mnfva
1K posts
Don't wanna be here? Send us removal request.
Text
Hər şeyi içinə atdın,görməzdən gəlməyə çalışdın,indi bu mədə ağrısıyla başa çıx görüm necə çıxırsan.
35 notes
·
View notes
Text
Yazıda 5-6 il sözü və 2018 ilini bir yerdə görəndə özüm-özümə “5-6 il hardan olur” deyib sonra böyük bir aydınlanma yaşadım. İllər keçmire uçur
Xoş gördük tumblr. 5-6 il idi ki burada yox idim.
Bu günnən etibarən geri dönürəm.
#since2018
27 notes
·
View notes
Text
İçində evə dönmək kimi dəli bir istək var , amma bir evinin var olmadığının da fərqindəsən. Belə bir boşluq…
19 notes
·
View notes
Text
Kaş yenə edə bilsəm yox olsam 2-3 illik ortadan, ya da elə ömürlük. Amma bütün işim ordadı deyə edə bilmirəm.
4 ay sonra təkrar Instagram yükləmişəm gələn güncəllənmələrə 16 cı əsrdə Amerikadan Avropaya gətirilən hindu kimi təəccüblə baxıram:D
27 notes
·
View notes
Text
Əlimizdə olmayan şeylərin ucbatından xəyalını qurduğumuz və olmasına can atdığımız şeylərin sabun köpüyü kimi sürüşüb suda yox olurmuşcasına heçə qərq olduğunu bilməyin ağırlığını qaldırmaq nə qədər müddətə başa gəlir insana? Həqiqətən istədiyimiz şeylərin olmamasından sonra daha güclü olmaq mümkündür ya içimizdə onun xəyal qırıqlığı ilə ömrümüzü başa vururuq? Hansı realdır? Kiçik şüşə qırıqlarının bata-bata yaraladığı yeri zamanla özünə məskən etməsidir bu? İnsan özünü günahlandırmaqdan nə zaman əl çəkir? Yaşadıqlarımızın özümüzdən asılı olmayan səbəblərdən olmadığını bildiyi halda niyə kədərdən zövq alırmışcasına buna davam edirik, o da bir sualdır. Bircə onu bilirəm ki, kədərin özündən yorulmaq bir irəliləyişdir, irəliyə baxa bilmək üçün daxili motivasiya qaynağı ola biləcək gücün oyanmasına başlanğıcdır bəlkə də. Bu da təsəlli ola bilər insana?
İndi baharı hiss edirəm içimdə. Uzun müddət davam edən qışdan sonra torpaq altından cücərib qalxmaq istəyən bahar çiçəyi misalı ümidlərimin yenidən toparlanaraq məni canlandırdığını hiss edirəm. Arada qış soyuğunu hiss edib üşüdüyüm olur, belə anlarda yenidən qış qayıdır deyə qorxduğum çox olub, amma isti də olsa üşüməyin mümkün olduğunu qəbul etməyə başlamışam artıq, bu da birşeydir. Kiçicik də olsa səbəblər axtarmağa çalışıram ağrıları görməzdən gəlib, yetərincə ağrılara dönüb baxmamışdımmı? Zaman durmadan ötüb keçir axı.. Mənə və ya qeyrisinə də acıdığı yoxdur zamanın, bir də baxırsan saçlarına dən-dən ağlar düşüb artıq, sən nəydim, necə oldum deməyə fürsət tapmadan süzülüb gedirsən zaman və məkan anlayışlarının içində.
Nə qəribə və təəssüfləndiricidir ki, insan kədərli olduğuna çox asan əmin olduğu halda, xoşbəxt olduğunu başa düşdüyü anlar nadir olur, o an bitəndə belə onu kədər içində anır. Xoşbəxt olanda o ana qorxu ilə yanaşır, şübhə içində yenidən fırtınanın qopacağı anı gözləyirik, bəlkə biz alışmışıq deyə kədərin qaçıb getməsindən qorxuruq? Hər nəysə.
Bu axşam üşüsəm də, günəşi hiss etmək istəyirəm.
30 notes
·
View notes
Text
Salam, gəldim deyəm ki hər yerindən duranın “3391 kilometre” filminə getməsi əsəblərimi korlaylır. Sağ olun.
39 notes
·
View notes
Text
Bu yaxınlarda çox incə bir cümlə ilə qarşılaşmışam. Deyirdi ki: “Dua etdiyim zaman axan göz yaşlarım qədər saf idi qəlbimdə sənə olan sevgim” .
38 notes
·
View notes
Text
Ölüm haqqında ona çox az şey məlum idi: Bircə onu bilirdi ki, bəzən ölüm ildırım kimi qəfil baş verir və sonra böyük bir səssizlik çökür..
40 notes
·
View notes
Text
Uzun müddətdən sonra tb hesabım yadıma düşmüşdü dedim gəlim baş çəkim. Bu nə temalardı ölürəm🤣🤣
14 notes
·
View notes