Tumgik
mellowyouthkid · 3 months
Text
Tumblr media
6K notes · View notes
mellowyouthkid · 3 months
Text
bəlkədə kitablarda olan yaxşı xarakterlər gerçəkdirlər,sadəcə doğru insanlar tərəfindən kəşf edilməmişlər
19 notes · View notes
mellowyouthkid · 11 months
Text
insan 25 yaşından sonra böyük bir sarsıntı və kədər yaşadıqda toparlanmaq həqiqətəndə çox uzun zaman alır. yalandan o internetdəki göt göt motivation videolarına baxmaqla və ya məsləhətlər heç cür kömək etmir, həyat həqiqətəndə çox mürəkkəb bir simulyasiyadır.
11 notes · View notes
mellowyouthkid · 11 months
Text
həmişə pulqabımda yazda yerdən topladığım bəzi kiçik çiçəklərin ləçəkləri (saplağı kiçik olanları bütöv halda) olur,əslində dəhşət bir qoxusu da olmur amma niyəsə xoşum gəlir, sanki çiçəklər quruyanda ömrü daha uzun olurmuş kimi hiss edirəm, eynilə kitab aralarında da o gülləri qurudub saxlamağı sevirəm.pulqabımda olan çiçəklər isə tam bir il qalır və gələn yaz yenidən təzələyirəm.
11 notes · View notes
mellowyouthkid · 11 months
Text
hər bir insan dəyişib sizin heç tanımadığınız birinə çevrilə bilər ona görədə heç kimə bütün qəlbinizlə inanıb bağlanmayın, əsasda qarşı cinsin nümayəndələri
9 notes · View notes
mellowyouthkid · 1 year
Text
nə vaxt ki,durub filmə baxıram və maraqlı yerində bütün dostlarımı qruzları yadlarına düşüb üstümə gəlirlər,imkan vermirlər e
14 notes · View notes
mellowyouthkid · 1 year
Text
Oturmuşuq şeytan ilə, baxır bizim məmurlara O gülür, mən gülürəm, staj başqa şeydi
19 notes · View notes
mellowyouthkid · 1 year
Text
bundan illər öncə qabaq marketdə kassada işləyirdim çox şüvən bir dənə qırx-əlli yaşlı kişi müştərimiz var idi,bütün kassirlərin nömrəsi bunda var idi,bir gün gecə növbəsiydim çox yorğun idim,bu yığdı ki mənim nömrəmə on beş manatlıq kontur vur,keçdim apartın qabağına necə demişdisə həmin nömrəyə vurdum pulu,sən demə bu beyinsiz nömrəni cinnən simə daşıyıb neyniyib,pul başqa adamın nömrəsinə yükləndi,indi yığıb bu məni cırır özünü ki neynədin imkanda vermir ki, bir günə keçsin ki həmən adamın balansından köçürülə bilsin bunun hesabına, axır həmən adam insaflı çıxdı on beş manat yüklədi bunun hesabına.
11 notes · View notes
mellowyouthkid · 1 year
Text
Tumblr media
canın kaktuslarım
15 notes · View notes
mellowyouthkid · 1 year
Text
mənim qonşum vhatsappda 30 dəfə eyni şəkili qoyur,axırıncı şəkilə çatanda da yazır "Nənənin ❤yi" sizin qonşular neyləyir bəs?
17 notes · View notes
mellowyouthkid · 1 year
Text
Onların sevgisi imkansız görünürdü. Lakin imkansız olan onların sevgi hekayəsi yox, cəmiyyətin dəyişməyən maneələri, “olmaz”larıdır..
7 notes · View notes
mellowyouthkid · 1 year
Text
Mən heç vaxt sənin eşqinlə yuxudan oyanmıram. Çünki,sənin eşqindən yata bilirəm ki,səhərlərdə oyanım?
16 notes · View notes
mellowyouthkid · 1 year
Text
Qaraqan Evakuasiya kitabini oxuyandan sonra fikirləşirəm ki, görəsən bu metro doğrudan nəsə bunkerlər var?
13 notes · View notes
mellowyouthkid · 1 year
Text
sən demə Çin səddinin kosmosdan görünmesi yalan imiş
20 notes · View notes
mellowyouthkid · 1 year
Text
 Nəsə anlaşılmazlıq olanda oturub gic kimi 1 saat izah verdiyim halda yenə də öz bildiyini deyən adamı öldürmək məncə günah deyil.
19 notes · View notes
mellowyouthkid · 1 year
Text
"öyrət mənə, necə unudulur düşünmək?" ~ william shakespeare, romeo and juliet
18 notes · View notes
mellowyouthkid · 1 year
Text
deməli, o vaxtı birinci dəfədi akademiyadayam. İçəridəki muzeyi gəzəsiyik, ora ilə tanış edəcəklər (publik muzey deyil, çaşıb gedib-eləməyin). Mənə də evdən tapşırıblar ki, orada diqqətli olum, pilləkənləri sayım, pəncərələrə baxım, içəridə olan tablolara, divarlara - bir sözlə hər şeyə diqqət edim: "muzey bəhanədi, hər şeyi yoxlaya bilərlər".Gəldik akademiyaya, içəridə bir qadın mayor qarşıladı bizi, o rəhbərlik edəcəkdi. "Tecrübe işte", dedikləri kimi də oldu. Bir az gəzmişdik ki, təhlükəsizlikdən və s. Söhbət düşdü, qayıdıb tipik sual olaraq pilləkənlərin sayın soruşdu, qayıdıb dedim. Sonra bir az keçdi, Heydər Əliyevin KQBdə işlədiyi vaxtı olan kabinetinə girdik, xidməti fəaliyyətindən və s çoxlu-çoxlu danışdı. Məlum, bəyənsən də, bəyənməsən də, adamın həm şəxsi, həm xidməti fəaliyyətini bilən biri qəbul edər ki, dəhşət ağıllı, əzmkar kişi olub. Nəsə, içəridə hər şeyə radar kimi diqqət edib, bütün danışdıqlarını əzbərləyirdim. Otaqdan çıxdıq, qayıtdı ki, "Heydər Əliyevin masasında neçə telefon vardı?", dedim "x". dedi "bəs neçə saat vardı və saatlarda saat neçə idi?". sayın bilirdim, saata diqqət eləmişdim deyə qaldı içimdə. Bir az sonra da ölkə tarixindən nəsə söz düşəndə soruşdu ki, "Heydər Əliyevin otağındakı o yekə xəritədə azərbaycanın sərhədləri hardan-hara kimi göstərilmişdi?", ardınca da "o xəritədə hansı şəhər xüsusilə işarələnmişdi?", bunları da bildim. Daha burada deməyim o şəhərin adını, ikinci dəfə zibili çıxmasın işin. İkinci dəfə dedim, çünki birinci dəfəni oxumaq üzrəsiz.
Sonrasında girdik növbəti zala, uşaqlığından, ailəsindən, ilkin gənclik illərindən olan fotoları göstərib məlumat verdi, sonra qayıtdı ki, "kiminsə nəsə sualı var?". Mən qoçaq qayıdaram ki, "mənim var", dalınca da sualımı verdim ki, "siz dediniz heydər əliyev xüsusi xidmət orqanlarına 20 yaşında qəbul olub, halbuki 1943 yox, 41-ci ildə başlamışdı fəaliyyətə, yəni 18 yaşında". Ala bunu demişdim ki, qadın diqqətlə gözümün içinə baxdı, ürəyimdə dedim "mən ölüm poxu çıxdı". Mən də birdən-ikiyə maraqlanmamışam, yaş da 17, hələ təzə-təzə temaları bilməyə başlamışam. Hardan bilim e ki, yuxarı vəzifəli şəxs qatığa qara desə, "oldu" deməlisən, sorğu-sual eləmək nədi?! özü də gör kimə, harada və nə sual?!". 2-3 saniyə sonra qadın üzün çevirib digərlərinə qayıtdı ki "başqa sualınız yoxdursa, keçək digər zala". blyaa, orda artıq ürəyimdə dedim "gül kimi yaxşı gəlmişdik, altın bərk vurduq". bildiyin dizlərim boşaldı aq. O ana qədər xəyallar qururdum ki, 4 il akademiyaya ayaq döymək nədi e, burdan çıxan kimi birbaşa çiyinlərimə paqonu taxıb deyəcəklər "helalsin, yarın gel ekipte işe başla", indi uje deyirdim ki "sən allah bircə burdan sağ-salamat çıxım, başqa heç nə istəmirəm".
11 notes · View notes