən borcudur, Gedirsqn tezliklə qayıdacaqsan. Sənsizlikdən dolan göz yaşlarımı Sən öz əllərinlə qurudacaqsan. Həyata keçirib xəyalımızı Hərşeyə yenidən başlayacağıq Qəlbimizq dolan min arzumuzu Gerçəyə çevirib yaşadacağıq. İndiysə ayrılıq saatı gəldi, Artıq vidalaşıb getməlisən sən Ancaq sən getmədən həsrətin gəldi, İndidən darıxır,dözməyirəm mən. Vidalaşa bilməyəcəyəm. Müvəqqəti ayrılıqdı bilirəm Ancaq ayrılığı sevməyəcəyəm Öz-özümə təsəllilər verirəm, Sənlə vidalaşa bilməyəcəyəm. Ürəyim ağrıyır,gözlərim dolur Bu çətin həsrətə dözməyəcəyəm İndi gedəcəksən?birazcada dur! Sənlə vidalaşa bilməyəcəyəm. Ayağım altındannsanki qaçır yer, Yalnızca adını səsləyəcəyəm Təsəllilər deyil əllrini ver, Sənlə vidalaşa bilməyəcəyəm. Həsrətə dözməyi məndən istəmə, Onsuzda bacara bilməyəcəyəm. Vida sözlərini məndən gözləmə Sənlə vidalaşa bilməyəcəyəm. Söz vermişdin Axı söz vermişdin haraya getsən, Mənidə özünlə aparacaqsan, Bircə saniyədə sənsiz qoymayıb Məni həsrətindən qoparacaqsan İndiysə haraya gedirsən mənsiz? Sanmaki həsrətə dözcək qəlbim. Məni zindanlara atırsan sənsiz Artıq qədərindən küsəcək qəlbim. Dayan getmə axı sən söz vermişdin Xəyala dönərək itməyəcəksən Yadında deyilmi? axı demişdin Sözünə xəyanət etməycəksən. Məni yalnız qoyma özünlə apar, İstə yollarına toz olaram mən, Bircə gündə olsam inanki sənsiz, Dilinə matəmli söz olaram mən. Axı ikimizda qıya bilmərik Aramızda qəlb qırıcı bu söhbətdən, Bizə qalan ağrı dolu məhəbbətdən Səndə, məndə yorularaq ayrılırıq, Ağrı verən səadətdən. Sevgi dolu neçə gözəl xatirəni, Oxunmayan roman kimi parçalayıb tullayırsan, Әn sonunda işlədərək o kəlməni, Bu sevgini necə asan bağlayırsan. Bezib daha gəl ayrılaq söylədin, Son ümidlə mən susaraq gözlədim. Dedim bəlkə qəzəblidi,biraz sonra peşman olar Nifrət dolu baxışlarla sən fikrindən dönmədin. Bəlkə məndən daha cəsur , ürəklisən Bəlkədə sən məni artıq sevməyirsən. Onda məndə qərar verdim,gəl ayrılaq Mənim sevgimə sən laiq deyilsən. Neyləyək qədərdi ayrılarıq biz Sənsizdə birtəhər yaşayaram mən Onsuzda arada sevgi qalmadı, Çox keçməz tezliklə unudaram mən Gedirsən? biraz dur gəl vidalaşaq, Arada illər var düşmən olmayaq Uşaq deyilik ki, öyrəşcəyik Gəl biz heç olmasa dostca ayrılaq. Bu qədər sükutu anlamıram mən, Susma heç olmasa bircə söz denən, Məni keçmişinə gömərək daha, Heçnə söyləmədən çıxıb gedirsən? O söz sevgimizin son damlasıydı, Artıq aramızda heçnə qalmadı. O söz qəlbimizin son ağrısıydı. Nə edək sevgilim sənlə olmadı. Bununla bitəcək acı cümlələr, Bitəcək kədərli,acılı günlər Bəs niyə çarəmiz olan qərara, Hüznlü baxışla sevinmir gözlər? Bizim gözümüzdən axan kədərlər Bəlkə peşmançılıq,bəlkdədə bezmək Bizim ağzımızdan çıxan cümlələr Bəlkədə qürurdu,bəlkədə nifrət. Gedirsən son dəfə bircə dəyqə dur Bizdəki qürurdu ayrılaq deyən Gözlərin ağlayır dilinsə susur Bilirəm ürəkdən sevənimsən sən. Qüruru ataraq birlikdə olaq, Biz bu ayrılığa dözə bilmərik Әzabla böyüyən böyük sevgiyə Axı ikimizda qıya bilmərik. Әllərimiz üşüdü Elə böyük idiki sevgin gücündən qorxdun Çırpındın,savaşdın özünlə. Dilin inkar edərkən Baxışların etiraf etdi, Məni elə sevdinki Damarında qan oldum mən, Bədənində can oldum mən Məni elə sevdinki. Dəfələrlə yığdın nömremi,zəng eləmədin Dəfələrlə gəldin qapıma döymədin. Halbuki bir addım uzaq idin. Halbuki əllərində idi ürəyim. Sənin qorxduğun sevgiyə sığınmışdım Nəfəs ,verir ,həyat verir ,güc verirdi Məni elə sevdinki sevdiyini demedin Halbuki iki cümle idim boğazında düyünlənən Halbuki toxunsan əriyəcək qədər sevdim sni Qəlbimizi, yandırdı,dilimizə gəlmədi Әllərimiz üşüdü,əllərimiz üşüdü. Bunu E-postayla Gönder
0 notes
aulrika · 11 years ago
Text
Qelb qırıqları
Sən qəlbimi öldürdün Döyünsədə yaşamayır Heç bir hissi daşımayır Yanır yanır alışmayır Sən qəlbimi öldürdün İncitsəndə inciməz Nə yaşayır bilinməz Susar susar deyinmez Sən qəlbimi öldürdün İçimdən bir parça getdi hissə hissə olub itdi Gözəl olan hər şey bitdi Sən qəlbimi öldürdün. Ağrı idin sən Gözümdən axdın göz yaşı idin sən Cümləmin sonunda bitdin nöqtə idin sən Saçlarıma düşdün qocalıqdın sən Üreyimdə sızladın ağrı idin sən Dilimə dolandın nəqarət idin sən Əllərimi kirlətdin günah idin sən Əvvəlimi korladın axır idin sən Heyatıma bulaşdın xəstəlikdin sən Nəfəsimi durdurdun ölüm idin sən Sevdim səni Öz dərdim bildim dərdini, Mən daşıdım kədərini Həyat kimi,nəfəs kimi Özüm kimi sevdim səni. Nə biləsən nədi sevgi, Səndən başqa hərkəs bildi Sayısızdı çoxdu dərdi Özüm kimi sevdim səni Sızım-sızım sızlatdın sən Ürəyimi qanatdın sən, Anladımki yalandın sən Doğru kimi sevdim səni Özüm kimi sevdim səni Sevmir səni ürəyim Tutsan əlimi buz olar Səni belə soyudar Çək gözünü gözlərimdən Həsretini qurudar Sevmir səni ürəyim Alovlanmaz sözlərim Düyümlenmez nəfəsim Əsməz səsim gülməz gözüm Sevmir səni ürəyim. ... Biz bir evdə iki yadıq İki nəfərlik sıfirıq Ne etməli mecbur qaldıq Sevmir səni ürəyim. Tenhalıq var içimizdə Peşmançılıq gözümüzdə , İnanmazdıq özümüzdə Sevmir səni ürəyim. Sən söylədin mən inandim Belkədə alınar sandım Şüşə kimi parçalandım Sevmir səni ürəyim Bir bir düşdün gözlərimdən Sən çəkildin sözlərimdən Daha əl çək izlərimden Sevmir səni ürəyim. Get artıq istəmirəm Bağışlamaq istərkən yenədə qırdın məni, Get artıq istəmirəm,sevməyirəm mən səni Beləmiydim sevərkən söylə məni ilk dəfə? Necə görmək istərdim mən üzünü hər dəfə. O vaxt dilim titrərdi adı anılan zaman, İndi qəlbim sızlayır sevgin olarkən yalan. O vaxt mənim gözlərim sevinc ilə parlardı İndi gözlərim doldu,baxışlarım sarardı Get art��q istəmirəm sevməyirəm mən səni Bir vaxt sənin sevdiyin o kəs mən deyiləmki, Mənimdə çox sevdiyim sən deyildin inanki. Söylə nələr dəyişdi,kimlər dəyişdi bizi? Kimlər belə alçaltdı əlçatmaz sevgimizi? Külə dönmüş hisslərin günahkarı sən ya mən? Get artıq bu söhbəti uzatmaq istəmirəm O sevgini unutmaq bizim üçün xeyirlisi Səni xoşbəxt edəcək bəlkə başqa birisi Get artıq sevməyirəm,istəmirəm mən səni. Qorxuramki yenədə bağışlayar ürəyim, Yenə məni döndərər öz fikrimdən sözlərin Bilirəmki sevənlər bağışlar yollarında Qorxuramki məhəbbət can verər qollarımda. Qorxuram çox qorxuram get artıq istəmirəm. Sənlə sənsiz yaşamaq sənsiz sənli olmaqdan inanki çox acıdır. Sənin qırıcı sözün, sevgisiz davranışın, Həsrətinlə ölməkdən daha artıq acıdar. Sən məni unuda bilməyəcəksən Unutmaq fikriylə yatmaq istərkən Hər gecə yuxuna girəcəyəm mən Yuxuda adımı sayıqlayarkən Sən məni unuda bilməyəcəksən. Hər səhər həsrətlə oyanacaqsan, Heç birvaxt ürakdən gülməyəcəksən Mənim yoxluğuma ağlayacaqsan Sən məni unuda bilməyəcəksən. Bəlkədə unutmaq çətin olanda Özgədən təsəlli gözləyəcəksən, Başqa gözə baxıb gözün dolanda Sən məni unuda bilməyəcəksən,. Sadəcə xatirəm qalacaq sənə Məni heçbir zaman görməyəcəksən, Xəyalım işgəncə olacaq sənə Sən məni unuda bilməyəcəksən. Başqa bir şəhərə köçüb getsəndə, Öz-özündən qaça bilməyəcəksən, Sözündə nə qədər nifrət etsəndə Sən məni unuda bilməyəksən. Nəğmələr,şeirlər deyəcək məni, Adımı hər zaman səsləyəcəksən. Bəlkədə çoxları sevəcək səni, Ancaq sən unuda bilməyəcəksən. Acı gerçəklər Söylə sızladımı vicdanın sənin, Bir başqa gözlərə baxanda gözün? Əsdimi əllərin,doldumu gözün Bir başqa əllərə dəyəndə əlin? Mən burda yaşarkən sevgi hissiylə, Sən orda aldatdın bir özgəsiylə. Mən burda ömrümü verdim yolunda Sən orda aldatdın özgə qolunda. Deyirdin fərqliyəm,zalim deyiləm Deyirdin eşqinə qıya bilmərəm Mənsə inanaraq sənin sözünə, Peşiman olardım şübhələrimə. Neyləmək belədi ahlar mənasız, Bu keçən zamanki geri dönməyir. Nə qədər ağlasam yenə faydasız, Yaşlar xəyanəti silə bilməyir Bəlkədə səhvini bağışlayardım, Ancaq yalanları necə unudum? Sən yenə sevirəm deyərkən mənə Mən necə inanım ikinci dəfə? Nə qədər acıda olsa gerçəklər Səni ürayimdən silə bilmirəm, Məni sevgin yıxıb süründürsədə Yenə gözlərimi yuma bilmərəm Vəfasız oldu. Bir ömrü yoluna qurban verdiyim, Bir dəyqədə olsun yada salmadı Hər zaman sevərək,dostum dediyim Məni özgə kimi xatırlamadı. Mən onu düşündüm həran,hər dəyqə O isə bir zəngi çox gördü mənə, Tək onu sevdim mən öz aləmimdə O isə hörməti çox bildi mənə. Mən o vəfasızı dərindən sevdim, Həmişə can dedim canımdan etdi. Nə vaxt lazım olsa onda axtarıb Gərəksiz olannda məni tərk etdi. İndiysə kimlərə deyim dərdimi Dərdini çəkdiyim vəfasız oldu, O kəs yara vurdu çıxdı qəlbimdən Sağolda demədi, vədasız oldu Aldatdı Sözlərim yox dedi yoxluq sevginə, Hisslərim aldatdı öz sözlərimi Gözlərim ağladı kədərlərimə Əllərim aldatdı göz yaşlarımı Hər zaman inandım böyük sevginə, Ümidlər aldatdı gerçəklərimi. Görmədim inandım sənin qəlbinə Yalanlar aldatdı gerçəklərimi. Bilirsənmi sən kimsən? Bilirsənmi sən kimsən? Biçilmiş sözlərlə bəzənmiş şeirsən Qəlbimi oyuncaq edən kəssən Hərbir zaman çox sevdiyim birisən. Bilirsənmi sən kimsən? Ürəyimi tapdalayan, Tək sevgimi anlamayan Heçvaxt məni saymayansan Bilirsənmi sən kimsən? Eşqin qədrin bilməyənsən, Sevilməyi sevməyənsən Dəyərləri görməyənsən Bilirsənmi mən kiməm? Sən güləndə gülənəm, Səni hər an sevənəm Sənim üçün ölənəm. Bilirsənmi mən kiməm? Sevən peşman biriyəm Yollarında avarəyəm, Qəlbi qırıq biçarəyəm Bilrsənmi mən kiməm? Zalim sevginin köləsi, Ümidlərin şahzadəsi, Həqiqətin səsiyəm Bilirsənmi sən kimsən? Mənsiz inan heç kimsən Bilirsənmi mən kimən? Sənin üçün heç kiməm Sevdiyim sən deyiləsən Bu dünyada həmişə düzgünləri sevmişəm, Sənin yalanlarını mən doğrular bilmişəm, O saxtakar dünyanı ən sonunda görmüşəm Mən doğrunu sevirdim sevdiyim sən deyilsən. İnanmazdım eşqin gözü görməz imiş,kor imiş Aldanaraq düşdüyüm məzar imiş gor imiş, Yoluna yandigimsa günəş deyil qor imiş Mən işığı sevirdim sevdiyim sən deyilsən ​Sevinmədim Bugün yenə səni gördüm, Ancaq mənə əvvəlki tək görünmədin Yenədə itirdim ,yenə qırıldım Mən bu dəfə əvvəlki tək sevinmədim. Çox şeyi aparmış silmişdi zaman, Səni olduğun tək görürdüm indi, Sənə hisslərimi yada salaraq, Sevgimə min peşman olurdum indi. Gözümü örtmürdü sevgi pərdəsi, Həyəcan vermirdi söhbət həvəsi Məni incitmirdi həsrətin səsi Soyuğam,ruhsuzam,yalnızam indi Ah vəfasız kaşki səni sevməzdim Damla- damla yaş olmazdı gözümdə, Fəryad olmaz ah olmazdı sözümdə Bəlkə gülər,sevinərdim özümdə Ah vəfasız kaşki səni sevməzdim. Ağlamağa tənha yerlər gəzməzdim, Bu dünyadan əbədilik bezməzdim, Yaşayaraq hər nəfəsdə ölməzdim Ah vəfasız kaşki səni sevməzdim. Ağlamıram qorxuramki gülərlər, Söyləmirəm düyünlənir cümlələr, Bəlkə desəm mənə dəli deyərlər Ah vəfasız kaşki səni sevməzdim. Küsmüşəm Səni mən sevmişən unutmaq olmaz, Bir dəfə yanan qəlb bir daha yanmaz Ancaq uduzmaqla ürək barışmaz Səndəndə,sevgidəndə,həyatdanda küsmüşəm. Qürurum əngəllədi ümidlərlə uçmağı, Qırıq qəlbim qoymadı yeni səhifə açmağı Qəbullana bilmərəm sevərək alçalmağı Səndəndə,sevgidəndə ,həyatdanda küsmüşəm. Gör necə acizəmki hələ düşüncəmdəsən, heçkəsin bilmədiyi gizlicə qəlbimdəsən Özümü düşünürdüm,ancaq gördüm məndəsən Səndəndə, sevgidəndə həyatdanda küsmüşəm Alışdım Dönmə artıq geriyə Qəlbimə daş basmışam, Həsrətə,sənsizliyə Sonunda alışmışam Buz tutubdur yoxluğun Yalnızlıqdır qoyduğun, Sənsizliyin ,boşluğun Acısında alışdım Peşman oldum Mən hər zaman saxlayaram, Bu sevgini əmanət tək Yox mən səni unutmaram Bu dünyada xəyanət tək, Səni sevdim peşman oldum İşlədilən cinayət tək Son dəfə Sənin üçün yazdığım hər bir kəlməni, Bu gecə son dəfə oxuyacağam, Tullayıb xatirə arxivlərinə Adını bir daha anmayacağam Kədəri içərək qırıq qəlbimə, Bugecə son dəfə ağlayacağam İnanki verdiyin bu dərt çələngin, Birgün mən özünə qaytaracağam. Xəyalını həyatımdan silərək, Yenidən başlayıb yaşayacağam Bu dünyada səni yalan bilərək, Bəlkədə birgün mən unudacağam. Verdim sevgini Artıq məndə ürəyimdə ümidlə, Tələsərək gözləyirəm sabahı, Artıq məndə gözümdəki sevinclə Yaşayaraq hiss edirəm həyatı Uzaqdır mənasız baxışlar artıq, Mənalı gülüşlər alıb yerini Yasaqdır ürəkdən bağlanmaq artıq Mənalı qəlblərə verdim sevgini.. Necədə bir vaxtlar aldanmışam mən, Mən deyil indi sən alış,yan artıq Elə bir andaca unutmuşam mən İndi mənsizliyə bax odlan artıq. Son qəmin olsun Artıq yalnız şən nəğmələr dinləyəcəm, Hər nəğmədə sənsizliyə sevinəcəm, Hər insana gözəl sözlər söyləyəcəm Çünki unuduram səni bugündən. Ürəyimi ümidlərlə bağlayıb , Birdə anmamağa söz verəcəyəm Bu keçən günlərə son dəfə dönüb, Sənlə keçdiyi üçün üzr istəyəcəm. Ağır xəstəlik tək yaxamdaydın sən, Nəzir verəcəyəm sağaldım deyə, Vəhşi canlı kimi sənin əlindən Canımı sonunda qurtadım deyə Yazığım gələcək sənə bugündən, Məni əbədiyyən itirdin deyə Təşəkkür edəcəm sənə bir gün mən, Ömrümə təcrübə gətirdin deyə. Nəisə mən sözü çox uzatmayım, Bu sənə yazdığım son şeirimdir. Böyük bir sevinclə səninçün olan, Bu mənim sonuncu böyük səyimdir. Bu ən son şeirimi sevinc hissiylə, Sənə heyfslənib bağlayım gərək Sənə baş sağlığı mənə təbriklə, Burada bu şeiri qurtarım gərək. Hə..birdə qəm ,kədər bitməz gecələr Sənə aid idi,al sənin olsun Nə edək həyatdır birvaxt sevdiyim, Özün öldürmüşdün son qəmin olsun. İndi hansı haqla sevgi gözlərsən? Kədərli anımda dayaq olmadın, Bircə qayğıylada dəstək olmadın Gözümdən süzülən yaşdan doymadın, İndi hansı haqla sevgi gözlərsən? Sevgini gözlədim çətin anımda, Bir xoş söz bəs idi dar zamanında Ağlarkən yox idin mənim yanımda İndi hansı haqla sevgi gözlərsən? Bəlkə varlığlnda oxşardı məni, Əgər yox idisə sevgin,xoş sözün Ancaq sözlərinlə əzərkən məni Söylə hansl haqla sevgi gözlərsən? Yox-yox zənn etməki kinim sənədir, Mənim tək nifrətim sənsizliyədir, Özün mənə doğma ruhun özgədir, Beləykən nə üçün sevgi gözlərsən? Getdi Ayağı altında əzdi qəlbimi, Kədərə çevirdi hər sevincimi, Görmədi məhv etdi mənim sevgimi O mənim dünyamı mhv etdi getdi. Vəfasız qəlbində mən vicdan gəzdim, Qəlbimdə hər arzu ümidi ,əzdim Onu tanıyaraq həyatdan bezdim O məni sevgiyə küsdürdü getdi. Bir vaxtlar inandığım sözləridə yalandı, Hərətini çəkdiyim gözləridə yalandı İllələ süründüyüm izləridə yalandı O məni yalanla öldürdü getdi. Sənmisən? Gecələrcə hərətiylə yatmadığım, Sevgisini qəlbimdən çıxartmadığım Söylə sənmisən? Bir vaxt mənim həyatımda, Hər dəyqəmdə,saatımda Xəyalımın ağ atında duran insan Sənmisən? Nədə çox dəyişmisən. Birvaxtlar aldandığım, Həsrətiylə yandığım O bəxtəvər sənmisən? Səni göydə axtarardım, İndi isə yerlərdəsən. Haqsızlığa əyilmisən, Yalanlarla deyilmisən O sevdiyim sənmisən? Səni mən görməmişəm, Yada sən dəyişmisən. Yox sevdiyim sən deyilsən Sən sevgimi öldürənsən, Sevgi qədri bilməyənsən. Artıqsan artıq Buz bağladı qəlbimdə sevgin, Həsrətin ağrıtmır,soyuqluğun titrətmir artıq Bir xatirə,k"çmiş oldu rəsmin Sevgin uçurtmur,boşluğun yıxmır artıq. Öldürmüşəm ürəyimdə sevgini, Könlüm heç kimsəyə inanmır artıq Çıxartdım qəlbimdən sənin eşqini Qəlbim sevgilərə uzaqdır artıq. Bəzəyərdim cümlələri isminlə Dilimdədə,sözümdədə yoxsan artıq. İşləyərdim ürəyimi rəsminlə Arzumdada, qəlbimdədə yoxsan artıq. Bir zaman sən idin mənim həyatım İndiysə artıqsan mənim dünyama Bir zaman sən idin qolum qanadım İndiysə peşmanlıq heyfsən artıq Tək gerçək bilərdim yalan sözünü, İndiysə sən özün yalansan artıq Görmək istəmirəm artıq üzünü Sən daha mənimçün artıqsan artıq. Bağışlaya bilmirəm Qəlbimdə deyilsən düşüncəmdəsən, Təkcə səni unutmağı bilmirəm Sevgidə deyilsən heyflərdəsən, Mən özümü bağışlaya bilmirəm. Nə təmiz sevgisən, nədə həsrətsən Qəlbimə bilmədən dolan kədərsən. Nə ömür verirsən,nə öldürürsən, Mən çarəsiz yaşamağı bilmirəm. Qisası qalıb. Bir ümidim vardı onu görməzdin, Sevgi bəsləyərdim,sənsə bilməzdin Səni dərtli görsəm,buna dözməzdim Qəlbimdə sevginin əsası qalıb. Kor bir sevgi ilə səni sevərdim, Mənə bir dəyqəni sən çox bilərdin, Acı həsrətinlə məni əzərdin. Məndə qırıq qəlbin qisası qalıb. Bir gün onu görəcəkdir gözlərim. Tutulmadan dizlərim,dolaşmadan sözlərim Bir gün onu görəcəkdir gözlərim. Yolunu gözləmədən həsrətini çəkmədən, Dəli kimi sevmədən bir gün onu görəcəkdir gözlərim. Keçən günlər biranda canlanacaq, Bəlkədə heç məni tanımayacaq. Mənim sözlərimə təəsüf dolacaq Bir gün onu görəcəkdir gözlərim. Bir vaxt səni sevmişdim Sonra peşman olsamda, Sənə nifrət etsəmdə, Sən bunu bilməsəndə Bir vaxt səni sevirdim. Әsərdim yarpaq tək sənin önündə, Gəzərdim kölgə tək sənin izində, Ömrümün hər anı ,hər deyqəsində Səni ölümünə sevirdim bir vaxt. Deyirdim ölüncə sevəcəm səni Səninlə öldüm mən sanma yaşaram, Ey zalim sən məni unudan gündən, Həsrətin məzardır ,mən başdaşıyam Ölə bilmirəm Vicdansızsan bilirəm, Nifrət edə bilmirəm Qürurum əngəlləyir, Yenə sevə bilmirəm. Unutmaq istəyirəm , Silib ata bilmirəm. Yaşamaq çox çətindir, Mənsə ölə bilmirəm Qayıt gör neylədin mənim dünyamı İçində yaşanmaz xarabalıqdır, Zülmətdir,zindandır və qaranlıqdır. Mənimlə bir dərdir , bir yalnızlıqdır Qayıt gör neylədin mənim dünyamı. Nə ümid var,nə istək var arzu Sadəcə çəkilən dərdin sancısı Dözülməz bu qədər kədər acısı Qayıt gör neylədin mənim dünyamı. Bəlkədə qədərdir,bəlkədə yazı Hələdə anıram sən vəfasızı Səndən alacağam bir gün qisası Qayıt gör neylədin mənim dünyamı Gülə bilsəydim Kaş yuxu olardı mənim gördüyüm, Birdə görməmək üçün heçvaxt yatmazdım Yenidən sevərək saf məhəbbətlə Sevgimə qırıq qəlb,nifrət qatmazdım. Kaş bir gün qarşıma çıxaraq mənim "Səni aldadırdım" söylərdin mənə O an sevincimdən uçardım bəlkə Səni acı dolu səhvə satmazdım İnan darıxıram o saf sevgidən, Səni əvvəlki tək görə bilsəydim Bəlkə bir ömrüdə qurban verərdim Sənə inanaraq gülə bilsəydim. Bağışlamaq olmazki Çox sevirdim mən səni Heç xəbərin yox idi. Bir az sevgi dilərdim, Bu arzumsa çox idi Sevgi zorla olmazki... Sonra dost olaq dedim, Sevgimi gizlədərək Saymamazlıq eylədin Hisslərimi əzərək Dedim bunu bilməzki.. Boşa keçdi bir ömrüm, Özüm günahkar idim Gözlərimin yaşına Bir sən səbəbkar idin, Bağışlamaq olmazki.. . Səndə itirdim. Xəyallarla böyütdüyüm, Şerlərə köçürtdüyüm, İnsafsızca öldürdüyün Ümidim vardı səndə itirdim. Xəyallarla keçirtdiyim, Hüzünləri içirtdiyim Gülüşündə gizlətdiyim Sevincim vardı səndə itirdim. Gecələrə sığışmayan, Yalnızlıqla barışmayan, Yana yana danışmayan Həsrətim vardı səndə itirdim. Ürəyimdə ümman kimi, Gözlərimdə duman kimi Hər şeyə göz yuman kimi, Bir sevgim vardı səndə itirdim. Sınıq qəlbimdən yaranan, Bircə sözünə bağlanan, Susqunluğunla dağlanan Qəzəbim vardı səndə itirdim. Nə nifrətdən ,nə sevgidən Tükənməyən heyfslərdən, Yaşanılan bu hisslərdən Peşman son göz yaşımıda səndə itirdim. İndi sağam ölmüş kimi, Qarda açan gülmüş kimi Külə dönmüş,sönmüş kimi, Özümüdə aldanaraq səndə itirdim.
0 notes
aulrika · 11 years ago
Text
Platonik
Göz yaşımda gizlətdim Sənə baxan göz görəndə, Sən harasa tək gedəndə Bir gün bizə gec gələndə Qısqanclığı göz yaşımda gizlətdim Damla-damla bitsin deyə.. Çox vaxt günah ikimizdə olarkən, Onda qəlbim bir gül kimi solarkən Ya sən,ya mən barışmalı olarkən Mən qüruru göz yaşımda gizlətdim Ağlayarkən düşsün deyə.. Gün olduki xəyanətdən qorxaraq, İnanmadım gözlərinə baxaraq Mən yenədə dərin-dərin susaraq, Şübhələri göz yaşımda gizlətdim Yuyularaq getsin deyə... Bəzəndə ayrılıq gəldi bilmədən Gözlərim ağladı səni görmədən Səni gözləyərək heç düşünmədən Həsrətləti göz yaşımda gizlətdim Sənə qədər çatsın deyə.. Yalnızca ağlaram sənsiz qalanda, Bəzəndə sevgindən şübhə duyanda Qısqanclıq,küsgünlük məni yoranda, Mən kədəri göz yaşımda gizlətdim Sənin əlin silsin deyə Gördüyüm ilk andan,ilk gündən bəri Gözlərin ruhuma çəkdi rəsmini Sevgidə saxlayıb sənin əksini, Öz qəlbimdə gizlətdim Sonsuza dək sevsin deyə Üzr istəyirəm Eşqimdən kor oldum ümid diləndim, Bir anlıq xəyala sevinc deyirəm Sadəcə sevmişdim hardan bilərdim Bir acı sevgiyə cəza çəkirəm. Sənsə əvvəl vurdun,sonrada əzdin Bu acı həsrətə mən dözməyirəm Bir böyük sevgiydi mənim günahım, Səni sevdiyim üçün üzr istəyirəm Ey qəlbimdə gizli sızı Ey qəlbimdə gizli sızı Səninlədir şeirlərim, Kədərlərim,sevinclərim Sınan, qırıq ümidlərim Ey qəlbimdəgizli sızı Susudurmadın mən ağlarkən Kədələrə bağlanarkən, Öldürmüsən yaşayarkən. Ey qəlbimdə gizli sızı, Sınıq qəlbim səndən qalıb Göz yaşlarım səndən qalıb Kədərlərim səndən qalıb. Ey qəlbimdə gizli sızı Heç xəbrin varmı məndən, Səni belə sevdiyimdən Yaşayaraq öldüyümdən. Sən öyrətdin. Nifrətidə sən öyrətdin, Sevginidə sən öyrətdin Unutmağı öyrətmədin. Həsrətidə sən öyrətdin, Ümididə sən öyrətdin Alışmağı öyrətmədin. Kədəridə sən öyrətdin, Sevincidə sən öyrətdin Dayanmağı öyrətmədin. Sürünməyi sən öyrətdin, Ölməyidə sən öyrətdin Yaşamağı öyrətmədin. Səni tanımasaydım. Bu kimsəsiz gecələr dostum olmazdı, Sükutun fəryadı məni yormazdı Zülmət qaranlıqlar çox qorxutmazdı, Gecə uzun olmazdı səni tanımadaydım. Sni görməyəndə gündən küsürəm, Sən tez aparan andan küsürəm, Son vaxttlar hər kiçik sözdən küsürəm Sözlər qəlbə dəyməzdi səni tanımasaydım. Qanayan qəlbimi qəlbin görməyir., Heç bir vaxt ömrümə qədər gülməyir, Göz yaşlarım artıq durmaq bilməyir Bu qədər ağlamazdım səni tanımasaydım. Sonsuz oldu. Səadətdən qovulub kədərləri içirdim, Ömrümün her dəyqəsin,xəyalıyla keçirdim Həsrətləri kəsərək, sevgiləri biçirdim Nə etdimsə faydasız həyatım onsuz oldu Bu dünyada onun üçün yaşadım, Sevə sevəhər acıya alışdım Artıq dözə. ilməyib unutmağa çalışdım, Ancaq yenə faydasız sevgisi sonsuz oldu. Ümid ver Heçnə istəmirəm həyatda səndən, Bircə ricam varki ümid ver mənə Ümidlə hər səhər oyanmaq üçün Bundan sonra belə yaşamaq üçün Heçnə istəmirəm ümid ver mənə. Göz yaşımı siləcək, Ağlarkən güldürəcək Məni sevindirəcək Heçnə istəmirəm ümid ver mənə. Qoy ölümü deyil səni gözləyim, Kədərləri deyil həsrəti çəkim Qəlbimdə ümiddən qızılgül əkim, Heçnə istəmirəm ümid ver mənə. Ey mənim həyatım gözləri dəniz, Səninlə yaşadım səndən xəbərsiz, Heçnə istəmirəm sən səssiz səssiz Bir damla ümid ver, ümid ver mənə. Yazıq gəncliyim Bir dəniz gözlünün köləsi oldu, Orada boğuldu gül kimi soldu Göz yaşım əridi qəlbimə doldu Damlada olmadı yazıq gəncliyim. Yaralı ürəyim tək onu özlər Gör nəlr eylədi mənə o gözlər, Sevgimi deməyə çatmadı sözlər Kəlmədə olmadı yazıq gəncliyim. Onun sevgisiylə ürəyim yandı Ondan bir başqası məncə yalandı, Onu həyatımın bəzəyi sandı Sevgiyə dəymədi yazıq gəncliyim. Soyuq baxışlar Hər onu görəndə qəlbim inləyir, Bu yanıq sevginin ağrılarıyla. O isə hər dəfə böyük dərd verir, Duyğusuz və soyuq baxışlarıyla. Dözərəm soyuğa, dözərəm dərdə Sevginin çox böyük gücü var məndə. Ancaq hər görəndə,o hər gələndə Dözmürəm tək soyuq baxış görəndə. Onun üçün ölərəm yeri gələndə Hələ məndəböyük sevgisi yaşar, Xatirə iziylə geri dönəndə, Mənə tək yadigar soyuq baxışlar. Qırdı qəlbimi Gəlməyndə həsrət kədər quranda, Görmək arzusuyla qəlbim vuranda Gözümün önündə rəsmi duranda O həzin yoxluğu qırdı qəlbimi. Gələndə ömrümə yağır yağışlar, Gözləri adını qəlbə naxışlar, Həmişə görəndə soyuq baxışlar , Buz tək soyuqluğu qırdı qəlbimi. Mən ona həsrətəm onunla belə , Göz yaşım dönübdür yolunda selə Çarəsiz dərdimi demərəm elə, Dərdlərin çoxluğu qırdı qəlbimi. Döyünmə ürəyim O səni sevməyir sən sevdiyin tək, Artıq mənasızdır verilən əmək. Sevməyən insana sevgi nə gərək Döyünmə ürəyim,daha döyünmə,. Döyünmə ürəyim səsin fəryaddır, Onun arzusuda sənə qanaddır. Nə qədər ağlasan o sənə yaddır, Döyünmə ürəyüm daha döyünmə. Onunla yaşadın bilirəm bunu Gözləkm olmazki ömrün uzunu, Unutmaq olmursa onsuzluğunu Döyünmə ürəyim daha döyünmə Bilmədi Acizliyin quru oldum yoluna Çarəsizlik məni yordu bilmədi Heç bilmədən çıxdı mənim sonuma Həsrətindən külə döndüm bilmədi Gözləriylə dənizləri bəçi etdi Dənizlər tək sevdim onu bilmədi Xəyalalarım mənə ümid vəd etdi Mən qəlbimi ona verdim bilmədi Gözlərimdən oxudular sevgini, Sözlərimdən tanıdılar ismini Heç vaxt tükenmeden bu həsrətini Hər kəs bildi yalnızca o bilmədi Sevə bilmədin Ömrümə gəlmiştin son bahar kimi Sevgimi qəlbinəəkə bilmədin. İndiysə gedirsən durnalar kimi Neyləyim mən səni tuta bilmədim. Göz yaşımla su çilədim yoluna, Ürəkdən ömrünə xoş gün dilədim Nə edək biz çatdıq yolun sonuna Təəsüfki, sən məni sevə bilmədin. Nə vaxt ölərəm mən Səndən mənə kədər qaldı Həsrət məni məndən aldı. Necə gözəl günlər vardı Birdə çətin gülərəm mən. Səni sevdim heç bilmədən Mən ağladım heç gülmədən Ssevərək sevilmədən Qaranlığa dönərəm mən. Biçarəyəm,qaranlıqda azmış kimi Qədərimə yalnız dərtlər yazmış kimi Kədər verdin kədərlərim azmış kimi Bu çəkilməz dərtlər ilə çox keçmədən ölərəm mən. Ölmək istəyirəm Bilirəmki bu kədərlə üzüm heçvaxt gülməyəcək, Bilirəmki mən ölsəmdə sevgim heçvaxt ölməyəcək, Bilirəmki dəniz gözlüm məni heçvaxt sevməyəcək Ancaq bunu bilmirəmki bu can dərdə nəvaxtadək dözəcək. Heçkimsəni gözü yaşlı qoymayaraq,yaşadığım yalanları unudaraq Heç olmasa bircə dəfə xoşbəxtlikdən ağlayaraq. İndi yalnız bircə ölmək istəyirəm. Son nəfəsdə dəniz gözlün görərək, Sevdiyimi son bir dəfə deyərək, Mən ölsəmdə onu xoşbəxt bilərək, Bundan sonra ancaq ölmək istəyirəm. Yadındamı səni nə çox sevirdim, Ancaq səni görəndə yarpaq kimi əsirdim, Birdən anlarsan deyə tez sözümü kəsirdim. Hər an həsrət çəkərək görməyə tələsirdim, Yadındamı bir vaxtlar səni nə çox sevirdim? Gözüm yolda qalardı hey yollara baxardım, Səni görə bilməsəm o gün küstün olardım Yalnız səni düşünüb xəyayllara dalardım Yadındamı bir vaxtlar mən eşqinlə yanardım? Soyuqluğun arttıqca mən inamı öldürdüm, İsti göz yaşlarımda eşqini atəşin söndürdüm, Sonu belə olacaq əvvəlcədən bilirdim Yadındamı bir vaxtlar səni nə çox sevirdim? Sənsə köhnə sevgidən xəbərsizsən hələdə, Adın anılan zaman titrəyirəm yenədə. Nə vaxtsa mən öləndə bunu səndə biləndə Anlaki bir zamanlar sənin üçün ölərdim. Titrəyişim əngəllədi Bugün yenəsəni gördüm , bəlkədə bu son dəfəydi Deyiləsi neçə sözü titrəyişim əngəllədi Sevdiyimi deyəcəkdim nə qədər çox sevdiyimi Həsrətini deyəcəkdim, böyük kədər verdiyini Şerləri verəcəkdim, məni biraz anla deyə Ancaq yenə yalan dedim məni aciz sanma deyə. Bilirsənmi səni həram sevmişəm mən, Unutdum söylərkən belə unudaram bilmişəm mən. Özümü aldadaraq yalanları görmüşəm mən. Bu gün yenə səni gördüm deyiləsi sözüm qaldı. Titrəyişim ürək səsim sözlərimi əngəllədi. Yenə dilim hisslərimi,həsrətimi söyləmədi Titrəyişsə bəhanədir qürurum izin vermədi, Bir gələcək birdə zaman təsəllilər eylədi Lağ eləmə Lağ eləmə ağılsızca sevdim deyə, Lağ eləmə həyatımı verdim deyə Lağ eləmə bu çarəsiz qərib kəsə.. O da bir vaxt sevinç nədir bilirdi, Oda bir vaxt yaşamağı sevirdi. Lağ eləmə çünki oda sevənə lağ edirdi. Sənin saymadığın bu yazıq insan, Birvaxt sevincində xoşbəxt olurdu Qəlbini qırdığın bu yalnız insan, Sənin həsrətinlə gül tək solubdur. Ancaq nə anlarsan sənki ömründə, Bir sevgi hissiylə alışmamısan, Onun həsrətindən gül kimi solub, Qaranlıq gecəyə qarışmamısan Mənsə gözlərinə aldandığım gün, Qəlbimi hədiyyə vermişdim sənə Ancaq bu sevgini alçaltdığın gün Gördümki boş yerə ölmüşəm sənə Sən gəl lağ eləmə bu zavallıya, O bir vaxt mən idim indiysə sənsən Onun həyatının hər nöqtəsində Kədər tək duyğu tək sən görünürsən. Bir çarə ver Allahım Onu sevdim o sevmədi, Sevgi qəlbimdə sönmədi, Sevdiyimi heç bilmədi Bir çarə ver Allahım onu hələ sevirəm. Dözlərimdə göz yaşları dolubdur, Qəlbim güllər kimi sönüb,solubdur Dediyim hər kəlmə ismi olubdur Bir çarə ver Allahım həsrətini çəkirəm. Unutmaq istəyirəm unutmağı bilmirəm, Yaşamaq istəyirəm xəyalını görürəm Nifrət etdim deyrək onu hələ sevirəm Bir çarə ver Allahım onun üçün ölürəm. Xəbəriniz varmı? Ürəyimdən xəbərsiz Elə "unud" deyirsiniz "O sevməyir" deyərək Mən kədər verirsiniz Faydasızdır bilmirsiniz. Gecələri hərkəs xəyal qurarkən, Göz yaşımla həsrətini çəkirəm Bəlkədə o başqasını anarkən O bilmədən sevgisi üçün əsirəm Məndən xəbərsizsiniz. Məndə umutmaq istərəm , Kim istəyər dərt çəkməyi? Bir ümidsiz sevgi üçün yaşayaraq ölməyi? Məni anlamırsınız. Hər kəs kimi bir dilək üçün Məndə gülmqk istəyərəm İndi isə bezib daha Artıq ölmək istəyirəm Ölümümü görmürsünüz. Bağışla məni Bilirəm dərindən sevirdin məni, Ömrünə bir həmdəm bilirdin məni Neyləyim qəlbimlə bacarmadım mən, Qırılan qəlbin üçün bağışla məni Ayrı dünyaların insanlarıydıq, Gec yada tez bir gün ayrılmalıydıq, Bəlkədə heç bu cür olmamalıydıq Ancaq sevməyirdim bağışla məni. İndiysə qəlbinə yaradı adım, Mənə çatmayacaq sənin fəryadın Bəlkədə unudub məni anladın O böyük sevgi üçün bağışla məni. Məhkum edə bilmədim. Məhkum etdim bu sevgini qəlbimdə "Dostum" deyib möhürlədim dilimdə, Ağrısını hiss elədim gözümdə Göz yaşımı məhkum edə bilmədim. Çarəsiz bir xəstəlikmiş bu sevgi, Unudaram keçib gedər söylədim Mən ölümə məhkum etdim qəlbimi, Hisslərimi məhkum edə bilmədim. Qürurumda göz yaşımla əriyir, Nə faydaki o heç məni sevməyir Heç kim məni anlamayır,bilməyir Mən həsrəti məhkum edə bilmədim. Göz yaşımı əllərimlə silərəm, Bu sevgini öən onada demərən, Unutmaram, unudada bilmərəm Yaddaşımı məhkum edə bilmədim. Axan yaşlar bu alovu söndürmür, Hisslərimi həsrətimi o görmür, Qəlbim onu sevir sevgidən dönmür, Bu sevgini məhkum edə bilmədim.
1 note · View note
aulrika · 11 years ago
Text
Şeirler "hüzün damlaları"
Dalğalar Dalğalar yaşadır sanki dənizi Insan ürəyi tək coşur çağlayır Dalğalar elə bil bir insan kimi Qəlbimi dinləyir səssiz ağlayır. Dalğalar şerimin ilham qaynağı Gözəl xəyalların həzin səsidir Dalğalar mənimçün bir dərd ortağı Fikrli günlərin təsəllisidir Gül biraz Ağzını büzərək qaşını çatma Həyata əyləncə olarsan onda Sevinci qoyaraq kədərə qaçma Dünya yenə dönər biz olmayanda. Çıxan günəş, açılan gül, coşan bulaq gör biraz Ümidlənib,qanadlanıb sev biraz Dünya fani gedər ani gül biraz Batıb günəş yenə çıxar solan güllər yenə açar Bir ölümdən kimlər qaçar Sənki sağsan sağlığına gül biraz Boğ kədəri sevincinlə At qəzəbi istəyinlə Sözlərinlə,gözlərinlə Nifrət dolu insanlara gül biraz Həyat dərsi Bu gün bircə anlığa küsmüşdüm bu həyatdan Çətinlikdən yorulub bezmişdim yaşamaqdan Ümidsizlik içində göy dənizə baxırdım Qəzəblənib özümə şimşək təki çaxırdım,. Birdən sanki dalğalar dilə gəlib söylədi “Söylə bu gözəl həyat axı sənə neylədi? Sənin bu vəziyyətin inanki nankorluqdur Həyatın gözəlliyin görməməkdə korluqdur Bax dağlarda şəlalə necə gözəl çağlayır, Gör nə möcüzədirki bulud sanki ağlayır. Bax ətrafda nə varsa elə bilki sənətdir Gördüklərin boş deyil canlı bir həqiqətdir. Bəlkədə küsgünlüyə bəhanə axtarırsan Gözəlliyi görnəyib,çirkinliyə baxırsan. Bütün bu şahəsəri özün qazanmamısan, Sənə bəxş olunubdur, sən özün almamısan. Ancaq bununla belə haqsızlıq eyləyirsən Heçnə ilə doymayıb yenədə istəyirsən, Unutma qoca dünya heç kimsəyə qalmayıb Bu həyatdan heç bir kəs indiyədək doymayıb. Həyatında nə varsa sənin üçün sınaqdır, Bu dünyada hər canlı keçicidir, qonaqdır. Bu tərəfdə nə əksən , o tərəfdə biçərsən Bircə gözəl düşünsən bu sınaqdan keçərsən. Nəysə mən çox danışdım bəlkə gedəcək əbəs, Ağıllı insanlara bir işarə edər bəs” Beləcə pıçıldadı bir coşğun dalğa mənə Həyat dərsi öyrətdi o dəli dalğa mənə. Səndən nə qalacaq? Söylə ömrün boyu neyləyə bildin? Hansı qırıq qəlbi sağalda bildin? Nələri etmədin,nələri etdin? Səndən nə qalacaq qoca dünyada? Zaman su kimidir heç vaxt dayanmır Dünyaysa fanidir heç kimə qalmır, Hələ vaxt var demə hər kəs qocalmır Söylə sən neylədin fani dünyada? İndi ölüm olsa axır qonağın Nəyə lazım olar insan olmağın Bircə yaxşılıq et fani dünyada Bəlkə mümkün olar bağışlanmağın, . Hansı haqla qıydılar? Arzusu var idi hər uşaq kimi, Dünyaya gəlmişdi bir qonaq kimi Qırdılar qəlbini oyuncaq kimi O çarəsiz uşağa hansı haqla qıydılar? Hələ bu həyatı öyrənməmişdi Günahı nə idi söylənməmişdi O təmiz dünyası görünməmişdi O toxunulmaz dünyaya hansı haqla qıydılar? Göz yaşları buz kəsildi gözündə Ümidləri donub qaldı üzündə Arzu vardı söylənməmiş sözündə Ümid dolu dünyaya hansı haqla qıydılar? Kimsəsizlər Bu həyatda hər kəs kimi Bir günahsız körpə kimi Ağlayaraq dünyaya göz açmışdı o. O gündəndə gülməyərək ömrünün son anınadək Ağlayaraq ölmüşdü o... Hələ kiçik yaşlarında küçələrə atılmışdı, Kimsəsiz bir yavru kimi kədərlərə satılmışdı. Ata, ana xəyanəti qəlbində bir yara idi, Onun üçün dünya zindan,günəş isə qara idi. Çoxu isti yatağında üsyan ilə yaşayarkən, O isə daş yatağında bir tikəyə şükr edirdi. Çoxu sonsuz arzularla əyləncəyə dalarkən O kimsəsiz hıçqıraraq göz yaşını silirdi. Oynamağı oda sevir gecə oda qorxurdu, Ancaq tale həyatını kədərlərlə yoğurdu. Ana yoxdu sevgi ilə sığal çəkən, Ata yoxdu oyuncaqla evə gələn İnsan yoxdu bu dünyada dərdin bilən,. Xor baxırdı lağ edirdi hər kəs cırıq paltarına Nifrətləri salırdılar qəlbi qırıq dünyasına. Kədər ilə, acı ilə ac-acına böyüyürdü, Təqsirkarı oymuş kimi üstəlikdə söyülürdü, Milyonların içərsində yalnız idi o kimsəsiz Çarəsizcə sıxılırdı,ağlayırdı səssiz-səssiz. Bu acıyla, bu ağrıyla yana-yana böyümüşdü Qəlbindəki uşaqlıqda intiqama dönüşmümdü. Bu ağrıya dözməyərək ,bu həyatın qisasını Kimlərdənsə çıxdı birgün, Oğurluqdan,cinəyətdən məhkəmədə oldu sürgün. Ancaq heçkəs demədiki oğru onun arzusunu,qanadını qoparandır O körpəykən küçələrə,kədərlərə aparandır,. Qatil onun diləyini,ümidini əzənlərdir Onun qəlbin sındıraraq sərbəst-sərbəst gəzənlərdir. Ancaq heç kəs demir bunu çatır kimsəsizin sonu Orqanları satılaraq ölüsüdə anılmayır Kimsəsizin ölüsünə ağlayanda tapılmayır Bu dünyada insan kimi məzarada qoyulmayır, Kimsəsizin ölümünə fatihədə oxunmayır.... Mən ölən günü Birgün köçüb getsəm fani dünyadan Bunları istərəm ancaq hamıdan, Qəbrimin üstünə təvəllüd kimi, Onu tanıdığım ili yazsınlar Ölümtarixində boşluq buraxıb Sadəcə nöqtəli vergül qoysunlar. Nə vaxt unudarsa məni həyatım Ölüm tariximdə demək o gündür. Onun gözlərindən düşərsə kədər O zaman ruhuma demək zülmdür. Rəsmimi qoymayın qəbrimin üstə Kim necə düşünüb elədə qalsın, Məni xəyallarda təsəvvür edib Sonrada məzara bircə gül atsın Son zəng Hələ biz uşaqdıq tanış olanda Ilk zəngin səsiylə yoldaş olmuşduq. İllərlə böyüdük son zəng çalındı, Halbuki dostlaşmış sirdaş olmuşduq. Hər dərs sevinərdik zəngin səsinə Ayırdı bir son zəng sədası bizi. Sevinclə gözlənən sonuncu gündə Ağlatdı ayrılıq nidası bizi. İndi darıxıra o günlər üçün, Kaş bircə günümü qaytaraydılar Bütüb bir ömrüdə verərdim bəlkə Məni o günlərə aparsaydılar. Gündəlik Bu cansız dəftərin sətirlərində Mənim duyğularım yaşayacaqdır. Ölsəmdə yaşayan fikrlərimi Bu dəftər kiməsə daşıyacaqdır. Bu dəftər həyatda ən sadiq dostum Bəzən dərd ortağım olubdur mənim Keşməkeşlə dolu həyat yolunda Dostum ,yol yoldaşım olubdur mənim. Ancaq dəyişsədə bəzən fikrlər Ümidlər qəlbimdə dəyişməyəcək Bu fani dünyadan ayrıldığım gün, Onlarda mənimlə birgə köçəcək. Atam Gözümü dünyaya açandan bəri Həyatda hər zaman güvəndiyimsən Dünyanı tanıyın biləndən bəri, Hər an varlığına sevindiyimsən. Dünya kədərləri sıxanda məni, Söykənib yaşadım sənin sevginə Həyatda əngəllər sıxanda məni Hər zaman inandım sənin qəlbinə Mənim fəxrim olub hər zaman adın Əksik olmayasan dünyamdan atam. Sənin sevgin olub qanadım Hər an xoşbəxt olub güləsən atam. Ana Səninlə paylaşmışam sevincimi dədimi, Bugün isə açıram mən ən böyük sirrimi, Bir sevgi var qəlbimdə sənə söyləmədiyim Mənim hiss etdiklərim səninsə bilmədiyn O bir bulaq kimi safdır təmizdir Mənə müqəddəsdir,mənə əzizdir Heç kimsə görməyib heç kəs bilməyib O mənim qəlbimdə sakit,səssizdir Ağlayandə qəlbimdəki qaranlıq, Mənə günəş olub sanki bir anlıq. O bir bulaq kimi coşub,çağlayıb Mənə dayaq olub,məni anlayıb. Dərdimi söylərkən təsəlli verib, Məni ovutmaq üçün min cür söz deyib Ancaq bilməyibki öz varlığıyla Mənə tükənməyən səadət verib. Qəlbimdə naxışla bəzənib adı O olub arzumun qolu qanadı İndiysə o adı sənə deyirəm, Mən onu hərkəsdən çox istəyirəm O mənim həyatım,mənim anamdı Heç özüdə bilmir mənim dünyamdı. İndi bilirsənki o sənsən ana, Bu evdə hər kəsə ortaq bir dünya. Dillə deməsəkdə qəlbimizdəsən Sən bizim ən böyük sevgimizdəsən. Baba Səni itirərkən uşaqdım baba, Sanırdım hardansa qayıdacaqsan Məni tək qoymayıb səndən uzaqda, Əlinlə başımı oxşayacaqsan Sonra bir məzarda daş göstərərək, Artıq baban orda yatır dedilər. Mənimdə qəlbimi ora gömərək, Səndən ayrılmağı öyrətmədilər. İndi neçə illər keçib getsədə O həzin yoxluğun yandırır məni Hər məclis başında sənin yerində O dolmaz boşluğun çağırır səni Şirin söhbətlərin o gözəl səsin İndidə getməyir qulaqlarımdan, Nə zaman çağırsam səs verməyəndə, Damlalar süzülür yanaqlarımdan. Sanki səndən sonra ağacda ,güldə Elə bülbüllərdə səni axtarır Səninlə dil açan tarda,kamanda Dözməyib qabalda fəryad qoparır. Ancaq bilirəmki uzaqda olsan, Həmişə,hər yerdə sən bizimləsən Nə qədər il keçsə,zaman dursada Heç vaxt düşməyəcək cümləmizdəsən. Dostum Kimsələrə deməzkən öz ürək sözlərimi Səninlə bölüşmüşəm ən böyük sirlərimi. İndi bilməm ya mən kor,yada zaman nankordu Nədən belə uzaqsan mənə bir özgə kimi. Istəməzdi son qoya dostum öz əlləriylə, Mənim dostum olmuşdu gözəl əməlləriylə İndi isə nə oldu heç gözünü qırpmadan Dostum öldürdü məni ən kəskin sözləriylə. Yaraşmazdı dostuma eylədiyi xəyanət Harda qaldı bəs dostluq, birdəki insaniyyət Görəsən o nələrə satdı böyük dostluğu? Əvəzində qazandı ürək dolu min nifrət. Bir vaxt yaxın bildiyim əziz dostum sənmisən? Söylə sən vicdanını daşamı dəyişmisən? Sən dost ola bilməzkən ürayimi verəndə Belə düşmən olmağı de nə üçün seçmisən? Yox bilrəm ey dostum günahkarı zamandı Şöhrət birdə zalim nəfs yollarında dayandı. Mən dostumu itirdim yalnız ona ağlaram Ancaq onu torpaq yox qara vicdan qazandı Zəhram Nə rəng olar gözlərini bilmirəm, Xəyalımda gözəl baxan uşaqsan . Gözlərinin içindəki duyğuyla , Həyatıma əbədi bir qonaqsan. Sənli səhərlərin ümidindəyəm, Nə gözəldi gəlişini gözləmək Hər yuxuda, hər arzuda, diləkdə Qızım deyə çağıraraq səsləmək. Zəhra qızım həyatımın baharı, Sən çalışki sağlıqla gəl dünyama Təmiz qəlbli,süd qoxulu gül körpə Ən əsası sevgiylə gəl dünyama, Min duanın, min arzunun nuruyla, Bir günəşin ömrüylə gəl dünyama. Yağmurdan sonrakı göy qurşağı tək, Gecədən sonrakı parlaq səma tək, Uzun qışdan sonra gözəl bahar tək Səndə gəl dünyama saf səadət təк Gözləyirəm hər gün səni Suya həsrət torpaq kimi Günə həsrət gecə kimi Nəfəs kimi, həyat kimi Gözləyirəm hər gün səni Əllərin var tutmaq olmur, Döyüntünü duymaq olmur İçimdəsən doymaq olmur Gözləyirəm hərgün səni Bir gün mənim olacaqsan Gözlərini açacaqsan, Qucağımda yatacaqsan, Gözləyirəm hər gün səni Balama Ürəyin döyünür içimdə mənim, Nə qədər doğmasan,nə qədər uzaq Hələ iki aylıq möcüzəm mənim Düz yeddi ay sonra gələcək qonaq. Sevgim,məhəbbətim,övladım mənim, Necə doğmalaşdıq,necə bilmədim Səni dəli kimi arzulayarkən Nə yaxşı bugünü gördüm ölmədim. Bir uca mələksən xəyallarında, Sevgisən,diləksən duyğularımda Səni gözləyirəm balacam mənim Ən gözəl istəksən dodaqlarımda Qızım Gülürüksə səbəbi sən Ömrümüzün günəşisən Sən həyatsan,sən nəfəssən Səni elə sevirikki ay qızım. Zəhram ilə başlar bütün cümlələr Dildən düşməz sevgi dolu kəlmələr Aciz qalar bütüb şeir,nəğmələr Səni elə sevirikki ay qızım. Varlığını bilmək gözəl, Səni hər an görmək gözəl Adın gözəl,özün gözəl Səni elə sevirikki ay qızım. Nəfəsinlə yaşadırsan sən bizi Gülüşünlə sevindirirsən bizi Bilirəm sevirsən səndə bizi, Səni elə sevirikki ay qızım Özümdən əliləm mən Güclüyəm düşünürdüm Güclülük ölməməkmi? İnancımı,sevgimi,özümü itirmişkən Güclülük ölməməkmi? Nə qolum,nə ayağım Nə gözüm,nə dilimi Mən özümü itirdim Özümdən əliləm mən Nə içdən ağlamalar, Nə ürəkdən gülmələr Sadəcə çərçəvədə soyuq gülümsəmələr Özümdən əliləm mən. Bugün Bugün bir ulduzda düşdü göydən, Bir ömürdə nöqtələndi. Yağmur olub gözə doldu Dünən vardı bu gün soldu. Bugün bir çiçəkdə yumdu gözünü, Həyatın acısın,şirinin gördü Dünyanın baharı,qışını gördü Torpaqdan gəlmişdi,torpağa döndü. Bugün bir kitabda sonuna çatdı Yeni səhifə olmayacaq, Yenidən yazılmayacaq Arxiv kimi oxunacaq. Bugün bir insanda qara daş oldu, Üzdə təbəssümkən gözdə yaş oldu. Nağıl kimi var idi, Nağıl kimi yox oldu. Dünya necə boşalırsa eləcə dolur, Hər kəz öz əliylə izini qoyur. Nə qədər olsada köçüb gedənin Yerini dolduran olmurki olmur. Bu günümdən dünənimə Yaşlı gözlərimlə dönüb ömrümə, Bugündən keçmişə məktub yazıram Bir vaxt xəyallarla dolan qəlbimə İndi arzu üçün qəbir qazıram. Ey bir vaxtlar ümidlə dolu kiçik qız İndi kədər dolu bu göz səninmi? Tor basmış taleyin,tozlu qədərin Səncə yaşamağa heç dəyərdimi? Nə gündüz eynidir,nə gecə eyni Bilsən böyüməyə təlsərdinmi? Bir vaxt dilədiyim yaşdayam indi De qəlbim heç bucür gözləyərdinmi? Sən axı heç bunu istəməmişdin, Ümidsiz və qorxaq görünürəmmi? Gözünü yumaraq ölmək istədin Məndən utanırsan elə deyilmi? Bilsən nələr-nəler öyrətdi illər Sənin bildiklərin jyalana döndü Acılarla dolu yalan dünyada Tək gerçək qorxduğun soyuq ölümdü. Güclü dost istərdin yadındadırmı? Həyat yalnızlığı dost etdi mənə Haqsızı, yalanı, dərdi göstərib Həyat sükutuda sevdirdi mənə. Güclü olmasamda qorxmuram daha Qaranlıq gecənin vahiməsindən Artıq alışmışam dərdlərə daha, Qorxmuram kədərin həzin səsindən. Yox yox yalan dedim dözmürəm daha, Uşaqlıq illərim qayıdın mənə, Gücsüzəm , yorğunam , acı çəkirəm Birazca ümidlə girin qəlbimə İndi ölü kimi qorxunc qəlbimin Günahı kimdədir tapa bilmirəm Bəzən günah solmuş ümidlərimin, Bəzəndə aldanan mənim deyirəm. Tək olursan Maraqlıdır hər qəmli və şən gündə, Yanında kimisə axtarır gözün Dünyaya gələndən ölənə kimi Hansısa insandan danışır sözün. İnsan olur kədərlərə qərq edən, İnsan olur xoşbəxtliyi bölüşən Kədərinin təqsirkarı,sevincinə səbəb olur Yalnızlığın günahkarı,yaşamının yarı olur. Bəzən dost istəyirsən vəfasını hiss etmək üçün, Bəzən yar istəyirsən baxışında isinmək üçün. İnsan olur həyatında ya vəfalı,ya vəfasız İnsan olur həyatında ya bir xülya,yada gerçək. Ömür boyu başqasını danışıb, Ömür boyu başqasını yaşayırsan. Hər saniyə insanlara qarışıb, Ürəyində bir insanı daşıyırsan. Tək olursan kədərlərin yükündə, Tək çəkirsən ağrını bir küncündə. Tək olursan kimi isə düşünərkən. Tək olursan haqsızlıqlar görünərkən. Tək olursan ölərkən. Mən olmayanda Diri ikən gözlərimi ağladanlar, Haqsızlıqla ürəyimi qanadanlar Ölmədəndə torpaqlara basdıranlar Qəbrimə gəlməsin mən olmayanda. Məni çətin anda yalnız qoyanlar, Gözlərim ağlarkən ,sözlə vuranlar Qəlbimi qıraraq acı qoyanlar Qəbrimə gəlməsin mən olmayanda. Diriykən öldürdü məni yalanlar, Sevgini yaltaqca qırıb satanlar Məni düşünmədən dərdə atanlar, Qəbrimə gəlməsin mən olmayanda. Nə yaşamaqdır,mədə ölməkdir. Həyatım elə bil xəzan fəslidir, Bu nə yaşamaqdır,nədə ölməkdir. Kədərin,acının,qəmin içində Buda dayanmaqdır, buda dözməkdir. Bir yağış gərəkdir dərdi apara, Bir günəş gərəkdir yazı qaytara Bu boşluq ,bu sükut, zülmət içində Bir çıraq gərəkdir qaranlıqlara. Nə yağış, nə günəş,nədə çıraq var. Yağış tək göz yaşı,yandıran od var Bu zülmət dünyada bir ulduz kimi, Anba an saralan bircə ümid var. Bu nə yaşamaqdır,nədə ölməkdir Bu nə üsyan etmək,nədə dözməkdir Bir yalan,aldadan ümid içində, Buda çarəsizcə boş gözləmekdir. Qaçıram mən Xəzəl kimi damla-damla tökülən, Tikan kimi ürəyimə əkilən Yalnız dərtdən,kədrlərdən çəkilən Göz yaşımdan gözlərimdə qaçıram mən. Xəncar kimi dərinlərə sancılanmış, Uşaq kimi üzərinə acıqlanmış Şüşəkimi sındırılıb ,parçalanmış Öz qəlbimdən, ürəyimdən qaçıram mən. Canlı-canlı ölü kimi yaşayan, Ürəyindəkədərləri daşıyan Həyatından usanmağa başlayan Öz özümdən kədərimdən qaçıram mən. Səbr et qəlbim Gör nələrə dözmüsən sən, Ağlayaraq gülmüsən sən Anlayıram bezmisən sən Səbr et qəlbim buda keçər görəcəksən. Üzünə gülənlə quyunu qazıb, Dostumsan deyənlər düşmənə satıb. Bilirəm sənidə ümid aldadıb Səbr et qəlbim buda keçər görəcəksən. Bu dünya belədir gərək ağlatsın, Kimlərə qalıbki sənədə qalsın? Qoy sənin dərdini zaman sağaltsın Səbr et qəlbim buda keçər görəcəksən. Sən hələ nə qədər göz görəcəksən, Min dəfə dəyişən üz görəcəksən Yalandan deyilən söz görəcəksən Səbr et qəlbim bir gün səndə öləcəksən. Ağrıyır Yenə kədər düşdü qərib könlümə, Vurulan-qırılan qəlbim ağrıyır Yenə zülmət gəldir dünya gözümə Ağlayan susmayan gözüm ağrıyır. Sızlayır qəlbimin xatirələri, Hər sətrdə vardır qəm, kədərləri Yazılan pozulan dərt kəlmələri Vurulan inciyən qəlbim ağrıyır. Qaranlıq kimi Ümidlərdən ulduzlar var qəlbimdə, Hamsı qaranlıqda sevgiylə yanır. Göz yaşları ,kədərlər var əlimdə Hər biri daş olub qəlbimə yağır. Həyatda həmişə gecə kimiyəm, Günəşi çıxmayır qaranlıqların. Dünyaya hər zaman küsgün biriyəm Səsi heç duyulmur susqunluqların. Sınıq qəlb Kim girdi sındırdı,qırdı qəlbimi Heç kimsə bilmədi sevgi qədrini Kimlərə söyləyim mən öz dərdimi? Məni qaranlığa vurub getdilər. Küsmüşəm həyatın hər cür üzündən, Xəbərim olmadı heç gündüzündən Bezmişəm kədərdən,bezdim özümdən Özümü özümə düşmən etdilər. Görmədim Gücüm yoxdur yalan dostlar alıbdır, Dəli ürək yenə yalnız qalıbdır Ağlayacaq yenə gözüm dolubdur Bu dünyada bir vəfalı görmədim. Bir boşluğun içindəyəm səssizcə, Bir inamdı istədiyim sadəcə Yaşayaraq öldürdülər sinsicə Bu dünyada bir vəfalı görmədim. Qarlar yağdı güvəndiyim dağlara, Gözlərimi öyrətdilər yaşlara İnanmıram artıq gözəl anlara Bu dünyada mən yaşaya bilmədim. Olmadı illərim boş yerə keçdi biranda, Xoşbəxtlik dilədim hər keçən anda Məni ovutmağa qocalandada Təsəlliyə dəyəcqk gəncliyimdə olmadı. Gizli gizli ağladım birdən görərlər deyə, Mən yaxşıyam söylədim yazıq bilərlər deyə Bəzən bir ah qopardım çarə taparlar deyə Dərdimi dinləyəcək bir dostumda olmadı Yalan ümidlər Cırıb ömrümdəki səhifələri, Yenidən başlayıb yazacağam mən Dilimə dolanan o heyfləri, Elə gün gələcək pozacağam mən. Ümidlə hər səhər açar gözlərim Sevincdən parlayar təbəssümlərim İnci tək tökülər bütün sözlərim Bir gündə arzular quracağam mən. Yox yox bezdim artıq ümid qurmaqdan, Ancaq xəyallarla xoşbəxt olmaqdan Belə gizli gizli dərdə dolmaqdan, Deyəsən tezliklə solacağam mən. Gecələr Səssiz səssiz kədərlərin, Bilinməyən sevinclərin Deyilməmiş şeirlərin Üstün örtdü gecələr. Gecələr qaranlıq, gecəlr səssiz Gecələr qorxunc, gecələr yalan Gecələr vermədi mənə səhəri Gecələr xaindir,gecələr yalan Söylə yalan dünya Dostlarım olubdur saxtakar - yalan, Mənə kədə olub onlardan qalan Qəlb evim olubdur viranə talan Söylə yalan dünya nə etdin mənə? Niyə verdin mənə bu qədə acı, Verdiyin acının yoxdur əlacı Ürəyim olubdur kədərin tacı Söylə yalan dünya nə etdim sənə? Nələri gözlədim , nədir gördüyüm, Haraya baxdımsa açılmaz düyün Verdiyin dərt ilə yanıb söndüyüm Bax gör yalan dünya nə etdin mənə Çarəsiz dərtləri mənə seçmisən, Vəfasız kəsləri dost eyləmisən Kədəi olmayan gün verməmisən Axı yalan dünya nə etdim sənə? Çox gecdi Kədərlərdən bezərək, Bir gün ölmək istədim Söylədilər "çox tezdi" Bir gün xoşbəxt olaraq Yaşamağı dilədim , Gördüm daha çox gecdi. Biri vardı,biri yox Biri vardı,biri yoxdu, Qaranlığın içində işıq gəzən qız vardı, Tanıdığı hər kəsdə tək vicdan axtarardı. Günlərin bir günündə xoş ümidlər qurardı, Üstündən gün keçmədən ümidləri solardı. Günlərin bir günündə hər kəsi dost bilərdi, Üstündən gün keçmədən vəfasızlıq görərdi. Biri vardı ,biri yoxdu. Әvvəl inamı vardı,sonralar oda yoxdu Әvvəl ümidi vardı,sonunda oda yoxdu. Səhərləri gözləyən göz,son nəfəsi gözləyirdi Hər dəyqəsi uzun idi yaşamağa dözməyirdi. Kədərlə dost olmuşdu bir yaxın sirdaş kimi, Soyuq idi,susuqun idi bir məzarda daş kimi. Biri vardı,biri yoxdu. Kədər vardı,sevinc yoxdu Özü vardı,sözü yoxdu Qəlbi vardı,ruhu yoxdu. Həbs edilibmiş Məndə sanmışdımki çox istəyirlər, Elə təkcə özüm gərəksizəmmiş Onları ömrümə vacib bilərkən, Mən lazım olarkən dəyərliyəmmiş. Özümlə oynadım dostluq oynunu, Halbuki hər bir kəs çıxar güdürmüş Bəlkə sevgidən söhbət açarkən, Onlar iatehzayla mənə gülürmüş. Yalanla gerçəyi ayırdığım gün, Xoşbəxtlik yalanda dəfn edilibmiş. Mən sevgi hiisiylə məhv olduğum gün, Sevgi nağıllara həbs edilibmiş. Məndən nə qaldı Bütün varlığımla sevgini böldüm, Onu həyatımın mənası gördüm Yaşadan sevginin əlində öldüm. Bu imanılmaz sevgidən hədərlər qaldı mənə. Dostluqda sevgi tək qəlbimə doldu, Onlar üçün həyatım gül kimi soldu Halbuki dostlarım saxtakar oldu Sonunda dostluqdan kədərlər qaldı mənə. Ancaq maraqlıdır sevgi üçün ölən, Dostluq üçün yaşayan xəyanət görən Şam kimi yanaraq əriyib sönən Yalançı dünyaya məndən nə qaldı? Ey göz yaşlarımdan doymamayan həyat, Qəlbimi qırıqsız qoymayan həyat Mənə heç vəfalı olmayan həyat İndi bax özümdən mənə qaldı? Küsdüm Mənim ümidlərim ulduz qədərdi, Ancaq heç olmadı bir tək gündüzüm Bütün ümidlərim bir daşa dəydi Mən belə ümiddən xəyaldan küsdüm. Dost bilmişəm dostum deyən hər kəsi, Kimə inandımsa xəyanət gördüm Yalan imiş hər sözü,hər nəfəsi Mən belə dostluğun sözündən küsdüm. Sonunda bir kəsi ürəkdən sevdim, Yoluna şam kimi əridim söndüm Ümidsiz sevgiydi sonunda gördüm Mən belə sevginin közündən küsdüm. Daşa dəydi məim arzu diləyim, Xəyanət elədi dost bildiklərim Sevgidə tükəndi son ümidlərim Mən belə həyatın özündən küsdüm. Bəlalım Bunada döz inanki keçəcək bir gün, Səadət sənidə seçəcək bir gün Qəlbin xoşbəxtlikdən uçacağı gün Sənədə çatacaq qırıq qanadlım. Bilirəm ömründə yığılıb dərtlər, Yalnız səni tapıb bütün namərdlər İnanki həyatda olur sərhədlər Birgün keçəcəksən qəlbdən yaralım. Yenədə gizlicə axır göz yaşın, Tükənmək bilməyir sənin savaşın, Deyəsən sonunda məzarda daşın, Altında güləcək üzün bəlalım Oyuncaq qəlbim Bircə mən oynaya bilmədim sənlə, Nə etdim bacara bilmədim sənlə Nə qədər ağladım gülmədim sənlə Ey mənim hər kəsə oyuncaq qəlbim. İndi kim ağlasın mənim yerimə, Kimlər su çiləsin yanan qəlbimə? Mənim tükənməyən kədərlərimə Sənsən təqsirkarı oyuncaq qəlbim. Heçkimsə görməyir qəlbin acısın, Ancaq o daşıyır həsrət sancısın Təsəlli vermirəm çəksin acısın Bütün alovlara oduncaq qəlbim. Gedəcəyəm Qəlbimdəki qırıqlarla, Heç dolmayan boşluqlarla Öldürülən dostluqlarla Gedəcəyəm bu yerlərdən Heç kimsəyə inanmadan, Yalanlara aldanmadan Sevgilərə bağlanmadan Gedəcəyəm bu yerlərdən. Dağa belə söykənmdən, Yalanlarla görünmədən, Şan şöhrətə əyilmədən Gedəcəyəm bu yerlərdən. Hara gedim mən Haqsızlıq görünür hər addım başı, Kimlərlə savaşım nə söyləyim mən? Heç yerdə qurumur gözümün yaşı Söyləyin nə edim?hara gedim mən? Yalandan sözlrlə yordular məni, Dünyada yalandı necə edim mən? Haqqı dediyim üçün qovdular məni Söyləyin dünyadan hara gedim mən? Әlvida Bakı Gedirəm uzağa dönməmək üzrə, bir yazıdır,silmək olmayır Dözə bilməsədə ürək bu hüznə Әlvida deyirəm,əlvida Bakı Әlvida boş keçən dolu gəncliyim, Әlvida kədərli xoşbəxt günlərim Әlvida çox bilib görmədiklərim Әlvida ey Bakı əlvida sənə. Bu şəhrdə xəyallarım ölübdü. Sevinclərim kədərlərə dönübdü Hər ümidim gecən kimi sönübdü Әlvida ey Bakı əlvida sənə Әlimdə kədərlər gözümdə yaşlar, Mən öz keçmişimi yıxıb gedirəm Qəlbimdə sevgilər,dilimdə ahlar Әlvida ey Bakı çıxıb gedirəm. Həyat mənə ölümü çox görübdü Dostum olub yavaş yavaş öldürüb, Diri diri məi dərdə gömdürüb Gecə verib,gündüzümü söndürüb Həyat mənə ölümü çox görübdü. Ümidlərim daşa dəyib ölübdü, Sevinclərim kədərlərə dönübdü İnamımı yalanlar öldürübdü Həyat mənə ölümü çox görübdü. Məni yaşayarkən öldürən həyat, Bir qara torpağı çox görüb mənə, Neçə daş qəlblilər göstərən həyat Bircə daş məzarı çox görüb mənə. Tanıyanlar mənə xoşbəxtdir deyib, Kədərimi ancaq gecələr bilib, Bəlkə mənə çoxunu artıq verib Niyə axı ölümü çox görübdü?. Ölərəm Hamı kimi bu dünyada, Bir fün məndə ölərəm. Xəyal kimi,yuxu kimi Son mənzilə köçərəm. Üç günlÜk yaş olaram, Kipriklərdən süzülən Xatirəyə dönərəm, Keçmişlərə gömülən. Çoxuna sadəcə yoxluğum qalar, Elə bir gecədə unudar məni. Azına dolmayan boşluğum qalar, Hər zaman,gər dəyqə xatırlar məni. Bir gün öncə danışaram gülərəm, Bir gün sonra əbədilik susaram. Bir gün əvvəl xoş xəyallar quraram, Bir gün sonra qara torpaq olaram. Yavaş yavaş silinərəm yaddaşdan, Ayrılaram tanışlardan,dostlardan. Yavaş yavaş məni hərkəs unudar Məndə dost olaram bir qara daşdan. Ölüm çağırır məni Bəlkələr, kaşkilər doldu ömrümə Yalandan ümidlər aldatdı məni Artıq inanmayır qəlbim sözümə, Hüzün dolu baxışla ölüm çağırır məni. İncidən sevgilər,haqsız dostluqlar Geridə keçmişim göz yaşı kimi, Qəlbimdə ağrılar,dilimdə ahlar, Dayanmadan gedirəm ölüm çağırır məni. Sovruldum Həyatımın mənası,qəlbimin dostu atam Fəxrin olmaq istədim bu dünyada hər zaman. Sənin kimi həyatda dik durmağa çalışdım, Mən tez ölsəm yenədə sən belə güclü dayan. Ey yaralı qəlbimi oxşayan tək varlığım, Bu dünyada tapdığım böyük bəxtiyarlığım Anam yer saxla mənə dualarda hər zaman, Ancaq ölsəm itməsin sənin dözümkarlığın. Sən könlümün sirdaşı,ömrümün yol yoldaşı, Bacım heç vaxt gözündən süzülməsin göz yaşı. Bir böyük bacı kimi sənə son məsləhətim, Sən yenədə üzülmə mən olarsam baş daşı. Ey gözümün işığı qardaşım,canım mənim Ümidlərin sınmasın heçvaxt həyatda sənin. Әn yüksək zirvələrdən səsin gəlsin hər zaman Mən ölsəmdə gözlərin yaşarmasın heç sənin. Ey qəlbimin sahibi sən tükətmə eşqini, Әgər ölüb getsəmdə bilki sevirəm səni Mənim qəlbim sənindir,sevgin yaşadar məni Sənə ən son diləyim xoşbəxt olsun ürəyin. Və sən mənim mələyim qızım,sevgi çiçəyim, Başın dik, alnın açıq ürəyin sevgi dolsun Ölsəm nəfəsim sənsən,səndə vurar ürəyim Allahımdan diləyim səadət sənin olsun. Ey dostum,düşmənlərim,həyatda sevdiklərim Bəlkədə unudular mən və söylədiklərim Mə öləndə heçzaman mənə təsüflənməyin Deyin yəqin ordadır mənim gözlədiklərim. Ey yala dolu dünya səndən daha yoruldum, Dözməyərək dərtlərə paramparça qırıldım Qara torpaq məndə yer saxla bir qarışlıq, Onsuzda ölmədəndə külək kimi sovruldum.
0 notes
aulrika · 11 years ago
Note
EN SEVDİĞİN HAREKETSİZ NESNE NEDİR?
İpad)
0 notes