Text
12 notes
·
View notes
Text
Qocaldım sanki, mən əvvəlki tək güclü deyiləm, saxta gülüşümün ömrü qısadır indi. İstəsəmdə gizlədə bilmirəm hisslərimi, istəmirəm bəlkədə. Artıq veciməmi bilmirəm başqalarının fikri. Onsuzda hecvaxt bəyənə bilmədilər məni.
Əvvəllərdə beləydim, indi dahamı dərin yaralar? Susqunluğumun fəsli uzundu indi.
Bezginliyim və yorğunluğum hətta zövq verir mənə sanki, üstü basılan yaralar kimi. Canım yandıqca yansın istəyirəm, başqalarının heyfini özümdən çıxırmış kimi...
Utandırdılar məni yanlızlığımdan. 'milyonların içində təklik çəkirəm' deyə bilmədim heçkəsə. Gülərdi qohum əqraba çünki, "atan anan sağ qohumların var niyə tək olasan" deyərdilər yəqin. Başa düşmürlər heçvaxt. Çox incidir yalandan gülmək məni. Gecələr ağlamağa səbəb artır. Bilmirəm birisi əlini uzadıb çəksin çıxartsın sükut quyusundan məni. Susduqlarım kar elədi qulağımı. Qəlbim məzəmmət eliyirmiş kimi məni sızıldayır daim. "Sus" deyə bilmirəm içimdəki fırtınalara. "Döz" deyə bilmirəm.
5 notes
·
View notes
Text
2 notes
·
View notes
Text
Həyatımıza girən insanlar hava şəraitinə bənzəyir. Əksəriyyəti xoş bir külək əsintisi kimidir, keçər gedərlər. Bəziləri fəsillər kimi uzun müddət qalar, sonra yerini bir sonrakı mövsümə buraxar. Çox az insan isə iqlimlərə bənzəyər və həmişə dəyişməz olaraq qalar həyatımızda. Heç şübhəsiz biz də kimlərinsə həyatında meh, fəsil və ya iqlim olduq..
78 notes
·
View notes
Text
Today, I just want to thank God for adding another year to my life. 🥳
Bu yaşımda daha çox sevgi istəyirəm, kimsədən yox, özümdən özümə :)
10 notes
·
View notes
Text
Hər insanı tamamlayan və tam anlayan insanlar mütləqki vardır, zər qədrini zərgər bilər deyiblər, o insanlarda dəyərliyik və dəyərimizə dəyər qata bilərik. Dəyər verməyi bacarmayanlar isə heç vaxt dəyər verə bilməyəcəklər, çünki onların baxış açıları fərqlidir və görüləni deyil də, görmək istədiklərini görəcəkdir, onlardan və yaranacaq mübahisələrdən uzaq olmamızda fayda var. Dəyərinizi bilənlərlə birlik olun və o insanları itirməyin.
7 notes
·
View notes
Text
Nədənsə, sevgili olmaq mənə bəsit gəlir. Məncə sevgidən də, sevgilidən də daha artıq özəl şeylər vardır. İki nəfərin birlikdə əl-ələ dolaşması, iyrənc qısqanclıqlar, yersiz davalar, heç bir anlam kəsb etməyən öpüşüb sevişmələr, o qədər iyrənc görünür ki!
Əllərimi burax, sözlərimi burax, ürəyimdən yapış, sözlərimdən yox gözlərimdən başa düş.
Elə önəmli insanlar var ki, onlarla olduğun münasibət sevgilidən artıqdı. Məsələn küslü qalmırsız, ən bərbad zamanlarınızda həyat bir şəkildə (özəlliklə də qəribə şəkildə) sizi onunla rastlaşdırıb qovuşdurur. Toxunmaq? Ona toxunmağa qıya bilməzsiniz. Çırıl-çıplaq qarşınızda dursa sizin baxacağınız yer onun gözləri olar (düzü, onu çılpaqkən də düşünməzsiniz). Qısqanmazsınız, çünki ona ondan daha çox güvənərsiniz. Eyni filmləri, eyni bəstələri dinləmək istərsiz. Həyata onunla birlikdə addım atmaq istərsiz. Bu lənət şəhərdən heç nəyə və heç kimə baxmadan onun əllərindən tutub rədd olub getmək istərsiz. Onunla gülüşünüz daha fərqli olar. Və siz insanlar buna “dost” deyərsiniz. Bu nə dostluqdu nə də sevgililik.
Ey ruhdaşım, bizi birlikdə, başın dizlərimdəykən, saçlarına sığal çəkərkən görüb soruşsalar, deyək ki, “yox, siz səhv başa düşmüsüz, biz sevgili deyilik. Biz… ruhdaşıq!” @bezeksiz
7 notes
·
View notes
Text
İnformasiya çoxluğunda bir boşluq, bir yoxluq yaşayır insanlar, bir birimizdən cismən və ruhən uzaqlaşmışıq, nə qədər də sosial aləm bizləri birləşdirsə də, bəzən yolda gördüyümüz zaman birisinə salam verməyə belə üşənən, ünsiyyətdən qaçınan, birlik olmaqdan çəkinən, lazım gəlsə hər cür bəhanəyə əl atan və yalan söyləməyə can atan insanlara çevrilmişik. Həsrət duyğusundan çox uzaq, dürüstlükdən yoxsun, sevgidən biraz əksik qalmışıq. İnsanlar bir birlərinə bir zəng qədər yaxındır indi, ancaq bir qəlb qədər uzaq. Aldadanlar da aldanmaqdan qorxur indi, sanki bununla qidalanır insanlıq. Dediklərimiz sözlərdən ibarətdir məsələn. Əsl dostluq nədir bunu belə bilmirik, yüzlərlə dostumuz var indi, bir “əngəl”ə dayanan. Parklar əvvəlki kimi dolu da deyil, yellənçək sıraları boş, əllər təbaşirə də batmır indi. Nağıllar..hansını bilir görəsən indiki uşaqlar? Uşağından böyüyünə hər kəsin əlində ağıllı telefonlar, rəngli ekranlar, görüşlərdə belə ünsiyyət qurmur insanlar, şəkil üçün bir araya gələnlər var, sonrasında bir küncdə oturub effekt axtaranlar. Hərşey bu qədər rəngliykən, bəlkə də heç olmadığı qədər rəngsizdir indi. Hə, birisinə güvənmək də çətindir indi, güvənilir olmaq daha da çətin. Fərqlilik axtarışında eyniləşmişik.. Birisinə yaxınlaşmaq özümüzdən uzaqlaşmağı niyə tələb etməlidi sanki? Niyə özümüz və birlikdə “biz” olmağı bacarmırıq. Bir zamanlar mümkünsüz görünən şeyləri asanlaşdıran bir zəmanə, niyə asanlıqları bu qədər çətinləşdirir, uzaqlıqları yaxınlaşdırarkən, bizləri bu qədər uzaqlaşdırır?
https://instagram.com/sonsetrim?igshid=s9wgznw20xew
11 notes
·
View notes
Text
Şunu anladım ki; kolay incinen, narin, her ince ayrıntıyı bile düşünecek kadar hassas, kırılınca kendi içine çekilecek kadar duygusal olmak insanı çok yıpratıyor. Kimse bu kadar ince düşünen birinin duygularının yoğunluğuyla ilgilenmiyor ve kimse narinsin diye kırmaktan çekinmiyor.
5 notes
·
View notes
Text
Bəzən görürsən gənc bir insan həyatından şikayətlənir, heç nəyin yolunda olmadığını deyir, amma nə istədiyini də bilmir. Nə təklif etsən mənasız adlandırır, danışdıqların onunçün yalandır, oyundur, guya yeganə həqiqət ölümdür.
Həmin şikayətlərin, problemlərin sonda heç bir nəticəsi olmadığını deyə bilərəm. Çünki onların əsaslı səbəbini, mənasını görmürəm. Bəlkə bütün bunlar boşluqdan yaranır.
Məsələn, əlli yaşlı bir insan artıq hər şeyi bildiyini, hər şey etdiyini düşünür, əlini ağdan-qaraya vurmur, yaşamaq üçün lazım olan nə varsa övladlarının üstünə atır.
Beləcə əksər gənclərdə tez qocalmaq arzusu, həyatlarını kiminsə həyatı üzərində yaşamaq, əziyyət çəkməmək istəyi yaranır. Dönüb geriyə baxanda da görürsən o insanların həyatı mənasız adət-ənənələrlə, şikayətlərlə, deyingənliklə keçib.
Çox vaxt özlərinə tapdıqları şikayətlər, problemlər yetmir, onlar qonşunun, qohumun, dostun, övladlarının dərdini çəkməyə başlayırlar.
Beləcə qadağalar, qeybətlər yaranır, həyat isə amansızdır, dayanmadan davam edir. Sonda onlar heç düşünmədikləri vaxtda artıq həyatın bitdiyini anlayır və öz həqiqi istəklərinə qovuşurlar.
5 notes
·
View notes