Don't wanna be here? Send us removal request.
Text
Çox qəribə bişeydi. Bir dostumnan facebook-da inboxda danışanda bişey xahiş elədim,heç cavab da vermədi o barədə. Yazılarımızın arasında itdi-batdı. Ama inanıram ki,mən istədiyim şeyi onnan qız istəsəydi indi göyün 7ci qatında da olsa çıxıb tapıb gətirərdi. Mən onnan incimirəm,ola bilsin ki,fikirli olub. Ama tək bu məsələ deyil,ümumiyyətlə çox şeydə belədi. Hələ də o qızdan biraz xoşu gəlirsə... Bəlkə mən də eləyəm...
2 notes
·
View notes
Text
O qədər din haqqında,həyat haqqında oxuyub,araşdırıb,suallar vermişəm ki,indi bütün psixologiyam pozulub. Konkret bişey fikirləşə bilmirəm. Özümün konkret bir ideologiyam yoxdu. Hər şeyə həm düz,həm səhvdi deyə bilirəm,o fikri müdafiə eliyə bilirəm. Hərdən nəyəsə cavab tapmıyanda,qıraqdan bağlanmış,daha cavab verə bilmədi kimi görsənsəm də sora ağlıma yeni bir fikir gəlir bayaq cavab verə bilmədiyim şey barədə. Gedib həmin adama deyəndə bu dəfə o cavab tapa bilmir. İndi bilmirəm neynim. Hərdən ürəyim ilahi bir gücə,Allaha bağlanmaq istəyir. Ama elə ki,gözümün qabağına din gəlir,dayanıram. Uşaq başı aldadırlarmış kimi gəlir mənə. Peyğəmbərin çomağı yerə atıb ilana çevirməyi,dənizlərin ikiyə ayrılması,əliynən ayı 2 hissəyə bölməsi. Nə bilim ee çox misal çəkmək olar bu barədə. İstəyirəm oturub fikirləşib konkret bir nəticəyə gəlim,ama o qədər fikirləşirəm ki,axırda başım şişir,deyirəm daha bəsdi ee,rədd olsun hamısı,öz həyatımı yaşıyacam necə gəldi. Ama sonra həyatda qarşıma elə şeylər çıxır ki,orda bir mövqe bildirməlisən,ama fikirlər o qədər qarışıqdı ki,alınmır,deyə bilmirsən,əgər desən belə sora həmin fikri özüm də səhv çıxara bilirəm,hətta müdafiə də eləyə bilirəm,beləcə sonsuz sual-cavab oynuyuram. Off..
2 notes
·
View notes
Text
Bir şeyi çox həvəsnən gözlədiyimdə,o alınmıyanda çox üzülürəm.
1 note
·
View note