redxeber-blog
redxeber-blog
Без названия
123 posts
Don't wanna be here? Send us removal request.
redxeber-blog · 8 years ago
Photo
Tumblr media
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 36-41, Bakıda gecə 24-26, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 35-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq. Tibbi-meteoroloji xəbərdarlığa görə, avqustun 8-9-da Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün çox əlverişsizdir. Azərbaycanın rayonlarında və digər şəhərlərində avqustun 8-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
0 notes
redxeber-blog · 8 years ago
Photo
Tumblr media
Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Astan Şahverdiyev Baş nazirin müavini, həmyerlisi, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ilə bağlı müsahibəsində: "Əli müəllimə qarşı səsləndirilən bütün bu kimi ittihamlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. Əvvəla, Nail Allahverdiyev Əli Həsənovun oğlu deyil, nəvəsidir. Digər tərəfdən isə qəza törədilən zaman nəvəsi maşında olmayıb, evdə olub. İndi də bir sıra saytlar ağıllarına gələni yazırlar ki, guya qəzanı nəvəsi törədib və sairə. Bütün bunlar yalandır." - deyə bildirmişdi. Lakin Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov açıqlamasında bildirib ki, sükan arxasında “QaçqınKom” rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub və o, cinayət məsuliyyətinə cəlb olunacaq deyə bildirmişdi. Avqustun 3-də Bakının Heydər Əliyev prospektində qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq olunub. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluqdan bu məlumatı təsdiqləyiblər. Az öncə isə Azərbaycan Daxili İşlər Nazirliyi və Baş prokurorluq rəsmi məlumatla çıxış edib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq Dövlət Başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcəkdir”- deyə Baş prokurorluq və DİN-in birgə rəsmi yaydığı məlumatında deyilir.
0 notes
redxeber-blog · 8 years ago
Photo
Tumblr media
Avqustun 3-də Bakının Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobillə dəhşətli yol qəzası törətməkdə şübhəli bilinən Nail Allahverdiyev həbs edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. Qəza vaxtı xəsarət almış N.Allahverdiyevin törətdiyi hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir. Məsələ ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə müraciət edilib. Lakin mətbuat xidməti xəbəri nə təsdiq, nə də təkzib edib. Xatırladaq ki, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, hadisə zamanı N.Allahverdiyevin idarə etdiyi “Gelandewagen” markalı avtomobil Mirməhəmməd İsmayılovun sürdüyü 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” ilə yarışırmış. Avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib. Report
0 notes
redxeber-blog · 8 years ago
Video
instagram
Prezidentin 2013-cü ildəki çıxışı.
0 notes
redxeber-blog · 8 years ago
Photo
Tumblr media
Bu gün cari ilin ikinci Ay tutulması baş verəcək. Proses saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq. Budəfəki Ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə “qanlı Ay” kimi tanınır. Beləki, həmin gün 2 saat ərzində Ay Yer kürəsinin şimalından keçərək planetimizə bir qədər də yaxınlaşacaq. Nəticədə Ay öz dörddə bir hisəsini planetimizin kölgəsində buraxacaq. Bu zaman Günəş şüaları Yerin atmosferini keçərək göy və bənövşəyi rəngləri aradan götürüb, Ayı qırmızı rəngə boyayacaq. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, proses Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Bu hadisə günbatandan sonra Azərbaycandan da müşahidə olunacaq. Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də baş verib. ABŞ-ın Milli Günəş Rəsədxanasının yaydığı məlumata görə, 2017-ci ilin avqust ayında isə tam Günəş tutulması baş verəcək. Trend
0 notes
redxeber-blog · 8 years ago
Photo
Tumblr media
Günün sitatı : Nə qədər bilik yığırsansa yığ. Biliyinə yaraşacaq hərəkətin yoxdursa, cahilsən demək ki! Gecəniz xeyrə, ALLAH amanında dostlar. ALLAH hərbiçilərimizi və cəbhə boyu yaşayan qardaş, bacılarımızı qorusun İn Şəə Allah. Qeyd: Hər dəfəsində şərhlərdə etikadan kənara çıxmamağı çox xaihiş etsəkdə bu bəzi "insanlar" üçün qəbul edilmir. Tanımadığı insanların, xanımların, bəylərin yanında etikadan kənara çıxan şəxs özünə necə haqq qazandıra bilərki? Çox xahiş edirik şərhlərdə etikadan kənara çıxmayın dostlar. ALLAH hər birinizə hər işdə yardımçı olsun İn Şəə Allah.
0 notes
redxeber-blog · 8 years ago
Photo
Tumblr media
Bu gün İranda hərbi hissədə atışma olub. Tehranın cənubunda Kəhrizax hərbi bazasında baş verən atışma nəticəsində 10 hərbçi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Olayla bağlı əlavə məlumat verilmir. APA
0 notes
redxeber-blog · 8 years ago
Photo
Tumblr media
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu dəfə medianın gündəminə nəvəsinin ölümlə nəticələnən yol qəzası törətməsi faktı ilə gəldi. Sosial şəbəkələrdə və mediada bu qəzaya görə, nəvədən daha çox babaya qarşı ağır ittihamlar irəli sürülür. Gununsesi.info saytı Əli Həsənovun özü ilə əlaqə saxlayaraq, olay barədə fikirlərini soruşub. Əli Həsənov faciəyə səbəb olan qəza barəsində danışmaq istəmədiyini deyib: “Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüququ ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyim bir şey yoxdur”. - deyə Ə. Həsənov bildirib. Avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəzada “Galendevagen” markalı avtomobilin sürücüsü müəyyən olunub. Məlum olub ki, sükan arxasında Qaçqınkom rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub. DİN həmin gəncin cinayət məsuliyyətinə cəlb olunacağını bəyan edib.
0 notes
redxeber-blog · 8 years ago
Photo
Tumblr media
Mingəçevir şəhərinin Energetik yaşayış massivində yerləşən “Ağsaray” şadlıq sarayında zəhərlənmə faktı qeydə alınıb. Toy məclisində qəbul edilmiş keyfiyyətsiz qidadan mədə pozuntusu keçirən 10 nəfər qonaq ağır vəziyyətdə Mingəçevir şəhər xəstəxanasına çatdırılıb. Halsız durumda olan xəstələrə tibbi yardım göstərilib. Baş vermiş hadisə ilə bağlı GEM-in yerli şöbəsinin əməkdaşları təcili “Ağsaray” şadlıq sarayına, ardınca xəstəxanaya baş çəkiblər. GEM-in baş həkimi Əbil Ağayev məclisdə qidaların qəbuluna müvəqqəti yasaq qoyduqlarını deyib: “Həm şadlıq sarayından, həm də xəstələrdən analiz nümunələri götürmüşük. Ən qısa zamanda laborator analizlərdən keçirərək hadisənin nədən qaynaqlandığını müəyyən edəcəyik. Hələlik isə bu qənaətdəyik ki, keyfiyyətsiz qida qastrit, yəni mədə pozğunluğu yaradıb." - deyə Əbil Ağayev bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir. Report
0 notes
redxeber-blog · 8 years ago
Photo
Tumblr media
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı, zəif şimal küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə  23-26° isti, gündüz  34-39° isti, Bakıda gecə  24-26° isti, gündüz  36-38° isti olacağı gözlənilir. Atmosfer təzyiqi  normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  30-40 % olacaq.  Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,  Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28°, Türkan, Hövsan, Sahil, Şıxda  28-29° isti təşkil edəcək. Azərbaycanın rayonlarında və digər şəhərlərində avqustun 7-də hava şəraitinin yağmursuz olacağı, zəif şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə  21-26°, gündüz  35-40° isti, dağlarda gecə 15-20°, gündüz  28-33° isti olacaq.
0 notes
redxeber-blog · 8 years ago
Photo
Tumblr media
Lənkəranda 6 günlük nəvəsini öldürərək quyuya atan nənə həbs olunub. Lənkəran Rayon Məhkəməsində hakim Fuad Sultanovun sədrliyi ilə məhkəmə iclası keçirilib. İstintaqın gedişində cinayəti törətməsinə ciddi əsaslar olduğu müəyyən edildiyindən öldürülən 6 günlük körpə Mələk Nuriyevanınnənəsi Atifə Nuriyevaya barəsində dörd ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Report
0 notes
redxeber-blog · 8 years ago
Photo
Tumblr media
Günün sitatı : Ən pis halınızda belə gülümsəyin ki, pisliyinizi istəyən şəxslər, narahat olsun. Gecəniz xeyrə, ALLAH amanında dostlar. ALLAH hərbiçilərimizi və cəbhə boyu yaşayan qardaş, bacılarımızı qorusun İn Şəə Allah. Qeyd: Hər dəfəsində şərhlərdə etikadan kənara çıxmamağı çox xaihiş etsəkdə bu bəzi "insanlar" üçün qəbul edilmir. Tanımadığı insanların, xanımların, bəylərin yanında etikadan kənara çıxan şəxs özünə necə haqq qazandıra bilərki? Çox xahiş edirik şərhlərdə etikadan kənara çıxmayın dostlar. ALLAH hər birinizə hər işdə yardımçı olsun İn Şəə Allah.
0 notes
redxeber-blog · 8 years ago
Photo
Tumblr media
Sumqayıtda yataqxanada partlayış olub. Hadisə şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib. Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib. Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Trend
0 notes
redxeber-blog · 8 years ago
Photo
Tumblr media
Bakı metropoliteninin “Sahil” stansiyası bu ayın sonundan təxminən 1 illik təmirə bağlanacaq. Bu barədə jurnalist və aparıcı Cavid Osmanov sosial şəbəkədə məlumat yazıb. Məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev təsdiqləyərək, “Sahil” metro stansiyasının təmir olunacağını deyib. Onun sözlərinə görə, bu ayın axırı metro stansiyada təmirə başlanacaq. N.Paşayev təmirin hansı müddəti əhatə edəcəyi barədə hələlik məlumat verməyib. Baku.ws
0 notes
redxeber-blog · 8 years ago
Photo
Tumblr media
Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın 5 gün ərzində havanın temperaturunun qalxacağı haqda xəbərdarlıq yayıb. Xəbərdarlıqda bildirilib ki, havanın maksimal temperaturunun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir. Bu günlərdə yaşlı və uşaqların mümkün qədər gün şüalarının altında qalmamaları tövsiyə olunur. İş və ya hər hansı bir məcburiyyətdən küçəyə çıxmalı olan şəxslər isə gün vurmadan qorunmaq üçün aşağıdakı həkim məsləhətlərinə əməl etməlidir: Gün vurma günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Odur ki, həkimlər tövsiyə edirlər ki, insanlar başıaçıq şəkildə xeyli müddət gün altında qalmasın. Belə hallarda gün şüalarının təsiri nəticəsində baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu kimi havalar ürək xəstəliyi, təzyiqi, ağciyər xəstəlikləri olan şəxslərin səhhəti üçün çox təhlükəlidir. İsti havalarda nələr edilməməlidir? Mümkün qədər 10:00-16:00 aralığında küçəyə çıxmamaq lazımdır. Qalın və tünd rəngli geyimlərin əvəzində bambıq materiallı və açıq tonlarda libaslar seçmək məqsədə uyğun olar. Günəş altında ağır iş, idman etmək olmaz. Bu zaman xəstədə zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, ürək bulanması və qusma, temperaturun 400C və daha artıq dərəcəyə yüksəlməsi kimi əlamətlər qeyd edilir. Yağlı və xəmir xörəklərinin yerinə sulu və tərəvəzli yeməklər yeyilməlidir. Mümkün qədər hər saat başı otağın havası dəyişdirilməlidir. Qazlı içkilərin yerinə su və təbii meyvə şirələri içmək daha məqsədəuyğundur. Bundan başqa, gün vurmadan qorunmaq üçün bol su içmək lazımdır. Tez-tez ümumi müddəti 5 dəqiqədən çox olmayan sərin duş almaq olar. Bu zaman suyun nə çox soyuq, nə də çox isti olmasına diqqət edin. Gün vurma zamanı xəstəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır. İstivurma isə uzun müddət ərzində havası boğanaq olan otaqda qaldıqda, çölə çıxarkən havaya uyğun olmayaraq çox isti geyimdə olan zaman, çimərlikdə voleybol, futbol və s. oyunlar oynadığı zaman baş verir. Qafqazinfo
0 notes
redxeber-blog · 8 years ago
Photo
Tumblr media
Bakıda Dövlət Yol Polisi İdarəsinə məxsus 6 saylı cərimə meydançasında yanğın olub. Meydançada saxlanılan, “Chevrolet” markalı, 10 PK 486 dövlət nömrə nişanlı avtomobil yanıb. Yanğın nəticəsində həmin avtomobilin yaxınlığında olan “Ford” və “Toyota” markalı maşınlara da ziyan dəyib. Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır. APA
0 notes
redxeber-blog · 8 years ago
Photo
Tumblr media
DİN Gelandewagen-in sükanı arxasında olan sürücünün adını açıqladı. Avqustun 3-də axşam Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı ciplə dəhşətli qəza törədilib. Yüksək sürətlə hərəkətdə olan avtomobil VAZ-2115 markalı avtomobili arxadan vurduqdan sonra idarəetməni itirib və  prospektin ikinci dərəcəli yoluna çıxıb. Orada yol kənarında dayanmış 3 nəfər piyadanı vurub və alışıb yanıb. Qəzada biri vurulan piyada olmaqla iki nəfər həlak olub, iki nəfər piyada  yaralanıb. Həmin avtomobil baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsusdur. DİN-in mətbuat xidməti virtualaz.org saytının istintaqın gedişi və sürücünün şəxsiyyətinin müəyyən edilməsi haqda sualına cavab olaraq bildirib ki, aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntülərinin araşdırıldığını və “Mercedes Gelandewagen” markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğunun müəyyən edildiyini bildirib. Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq.
0 notes