efryz
efryz
𝓔𝓯𝓻𝓾𝔃 𝓐𝓰𝓪𝔂𝓮𝓿𝓪
7 posts
16
Don't wanna be here? Send us removal request.
efryz · 2 years ago
Text
Niyə indiki dövrdə, insanların şəxsi problemləri artıq şəxsi olmaqdan çıxıb? Demək olar ki, insanlar bir-birinin eynisidir. Hal-hazırda biz niyə dünyaya gəldiyimizi, niyə yaşadığımızı və bunları düşünməyi unutmuşuq. Hətta düşünməyi belə unutmuşuq. Elə insanlar varki onlara düşünmək, düşüncə nədir desən susub qalar.
5 notes · View notes
efryz · 2 years ago
Text
Bəs diyirdilər ki dünya müasirləşir? Əslində bi baxımdan düzdü ama insanların çoxu o müasirliyi psixoloji olaraq qaldıra bilmədikləri üçün bu müasirlik bizi çox da qabağa apara bilmir. Müharibələr, siyasət və digərləri? Budu müasirlik? Bunun üçün istifadə olunur biliklərimiz? İnsanın biliklərindən ən az istifadə etdiyi ama ən çox savadı olduğu dövrdə yaşayırıq. Bunu düzəltmək üçün də kimisi həqiqətən ciddi şəkildə düşünür, kimisi də " Əşi, sovetin dövrü başqaydı" və ya " Bizdə o şərait olsaydı nələr etməzdik" deyir. Halbuki ortada çox bişey yoxdu...
10 notes · View notes
efryz · 2 years ago
Text
Əlini qəlbinə götürdü."Burası var ha dedi.Daşa, torpağa ehtiyac olmadan, insanın basdırıldığı yeganə yerdir.."
2 notes · View notes
efryz · 2 years ago
Text
Bir qadının gözünün içinə baxıb "səni sevirəm" desən, sonra isə saçlarını oxşasan, ən çox saçlarını oxşadığın üçün gözləri parıldayar. İstədiyi bir şeyi qəbul etsən, bəzən uşaq kimi qışqırar, istədiyi bir şeyi etməsən yenə də balaca uşaqlar kimi dodaqlarını büzüb qaşlarını çatar.. Bunları etmək qadının həyəcanlanıb sevinməsi üçün kifayət etdiyi halda kiçik bir kobud söz də qadınların qəlbinin qırılmasına səbəb olar. Uşaqlar kimi daima qayğı, diqqət və sevgiyə möhtac olarlar. Və kişilər də onların ən çox bu uşaq tərəflərini sevməyi bacarmalıdırlar...
2 notes · View notes
efryz · 2 years ago
Text
İnsanlar deyilənə görə müasirləşib. Kənarda küncdə-bucaqda biri ilə danışarkən sevdiyini söylədiyi insandan sadəcə "danışdığım" kimi bəhs etməsi..Bəziləri hələ dahada çirkinləşib "tutduğum qız" ifadələri və bir çoxu. Qadınları bu şəkildə sinifləndirmək heç bir insanın xüsusilə də bu düşüncəyə malik olanların heç həddinə deyil. Əgər sevərsə bir insan bir insanın sevgilisi olar, həyatının eşqi olar ancaq "tutduğu qız" olmaz. Hələ digər qısqandığı, digərlərindən fərqli hesap etdiyi insanı digər qarşı cinslər ilə eyniləşdirib, ondan danışdığım deyə də bəhs edə bilməz. Çünki bu bir insanın sevdiyi, sevdiyini sandığı və ya sevirəm deyib, onunla bağlı ağlında başqa ssenarilər yazdığı birinin üzünə qarşı dünyanın ən yaxşı sevgilisi imici yaradıb, arxasından çirkinləşəcək qədər iyrənc bir xarakterinin olması anlamına gəlir.. Müasirliy həqiqətənmi budur?
1 note · View note
efryz · 2 years ago
Text
Mən niyə həmişə xoşbəxtəm bilirsən? Çünki heç kimdən gözləntim yoxdu. Kimdənsə nəyisə gözləmək hər zaman zərər verir. Həyat qısadır. Buna görə həyatını sev və xoşbəxt ol. Gülümsəməyi unutma. Yazmazdan əvvəl düşün, xərcləməzdən əvvəl qazan, dua etməzdən əvvəl inan, imtina etməzdən əvvəl cəhd et, nifrət etməzdən əvvəl sev və ən önəmlisi ölmədən əvvəl yaşa...
3 notes · View notes
efryz · 2 years ago
Text
Dostayevskinin dediyi kimi:
Artıq insanlar maraqlı gəlmir. Onlarla söhbət etmək, nəyisə bölüşmək istəmirəm. Çünki söhbətlərin hamısı,
- "Necəsən?"..
+ "Yaxşıyam sən necəsən?"..
- "Məndə yaxşıyam" deyə başlayıb bitir. Bu artıq heç də cəzb edici gəlmir. Yəni insanları da tanımaq istəmirəm. Çünki hamısının sonu eyni cür bitir. Sonuna qədər sevgilər, dostluqlar davam etmir. İndi həyatım da olanların çoxunu 5-10 il sonra görə bilmərəm. Və bunada üzülürəm desəm yalan olar. Gedənləri saxlamaq kimi fikrim yoxdu. Hətta çoxlarına qapını özüm açaram.
5 notes · View notes