Tumgik
sellycans · 19 days
Text
kimsənin məni incitməsinə icazə verməyəcəyini düşünmüşdüm, sıyahının başında sənin olacağını təxmin belə edə bilməzdim heç
6 notes · View notes
sellycans · 28 days
Text
o sənindirsə zatən sonda sənə qayıdacaq sadəcə geci və tezi var, onu həqiqətən istəyirsənsə sadəcə otur və səbirlə gözlə
17 notes · View notes
sellycans · 1 month
Text
daşdan daşa baş dəyməsə başdan baş olarmı,
qəlbin daşa çevrildisə gözlər yaş olarmı?
11 notes · View notes
sellycans · 1 month
Text
yanımda olsan hər şeylə mübarizə apara bilərəm kimi gəlmişdi amma yanımda olmağın üçün ən çox səninlə mübarizə aparmalı olduğumu bilmirdim
11 notes · View notes
sellycans · 1 month
Text
bəlkə də gözəl olardı sənlə dəniz kənarında sevdiyimiz musiqini eyni qulaqcıqda dinləmək
5 notes · View notes
sellycans · 1 month
Text
Məni yada salmasan da, üzümə baxmasan da
Sevgimi anlamasan da, bir oda yanmasaq da
Gecələr qəhərlənib başqasıyçün ağlasan da
Hamı getsə belə, sonda yanında yenə mən olacam.
7 notes · View notes
sellycans · 1 month
Text
həyatımda biri yoxdur, lakin birində həyatım var idi..
6 notes · View notes
sellycans · 1 month
Text
insanlar dəyişir, sevgi bitir və ən yaxın dostlar yada çevrilir
4 notes · View notes
sellycans · 1 month
Text
bir gün tək, kimsəsiz qalsan içindən bu sözləri təkrar et “gedəcək tək bir yerim var idi onuda öz əllərimlə yıxdım”
7 notes · View notes
sellycans · 2 months
Text
bu günə qədər öyrəndiyim ən mühüm şeylərdən biri də o olub ki, kim sizə nə qədər pislik etmiş olsada siz heç vaxt öz yaxşılığınızdan ödün verməyin, onlar sizə pis davranıb qarşılığını yaxşılıqla gördüklərində utanacaqlar öz etdiyi əməllərdən. Boşuna deməyiblər zatən “yaxşılığa yaxşılıq hər kişinin işidi, yamanlığa yaxşılıq nər kişinin işidi”
5 notes · View notes
sellycans · 2 months
Text
Allahdan güc istədim məni hərkəsdən uzaqlaşdırıb özünə daha çox yaxınlaşdırdı
3 notes · View notes
sellycans · 2 months
Text
tək dərdi gözəlliyi, kombinləri və akademik həyatı olan qızlardan olmağın verdiyi hüzur
6 notes · View notes
sellycans · 2 months
Text
ayrıldıqdan sonra bir tərəf həyatındakı boşluğu başqaları ilə doldurub, tək qalmamaq üçün hərkəslə danışarkən bir tərəf isə vaxtını yalnızca kariyerasına, şəxsi inkişfına, baxımına, gözəlliyinə ayırar. 2-ci tərəf olmaq çox gözəl hissdi 💋
6 notes · View notes
sellycans · 2 months
Text
indi bütün əlaqəmiz tamamən kəsildiyinə görə rahat deyə bilərəm; danışmadığımız günlərdə belə səndən xəbər ala bilmədiyim üçün çox nrahat olurdum, daim necə olduğunu, gününün necə keçdiyi ağlıma gəlirdi, sənin bir problemin olanda sənə demədən onu düzəltmək üçün hər şeyi düşünürdüm, bütün əsəb problemlərinə, qısqanclıqlarına, toxic davranışlarına, məni dəyərsiz hiss etdirmənə rəğmən səni hələ də istəyirdim, sənlə aramın yaxşı olması üçün hammı ilə aramı pis etməyi belə gözə almışdım. Sən qırılmayasan deyə demədiyim çox söz var idi, məni qırdığın amma söhbəti uzatmamaq üçündə içimə atdığım çox şey var idi, mesajlarına gec baxmamaq üçün 7/24 telefonu yanımda saxlayardım, pulun ya da başqa şeyin məni maraqlandırmırdı, səndən başqa bütün oğlanlara kor idim, hammı mənə iyrənc gəlirdi, tək sənin ilgini və sevgini istəyirdi, həyatımım geri qalanını sənsiz düşünə bilmirdim, səninlə bir gələcək düşünürdüm, səni öz ailəm öz evim olaraq görürdüm. Sənə görə ailəmə dəfələrlə yalan demişdim, sənə görə bütün riskləri qəbul eləmişdim. Başıma gələcək hər şeyə razı idim, təki yanımda sən ol deyə. Səninlə yaşayacağım bədbəxtliyi belə başqası ilə yaşayacağım xoşbəxtliyə dəyişməzdim mən, çox çabaladım sənin üçün, dəfələrlə qürurumu heçə saydım, bütün prisiniplərimdən vaz keçdim. Amma sən həmişə mənim sevgimin içtənliyini görməyəcək qədər kor idin,bəlkə də heç kimin səni təmannasız sevəcəyinə inanmırdın, ona görə daim bir şey axtarırdın. Həmişə bir qüsur axtardın məndə, o qədər yaxşılarım içindən sadəcə bəzi pislər gözünə batıdı. Sən düzgün sevgi görməmisən ona görə düzgün sevgi sənə çox gəldi və qaldıra bilməyib getməyi seçtin. Sənin dəyərsiz hiss etdirmələrindən yoruldum artıq, özümə olan sevgiminin azalmasına səbəb olmuşdun, sənə dəyər verim dərkən özümə dəyər vermədiyimin fərqinə vardım, sənə yaxşı olmaq üçün özümün pis olmağına göz yumdum. Amma artıq yoxdu həmin Selcan, düz deyirdin indi böyüdüm amma sənsiz. Bəlkə həyatımın boyu heç kimi səni sevdiyim qədər sevməyəcəm amma heç kimində sənin qədər dəyərsiz hiss etdirməsinə icazə verməyəcəm. İlk idin son da olacaqsan, bütün saf hisslərimi səninlə yaşadım, öldürdüm və bitirdim :)
11 notes · View notes
sellycans · 2 months
Text
toxic insandan qurtulandan sonra gələn rahatlıq və özgüvən hissi>>
25 notes · View notes
sellycans · 2 months
Text
Ver mənim eşqimi, o sənə heç gərək deyil..
8 notes · View notes
sellycans · 2 months
Text
Məni sevdiyini deyirsən amma ən sevdiyim çiçəyin yasəmən olduğunu, şimşəkdən qorxduğumu, dənizin sahilində tək oturmağı sevdiyimi, tort və dondurmanın yalnız şokoladlasını yeyə bildiyimi, ulduzları saymağın içimdə hüzur yaratdığını, ağlayanda nəfəsimin kəsildiyini və əsdiyimi, sevdiklərimi itirməkdən dəli kimi qorxduğumu, oğlan uşağlarını daha çox sevdiyimi, yalnızca çox dəyər verdiyim insanlara həssas olduğumu, kiçik şeylərlə xoşbəxt olub eyni şəkildə kiçik şeylərində məni üzdüyünü, həyatda heç nədən qarşılıq gözləmədiyimi, ən sevdiyim heyvanın tısbağa olduğunu, bir şeyə üzüləndə onu dəftərə yazdığımı, rəsim çəkməyin məni sakitləşdirdiyi və bir çox şeyləri bilirsən mi?
11 notes · View notes