Don't wanna be here? Send us removal request.
Text
4. Melaxoliklər - Çətin vəzyyətdə özlərindən tez çıxır və çıxış yolu tapmaqda çətinlik çəkirlər. Könülsüz olaraq qərar qəbul edirlər. Əqli və fizki gərginlikdən tez yorulurlar. Xəstəliyi və xoşagəlməz xəbəri pis qəbul edirlər. Yeni şəraitə çətinliklə uyğunlaşırlar. Bu tip insanlarla əlaqə yaratmaq çətindir. Dostluqda ailədə baş verən peşmançılıqlardan çox əziyyət çəkir. Bu adamlar ya cəzalanmaq ya da işdən qovulma təhlükələri ilə üz-üzə olduqları zaman işə can yadırırlar.
0 notes
Text
3. Fleqmatik - Əsəb sistemləri nisbətən sabitdir. Ancaq onlar yeni işə çox gec öyrənirlər. Lakin həmin işi vicdanla başa vururlar. Rəhbər işçi olanda özlərini sakitcə planlı iş görən kimi aparırlar. Onlar son anda çıxan problemə və qərarların dəyişməsinə tab gətirməkdə çətinlik çəkirlər. Yaxşı işçı olurlar. Məsuliyyətlidir lakin tez inciyən və kinlidirlər. Bəzən paxıllıq edib söz gəzdirirlər.
0 notes
Text
2. Sanqviniklə - Güclü tarazlaşmış hərəkətləri olan, məntiqə söykənən proseslərdə özlərini ifadə etməyə çalışırlar. Fəal şəkildə yaradıcılıqla məşğul ola bilirlər. Əgər istəsələr qarşılarına çətin məsələ qoyub onu məntiqlə həll edə bilirlər. İş prosesində çevikdirlər. Maddi və mənəvi təmin olunduqları vaxt təşəbbüskar olurlar. Eyni zamanda təmkinlidirlər və yaxşı rəhbər ola bilirlər. Xolerikə nisbətən mərhəmət göstərməkdə soyuqqanlıdırlar. Üzaqgörən və hiyləgərdirlər.
0 notes
Text
1. Xolerik - Güclü psixikaya malikdir. Daim hərəkətdə olan proseslərə çətinlik çəkmədən adaptasiya ola bilirlər. Onlar bir iş sahəsindən digərinə asanlıqla keçə bilirlər. Möhkəm əsəb sisteminə sahib olduqları üçün asanlıqla lider ola bilirlər. Lakin bu tip adamlarla işləmək çətindir. Fəaldırlar, yaradıcı işçidilər, bir sözlə işdə irəli getməyə layiqdirlər, ancaq onları ya maddi ya da ki, mənəvi cəhətdən maraqlandırmaq lazımdır. Münaqişəni sevir. Rəhbər işdə işləməyə meylli olurlar. Küsəyəndirlər, lakin kin saxlamırlar.
0 notes
Text
XARAKTERİMZİN İŞ HƏYATIMIZA TƏSİRİ
BƏS SİZ HANSISINIZ?.....
Xolerik,Sanqviniklər,Fleqmatik, melanxoliklər.

0 notes
Text
IV qan qrupu olan qadınlar: O da kişiləri asanlıqla cəzb edə bilir, amma sonradan çox ciddi və tələbkar naturaya çevrilir. Əgər kimisə öz həyatına yaxın buraxsa, bilin ki, kişi onun istədiyi ilə barışmalı və bütün gücünü ona sərf etməlidir. Kişini o qədər bezdirəcək ki, yazıq evdən qaçacaq.
0 notes
Text
III qan qrupu olan qadınlar: Düzgünlüyün və sadiqlyin arxasında gizli ekstravaqantlıq gizlənir. Amma ondan yaxşı arvad çıxacaq. Sevgi və intimdə gərək həlledici söz onun olsun. Ehtiras onun üçün əsas hiss deyil. İntim məsələdə o, sanki vampirə çevrilib, kişinin bütün enerjisini sovuracaq.
0 notes
Text
II qan qrupu olan qadınlar: çox çəkingəndir, bilmək olmur, fikrindən nə keçir. Hətta aşiq olsa belə, onu ən gizli sirr kimi saxlayır. Əgər, kişi bunu duysa, onda hər şey əla olacaq. Bu qadınlar etibarlı olurlar. İntimdə çox hissiyatlıdırlar.
0 notes
Text
I qan qrupu olan qadınlar: Bu qadınlara onu möhkəm sıxa biləcək və heç yerə getməyə qoymayacaq kişi əli lazımdır. Cazibəli, isti və qısqancdırlar. Yanındakı kişinin başqasına ötəri baxmasını belə həzm edə bilmirlər. İntim həyata acgözdürlər. Çünki ehtirasın əsiridirlər. Bu da hər kişinin xoşuna gələr.
0 notes
Text
Qəhvəyi:
Əgər qəhvəyi rəngə ilk sıralarda yer vermisinizsə, bu sizin sağlamlığınıza qarşı çox diqqətli olduğunuzu göstərir. Həmçinin belə adamlar narahat xarakterləri ilə seçilirlər. Əgər qəhvəyi rəng son sıralardadırsa(məsələn 4-cü və ya 5-ci sırala kimi) deməli, sağlamlığınızla ancaq lazım olduğu qədər maraqlanırsınız. Əgər qəhvəyi rəng son sıralardadırsa, deməli sağlamlığınızla kifayət qədər maraqlanmırsınız. Digər tərəfdən, güman etdiyiniz qədər sağlam olmaya bilərsiniz. Buna görə də müayinədən keçsəniz yaxşı olar.
0 notes
Text
Bənövşəyi:
Daxili ziddiyyətlərin rəmzidir. Bənövşəyi rəngə ilk sıralarda yer verənlər daha çox xəyalpərəst adamlardır. Belə adamlar intellektləri ilə də başqalarından fərqlənirlər. Bənövşəyi rəngə də qara rəng kimi daha çox son sıralarda yer verirlər. bu isə onların hər dəqiqə həqiqətlə üzləşməyə hazır olduqlarını göstərir. Onları fərqləndirən başqa bir cəhət isə möhkəm xarakterə malik olmalarıdır.
0 notes
Text
Qara:
Qara qısa bir ifadə ilə “YOX” deməkdir. Bu rəngə ilk sırada yer verənlər(hansıki bu çox nadir haldır) bədbin olsalar da qətiyyətli və inadkardırlar. Qara rəng siyahınızda 2-ci yerdədirsə, məqsədləriniz, arzularınız üçün hər şeydən imtina edə bilərsiniz. Əgər ilk rənginiz sarı, 2-ci rənginiz qaradırsa, deməli həyatınızda əsaslı dəyişikliklər etməyə hazırsınız. Adi halda qara rəngə son sıralarda yer verirlər və bu adamın öz taleyi ilə barışdığını göstərir.
0 notes
Text
Boz:
Birtərəf və neytral rəngdir. Əgər ilk rənginiz bozdursa, deməli, heç kimdən asılı olmadan müstəqil olmaq istəyirsiniz. Hissləriniz, düşüncələriniz hər dəqiqə dəyişə bilər. „Çoxluğun” içərisində əriməyi istəmirsiniz. İşi görməyi yox, işi görənlərə tamaşa etməyi üstün tutursunuz. Boz rəngə son sıralarda yer verənlər isə, əksinə ünsiyyətə meylli adamlardı. Kollektivçilik ruhu onlarda daha güclüdür. Belə adamlar məqsədlərinə nail olmaq üçün bütün yolları sınaqdan keçirirlər.
0 notes
Text
Yaşıl:
Dözümlülük və mühafizəkarlıq deməkdir. Əgər ilk rənginiz yaşıldırsa, deməli inadkar admsınız. Həmişə uğur qazanmaq istəyirsiniz. Qiymətli şeylərə sahib olmaq, hətta onları yığmaq meyliniz ola bilər. Tanınmaq istəyirsiniz, ancaq qorxursunuz. Əgər yaşıl rəng siyahınızda son sıralardadırsa bu sizin qürurunuzun sındığını götərir. Sizdəki tənqidəmeyllilik bununla bağlıdır.
0 notes
Text
Qırmızı:
Yüksək arzular həmçinin, yüksək enerji deməkdir. Qırmızıya ilk sırada yer verənlər qətiyyətli, enerjili adamlardır. Yaxşı lider olurlar. İşləməyi bacardıqları kimi, yaşamağı da bacarırlar. Əgər qırmızı rəng siyahınılzda 7-ci və ya 8-ci sıradadırsa, deməli, sizdə macəra çox azdır.
0 notes
Text
Sarı:
Sarıya 2-ci,3-cü və 4-cü sıralarda yer verənlər nikbin adamlardır. Həyatı asan dərk edirlər və həmişə gələcəyə ümidlə baxırlar. Problemlərdən uzaq olmağa çalışırlar. Ancaq bu, heç də onların təmbəl olması demək deyil. Hətta sarıya 1-ci sırada yer vermisinizsə bu, sizin çətinlikdən qoxmayan, qətiyyətli bir adam olduğunuzu göstərir. Əgər sarı rəng siyahınızda axırıncı yerdədirsə, özünüzü ümidsiz və təcrid olunmuş hiss edirsiniz. Tez-tez özünüzə qapılırsınız.
0 notes