Don't wanna be here? Send us removal request.
Text
Qəzəbliyəm, çünki haqqım olan mənə verilmədi. Qəzəbliyəm, çünki ehtiyaclarım qarşılanmadı. Qəzəbliyəm, çünki həddindən artıq fədakarlıq etdiyim halda heç biri görülmədi. Qəzəbliyəm, çünki ən yaxın olduqlarım məni başqaları ilə müqayisə etdi. Qəzəbliyəm, çünki 3 hərfdən ibarət "yox" sözünü demək hər dəfə mənə çətin gəldi. Qəzəbliyəm, çünki 3 hərfdən ibarət "yox" sözü mənə asanlıqla deyildi.
0 notes
Text
"İstəyirsənsə sən də gəl" deyilən yerə heç vaxt getmə!
0 notes
Text
İnsanın ən böyük səhvi sevmək, çox istəmək deyil, sevgiyə layiq olmayan biri tərəfindən seviləcəyini gözləməkdir. Əgər bir insan sizə zəng edib, ya da yazıb maraqlanmırsa, niyə bəhanə axtarasan ki ? O insanda günah yoxdu, bəlkə nəsə problemi var. Amma bu uzun müddət belə davam edirsə, elə insandan uzaqlaşmaq lazımdır. Artıq ondan heç nə gözləmə. Anla ki, o insan üçün vacib olmayanlardansan. Və sən, o insanın telefonunda "ehtiyat"da saxladığı insanların siyahısındasan. Elə insandan sənə vaxt ayırmağını xaiş etmə, yalvarma. Özünü aldatmaqdansa acı həqiqəti vaxtında qəbul etmək lazımdır...
0 notes
Text
Çox sevdiyim, çox dəyər verdiyim nə varsa mənim üçün adiləşdi. Varlığını böyütdüyüm çox insan, çox şey gözümdə kiçildi məsələn. Bəzi şeylər belədi, sonradan fərqinə varır insan...
0 notes
Text
Bəzi gözlərdə xəyanət olduğunu bilə-bilə o gözlərdə sədaqət axtarırıq...
1 note
·
View note
Text
Qürurlu insanların olanları unutmalarını gözləmək lazım deyil. Çünki o insanlar, unutduğunu zənn etdiyiniz şeyi, günü gələndə sizə xatırladacaq qədər dərin yaddaşa, güclü bir qürura sahibdir.
0 notes
Text
Duyğular var izah edilə bilməyən, sevgilər var ürəklərə sığmayan, dostluqlar var heç cürə yıxılmayan, bəzi insanlar var, əsla unudulmayan...
0 notes
Text
Bu həyatda ən mənasız fikirlərdən biri də "Vaxtım yoxdur" fikridir. İnanın ki, bir insan sizi çox istəsə və meyl eləsə, yerin dibində də olsa imkan tapacaq və sizə vaxt ayıracaq. Boş 30 saniyəsi olsa belə, onu sizlə keçirmək istəyəcək. Özünüzü aldatmayın!
0 notes
Text
Gözləmə! Əgər gələcək olsaydı, qəlbini yormadan gələrdi. Gözlətmək gəlməyənlərin və əsla gəlməyəcəklərin işidir. Bəlkə'lərlə yaşamağı burax. "Bəlkə yazacaq", "Bəlkə çox istəyəcək", "Bəlkə işi çıxdı"..Bəhanədir hamısı. Çox istəyən insan, dəyər verən insan nə olursa olsun, yazır, axtarır, maraqlanır. Axmaq olma, istəmədi yazmadı. Səbəb axtarma, lazım və maraqlı deyilsən ona, anla. Öncəliyi sən deyilsən, anla artıq. Gəlməyəni gözləmə, yoxsa həmişə üzülən sən olarsan!
0 notes
Text
Daşkəsəndə dəniz, Bakıda qar, məndə xoş söz, səndə xarakter ??
0 notes
Text
Demə mama, demə! Telefonda danışdığın qohum-əqrəba məni soruşanda burdadı demə. Yatıb de, çimir de, itirdik de, amma burdadı demə..
0 notes
Text
Ümidlərim həsrətinlə qocalmışdı..İndi çox adi gəlirsən mənə 🥺🥺
0 notes
Text
"Mən yatıram" deyə mesaj atıb, başqaları ilə mesajlaşmağa davam edirsə, deməli yatan sənsən, həm də ayaqüstə..
0 notes
Text
Dəqiqələr içində birinə qarşı olan bütün marağımı itirə bilərəm. Bəzi davranışlar hər duyğunu dəyişə bilir.
0 notes
Text
Kimə əvəzolunmaz olduğunu hiss etdirsən, ilk əvəz edəcəyi insan sən olarsan...
0 notes
Text
İnsanların səni tükətməklərinə imkan vermə. Əgər səni axtarmırlarsa, önəmsəmə. Sənə yazmırlarsa, telefonu özündən uzaqlaşdır və özünə zövq verən bir şeylər elə. Əgər səndən uzaq dururlarsa və səhv olan şeyin nə olduğundan bəhs eləmirlərsə vecinə alma və fikrini dağıt. Həyatdakı ən böyük öncəliyin özünsən. Geriyə qalan hər kəs ikinci plandadır.
0 notes