Text
İlahi, həqiqətən görürəm ki, Səndən istəmək üçün yollar əngəlsizdir, Sənə olan ümid bulaqları dolub-daşmaqdadır, Sənə ümidli olana fəzlindən yardım almaq asandır, dua qapıları isə Sənə fəğan edənlərin üzünə açıqdır. Həm də bilirəm ki, həqiqətən Sən ümidvar olanı cavabsız, pərişan olanı dəstəksiz qoymazsan. Həqiqətən Sənin səxavətinə göz dikib hökmünə sevinirəmsə, deməli paxılların əsirgədiyinin əvəzini almış və acgözlərin sərvətindən ehtiyacsız olmuşam. Həqiqətən Sənə tərəf gedənlərin yolu qısadır. Sən insanlardan gizlənmirsən. Səni görməyə mane olan Səndən başqası üçün edilən əməllərdir. Beləliklə Sənə üz tutub ehtiyaclarımı Sənə bildirirəm. Sənə sığınıb duamla Sənə qovuşuram. Hərçənd nə duamın eşidilməsinə, nə də günahlarımın bağışlanmasına layiq deyiləm. Amma kərəminə arxayın və verdiyin vədin doğruluğundan sarı rahatam. Arxayınlığım odur ki, Sənin təkliyinə inanır və Səndən başqa rəbbimin olmadığını yəqin bilirəm. Səndən başqa bir tanrı yoxdur, təksən, şəriksizsən!
1 note
·
View note
Text
Onun gözləri quru idi, amma qəlbi gözyaşları içində boğulurdu…
2 notes
·
View notes
Text
وهو يعلم يقيناً أنه رب مطلوب في الدنيا قد صار حين نيل حتفاً لطالبه،
dünyada istenen nice şey vardır ki, elde edilince sahibi için felakete dönüşmüştür.
186 notes
·
View notes
Text
Bilinməyən dillər var dünyada. Heç öyrənilməyən, heç cəhd olunmayan dillər. Hansı ölkənindi, nə vaxt yarandı, kim danışdı ilk dəfə. Kim eşitdi birinci, nə cavab verdi ona. İstədimi bilsin nə demək istədiyin o ilk adamın. İlk dil açan adamın ilk eşidəni. Sonra həmin dildə şeirlər yazdı, oxudular oxumasına da anladılarmı? bilmədi. Əslində bilmək o qədər də vacib deyildi. Hiss etməyi kəşf etmişdi bunun yerinə. Təsəllisiydi bir az da hiss etmə. Bəlkə deyirdi öz özünə, bəlkə bir gün kimsə elə gözü bağlı elə durduq yerə bildi onun dilini, hələ üstəlik danışmaga da cəhd etdisə daha nə olsun. Amma əmin idi dünyanın harasına gegir getsin, başqa dillər öyrənir öyrənsin izah edə bilməzdi özünü öz dilindən başqa bir dildə. Onun üçün inciyəcək, qırılacaq, yorulacaq sonunda alışacaqdı. Sus’mağa…
7 notes
·
View notes
Text


İlahi, mənə bütün bağlılıqlardan kamil şəkildə qoparaq sənə yönəlməyi nəsib et.☁️
11 notes
·
View notes