Don't wanna be here? Send us removal request.
Text
Deyilənə görə Süleyman peyğəmbər bütün canlıların dilini bilirmiş. Bir gün peyğəmbər yol gedərkən görür ki, balaca bir oğlan uşağı cələ qurub, kənarda isə yekə bir qarğa uşağın bu hərəkətinə baxıb gülür.
--Qarğa, nəyə gülürsən? deyə peyğəmbər soruşur.
Qarğa təkəbbürlə cavab verir:
-Bu altı yaşlı uşağa gülürəm. Mənim kimi düyagörmüş, 300 yaşlı qarğanı aldatmaq istəyir?!
Peyğəmbər gülümsəyərək yoluna davam edir və işinin dalınca gedir. O, axşamçağı geri qayıdarkən görür ki, həmin uşaq gördüyü "dünyagörmüş" qarğa da qoltuğunda gedir. Bu dəfə Süleyman peyğəmbər gülərək qarğaya deyir:
-Qarğa, bəs deyirdin, 6 yaşlı uşaq məni aldada bilməz?! Bu nə haldır?
Qərğa qəmli-qəmli cavab verir:
-Məni uşaq deyil, tamahım aldatdı...
1 note
·
View note
Text
Eşşək meşənin şahı olur. Bir neçə gündən sonra qanun verir; hamı axşam saat 6-da yatıb, sübh saat 6-da oyanmalıdır. 12 saat ərzində meşədə sakitçilik hökm sürməlidir, qanunu pozan isə cəzalandırılacaq.
Bu minvalla bir müddət meşədə sakitlik davam edir.
Bir gün xoruz sübh tezdən 5-də oyanaraq banlamağa başlayır. Meşədə aləm dəyir bir-birinə. Məhkəmə qurulur və eşşəyin hökmü ilə xoruz edam edilir. Xoruzun edamından sonra hamı şahın qorxusundan bir daha bu qanunu pozmur.
İllər ötür və eşşək qocalıb taqətdən düşür. Meşədə bir küncə çəkilərək ölümünü gözləyir. Şir ona yaxınlaşır hal-əhval turur və deyir:
-- İndi sən axır günlərini yaşayırsan. Biz meşə əhlinə maraqlıdır ki, sənin axşam saat 6-da bizi yatmağa və səhər saat 6-da oyanmağa əmr edən qanunun hikməti nədir belə? Biz vəhşi heyvanlar bir neçə dəfə istədik qiyam edib bu qanunu dəyişək. Amma meşədə asayiş pozulacaq deyə bunu etmədik. Özümüzə dedik ki, yəqin biz bilmədiyimiz nəsə bir hikmət var bu qanunda.
Eşşək isə cavabında deyir:
-- Açığı elə mənə də indiyə kimi maraqlı idi ki, görəsən eşşəkliyim səbəbindən çıxartdığım bu qanuna meşənin vəhşi heyvanları niyə qoyun kimi itaət edirlər?

1 note
·
View note
Text
Qurban bayramınızı təbrik edirik! Uca Allah kəsilən qurbanları, edilən duaları və qılınan namazları qəbul etsin. Bu mübarək günlər hər kəs üçün bərəkət, mərhəmət və sevinc gətirsin! 🤲🏻

1 note
·
View note