nunuzynlva
nunuzynlva
🌘
147 posts
﷽ Lฉ iℓฉhฉ iℓℓฉ Аℓℓฉh﷽ ᴬᴸᴴᴬᴹᴰᵁᴸᴵᴸᴸᴬᴴ اللَّهِ
Don't wanna be here? Send us removal request.
nunuzynlva · 10 months ago
Text
Birini sevəcəksənsə, olduğu kimi sevməli. Bütün qüsurlarıyla, bütün əksikləriylə. Dəyişdirməyə çalışaraq deyil də özündə qüsur zənn etdiyi hər zərrəyə aşiq olaraq. Aşiq olarsan sadəcə. Bəzən bir sözünə, bəzən bir baxışına, ya gülüşünə, hətta bəzən heç bir şey etmədən səssizcə oturmasına. Onun yanında hiss etdiyin hüzura, ruhunun ruhuna olan ehtiyacına. Hətta başqalarında sevmədiyi xüsusiyyətlərə belə onda aşiq olar insan. O qədər fərqli olar yəni . Ayrı bir yeri olar ağlında, fikrində, qəlbində. Başqa duyğuların hamısını sevincə anlıyar insan, yaşadığca inanar bunların gərçək olduğuna və bir də ən gözəli, qəlbini verdiyin insanın həmişə qəlbində qalması, onu hər gün bezmədən, orda, içindəki ən gözəl yerdə yaşatmağ . Sonsuza qədər birinə bağlı qala bilmək. Məncə möhtəşəm bir şey…🧡
5 notes · View notes
nunuzynlva · 2 years ago
Text
Hər il yenidən 😂
Od çərşənbəsi münasibətilə bütün od qoyduğlarıma salam olsun...
58 notes · View notes
nunuzynlva · 2 years ago
Text
Dünyaya gözəl övlad gətirməkdən daha vacib olanı, gözəl övlad böyütməkdir. Bir insanın əxlaqı olarsa, onun hər şeyi olar. Əxlaq sadəcə yataqla ölçülən anlayış deyil. Riya, yalan, vəfasızlıq, əli və dili əyrilik, böhtan və bütün mənfi xüsusiyyətlər də əxlaqa daxildir. Ondan əvvəl özünüzü tərbiyə edin. Çünki o hər kəsdən əvvəl sizi görəcəkdir. Sevgi verin ki, sevgi verə bilsin. Yoxsa, övladınız qızdırsa, sevgi üçün yanlış qapıları döyəcək, oğlandırsa, dinclik tapmaq üçün yanlış mühitlərə düşəcək. Səhv səhvi gətirər. Səhv valideyn də səhv övlad böyüdər. Öz eqolarınızı qoyun bir kənara. Ərim mənə baxmadı, arvadım deyingǝn oldu- bunu toya qədər düşünməli idiniz və ya övlada qədər. Övlad varsa, sizin eqolu həyatınız yoxdur. Bəli, "xoşbəxt valideyn xoşbəxt övlad böyüdər" dediyinizi hiss edirəm. Əvvəlcə siz xoşbəxt olun əlbəttə. Amma doğru yolda, doğru üsullarla. Siz onlardan qaçmayın ki, onlar da yanlış yollara qaçmasın. Yanlarında dalaşmaq, ağlamaq yerinə, həmin eqo anlayışınızı bax belə məqama saxlayın. Neqativi təklikdə edin, ona isə dünyanın ən gözəl rənglərini göstərin. Gülləri qoxladın, musiqilər dinlədin. Həyatda çətinlikləri əlbəttə olacaq. O əllərinizlə qəlblərindən tutub göyə qaldırın. Sevin, sevgi verin, onlar da öz övladlarına versinlər və gələcəyimiz sevgi ilə böyüsün.
14 notes · View notes
nunuzynlva · 3 years ago
Text
Od çərşənbəviz mübarək…😀♥️
Od çərşənbəsi münasibətilə bütün od qoyduğlarıma salam olsun...
58 notes · View notes
nunuzynlva · 3 years ago
Text
Özümü çox sevirəm! Xarakterimi,gözümün toxluğunu,səbrimi, bəzən tükənməsindən qorxduğum gücümü sevirəm! ALLAHa açılan,heç zaman geri boş qayıtmayan əllərimi sevirəm,kirli dilləri,əməlləri ilə qırdıqları mərhəmətli Qəlbimi sevirəm! Heç zaman kimsənin paxıllığını çəkməyən,hər kəsin dərdini öz dərdi bilən,hər kəsə təssəli olmağa çalışan,amma özüm yorğun düşdüyümdə dərdimi anlayacaq,dərdimə yanacaq insan tapmayanda göynəyən ruhumu sevirəm! Yıxıldığımda,gücsüz qaldığımda tək başına qanayan dizlərimi gözümün yaşı ilə silən əllərimi sevirəm! Özüm edərəm,özüm alaram,özüm gedərəm tək başına hər şeyin üstəsindən gələrəm deyən ağlımı,iradəmi sevirəm!!!.
ALLAH hər kəsin ürəyinə görə versin. Mənim üçün ən gözəl dua budur,çünki içim rahatdır.!!
18 notes · View notes
nunuzynlva · 3 years ago
Text
Gözəl sevəni üzərlər, gözəl üzəni sevərlər…
18 notes · View notes
nunuzynlva · 3 years ago
Text
Havalar yaman küləkli keçir, üzünüzü yaxşı tutun, maskanız düşər…😉
22 notes · View notes
nunuzynlva · 3 years ago
Text
Tumblr media
Yavrularımmm…😂♥️
20 notes · View notes
nunuzynlva · 3 years ago
Text
Oxuyun,qızlar…
Hansı yaşda olursanızsa olun , amma oxuyun. Təhsilinizlə özünüzü olduğumuz yerdən qat-qat gözəl yerlərə irəlilədin… Öz karieranızı qurmaq üçün olsun yeganə savaşınız bu həyatda… Öz qazandığınız pulu xərcləmənin həzzini yaşayın yalnız… Bəzilərinin düşündüyü “varlı ər” “ərə gedim, ərə gedim” kimi cahil düşüncələrə deyil də, “özümü daha yüksək səviyyəyə necə qaldıra bilərəm?” düşüncəsi ilə irəliləməyə çalışın… Oxuyun da özünüzü mükəmməlləşdirin,yüksək vəzifələrin sahibi olun, əyilməyin, özünüzü əzdirməyin… Oxumanın həqiqətən də yaşı yoxdur…Ən sonda onu yadda saxlayın ki, həqiqətən savadınız varsa həmən o savadın qarşısını heç nə və heç kəs kəsə bilmir… Özünüzə güvənin…✨
21 notes · View notes
nunuzynlva · 3 years ago
Text
879 gün…🥀
Sənsiz 125 gün, Qardaş...🥀
62 notes · View notes
nunuzynlva · 3 years ago
Text
WiFi olmuyan evə gəlin köçmürəm…
27 notes · View notes
nunuzynlva · 3 years ago
Text
Tumblr media
24 notes · View notes
nunuzynlva · 3 years ago
Text
Getdiyin yolu dəyərini bilənlərlə davam et…
25 notes · View notes
nunuzynlva · 3 years ago
Text
Soyuduqdan sonra ağzınıza günəş də soxsanız xeyri yoxdu…
27 notes · View notes
nunuzynlva · 3 years ago
Text
•Mən inanıram. Gözəl şeylər düşünən insanlar gözəl günlər yaşayacaq. Bəlkə zaman alacaq, bəlkə bir az güc olacaq, bəlkə bəzi zamanlar da yoracaq amma sonunda hər şey gözəl olacaq. Yaxşı xatirələr buraxanlar yaxşı xatırlanar. Səhv şeylər yaşadanlar həmişə unudulmaq istenir amma əsla unudulmazlar. Həmişə bir peşmanlıqla xatırlanar onlar. Bir çox kaş buraxarlar geridə. Onlar xoşbəxt olurlar bəlkə amma heç bir zaman xoşbəxt qalamayacaqlar. Bir gün mütləq yaşatdıqları hər şeyi özləri də yaşayacaqlar. Ağrını da dincliyi də…🍂
20 notes · View notes
nunuzynlva · 4 years ago
Text
Öz işığına güvənən başqasının kölgəsindən heç vaxt narahat olmaz…🤌🏻
35 notes · View notes
nunuzynlva · 4 years ago
Text
10 ilin dəyərini - dağılmış bir ailədən soruşun...
4 ilin dəyərini - Universitet vaxtı bir-birini sevən, amma indi ayrı həyatlar yaşayan iki nəfərdən soruşun...
1 ilin dəyərini - Qəbul imtahanını keçə bilməyən bir şagirddən soruşun...
9 ayın dəyərini - dünyaya təzəcə gözünü açmış bir körpəsi olan anadan soruşun...
1 həftənin dəyərini - Həftəlik jurnalın redaktorundan soruşun...
1 saatın dəyərini - görüşmək üçün bir-birini gözləyən aşiqlərdən soruşun...
1 dəqiqənin dəyərini - təyyarə, qatar və ya avtobusa gecikən birindən soruşun...
1 saniyənin dəyərini - Qəzaya düşmüş bir insandan soruşun...
35 notes · View notes