feellsofi
feellsofi
Hah, beynimin içi !
6 posts
Don't wanna be here? Send us removal request.
feellsofi · 2 years ago
Text
Hansı ki, bir zamanlar sevdiyi yeməyi, iş saatlarını, nələrə kədərləndiyini, nəyə sevindiyini, çığırtı dolu susqunluğunun səbəbini bilirdim.
0 notes
feellsofi · 2 years ago
Text
Bayaq qalereyamda yad bir oğlan gördüm...
0 notes
feellsofi · 2 years ago
Text
Bilsəm ki, xoşbəxtsən, bəxtəvər olaram mən.
0 notes
feellsofi · 2 years ago
Text
Otur bir qayğına qalım, deyiləm mən sənə özgə.
0 notes
feellsofi · 2 years ago
Text
Boynumda ip var, hamı gəlib deyir ki "stulu tozlandırmısan".
0 notes
feellsofi · 2 years ago
Text
Alınmıre, zarafatsız çox çətindir. Mən sanki 6-cı sinif AzTarixində orta paleolitin xüsusiyyətlərini bilirəm yalnız, amma sən həmişə 10-cu sinif AzTarixinin mədəniyyətindən danışırsan. Nə bilim, mən elə bil Aşıq Ələsgərin qoşmalarını öyrənmişəm, sən isə Xətayinin həyatında Dəhnaməyə aid təhlil cümlələrisən...Mən viyet teoremini öyrənmişkən, sən kubüstü tənlik, mən oksidlərə yeni başlamışkən sən neytrallaşma reaksiyalarına keçmiş bir şeysən...Mən yeni-yeni materiklərdən danışarkən sən artıq yerin təbəqələrində idin elə bil ki, necə ki mən hələ amöb deyirdim, sən isə onurğalardan danışırdın sanki..Mən sənin gəlişinin zamanını tapıb, sənli xoşbəxtliyi hallandıranda, sən artıq yoxluğunu leksik təhlil edirdin və mən düzxətli bərabərsürətli hərəkətdəykən sən çoxdan müqavimət qanunu da məhv edib getmişdin. Mən sənin üçün həmişə sadə idim, sən isə bu cür qəliz.Biz səninlə fərqli düzxətlərdəyik sanki, amma ki aksioma əsasən paralel olmayan bütün düzxətlər nə vaxtsa, haradasa mütləq kəsişirdi.
1 note · View note