mehracalyv
mehracalyv
i k i⠀ü z l ü
23 posts
məni qaytar 🍁 🌙 instagram : bu7ut ⠀⠀⠀⠀⠀⠀⠀⠀
Don't wanna be here? Send us removal request.
mehracalyv · 8 years ago
Text
Bir bayram axşamı görəsən ki Əllərində böyük-böyük çantalar Qayıdıb gəlib itirdiyimiz doğmalar..
8 notes · View notes
mehracalyv · 8 years ago
Photo
Tumblr media
4 notes · View notes
mehracalyv · 8 years ago
Text
Xəyallarını uçurtmaya bağlayıb, küləyə oğurladan uşağın səsi " Getməyin sizsiz tez böyüyərəm.. Külək qaytar onları bu oyun deyil. Gəl anamın göz yaşlarıyla oyun oynayaq.. Sənə deyirəm.. Gəl o damcıları götür get uzaqlara.. Bax o xəyallarımda bir ovuc ümidi saxlamışdım mən.. O kiçicik ovuc bir yığın gülüş deməkdi.. Onlarsız olmaz ki.. Ama qaytarsan.. Qaytarsan lap intiharı sevmiyəcəyimə söz də verərəm.. " Sonra il olur 2014 Bir məktub Yazılan bir küskün həyat Bir də balaca şəhərdə doluxsunmuş o səssiz gecə.. Gecədən bulutlara xəyallarını itirmiş uşağın həyatı hədiyyə..
8 notes · View notes
mehracalyv · 8 years ago
Link
Duman - Kırmış Kalbini from SnapTube
4 notes · View notes
mehracalyv · 8 years ago
Text
Axırıncı dəfə sol yanım sızlayaraq günlükdə sevgidən yazdığımda, indikindən uşaq idim.. Yaşım az olsa da, birinə bağlanmağın nə qədər səhf olduğunu əzbərlətmişdi həyat mənə.. Ancaq hər əzbər bir gün unudulurmuş.. Yenə gecə yarısını keçib, nə gedəcək qapım var, nə də bir dərd yoldaşı.. Soyuq şəhərin qaranlıq küçələri, və gecəyə qarışıb itmək istəyən bir adam.. Qısacası yazsam günlük, həmin hislər yenə gəlib tapıb məni.. Boğazımdakı düyümlərin yenə sayı hesabı yox.. Sinəmdə bir yara var ki.. Bir yara bu qədərmi ağrıdar insanın canın..? İnsanların yalanını boş vermişəm, öz- özünü aldatmağın yükü necə ağır imiş.. Ağlımdakı fikirlərlə üzləşməkdən o qədər qorxuramki.. İçimdəki səslər məni tapa bilməsin deyə özümdən belə gizlənirəm.. Yenə yarımçıq bir halım, tör- töküntü yaşantım var.. Və bilirəm hamısı öz günahım, öz səhfimdi.. Heç vaxt sevilməyən biri, nə ağıl ilə ümid edər ki seviləcəyinə..? Mənə bunları etdiyim üçün, məni bu qədər yorduğum üçün, içimdəki uşaqsı ruhu bu qədər ağlatdığım üçün, və ən pisi də gedib ürəksizin birinə tutulduğum üçün, bağışlama məni günlük.. Sən məni bağışlama, mən də bu aldanmış adamı.. Bir mahnının sözlərində deyirdi ki, " sonuncu dəfələrdən biri də sən, unutmayacam.." eynən o cür, ' sonuncu inanmaq istədiyim, ən gözəl yalan danışanlardan biri də o, unutmayacam günlük... ' Unutmayacam...
5 notes · View notes
mehracalyv · 8 years ago
Text
Buralarda yaşadığımıza dair izlər gün gələcək lap az qalacaq. Gün gələcək bu yazılarımı oxuyan səninlə mənidə nağıl sanacaq..
6 notes · View notes
mehracalyv · 8 years ago
Photo
Tumblr media
4 notes · View notes
mehracalyv · 9 years ago
Text
Mənim uşaq vaxtı nağıl danışanım olmadı heç. Uşaq otağım olmadı. Oğurladıqlarımı saymasaq oyuncaqlarımda olmadı. Hə mən oğurluq eləmişəm balaca olanda, həyatın səndən aldıqlarını qaytarmaq istəyi. Uşaqlıq ağlım.. Qısacası bu günlərimdə yazacağım, o yaşlardan qalma yaxşı izlərim yox dərəcəsində. İnsanın qayıtmaq istədiyi günləri balaca yaşları olarmış. Mən balacaikəndə böyük kimiydim. az gülərdim. az danışardım. Qala bildiyimcə tək qalıb, çoxlu-çoxlu susardım. Nə məktəb nə də məhləmizdə istənməzdim, sevməzdi heç kim məni, oynamazdı heç kim mənlə. Düzün danışsaq dalaşqandım, hər kəsin pis dediyi, uzaq gəzdiyi uşaqlarla sözüm tuturdu. Çünki məndə onlardandım. Geyimim kirli olmazdı ama köhnə olardı. Səsim kobud, danışığım söyüşlüydü. Gecələr bərbat olar, böyük otaqda tək yatardım. Nə qorxumnan nə də istənmirəm deyə sıxılmazdım, uşaqlığım niyə gəlmir, onu düşünüb hər gecə ona ağlardım, həmdə hönkürərək. Məsələn anam tez-tez ağlayır deyə, nifrətim var idi balaca böyük fərq etməz, bütün qızlara. Yaşım az idi ama qoca birin 'istədiyim kimi yaşıya bilmədim' sözündəki peşmançalığı qədər, nifrətim var idi keçən hər günümə. İndi baxıram da mən böyümüşəm, ama yenə də uşaq kimiyəm. Ya da uşaq kimi demiyək haksızlığ olar uşaqlığınıza. Uşaqlığım kimiyəm..
7 notes · View notes
mehracalyv · 9 years ago
Text
9-10 yaşlarında uzun hörüklü bir qız, duvarda kimə yazıldığı bilinməyən sənin üçün çox darıxıram yazısının altına balaca hərflərlə " ana " yazıb böyük bir həsrət hissiylə
9 notes · View notes
mehracalyv · 9 years ago
Photo
))
Tumblr media
25 notes · View notes
mehracalyv · 9 years ago
Photo
Tumblr media
9 notes · View notes
mehracalyv · 9 years ago
Audio
4 notes · View notes
mehracalyv · 9 years ago
Text
Köhnəlmişlərin atıldığı otaqda üstünü toz basmış intihar məktubu kimi, atılsa atılmaz, açılsa oxunmaz bir haldayam.. Niyə deyə soruşma özümün belə səbrim çatmır, qulaqlarımı tuturam içimdəki səsləri eşitmiyim deyə.. Özü özündən getmişin gözlədiyi olarmı heç .? Özü özündən küsmüş barışarmı kiminləsə? Ürəyi sökülüb alınmış biri sevə bilərmi sözləriylə, yazılarıyla, gülüşləriylə, sevə bilərmi gözləriylə..? Məndə ürəyi tapdanmış biriyəm səbrin çatmaz kaprizlərimə.. Uzaq dursan yaxşıdı...
10 notes · View notes
mehracalyv · 9 years ago
Text
Bu dibçəkdəki gülü otağımda saxlaya bilərəm ana? - Yox oğlum. Gün işığını görməsə tez böyüyə bilməz axı. Sən balacasan deyə bunları bilmirsən hələ ki. - Yox bilirəm tez yekəlməz.. Elə buna görə gizlətmək istəyirəm. Çünki yekəldikcə budaqlarını kəsəcək atam, kəsikləri ağrıyacaq.. Sən ətrafa səpələnməsin deyə qoparıb atacaqsan çiçəklərini, heçkəsli qalacaq onda da.. Günəş hələ, onu böyütdü deyə utanacaq.. Lap yekələrini soyuq olanda evdə də istəmirsiz onsuz.. Qışda çöldə donacaq, üşüyəcək.. Nə qədər gec yekəlsə, o qədər az yaralanar. Ən yaxşısı, onu sizdən gizlədim ana... - ...
11 notes · View notes
mehracalyv · 9 years ago
Text
Tanrım, o böyük dəbdəbəli göydələnlər kiçik evləri görmənə əngəlmi oldu..?
12 notes · View notes
mehracalyv · 9 years ago
Photo
Tumblr media
9 notes · View notes
mehracalyv · 9 years ago
Text
Getmək nəyi dəyişdi ki? Nəyi azaltdı? Evdən əşyalarını götürmədən çıxmağa oxşamadımı sənin gedişin..? Getdin bilirəm.. Ama həyatıma səpələnmiş xatirələrin.? Onları yığışdırmağa gəlməyəcəksən? Hər edam, məhkumdan axrıncı istəyi soruşularmış.. Məni gedişinlə edam edib də, Bəs o, sonuncu arzumu eşitməyi heçmi istəmirsən..? Niyəsin desən heç olmasa.. Nolduda bu qədər soyuqlaşdın bizə qarşı.. Əvvəlki səni mən çox axtarıram.. Bəs sən əvvəlki özün üçün heç darıxmırsan? Bu qədər soyuqluğun ürəyini heçmi üşütmür? Ən azından biraz yalançı ol.. Yalandanda olsa isti bax mənə.. İnanki çox ehtiyacım var Yalandanda olsa, görəndə üzümə gülümsəməsən, gözlərimə baxmasan belə, unutmadığını deyirmişsən kimi salam ver mənə.. İnanki hər şeydən çox buna ehtiyacım var.. Ən çoxda səsinə...
6 notes · View notes