Tumgik
feradus · 4 years
Text
Çox gözəl yerdə yaşayıram 🖤
79 notes · View notes
feradus · 4 years
Text
yaxşı olduğumu anlamaq üçün xəstə olmağım lazımdı
20 notes · View notes
feradus · 4 years
Text
bəzən həyatda heç şansım gətirmir
14 notes · View notes
feradus · 4 years
Text
hərdən ölmək hissi gəlir, hərdən də heç nə yaxşı olmayacaq hissi, amma qalmaq istəyirsən çünki 10 il sonrakı səni də görmək istəyirsən. ya da bəlkələrə tutunursan. tutunmalısan da. qalmaq istəyirsən çünki həyatı qısqanırsan. etmək istədiyin birdən çox şey var, yaşatmaq istədiyin birdən çox sən varsan ancaq sadəcə bir həyat seçə bilərsən. problem əslində bir tərəfdən də orda başlayır. nə olmaq istəyirsənsə onun üçün savaşırsan ama istədiyin digər şeylər üçün savaşmağa vaxtın qalmır. qəbullanmalısan. radikal azadlıq və seçimlərin limitli olması. bu mövzuların hərəsi ayrıca on səhifəlik açıqlama gərəkdirir əslində. problemin qarşısında axşama qədər ağlamağımı seçirsən yoxsa əlindən gələn qədər savaşmağımı? savaşmaq istəmirsənsə də qəbullanmağı bacarmalısan hansı ki o da ayrı bir savaşdır. şərq/qərb fəlsəfəsi. heçnə etməməyi seçmək ya nəsə etməyi seçmək. geridən başlamış ola bilərsən. zatən azərbaycanlı olaraq çoxmuzu geridən başlamışıq. coğrafi determinizim. start whit what you have and fight from there.
xarakterini analiz etməlisən. və sənin nəyin xoşbəxt edəcəyinə doğru yönəlməlisən. məsələn ekstravertsənmi? o zaman daha çox insana can atmalısan. introvertsənmi? sənətə ya xüsusi maraqlarına yönəlməlisən. oxumalı, yazmalı, nəsə öyrənməlisən. öyrənmək- savaşmaqdır. mən savaşmağını istəyirəm. çünki üç beş cümlə mesajını oxumuş belə olsam cümlələrindən hiss edirəm ki potensialın var. istəyin də var, gücün də. bu qədər yazmağımın səbəbi sənə kömək etməkdir. çıxar yox. həm də yəqin yazma istəyimi ödəyirəm. çünki mənə kömək edən olmayıb məsələn 18 yaşımda çox istəyərdim, indi də yoxdu demək olar ki. mental köməkdən gedir söhbət. ya da fikir mübadiləsi. mənim məsələn depresiyamın yarı səbəbi budu elə, yalnız sayıram özümü ya da istədiyim mühitdə deyiləm tam olaraq. yəni özümü analiz edib bitirmişəm, bilirəm kiməm nə istəyirəm. daha ekstravert meyilliyəm ama introvert həyatı yaşıyıram son illər. qış da bir tərəfdən. expat/mühacir ya da imiqrant, ölkəsindən uzaqda həyatı yaşamaq da bir tərəfdən. xudafərn körpüsü bağlanıb dünyan ikiyə bölünüb kimi bir şey. ama o ağrıyla yaşamağa çalışıram. söhbət qarışıq olduğu üçün üzrlü say, fikrini asan toparlaya bilən biri deyiləm çünki içəridə hərə bir şey deyir, içimdəki mənlə.
10 notes · View notes
feradus · 5 years
Text
19 may yanğınıyla bağlı bir xəbər səhifəsi yazıb paylaşıb ki "hər şey yanıb bir quran salamat qalıb ! "aşağıda da biri komment yazıb ki, "penoplastı sökün yerinə quran vurun"
43 notes · View notes
feradus · 5 years
Text
Eynşteyn düz deyirdi Meri, qalan hər şey kimi zaman da nisbidir. Gözləyən üçün daha gec keçir zaman. Oturan bir adam gedən bir adama nisbətən daha aydın görür hər şeyi. Hələ gedən adamın arxasınca baxırsa çox daha yavaşlayır zaman. Gözləmək bu həyatdakı bəlkə də ən axmaq şeydir. 
219 notes · View notes
feradus · 5 years
Text
Boşluğ içində üzürəme, bir şey də var məni bu hala salanların varın yoxun saxlamadım
12 notes · View notes
feradus · 5 years
Text
Rebloga layiq post.
hamımız bilirik ki, internet və sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. əhalinin 56% -nin internet istifadəçisi olduğu bir dünyada yaşayırıq və çoxumuz səhər yuxudan duranda, ilk olaraq kimin nə etdiyini və kimin nə etdiyini görmək üçün internetə baxmaqdır. əlbəttə ki, başqalarının onlara olan sevgisinə görə deyil, "onlardan geri qalmadığımıza görə" nə etdikləri ilə maraqlanırıq.
düşünürəm ki, sosial mediada insanların həyatı real həyatdan çox fərqlidir. əslində, sahib olduğumuz şəxsiyyət, hətta xaricdə proqnozlaşdırdığımız şəxsiyyət də fərqlidir, amma sosial mediaya əlavə etdikdə hamımız çox şəxsiyyət olur. tədqiqatlar göstərir ki, sosial mediadan daha fəal istifadə edən insanlar adətən narkisist və daha az özünə inamlı olurlar. insanlar sosial mediada özləri haqqında ən çox göstərməyə çalışdıqları şeylər (həm maddi, həm də fərdi xüsusiyyətlər ola bilər) əslində olmayan şeylərdir və bununla da egoal məmnuniyyətlərinə nail olurlar. məsələn, sosial mediada daha cəsarətli davranan insanlar ümumiyyətlə çox zəif özünə inam, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər. yaxud münasibətlərini sosial media vasitəsi ilə həyata keçirənlər heç də yaxşı deyil. internetə baxsaq, hər kəs yaraşıqlı, hər kəs gözəl, bilikli, populyar, hər müəyyən aktiv həyat tərzidir. müxtəlif pyeslərlə şəkillər daha da gözəlləşir, cümlələr heç bir sözü bilmədiyiniz hər hansı bir xarici dildə paylanır, muzeylərə, sərgilərə və ya bu kimi yerlərə getməyin yeganə məqsədi orada şəkil çəkmək, hətta yedikləri yeməkləri bölüşmək və daha yaxşı bir həyat yaşadıqlarını sübut etməkdir. çalışırlar. adını unutduğum bir filosof olaraq "insanlar xoşbəxt olmaqdan daha xoşbəxt görünməyə çalışırlar". sosial media kimi real həyatda gözəl ola bilməz, danışa bilmir və başqalarının diqqətinə cəlb edilə bilməməsi ilə insanlar bədbəxt olur, soyuq olur və sosial mediada "yalançı həyat" a yaxınlaşırlar. Və bunun yaratdığı psixoloji problemləri saymağı dayandırmır. internetdən istifadə etməməli olduğumu demirəm, düzgün istifadə etdiyimizi söyləyirəm. hər gün kiməsə "stalking" saatları keçirsək və ya ümumiyyətlə bizə heç bir töhfə verməyən, tamamilə lazımsız olan videoları seyr etsək, cəmi 30 səhifəlik kitab oxuyub, ayda orta hesabla 3 kitabı bitirmiş olarıq. çox gec gəlmədən əvvəl düşünün.
28 notes · View notes