Ey insanlar! Əgər (Allah) istəsə, sizi yox edib (yerinizə) başqalarını gətirər. Allah buna qadirdir.
📖 ən-Nisa/133
1 note
·
View note
Haqq sənin Rəbbindəndir! Odur ki, şübhə edənlərdən olma!
📖Əl-Bəqərə/147
1 note
·
View note
Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcəkdir.
📖 Yunus/82
1 note
·
View note
De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə xəlq etdiyi kimi (yenidən öz xilqətinizə) qayıdacaqsınız”.
📖 əl-Əraf/29
1 note
·
View note
Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər.
📖 əl-Furqan/21
1 note
·
View note
O sizə istədiyiniz hər şeydən verdi. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.
📖 İbrahim/34
1 note
·
View note
(Ey insan!) Allahın göyləri və yeri haqq ilə yaratdığını görmürsənmi?! Əgər Allah istəsə, sizi yox edib (yerinizə) yeni məxluq (başqa insanlar) gətirər.
📖 İbrahim/19
1 note
·
View note
Rəbbiniz (belə) bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.
📖 İbrahim/7
1 note
·
View note
Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlblərinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allaha məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
📖 əl-Fəth/4
1 note
·
View note
Biz sənə açıq-aydın ayələr nazil etdik, onları yalnız fasiqlər inkar edərlər.
📖 əl-Bəqərə/99
1 note
·
View note
Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da kafirlərə düşməndir.
📖 əl-Bəqərə/98
1 note
·
View note
Rəbbiniz (belə) bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.
📖 İbrahim/7
1 note
·
View note
Yer üzündə olan hər kəs ölümə məhkumdur.
📖 ər-Rahmən/26
1 note
·
View note
Yetimlərin mallarını özlərinə verin və yaxşını pis ilə dəyişməyin. Onların mallarını öz mallarınızla birlikdə yeməyin. Şübhəsiz ki, bu, böyük günahdır.
📖 ən-Nisa/2
1 note
·
View note
Aişə (Allah ondan razı olsun!) rəvayət edir ki, «Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: "Orucu ödəməyib vəfat etmiş şəxsin yerinə onun vəlisi oruc tutmalıdır"»
📖 əl-Buxari, 1952; Müslim, 2687
2 notes
·
View notes