Tumgik
ruhunmenim · 2 years
Text
Alışdığım bir şeydən qopmanın necə ağır olduğunu bildiyimdən, heç nəyə alışmamaq üçün daim sevinclərimi yarıda kəsmişəm.
0 notes
ruhunmenim · 2 years
Text
Düşünşənizə biri sizi sorğulamaq yerinə anlamağa çalışır.
0 notes
ruhunmenim · 2 years
Text
Mənfi hisslərdən qaçmaq istədikcə, olmaq istəmədiyim vəziyyətin baş rolunda olduğumu görürəm. Sanki uzun illər yaşayıb həyata doyub yenidən doğulmuş kimiyəm, sanki kəşf edib görəcəyim minlərlə şey varkən, əslində hamısını görüb hər şeydən soyumuş kimi,ən gözəl hislərimi ən yanlış yerlərdə istifadə edib tükətmiş kimiyəm. Bəzən, həddindən çox ruhu qocalmış aqressiv biri, bəzən isə bir uşaq qədər kövrək, bəzən yerə-göyə sığmayacaq qədər gələcəyə ümidli, bəzən bir nöqtə qədər ümidi qalmış, bəzən daşqəlbli, bəzən çox mərhəmətli. Ani ruh dəyişimlərimlə ən çox özümü incitdiyimin fərqindəyəm. Dəyişdirə biləcəyim şeyləri belə dəyişməyə cəhd edə bilməyəcək qədər gücsüz, bəlkə də həvəssizəm, axışına buraxıb hər şeyin öz yolunu tapmağını gözləyirəm. Olduğum vəziyyətdən narazı bir o qədər də alışmışam.
1 note · View note
ruhunmenim · 2 years
Text
Ölkənin iqtisadi vəziyyəti pisdisə, mən niyə 2 il işləsəm güclə ala biləcəyim telfonu işsizəm deyənlərin əlində görürəm?
1 note · View note
ruhunmenim · 2 years
Text
Hər şey yolunda gedərkən belə özümü qruza salacaq piskopat beynim var.")
0 notes
ruhunmenim · 2 years
Text
Etdiyim heçnədən peşman olmamağı öyrəndim mən. Mənim səhvlərim ən gözəl təcrübəmdi. :)
0 notes
ruhunmenim · 2 years
Text
İndi aramıza divar hörsən belə yenədə divarlarıda sənin isdədiyin rəngə boyayaram.Məndə belə sevirəm neyniyimki?🦄
0 notes
ruhunmenim · 2 years
Text
Hər şey gözəl olacaq, əzizim.Yağış yağacaq,gedəcək üzündəki kədər.Külək əsəcək özü ilə aparacaq darıxmaq hissini.Sonra günəş çıxacaq gülümsəyəcək sənə,dünyan bir azca gözəlləşəcək sonra.Sonra qarşıma çıxacaqsan, Əllərimi uzadacam sənə,girəcəm qəlbinə...Və beləcə başlayacaq bizim hekayəmiz🎠
0 notes
ruhunmenim · 2 years
Text
Tumblr media
Ağ qutudu üsdündə qara böyük hərflər qırağındada rəqəm yazılıb. İcidə ağ rəngdə düyüyə oxşayır arasındada xət var.Adı yadımda deyil.
Əczacı:🙄
Müştəri: Siz necə əczacısız özüm taparam.
Anı bu an harda görsəm tanıyaram🤧
1 note · View note
ruhunmenim · 2 years
Text
Bəzən insan özünü səbəbsiz bir boşluqda hiss edir. Sanki bir şey əskikdir. Ancaq əskik olan nədir onu belə bilmirsən. Hər şey mənasızlaşır. Heç bir şeylə məşğul olmaq içindən gəlmir insanın. Adını belə bilmədiyi dərin boşluqda ruhuyla mübarizə aparır. Hər şey yolundadır əslində amma bir boşluq var. Üzünün gülməsinin qarşısını alan bir boşluq. Hər şeyi mənasızlaşdıran bir boşluq, yalnızlıq. Hər kəsdən uzaqlaşırıq ancaq heç kimsiz deyilik. Qarışıq amma çox sadə bir yalnızlıqlığın içərisində zamanı gözə almadan yaşamağa dəvam edirik, soruşsalar hamımız "yaxşıyıq".
1 note · View note
ruhunmenim · 2 years
Text
Bəzən özümü dünyadaki ən anlaşılmaz, tənha, tükənmiş insan kimi hiss edirəm. Etiraf etməliyəm ki, özgüvəni yüksək biri deyiləm, buna görə də tez-tez ruhən çöküş yaşadığım anlar olur. Səhərə qədər ağladığım, mahnılarla dərdləşdiyim, özümü cümlələrlə ifadə edə bilmədiyim, nə olub? sualına cavab tapa bilmədiyim, amma nəsə olduğuna əmin olduğum məqamlar olur. Ən çox da özümü insanlara və özümə yararsızmış, unudulmuş, insanların görməzdən gəldiyi, dəyərsiz və "olmazsa da olar" dedikləri biri kimi təsəvvür edirəm. Bilmirəm, bəlkə də mənim qorxum unudulmaqdır, bəlkə də çoxumuz bundan qorxuruq, amma özümüzə də etiraf etmirik. Məncə, həyatdaykən unudulmaq həqiqətən, ölüm kimi bir şeydir. Bəzən isə bu fikirlərimin tam əksinə düşünürəm ki, biz kimlərsə üçün həqiqətən çox dəyərliyik, özümüzü ən dəyərsiz hiss etdiyimiz məqamda, kimlərsə bizim üçün darıxır, biz özümüzdə hansısa vərdişləri, bəlkə də, öz bədənimizi bəyənmədiyimiz halda belə bizim o özəlliklərimizi sevən insanlar var, bəyənməyib sildiyimiz şəkilə günlərcə, hətta Bu bənzətmələri daha da uzada bilərəm, amma qısaca bizi əminəm ki, bir yerlərdə bizdən xəbərsiz düşünən insanlar var. Ona görə də belə deyiblər "Düzdür sən bu dünyada sıradan bir insansan, amma kim üçünsə bir dünyasan." Sevdiyimiz insanlar tərəfindən sevilmədiyimiz və ya darıxdığımız insanların bizim üçün darıxmadığını bildiyimiz üçün özümüzü dünyada ən tənha insan kimi hiss edərkən, bizi düşünən insanları görməzdən gəlirik təəssüf ki..
1 note · View note
ruhunmenim · 3 years
Text
Ne güzel demiş Cemal Süreya; "uğraşamam dünüm ve dünümdekilerle, ben yarına bakarım yanımdakilerle.." 🤍
0 notes
ruhunmenim · 3 years
Text
Bəzi hekayələrin nə adı var nə həcmi. Bir insan yaşayar, bir insan düşünər. Bəziləri yazar, bəziləri öz məzarını qazar. Bəzi hekayələrin sujet xətti başlanmadan yazılar. Hekayələrdəki sevgi elə bilirsiniz "əks cinsə qarşı bəslənən duyğudan mı" başlayır? Xeyr! Bəzi hekayələrin körpələri sevgisiz böyüyür, döyülür. Kimi atasız, kimi anasız. Birinin yoxluğunu artıq körpəlikdən öyrənir. Elə o bəzi uşaqlar tənhalıqdan qorxduqları üçün sevdikləri insanı bərk-bərk sevirlər. Bəzi hekayələrin çox gözəl olmasına baxmayın, çox yalançıdır. Hər gün yeni bir nəğmə, hər gün yeni bir musiqi. Hər birində qırıq ümidlər. Hər birində can verən insanlar, hər birində bədəndən qaçmış olan ruhlar. Bəzi hekayələrin qəhrəmanlarını gördüm əlində bir qələm ölmüş bədəndən yaşayan qadınlara məktublar yazırdılar. Damla-damla göz yaşı ilə..
0 notes
ruhunmenim · 3 years
Text
Bezdirərək sevməlisən birini.. soyuqluğundan, məsafəndən, danışığından bezməlidi tez - tez.. hətta göstərdiyin nəvazişdən.. günlərlə axtarmayıb, görüşəndə ayrılmaq bilməyəsən gərək.. üzünü,dodaqlarını özü bezgin ifadə ilə qaçıırana qədər öpməlisən təkrar-təkrar.. bəzən də qarşında dayanıb ağlamasını seyr edərək gülümsəməlisən.. doğum günlərini unutmalısan hərdən..heç ummadığı anda bir - iki gözəl cümlə qurmalısan bir neçə ay sonra.. bildirmədən..xəlvət-xəlvət qarışmalısan qanına..acı dilinlə..isti qucağınla..soyuq münasibətin..bircə şirin baxışınla..Qısacası, birini tanrının insanı sevdiyi kimi sevəcəksən..bəzən günlərlə , aylarla , illərlə cavab gəlməyəcək çağırışına..amma hər dəfə dizlərin ağrıdan çökəndə baxışlarını səmaya çevrilmiş görəcəksən..
1 note · View note
ruhunmenim · 3 years
Text
Bəzən atılan hər addımda yalnız olub sadəcə öz yoluma baxmalı olduğumu anlayıram.Çünkü mən bu gün düşsəm kimsənin xəbəri olmaz. Əlverib düşəcəyim quyudan çıxaranda kimsəni görmərəm.Ona görədə həyat mənim, səhfi düzü mənim. Atacağım addım yalnışda olsa düşüb yenidən dəvam edəndə mənəm.Həyat və insanlardan gözləntisini kəsən bir insanıda yalnız özü məhv edə bilər.Öləcəmsə öz silahımla ölməyi üsdün bilərəm.
1 note · View note
ruhunmenim · 3 years
Text
2 ildi qar görmədən qışı bitirirəm)🌵
0 notes
ruhunmenim · 3 years
Text
Qırağdan soyuğ biri kimi görünməm normaldı yerimi və davranışlarımı bildiyimdən irəli gəlir)
0 notes