Yəqiki doğacaq qaydasında günəş sabah hər şey fərqli cür olacaq
Don't wanna be here? Send us removal request.
Text
Bir yarın edib eşqi məni sərsəri xəstə,
Qaşları qələm, zülfi siyah, ləbləri püstə.
Yazdım adını qanla könül lövhəsi üstə,
Heç kim onu ordan silə bilməz, silə bilməz.
Ölməz bu məhəbbət ölə bilməz, ölə bilməz.
29 notes
·
View notes
Text
Getdikcə özümə qapanırdım.Səs-küydən eşidilmirdi fəryadım.Oysa ki bir süfrədə əyləşmək idi arzum.Hərkəs öz payına düşən kədəri yedi halbuki.
Canımı sıxan tək şey varlığ içində yoxluğ çəkməyimdi.
33 notes
·
View notes
Text
Başqaları ilə necə davrandığımı görsəydin,
sənə nə qədər çox dəyər verdiyimi anlayardın.
31 notes
·
View notes
Text
Ağrıdır da, əzizim,
böyüyəndə keçəcək.
Böyüyəndə insanlar da
böyüyəndə gedəcək
23 notes
·
View notes
Text
Həyat həqiqətən çox qəribədi. Güzgüyə baxarsan özünü tanımarsan. Başqa bir adam olduğunu görərsən. Bir vaxt özünü sevən, özünə dəyər verən birisinin özünə nifrət etdiyini görərsən. Sevginə qarşılıq vermiyən birini sevərsən. Başqalarının yanında ağlayarsan. Qürürdan əsər əlamət qalmaz. Başqalaşarsan.
23 notes
·
View notes
Text
Mən istəmirəm başqa gözəllər məni sevsin,
Öz yarım əgər xətrimi istərsə bəsimdi
14 notes
·
View notes
Text
Gül ki, ey qönçə dodaqlım, baxanda mən də gülüm,
Tanrı bir başqa gözəllik yaradıb səndə gülüm 🌼
21 notes
·
View notes
Text
27 sentyabr- İgidlərimizin qanlarıyla tarixə yazdıqları 44 günlük müharibənin başladığı gün...
Allah bütün şəhidlərimizə rəhmət etsin..
20 notes
·
View notes
Text
Bəzən o qədər yorğun oluram ki, bezib hər şeyi öz axarına buraxmaq istəyirəm. Qollarımı iki yana açıb səmaya baxaraq hara getdiyindən, məni hara apardığından xəbərsiz olduğum su axınının üzərindən süzülmək, sadəcə o anki rahatlığı istəyirəm.... Başqa heçnə. Bir dəfə belə "çox sağol" deməyən insanlar üçün əlimdən gələni etməkdən çox yoruluram, onları düşünməkdən, güldürməyə çalışmaqdan ya da dəstək olmaqdan. Tək olmadıqlarını onlara dəfələrlə xatırladıb sonunda ən yalnız insana çevrilməkdən bezirəm artıq. Ağrı çəkmək, bütün günümü fikirli keçirmək istəmirəm daha. Hərdən bayırda bir yerdə varlığından xəbərsiz olduğum hansısa birinin məni hər halımla, bütün qırıq, zaman içində aşınmış, zədələnmiş, azalmış hətta yoxa çıxmış yanlarımla birlikdə qəbul edəcəyinə inanmaq istəyirəm, amma bilirəm ki, yoxdur...orada heç kim yoxdur. Orada hər əlində bir "şərt" kərpici tutan ustalar var, orada ruhunu yontmaq istəyən heykəltəraşlar var. Orada hər şey var, amma mən yoxam...
44 notes
·
View notes
Text
Bu ölkə 20 manata kitab bahadır deyib, 50 manata fala baxtıranlarındı.
42 notes
·
View notes