Don't wanna be here? Send us removal request.
Text
Bədəndə hər şey var bircə dözümnən başka
Aglayır bütün bədən Bircə Gözumdən başka :)
0 notes
Text
𝐇ə𝐫 ş𝐞𝐲𝐢𝐧 𝐦𝐚𝐯𝐢 𝐫ə𝐧𝐠𝐢𝐧𝐢 𝐬𝐞𝐯𝐢𝐧. 𝐌𝐚𝐯𝐢 𝐫ə𝐧𝐠, 𝐫ə𝐧𝐠𝐥ə𝐫𝐢𝐧 ş𝐚𝐡𝐳𝐚𝐝ə𝐬𝐢𝐝𝐢𝐫. 𝐆ö𝐲ü𝐳ü 𝐦𝐚𝐯𝐢 𝐨𝐥𝐝𝐮ğ𝐮 üçü𝐧 ş𝐚𝐧𝐬𝐥ı𝐝ı𝐫. 𝐆ö𝐲 ü𝐳ü𝐧ə 𝐛𝐚𝐱𝐚𝐧𝐝𝐚 𝐢𝐧𝐬𝐚𝐧 𝐫𝐚𝐡𝐚𝐭𝐥ı𝐪 𝐭𝐚𝐩ı𝐫. 𝐒𝐚𝐧𝐤𝐢 𝐛ü𝐭ü𝐧 𝐠ö𝐳ə𝐥𝐥𝐢𝐤𝐥ə𝐫 𝐬ə𝐦𝐚𝐲𝐚 𝐲ığışı𝐛. 𝐘𝐚ğış𝐥ı 𝐡𝐚𝐯𝐚, 𝐯ə ə𝐧 𝐬𝐞𝐯𝐝𝐢𝐲𝐢𝐧 𝐦𝐚𝐡𝐧ı 𝐢𝐥ə 𝐲𝐨𝐥𝐚 çı𝐱ı𝐫𝐬𝐚𝐧. 𝐎 𝐚𝐧 𝐢𝐧𝐬𝐚𝐧 𝐬𝐚𝐧𝐤𝐢 𝐡ü𝐳𝐮𝐫𝐥𝐚 𝐝𝐨𝐥𝐮𝐫. 𝐊𝐚ş 𝐢𝐧𝐬𝐚𝐧 𝐡ə𝐫 𝐬𝐞𝐯𝐝𝐢𝐲𝐢 ş𝐞𝐲𝐥ə𝐫𝐢 𝐛𝐢𝐫 𝐚𝐫𝐚𝐝𝐚 𝐭𝐮𝐭𝐚 𝐛𝐢𝐥𝐬ə. 𝐒𝐞𝐯𝐠𝐢𝐧𝐢𝐧 𝐦𝐚𝐯𝐢 𝐡𝐚𝐥ı *-*.
0 notes
Text
bir qadının ən gözəl halı sevərkənki halıdı; sən hər mesaj yazdığın zaman telefonu həvəslə əlinə alar, üzündə təbəssümlə sənə yazar, kilometrələrcə uzağdan gələn şirin sözlə yanağları qızarar. səhər görüşək desən axşamdan başlayar hazırlaşmağa, dəqiqələri sayar, yanında olarkən nə qədərdə boynuna sarılıb qucağlamağ istəsədə utanar. güclü olmaz bir qadın sevərkən, hər sözdən incinəcək qədər gücsüz olar. bəzi qadınlar incinməkdən qorxduğu üçün hər kəsdən uzağ olar. ama bir qadın sevdiyi adam tərəfindən qırılarsa xöşbəxtlik vecinə olmaz, sadəcə güclü, soyuq, süni gülüşlü sıradan biri olar. qadınları güclü olmaq zorunda buraxmayın, xöşbəxt olmaqları üçün çalışın, o xöşbəxt olsa sizdə olacaqsız..✨
0 notes
Text
Səndən uzaq qala bilmirəm" - dedi adam.
Qadınsa yarı ağlamaqlı bir səslə:
- "Sən sadəcə tək qaldığın an mənə gəlirsən. Çünki səni çox sevdiyimi bilirsən. Mən sənin üçün vazkeçilməz yox kənarda qalan "həmişə var" siyahısındanam. Sən mənə dəyər vermirsən, sadəcə özünü düşünürsən. Yalnız qalmaqdan, sevgisizliyi hiss etməkdən qorxursan. Bunu hiss etdiyin an mənə gəlirsən v�� məndə səni heç vaxt geri çevirə bilmirəm.Sən məni sevmirsən,gözləyirəm gəlmirsən,yalnız qayğısız qalanda mən yadına düşürəm. Və buna görə də həmişə itirən mən oluram. Amma artıq hər şey üçün çox gec. Bu qadın bir daha qəbul etməz səni..
0 notes
Text
Bu həyatda heçvaxt son deyil . Nə qədər ki yaşayırsız , mütləq bir çıxış yolu var . Bunu edib xoşbəxt olmaq da əlinizdədir . Bədbəxtçiliklərinizi təkrarlayıb hər gün yenidən məyus olmaq da . Seçim sizindir .
Bir yerdə oxumuşdum , bir kəndirlə özünü asa da bilərsən , yelləncək qura da . Həyatın ipləri sənin əlindədir .
Nə yaşadığından aslı olmayaraq güclü , bərk qal . Heç bir acı əbədi olmur. Bəzi acılara daha çox güclü olmağın lazım olur sadəcə. Amma bacaracağına inandığın an , bacardığın andır. İllər sonra kiməsə “Mən buna belə dayandım , bacardım . Sən də bacaracaqsan” deməyin , insanların qəlbinə toxunmağın verdiyi sevinc nəyə desən dəyər .
Bu həyatda səni sevən ən azı 1 insan mütləq var , heç kim olmasa belə özün varsan . Özünü sevdiyin an , dünyan dəyişəcək .İnanırsan? Hə . İnan. Çünki , mən sənə inanıram 💚
1 note
·
View note
Text
Çox acınacaqlı vəziyyətdi. Sözlərlə izah edilməsi çətin bir vəziyyət. Aylardır ağlayıb göz yaşı tökdüyün, üsyan etdiyin sevgidən günün birində soyuduğunun fərqinə varırsan. Artıq onun sənə aid olmaması gerçəyi səni üzmür, öyrəşdiyindən mi yoxsa daha sevmədiyindən mi? Bilmirsən. Saatlarla düşünüb göz yaşı tökdüyün varlığı sənlə olmayan insana, artıq ağlaya bilmirsən. Göz yaşın bitdiyindən mi yoxsa artıq sevmədiyindən mi? Bilmirsən. Cavabını bilmədiyin bu sual əslində sənə vaxtikən aldığın yaralardan da böyük əzab verir. Artıq o yaralar o qədər doğma gəlir ki sənə, getdikcə sağalmasının fərqinə varmaq bir başqa incidir içini. Artıq içində ölmək üzrə olan ümidlərin fəryadlarını duymağa başlayırsan. Qarşılığı olmayan bir sevginin bir gün bitəcəyi reallığını qəbul etmək istəmirsən. “razıyam ömrümün sonuna kimi qoy çəkim bu zilləti amma bitməsin bu içimdəki lənətə gəlmiş sevgi” deyirsən. Ən acınacaqlısı isə bilirsən nədi, “Bütün yaşadığım onca zülm, axıtdığım göz yaşı, tükətdiyim zaman buna görə idi mi?” sualı, bıcaq kimi dirənər xirtdəyinə, kəsər nəfəsini.
0 notes
Text
özün ol, dəyişmə. Burax səni olduğun kimi sevə bilən insan yanında olsun. O insan ki, səninlə bir yerdə olmaqdan hansısa mənfəət güdməyən. Qüsurlarını görsə belə səni sevdiyi üçün onları görməzdən gəlməyi bacaran. Sözlərini hər kəsdən daha çox önəmsəyən. Qəlbini yormayan. Hər davranışına dözə bilən. İmtina etməyən. Tək bir səhvinlə səni buraxıb getməkdənsə, yanında olub həmin səhvi səninlə birlikdə anlayan və hər şeyi düzəltməyə çalışan. Səni paramparça edən yox, səninlə birlikdə bütünlənən. Sən dəyişmə. Daim özün ol. Və inan ki, həyat səni bir gün doğru zamanda doğru insanla elə gözəl qarşılaşdıracaq ki, o sənin ən gözəl təsadüfün olacaq..🖤
0 notes
Text
Mümkünsüzlüyünü bilə-bilə qurub gerçəkləşməsini istədiyim xəyallardı boğazımda düyünlənən.O düyüm artıq elə bərkiyib ki,nə ağlaya bilirəm,nə də qışqırıb onu içimdən ata bilirəm.Kənardan çox vecsiz,xoşbəxt görünürəm.Amma hər səhnənin pərdə arxası olduğu kimi həyatımın da arxa fonunda problemlər var.Mənsub olduğum həyatı seçmə şansım olsaydı kaş.Bir yerdən sonra sözlərin tükənir,edə biləcəyim hər şey kimi sözlərim də tükənir.Mənə qalan özüm də deyil artıq.Çünki yavaş -yavaş içimdəki ruh belə tükənir..
0 notes
Text
Bir vaxt var idi, üzüldüyüm şeylərə artıq gülümsəyirəm. Hissizləşirəm artıq.. Nə heç kəsə inamım, nə heç kəsə sevgim qalmayıb. O qədər acı çəkdim ki, artıq acı çəkməkdən də yoruldu ruhum. Ağlımda olanları silməyə çalışıram çünki çox yoruldum heç kimin fərqində olmadığı şeylərin acısını niyə hər zaman mən çəkirəm?! İstəmirəm artıq nə acı çəkmək nədə kimisə həyatıma alaraq yenidən həyatımı məhv etmək..
#Qamzeli🌝❤️
0 notes
Text
Qoy sizin xoşbəxtliyiniz həmişə həqiqi, eviniz isti, sevginiz qarşılıqlı olsun. 💙
0 notes
Text
Bir şeyin fərqinə vardım. Birini qəlbən sevirsinizsə bu sevgi sizi yormaz. Gerçək sevgi qəlbi yormaz. Əksinə ayrı belə olsanız ona olan sevginiz sizi daima xoşbəxt edər, gözəl xəyallara, ümidlərə vəsilə olar o sevgi. İmkansız belə olsa siz hər zaman ümid edərsiz ki, bəlkə Allah yenidən qovuşdurdu, bəlkə yenidən yollarımız kəsişdi, bəlkə hardasa göz-gözə gəldiyimiz zaman yenidən içimizdəki basdırdığımız o hisslər dözə bilməyin gün üzünə çıxdı, bəlkə.. bax bu bəlkələrə görə belə xoşbəxt olmaqa dəyər. Ümid etmək gözəldi. Ümid etmək insanın qəlbini gözəlləşdirir. Dua'larında biri yaşatmana vəsilə olur. Ümid etmək insanı insan edir. 💙
0 notes
Text
Hər şeyə öyrəşir adam, bir az sonra hər şeyə.
Atılmağa, satılmağa, hətta unudulmağa
Dizlərini qucaqlayıb, bir künc tapıb girməyə.
Ən sevdiyin o adamı bir başqasıyla görməyə.
Ağrılara, acılara, dərmanlara öyrəşir
Tənə vuran, böhtan atan insanlara öyrəşir.
Yay günündə dağda qara, qışda günə öyrəşir
Öz içində əsarətə və sürgünə öyrəşir.
Güvəndiyi o dağların toz olub uçmasına
Dostun sənin sirlərini dostuna açmasına
Evdə anasız olmağa, çöldə atasızlığa
Göy qurşağını bürüyən o möhtəşəm bozluğa.
Bir-bir, az-az, asta-asta, yavaş-yavaş öyrəşir
Zorla, güclə, müsibətlə, dava-dalaş öyrəşir
��yrəşir ki, başqa evin işığına yatılmaz
Səadət sənin deyilsə ha uzansan çatılmaz
Kimdən əl çəkəmmirsənsə səndən əlini çəkər
Gələr göz yaşını silər, gedər gözünü tökər.
Kimdisə ən zəif yerin, hər kimdisə gedəcək
Nədən desən mərcə girək, kim gəldisə gedəcək
Hər şeyə öyrəşir adam ölüm də adiləşir
Növbə-növbə ağrılar da, zülüm də adiləşir.
Sonra başlayır qəhqəhə, sonra sərxoş olursan
Boşluqlara düşə-düşə, özün bomboş olursan
Daha darıxmaq da keçir, müqəddəs hisslər bitir
Bir gün bütün gedənlərin itir gözündən itir.
Öyrəşdikcə dəyişirsən it hürür karvan keçir
Bu dünyaya öyrəşənlər o dünyaya tez köçür.
Hər şeyə öyrəşir adam daha heç vaxt qəm yemir
Daha heç vaxt öz-özünə
"Hər şey düzələr" demir...
0 notes
Text
ﷲ αℓℓнαм∂υℓιℓαн ﷲ
ᴀʟʟᴀʜ ᴀᴅᴀᴍᴀ şᴀʜ ᴅᴀᴍᴀʀıɴᴀɴᴅᴀ ʏᴀxıɴᴅı səɴ ᴅə ᴍəɴɪᴍ ᴀʟʟᴀʜᴀ ʏᴀxıɴ şᴀʜ ᴅᴀᴍᴀʀıᴍsᴀɴ 💙
0 notes
Text
Qaraqan” nə gözəl deyib “sükutdan düşüncəyə bir addımlıq yol var, düşüncədən sükuta minlərlə kilometr”
0 notes