Tumgik
gonur14-blog · 4 years
Text
Namazı Batil edən Şeylər #namaz #hokumler
Namazı Batil edən Şeylər #namaz #hokumler
namaz Hansı şeylər namazı batil edir? Namazı Batil edən Şeylər. 12 şey namazı batil edir ki, onlara namazın mübtilatı deyirlər. 1.             Namazın əsnasında onun şərtlərindən hər hansı birinin pozulması.   2.             Namaz əsnasında dəstəmazı və ya qüslü batil edən şeylərin baş verməsi.   3.             Namaz əsnasında ələri bir- birinin üstünə qoymaq   4.             Həmd surəsindən…
Tumblr media
View On WordPress
0 notes
gonur14-blog · 4 years
Text
​#MƏntiqi qƏbul etmƏK - #NƏhCül_BƏlağƏ
​MƏntiqi qƏbul etmƏK -   Həzrət Əli Kuləybe Cərmi deyir: Mədinədə Osmanın ölümündən sonra #Təlhə və #Zübeyr Bəsrəyə gələrək camaatı Əli (əleyhissalam)-ın hökumətinə qarşı qaldırdılar. Bununla da Cəməl müharibəsinin özülünü qoydular. Bir azdan Əli (əleyhissalam) öz ordusu ilə beyət sındıran üsyançıları yerlərində otuzdurmaqdan ötrü Bəsrəyə tərəf hərəkət etdi. Qoşun Ziyqar məhəllinə çatdıqda qəbilə rəislərindən iki nəfər mənə dedilər: Bizimlə gəl, Əli (əleyhissalam)-ın hüzuruna gedib görək ki, onun bu yürüşdən hədəfi nədir? Mən onların sözünü qəbul edib onlarla birgə Ziy Qara yetişdik. Onun ərəblərə ən fərasətli rəhbər olmasını öz gözlərimizlə gördük. O qəbilə rəisləri barədə məndən suallar etdikdə mən də cavab verirdim. Danışıqdan və mətləb aydınlaşandan sonra mənimlə gələn yoldaşlar Həzrətlə beyət etdilər. Daha sonra o Həzrət mənə buyurdu: “Bəs sən beyət etmirsən?” Dedim: Mən qəbilənin sifarişi aparıb gətirəniyəm. Gərək bu xəbəri onlara çatdıram. Gördüm ki, alınlarında səcdə əsəri olan köməkçilərindən bir qrup dalbadal mənə deyirdilər: beyət et bu zaman Əli (əleyhissalam) buyurdu: Azad buraxın onu məni bu dəlillərlə (“Nəhcül-bəlağə”nin mətnində gəlib) qane edib və nəhayət haqq aydınlaşandan sonra beyət etdim. Read the full article
0 notes
gonur14-blog · 4 years
Text
BƏSİRƏT LAZIMDIR! #Seyyid Əli Xamenei
Tumblr media
BƏSİRƏT LAZIMDIR! #Seyyid Əli Xamenei - Seyyid Əli Xamenei Bəsirət ! Dəfələrlə bəsirət barədə danışmışam. Baş verən hadisələrdən baş açmaq üçün bəsirət lazımdır. Aranı qarışdıran əli görmək üçün bəsirətli olmalıyıq. Bir xain, bir əlaltı, bir təxribatçı aranı qatanda onu cəmiyyət içində görə bilməliyik. Düşmən çalışır ki, onun cəmiyyətdəki çirkin əlini görən olmasın. Bu sahədə onların təcrübələri var. Çox fəaliyyət göstərirlər. Əllərinin altında yüksək texnologiyalar mövcuddur. Biz düşmənin, düşmənçilik yönlərini, ölçülərini görməliyik. Qələbə qazanmaq üçün bu çox zəruridir. Rəhbər Seyyid Əli Xamenei Read the full article
0 notes
gonur14-blog · 4 years
Text
​Süfyaninin xƏbƏri = NƏhCül-BƏlağƏ
Tumblr media
Süfyaninin xƏbƏri
Həzrət Məhdi (əleyhissalam)-ın qiyamının başlanğıcında baş verəcək hadisələrdən biri də Şam vilayətində Süfyani adlı birinin peyda olub Məhdi (əleyhissalam)-ın köməkçiləri tərəfindən İmamın öz rəhbərliyi altında məğlub edilməsidir. Bu hadisəyə müxtəlif rəvayətlərdə işarə edilibdir. Süfyaninin Əbu Süfyanın nəslindən olub rənginin sarı qırmızıya bənzər xoş qiyafəli olması deyilmişdir. Onun ən çox təkrar söylədiyi zikr aşağıdakılardır. Lakin o qədər murdar və çirkindir ki, hətta ondan uşağa qalmış kənizini belə diri-diri basdıracaqdır. Əlbəttə, onun yeri cəhənnəmdir.
İmam Baqir (əleyhissalam) bu barədə buyurur: “Şamda xüsusi bayraqları olan müxtəlif üç qrup: Əshəb, Əbqə”ə və Süfyaninin dəstələri peyda olacaqlar.”
Sonra Həzrət Məhdi (əleyhissalam) Məkkədən müsəlmanlarla birlikdə Süfyani ilə müharibə etməkdən ötrü Şama gəlib onun ordusu ilə vuruşaraq Süfyaninin qoşununu darmadağın edəcəkdir. Süfyaninin özü isə Dəməşqdə Bəğutəi adlı ağacın altında qətlə yetiriləcək. Bəzi rəvayətlərdə bu ağacın hündür və çox budaqlı olması qeyd olunubdur ki, Cəyrədə İordaniya ətrafında bitir. Bununla belə böyük yağı sayılan Süfyani təchiz olunmuş qoşunla Şam və Fələstin torpağında İmam Məhdi (əleyhissalam)-ın ordusu ilə döyüşərək məğlub olacaqdır. Həzrət Əli (əleyhissalam) xütbələrinin birində Şamda belə bir yağıdan xəbər verməklə yanaşı Məhdi (əleyhissalam)-ın qiyamına, eləcə də onun üstün cəhətlərinə işarə etmişdir. Əllamə Məclisi Əllamə Xoyi və s.. Read the full article
0 notes
gonur14-blog · 4 years
Text
​Pulgirin Cavabı - NƏhCül-BƏlağƏ
​Pulgirin Cavabı -    Osman ibni Əffan hicri 24-cü ilin başlanğıcında Ömər ibni Xəttabdan sonra xilafətə yetişdi. O, təqribən 12-il xəlifəlik edərək çərşənbə günü günorta zamanı evindəcə qətlə yetirildi. Şiə və sünnü tarixçilərinin yazdığına görə Osman öz xilafəti zamanında müsəlmanların malını ürəyi istədiyi kimi çapıb-talayır, İslam ölkəsinin ən böyük və həssas vəzifələrini (postlarını) öz qohumlarına bağışlayırdı. Rəsulullah səlləllahu əleyhi və alihi və səlləmin pak səhabələri Osmana qarşı etiraz edib onu bu bəd əməllər və rəftarından əl götürməyə çağırırdılar. Belə bir mövqedə Həzrət Əli (əleyhissalam)-ın etiraz etməsi təbii idi. Belə ki, Əli (əleyhissalam)-la Osman arasında tez-tez savaş və çəkişmə baş verirdi. Adətən müsəlmanlar Əli (əleyhissalam)-ın hüzuruna gəlib Osmanın xilaf iş və əməlləri barədə o Həzrətə şikayət edirdilər. İmam da onların şikayətinə yetişməyi özünə vəzifə və borc hesab edirdi. Bu səbəblər üzündən Həzrət Əli (əleyhissalam) tez-tez Osmanla görüşüb ona etiraz edirdi, nəticədə o Həzrətlə Osman arasında çəkişmələr baş verirdi ki, bunun bir nümunəsi “Nəhcül-bəlağə”nin 164-cü xütbəsində qeyd olubdur. Bu toqquşmalardan biri Əli (əleyhissalam)-ın Muğəyrət ibni Əxnəslə olan söz çəkişməsidir ki, (Osmanın yaxın adamlarından) onun xülasəsini burada qeyd edirik. Müğəyrə Osmanın bibisi oğlu idi, atası Əxnəs ibni Şəriq Peyğəmbəri As ibni Vail ilə birlikdə Əbtər (Mətuun-nəsl) nəsil verməyən adlandırırdı. Read the full article
0 notes
gonur14-blog · 7 years
Link
0 notes
gonur14-blog · 7 years
Link
0 notes
gonur14-blog · 7 years
Link
0 notes
gonur14-blog · 7 years
Link
0 notes
gonur14-blog · 7 years
Link
1 note · View note
gonur14-blog · 7 years
Link
1 note · View note
gonur14-blog · 7 years
Photo
Tumblr media
Əl-Ən`am ‏ surəsi – Azərbaycan dilində tərcumə   Əl-Ən`am ‏ surəsi – Azərbaycan dilində tərcumə 0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. Həmd və səna göyləri və yeri yaradan, qaranlıqları və aydınlığı vücuda gətirən Allaha məxsusdur.
0 notes
gonur14-blog · 7 years
Text
Əl-Maidə surəsi – Azərbaycan dilində tərcumə
Muqeddes Quran. Azeri dilinde tercume. Əl-Maidə surəsi – Azərbaycan dilində tərcumə
  0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. Ey iman gətirənlər, əhd-peymanlarınıza (nəzr, əhd və and içmək kimi özünüzlə olan peymanlara, müqavilə və digər sazişlər kimi camaatla bağladığınız peymanlara və dinin hökmlərinə riayət etməyi boyuna götürmək kimi Allahla olan peymanlara ki, bəzi şeylərin halallığına…
View On WordPress
0 notes
gonur14-blog · 7 years
Photo
Tumblr media
Ən-Nisa surəsi – Azərbaycan dilində tərcumə Ən-Nisa surəsi – Azərbaycan dilində tərcumə Bağışlayan və mehriban Allahın adı ilə. Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq və ya naçarlıqdan bacı ilə qardaşın evlənməsi və ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət qızları nazil etmək yolu ilə) çoxlu kişi və qadın (törədib) yaydı.
0 notes
gonur14-blog · 7 years
Photo
Tumblr media
Ali-İmran surəsi – Azərbaycan dilində tərcumə  Ali-İmran surəsi - Azərbaycan dilində tərcumə Bağışlayan və mehriban Allahın adı ilə. Əlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.
0 notes
gonur14-blog · 7 years
Photo
Tumblr media
Əl-Bəqərə surəsi – Azərbaycan dilində tərcumə Əl-Bəqərə surəsi - Azərbaycan dilində tərcumə Bağışlayan və mehriban Allahın adı ilə. Əlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.
0 notes
gonur14-blog · 7 years
Photo
Tumblr media
Əl-Fatihə surəsi – Azərbaycan dilində tərcumə Əl-Fatihə surəsi - Azərbaycan dilində tərcumə Əl-Fatihə surəsi 1. Bağışlayan və mehriban Allahın adı ilə. 2. Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur.
0 notes