Tumgik
sevinjsayad · 14 days
Text
Tumblr media
8 notes · View notes
sevinjsayad · 18 days
Text
Qayğı və sevgi bir-birinə bənzəsə də, tam olaraq eyni şey deyil.
- Qayğı bir insanın sənə yaxşılıq etməsi, sənə dəstək olması və sənə qarşı anlayışlı olmasıdır. Bu çox gözəl bir hissdir, amma hər qayğı sevgi anlamına gəlmir.
-Sevgi isə daha dərin və qarşılıqlı bir duyğudur. Sevgi həm qayğını, həm də güclü bir emosional bağlılığı əhatə edir.
8 notes · View notes
sevinjsayad · 1 month
Text
Bugün günortadan sonra heç yataqdan çıxa bilmədim, çox yorğun olduğumdan deyildi, çox “ağır” hiss etdiyim üçün. Dayanmadan bu kəliməni işlədirəm, mənə uyğun gələn tək söz budur, həqiqətən anlayırsanmı? İdarəsini itirmiş bir gəminin “ağırlığı” kimi bir şeydir və dalğalara belə deyir: “Özümə həddindən ziyadə ağıram və sənə həddindən artıq yüngül”
Frans Kafka
10 notes · View notes
sevinjsayad · 2 months
Text
Tumblr media
7 notes · View notes
sevinjsayad · 2 months
Text
Həyatımdakı bütün bəlirsiz insanlar yox olsun. Amin.
11 notes · View notes
sevinjsayad · 2 months
Text
Hər şeyin qırılma nöqtəsi var. Bunu gördüyümüz anda buraxmaq ən məqbul olanıdır. İncəldiyi yerdən qopsa yaxşıdır bəzən. Ya incəldiyi yerdən qopacaq,ya da ən möhkəm (sandığınız)olduğu yerdən.
26 notes · View notes
sevinjsayad · 3 months
Text
Artıq demək olar ki, sosial bir həyatım qalmayıb. İş, ev arasında gedib gəlirəm. Yeni insan tanıyasım yoxdu. Artıq müştərilərlə belə işləyə bilmirəm. İnsan görə bilmirəm. İnsan sevmirəm deyəsən, bilmirəm. Amma axır vaxtlar bir şeyə fikir verirəm. Sırf qəlbimi qıran insanlar belə öz çıxarları uğruna könlümü alırlar. Sonda yolları yenə məndən keçir deyə. Uşaq olanda çalışırdım hər kəsə kömək olum. Bir az böyüdüm başladım “yara bandı”oldum. Hər kəslə dəxlisiz şəkildə empatiya qururdum. İstəyirdim ki, hamının ağrısını azaldım. Zamanla elə bildim ki, belə də olmalıdı. Mən dərman olacam. İnsanlar sağalacaq. Amma düşünmürdüm ki, dərman insanın yadına yalnız ağrısı olanda düşür. Sonra zamanla gördüm ki, qarşıma ancaq yaralı, dərdi çox olan və ya problemli insanlar çıxır. Ya da mən onları çəkirəm. Bəzən insanlara təsəlli verirdim, bəzən özümdə onlarla bərabər pis olurdum. Amma artıq görürəm, dərk edirəm ki, uşaqlığdan qaynağlanan bir tramvanın göstəricisidir. İnsanların mənə ancaq neqativ şeyi danışması artıq məni ifrat dərəcədə canımdan bezdirir. Ətrafımda demək olar , çox az insan qalıb. Zamanla bütün neqativlər də bitəcək.
17 notes · View notes
sevinjsayad · 3 months
Text
Artıq əminəm. Uşaqlarıma qoyacağım ən böyük miras,heç var olmayacaq olmalırıdır…
14 notes · View notes
sevinjsayad · 3 months
Text
Özümə not
Hər şey keçir.Səndən asılı olmayan şeylərə görə özünü çətinə salma, düşünmə. Bəzən düşünmədən, sorğulamadan yaşamaq lazımdı. Çox dərinə düşmə, düşsən qalxa bilməyəcəksən. Dərdlərini, qayğılarını anlayıram. Amma 5 il əvvəlki dərdlərini yadına sal. Ağlım yox imiş, deyirsən sə,deməli hamısı keçib. Bunlar da keçəcək. Ən tək olduğun zamanları unutma. Bəlkə də Tanrı sənə yoxluğu hədiyyə edib. Sırf təkamülün üçün.
Təklik (yaxud yalnızlıq) insanın sosial əlaqələrdən məhrum qalması və ya bu əlaqələrin yetərsiz olduğu vəziyyətidir. Həmişə “Təklik Allaha məxsusdur” deyirdilər. Kim bilir bəlkə təkliyin əsas simvoludur insan. Həyatımın bir hissəsini təklik, digərini boşluq təşkil edib. İçimdəki dolmaq bilməyən boşluq dolanda, və özümü kütlə içində yalnız hiss etməyəndə artıq hər şey keçmiş olacaq.
Sevgilərlə
7 notes · View notes
sevinjsayad · 3 months
Text
İstek degil ihtiyac
“One of the best feelings is finding someone who really gets you. A person who lets you be vulnerable and honest. The kind of person who encourages you to push past your flaws because they accept you as you are. Someone who never tells you that you’re too much of this and too little of that. Because to them you’re just enough of everything they love.”
— Sylvester McNutt
4K notes · View notes
sevinjsayad · 3 months
Text
Tumblr media
11 notes · View notes
sevinjsayad · 3 months
Text
Hər kəs öz fikrinə səni ortaq edib, yüksəlməyə çalışıb. Sən oyandıqdan sonra anlayırsan ki, səndən hər tərəfli istifadə ediblər. Qulağın, gözlərin və hisslərin vasitəsilə, beyninə girərək, səni zəhərləməyə çalışıblar. Ancaq sən oyanaraq xilas olmusan.Hər şeyi bilən biri olaraq xoşbəxtsənmi? İndi ciyərlərin partlayana qədər qaçacaqsan. Və xoşbəxt deyilsən. Olmayacaqsanda. Özünü aldatmağa çalış, gerçəyi dəyişdirə bilməyəcəksən. Sən lənətə gəlmiş, niyə var olduğunu bilməyən bir məxluqsan. Yatmışlar səni eşitməz. Və beləliklə sən içinə qapanırsan. Bu xaricdən görünən sakitçilik, səni öldürəcək. Daxilindəki cavabsız suallar tufanı, səni talan edəcək. Ölmək istəyib, ölə bilməyəcəksən. Çünki ölüm haqda heçnə bilmirsən. Ancaq bunuda yaxşı bilirsən ki, ölüm daima var olan sonucu çıxış yoludur.
22 notes · View notes
sevinjsayad · 3 months
Text
Özünü hər kəsə qurban verənlərin də bayramı mübarək olsun.
Mənim həyatım mənsiz yaşanıb. Mən künc-bucağında qalmışam.
Belə bir cümlə oxudum bu gün. Ağlıma öz həyatını başqalarına qurban verən insanlar gəldi. Zamanla o qədər fədakarlıq edirik ki, bizə verilən həyatı necə yaşamlı olduğumuzu unuduruq. Həyatdakı missiyamız fədakarlıq etmək, özünü arxa plana atmaq, başqalarının istəklərini önə atmaq və.s. Və təbii ki, kimsə sənə fədakarlığın üçün təşəkkür etməyəcək. Qədrini belə bilməyəcək. Fərqinə vardığın an belə gec olacaq. Düzdü nə qədər gec olsa da ayılmağında fayda var. Amma çox istərəm ki, hər kəs üçün öncəliyi özü olsun. Bu ailə də də sevgi də də ,işdə də, ağlınıza gələ biləcək hər şeydə belə olsun.
18 notes · View notes
sevinjsayad · 3 months
Text
Mən nə zaman dua etsəm, dilim gəlmədi xeyirlisi olsun deməyə. Hətta bəzən bilirdim ki, xeyirlisi mən istədiyim deyil. Dualarımda “Bilirəm xeyirli deyil, amma olsun nəticəsi nə olacağsa razıyam” deyirdim. Bir yerdə oxumuşdum. Deyirdi ki, bəzən xeyirlisini istəyərik. Amma xeyirlisi o qədər ağır olar ki, (ən azından sənə görə) qaldıra bilmərsən. Ondan sonra hər zaman ən xeyirlisinin, ən asan ,əziyyətsiz yoldan olmasını diləyirəm.
17 notes · View notes
sevinjsayad · 4 months
Text
Tumblr media
Tam olaraq bu binalar kimi hiss edirəm. Yoxam, ancag varam. Şəkilin dili olsa nə deyərdi?
20 notes · View notes
sevinjsayad · 4 months
Text
Next station “Qırıq Qəlblər”
Əlbət bir gün yolumuz o stansiyadan keçəcək. Hətta, halhazırda o stansiyadayam. Geri dönməyə qatar yoxdur.Bəlkə də qatar heç gəlməyəcək. Ya da qırdığım qəlblərin könlünü aldıqda , qatar yolunu bizim stansiyadan salacaq.
18 notes · View notes
sevinjsayad · 6 months
Text
Mən bu yaşama işini bacara bilmirəm dostlar.
17 notes · View notes