Don't wanna be here? Send us removal request.
Text

It's my 10 year anniversary on Tumblr 🥳
1 note
·
View note
Text
Psixoloji olaraq elə çökmüş vəziyyətdəyəm ki, günlərlə yatağımdan çıxmaya bilərəm.
Yalnızlığa ehtiyyacım var
0 notes
Text
O qədər yorğunam ki, bu aralar. Ruhum belə dözmür bədənimə. Bəs mən necə dözüm mənə. Getmək olmur. Nə irəli, nə geri. Hər gələn açdığı yaralarla deşir qəlbimi. Ruhum param parça soyuqluğa. Boğazımda milyonlarla düyün, ürəyimdə minlərlə suallar. Susduğum, deyə bilmədiyim.
Ən iyrənc insanın əsəriyəm mən. Mən mənim əsəriməm.
Olmur unutmaq. Bacarmıram. Yaranan soyuqluq daha da məhv edir məni. Məndən mən qalmıram. Yarımçıq düşüncələr, beynimi yeyən suallar və bunlara tab gətirə bilməyən mən.
Yaşamağa heç bir həvəs qalmayıb. Ölmək üçün minlərlə dualar yağdırıram Allaha.
Düşüncələrim məhv edir məni.
Kaş deyə bir cümlə düşür dilimə. Ardı gəlmir. Gələ bilmir. Nəyin kaşı dinə bilmir.
Bağışla…
0 notes
Text
Acını qoyaraq qara çuvala
Yox olub gedərəm mən bu diyardan
Dönüb baxaraq qara həyata
Həyatı yox edib çəkib gedərəm
Gedərəm izimi itirənədək.
Gedərəm torpağa qovuşanadək
Əzabı yığaraq qara qəlbimə
Qəlbimə sevgini sığdıranadək
Baxıb acısına, baxıb dərdinə
Dərdimə dərdləri calıyaram mən
Bilmirəm həsrətin hansı gününə
Göz yaşı olaram, axıb gedərəm.
0 notes
Text
Bəzi insanlar çox pessimist olur. Mən onlardan biri deyiləm. Amma xoşbəxt birisi də deyiləm. Hər gün içində dəxlisiz minlərlə yükü daşıyan, özündən qabaq öncəlikləri olan birisiyəm. Hamı kimi sıradan birisi.
0 notes
Text
Yaşamaqla ölüm arasında bir yolam. Yaşayarkən ölən, ölərkən yaşamağı arzulayan... Mən öz ruhunu hər gün öldürən, özümdən özümü qoparan insanam...
0 notes
Text
Biraz mənə naz elə
Qoy nazını mən çəkim
Vallah rəssam deyiləm
Şans ver həsrətini az çəkim
0 notes
Text
Bütün ruhumu öldürüb bədənimin yaşaması əzab verir mənə. Bunu da içirəm məni məndən qoparanların şərəfinə. Yorğundu bədənim, qoca insan kimi. İlim ilim itirəm bu dünyadan. Yaşamağı sevməyən insan kimi…
0 notes
Text
Ən böyük haqsızlığı bəlkə də insan özü özünə edir. Adi şeyləri belə böyüdüb özünü mühakimə etmək. Yaşamaq varkən sağkən özünü öldürmək. Ruhunu qaranlığa həbs edib qapının açarınl itirmək. Nə qədər axtarsan belə tapa bilməmək. Çıxa bilməmək o boşluqdan. Ən xoş günlərində belə hansısa zibil səbəbə görə gülə bilməmək. Mona Liza əsəri kimi yaşamaq. Bir yanın gülərkən, bir yanının ağlaması. Xoşbəxtliyə baxıb bu da hardan çıxdı demək.
Çox qəribədir insan. Acı çəkərkən xoşbəxtlii üçün ağlamaq, xoşbəxt olarkən isə dərd çəkdiyin günlər üçün gizlin gizlin həsrət çəkmək. Baş açamdım mən bu həyatdan. Bəlkə də xoşbəxtliyimiz elə kədərlərdədi. Ağlayarkən axıtdığımız göz yaşlarındadı…
0 notes
Text
Ən böyük haqsızlığı bəlkə də insan özü özünə edir. Adi şeyləri belə böyüdüb özünü mühakimə etmək. Yaşamaq varkən sağkən özünü öldürmək. Ruhunu qaranlığa həbs edib qapının açarınl itirmək. Nə qədər axtarsan belə tapa bilməmək. Çıxa bilməmək o boşluqdan. Ən xoş günlərində belə hansısa zibil səbəbə görə gülə bilməmək. Mona Liza əsəri kimi yaşamaq. Bir yanın gülərkən, bir yanının ağlaması. Xoşbəxtliyə baxıb bu da hardan çıxdı demək.
Çox qəribədir insan. Acı çəkərkən xoşbəxtlii üçün ağlamaq, xoşbəxt olarkən isə dərd çəkdiyin günlər üçün gizlin gizlin həsrət çəkmək. Baş açamdım mən bu həyatdan. Bəlkə də xoşbəxtliyimiz elə kədərlərdədi. Ağlayarkən axıtdığımız göz yaşlarındadı…
0 notes
Text
Yaza bilmirəm daha. Nə əvvəlki cümlələr var məndə, nə də əvvəlki dostlar. Canımı belə verməyə hazır olduqlarım ruhumu söküb gedərkən sınıq-sınıq olan ürəyim daha döyünmək istəmir. Nə mənası var yaşamağın əgər heç kim əbədi deyilsə. Nə mənası var münasibətlərin əgər sonu yaralı bir qəlbdisə. Hansı dostluğa sığar bu qədər nadanlıq?
0 notes
Text
Bəzən dağıdıb deşir içimi cümlələr. Yazmasam olmur. Danışsam heç olmur. Bircə vərəqlərdi dostum. İçimdəki bəzən boç mənasız fikirlər, bəzən dahiyanə ideyalar. Həyatımı 360dərəcə dəyişəcək düşüncələr. Amma nə edək ki, çox yorğun insanam. Dünyaya gələndən elə bil beləyəm. Yaşamağa səbəb deyin?? Düşünmə ki intihar edərəm. Mən intihae edəcək yaşı çoxdan adlamışam. Sadəcə məqsədlər yoxdu. Yorğunçuluq var, bir də bitməyən kədər. Kədər o qədər harınlayıb ki həyatımda ayağını masaya qoyub şərab yudumlayır dərin xəyallara dalaraq.
Birdən elə zənn edərsən həyatımda heç nə yolunda getmir. O da deyil səbəb. Bəlkə hansısa günahımın ağırlığıdı çökdürür məni, ya da kiminsə ahı. Görəsən ah alacaq qədər mi alçalmışam mən. Biri cavab versin niyə bu qədər yorulmuşam mən??
Səbəb nədir bu qədər yorğunluğa?? Bu qədər dəxlisiz düşüncələrə. Silmək istəyirəm beynimi. Ağ vərəq kimi. Desən yenidən başla, bir də yaşa bu həyatı ona belə gücüm yoxdu...
Bu yorğunçuluqa mənim gücüm yoxdu.
0 notes
Text
Ölmək üçün hansı günlər dua etmək lazımdı sənə??... Görən hansı sözləri dualarımda desəm sənə tez çatar??.... Eşidirsən ordan məni?? Yoxsa məsafələr çox uzaqdı??.... Bəlkə buludlar kəsib aramızı. Bir cavab ver. Eşidirsəəəəən cavab ver. Üsyan etmirəm. Etmədim. Etmiyəcəm. Amma sən canı bir cavab de.
Qollarından tutub məsciddən çıxartmağa çalışırlar. Qəzəblə qışqırmağa başlıyır.
Eşidirsən mənii bu axmaqlar hardan qollayurlar qollasınlar yenə gələcəm. Bura olmasa daaa başqa evinə. Amma gələcəm. Cavab verəcəksən. Eşidirzən məni. Caaaaaaavaaaaaaaaaabbb.
Sabahısı gün yenə eyni saatda eyni məscidin qapısına yaxınlaşır. Bu dəfə onu məscidə buraxmırlar.
Həyatda çox şeyi bacarmasa da 14cü məsciddən də qovulmağı bacarmışdı. Allahın onunla danışığını eşitməyənə qədər onun evinə getməkdən çəkinməyəcəkdi. Hazırladığı sualları bir də təkrardan keçirərək düşüncəli addınlarka gedərkən xristian kilsəsinin önündən keçir. 5addım getdikdən sonra dayanır və geri dönərək kilsəyə daxil olmaq qərarına gəlir.
-istər məscid, istər kilsə. Hamısı sənin evindi. Mənimlə danışmayana qədər yaxandan əl çəkməyəcəyəm.
Ömründə ilk dəfə idi kilsəyə daxil olurdu. Köhnəlmiş, yırtıqlarına səliqəsizcə vurulan yamaqlı paltarı, səliqəsizcə yığılmış uzun saçları və üstündən atılmış şalı ilə kilsənin içində gəzməyə başlayır. Əyləşmək üçün qoyulmuş skamyalar, şamlar hər bir şey onda başqa suallar doğurur.
Birdən yuxudan oyanmışcasına özünü ələ alır və verəcəyi sualları düşünür. Özünü danlarcasına
-yersiz suallara ehtiyac yoxduuu..
0 notes
Text
Gülüşünə həsrət qaldığım
Biraz, az ağlat məni
Gecələr uzun keçir
Gecələr axtar məni
Canımdan artıq canım
Sən canı biraz, az ağlat məni
0 notes
Text
O qədər doluyam ki, hər şeyə, hər kəsə. Bəzən nəfəs almaq belə çətinləşir. O qədər sıxıram ki, içimdəki göz yaşlarımı havaya çıxanda adi külək belə olsa gözlərimdən sular süzülür. Həkimlər göz quruluğu deyir. Amma anlamırlar ki, məndə qalan yaraların üsyanıdı. Heç cür vaz keçmədiyim, məni məhv edən xatirələr. Bir söz var kaşkilərdənsə, yaxşıkilər daha yaxşıdı. Niyə bu cümləni bu qədər ciddiyə alıb həyatımızı məhv etmişik. Niyə insanlara bu qədər aldanıb, kaşkilərlə boğuluruq...
Qarşına çıxacağım gün necə başımı qaldıracam?? Əllərim, gözlərim belə məndən iyrənəcək halda sən necə bağışlayacaqsan məni???
İyrənc hisslərin arxasınca məhv olub getdik...
Bağışla...
Bağışlanmayacağımı bildiyim halda bağışlaa...
0 notes
Text
Güzgünün qarşısında makiyaj edərək fəxrlə özünə baxır. saç rezinini əlinə götürərək saçlarını yığmaq istədikdə bir anlıq gözü saçlarına ilişir və
- daha toplamayacam səni. İllərlə həsrətini çəkdiyim günlərim var səndə. Hər telində bir göz yaşı, bir nalə var. Mən bacaracam deyə bir üsyan var. Bir yalvarış var bitsin deyə. İllərlə içimi yandıran acıların alovu sönsə də közü bir ömürlük mənimlə olacaq. Necə gözəldir düşərkən son gücünü toplayıb ayağa qalxmaq. Bütün acıların tozu dumanını üstündən təmizləyib mən bacardım deyə bilmək. Göz yaşısız, acısız günə başlamaq. Çox gözəldir güzgüdəki illərlə həsrətini çəkdiyim gözəlliyə baxıb gülümsəmək. Necə də qürur vericidir həyata uduzmamaq.. vəə ən əsası xəstəliyə qalib gəlmək...
0 notes