Don't wanna be here? Send us removal request.
Text
Qar deyiləm gün çıxanda əriyəm,
Çalışmışam yıxıldıqca yeriyəm
Qocalmağı xoşlamayan biriyəm,
İstəyirəm ömür gedə, yaş qala
Mən kiməm ki, öləm yerim boş qala
Yoldan çıxdıq, izimizi unutduq,
İtirdikcə özümüzü unutduq,
Vədimizi, sözümüzü unutduq,
Həyat bizdə qoymadı ki, baş qala
Mən kiməm ki, öləm yerim boş qala
24 notes
·
View notes
Note
Seveceyin qiz nece olmalidi?
Anlayışlı, dürüst, açıq sözlü
4 notes
·
View notes
Text
Ömrün bahar çağında,
Qəlbə yağan qar nədir?
Sevirsənsə, sevgilim,
Səndə bu vüqar nədir?
Bütün arzularına
Zirvə mənəm, son mənəm.
Qüruru neyləyirsən?
Sənin qürurun mənəm.
Vüqar hara, eşq hara?
Sevənlər "mən-mən" deməz.
Sevənlər eşq odunda,
Əriyib itməzmi bəs?
Vüqarınla döyüşdə,
Məhəbbətin uduzmuş.
Mənim isti göz yaşım,
Boş qürurdan ucuzmuş?...
7 notes
·
View notes
Note
yenə də eyni dalanlar nə olar eyni əs külək
yenə də eyni mənzil eyni tüstülər eyni öskürək
Bədənim burdadı, ruhum başqa diyarlarda,
Bizə azadlıq verən yatır Fəxri Xiyabanda.
Ona görə axtarma azadlığı, ölüm gəlirsə.
Sən elə bil qəhər kimisiən boğaza düyünlənirsən.
7 notes
·
View notes
Text
İnsanlar sevməyi bir yerdə olmaq sanırlar. Toxunmaq, öpmək və ya hər hansı bir şəkildə təmas sanırlar. Qoy elə bilsinlər. Sən mənim uzaqlarda döyünən ürəyimsən. Səni heçkim tapa bilməz orda.
15 notes
·
View notes
Note
qəlbimizdə ağrı yandıranda bağlı
Nə dediyini anlaya bilmədi əzizim. Biraz daha aydın şəkildə yazsan sevinərəm
6 notes
·
View notes
Text
Mən səni neyniyirəm ki?
Sən olsanda sevirəm, olmasan da…
Sən sev deyə sevmirəm, mən səbəbsiz sevirəm.
11 notes
·
View notes
Text
Baxışların gözəl idi. Sadəcə yanlız zamanda yanlış insana baxmışdın.
10 notes
·
View notes
Text
“İntahar edənlər cənnətə gedə bilməz” cümləsi bu aralar çox insanı həyatda tutur.
10 notes
·
View notes
Text
Bəzi şeylər həmişə gözəl xatırlanır. Sən onu pis yaşadan belə, istəmsizcə və ya istəyərək yaşasan belə “o şey” sənin ağlında, fikirlərində daim gözəl qalacaq. Dönüb keçmişə baxdığımızda çox şeyləri ardımızda buraxdığımızı və zamanla yeni şeylər yaşadığımızın fərqinə varırıq. Məsələn zamanla bizə məsləhət verən nənə babalarımız artıq olmuyacaq. Bizə yol göstərən valdeyinlərimiz artıq olmayacaq. Hər gün gedib çörək aldığımız mağaza işçisi olmuyacaq. Hər səhər üzünü görüb dərsində oturduğumuz müəllimlər olmuyacaq. Belə belə heç kim qalmıyacaq amma təzə insanlar gələcək. Bəs heç düşünmüsünüzmü? Bir gün özünüz olmasanız nə olacaq? Bu səfər bu suala siz cavab verin mən oxuyum.
12 notes
·
View notes
Text
Mənim ümidimin qapılarını,
Neçin gah açırsan, gah qapıyırsan?
13 notes
·
View notes
Text
Yaş o yaş deyil ki, yolunu kəsim,
Yaş o yaş deyil ki, açım qəlbimi
Təzədən başlayım barışım, küsüm
On yeddi yaşında cavanlar kimi.
Yaş o yaş deyil ki, səni izləyim,
Özümü odlara toxuyum yenə.
Durub saatlarla vədə gözləyim,
Görənlər, bilənlər nə deyər mənə.
Fikrət Qoca.
12 notes
·
View notes
Text
Məsələn 7 ilin həsrətini 70 ildə keçsə bağlıya bilməyəcəyik.
16 notes
·
View notes
Text
Bir gün siqaretimi yandırıb keçəcəm duracam qabağında və sənə bilmədiyin hər şeyi danışacam.
11 notes
·
View notes
Text
Bir gün səndə mənim üçün darıxsan, bir gün səndə məni görmək isdəsən əgər Sezen Aksunun bu sözləri yadına düşsün:
Uzanıp tutuver elimi bir gün
Utanır, diyemem, ne olur geri dön
10 notes
·
View notes
Text
Məsələ ölmək deyil ki gözəlim, öldükdən sonra məzarıma gəlib sən buz kimi məzar daşına sarılarsan, mən sənə sarıla bilmərəm o toxunur mənə….
13 notes
·
View notes