Tumgik
#öyrən
dadaszdkh · 3 months
Text
tək qalmağı öyrən gördülər ki, işlərinə yaramırsan, ilk qaranlığında yavaş-yavaş uzaqlaşacaqlar səndən! hər adam əhdinə sadiq qalmağı bacarmır.
25 notes · View notes
esger1i · 5 months
Text
Göy üzünün hər yerdə mavi olduğunu anlamaq üçün, dünyanı dolaşmağa ehtiyac yoxdur. Bax, eyni zamanda baxdığını görən ol. Gəldiyin zaman boşluq dolduran deyil, getdiyin zaman yeri doldurulmayan ol. Hər eşitdiyinə inanma, əlindəkinin hamısını xərcləmə və istədiyin qədər yatma! "Səni sevirəm“ deyərkən inanaraq de! "Üzr istəyirəm“ deyərkən qarşındakının gözünün içinə bax! İlk baxışdan sevgi`yə inan. Heç vaxt başqalarının xəyallarıyla oynama! Dərindən və inancla sev! Sına bilərsən, amma başqa cür də həyatını tam yaşaya bilməzsən! Anlaşılmazlıqlarla vicdanlı mübarizə apar! İnsanlar haqqında deyilənlərə inanıb onlar haqqında qərar çıxartma! İnsanları mühakimə etsən, onları sevməyə zamanın qalmaz. İnsanlara gözlədiklərindən çox şey ver və bu işi edərkən kübar ol. Yavaş danış, amma sürətlə düşün. Əgər biri sənə cavablamaq istəmədiyin bir sual verərsə gülümsə və "niyə bilmək istəyirsən?“ de. Bunu həmişə xatırla ki, böyük eşq və böyük investisiya daima özündə böyük risk daşıyır. Əgər məğlub olarsan, ağlını da itirmə. Unutma: Sevgi- hər kəsə! Hörmət- özünə və başqalarına! Cavabdehlik- bütün hərəkətlərin üçün! Balaca bir mübahisənin bütün dostluğu məhv etməsinə icazə vermə! Dostun olsun istəyirsənsə, dost ol! Əgər səhv etdiyini hiss etdinsə, həmin dəqiqə onu düzəltməyə başla, bilə-bilə davam etmə! Telefonda danışarkən gülümsə. Danışdığın adam səsindən gülümsədiyini hiss edəcək. Söhbət etməyi sevdiyin biriylə evlən. Yaşlandıqca söhbət hər şeydən daha çox önəm qazanacaq. Hərdən yalnız qalmağa səy göstər. Ananı say, sev və ona zəng et! Yeniliklərə açıq ol! Bunu bil ki, susmaq - bəzən ən yaxşı cavabdır. Daha çox kitab oxu, dostlarını arayıb-axtar, daha az televizora bax! Gözəl, şərəfli bir həyat yaşa! Yaşlanıb geri baxdığında ikinci bir dəfə ləzzətini yaşayacaqsan. Allaha güvən, amma avtomobilin qapılarını da bağla. Yuvanda isti bir mühit yaratmaq üçün əlindən gələni et. Sevdiklərinlə mübahisə edərkən, həmin anı düşün, keçmişi qurdalama! Sətir aralarını da oxu. Biliklərini paylaş. Bilik insanı şübhədən, yaxşılıq acı çəkməkdən,qərarlılıq qorxudan qurtarar. Dünyayla yaxşı davran. Dua et. Böyük güc verər. Düşün. Daha böyük güc verər. İşini yaxşı gör. Öpərkən gözlərini bağlamayan sevgiliyə güvənmə. İldə bir dəfə, daha öncə getmədiyin bir yerə get. Əgər çox pulun olarsa, başqalarına yardım et-pulun ən ləzzətli tərəfini qaçırma. Bəzən istədiyin bir şeyin olmaması sənin üçün bir şansdır. Əvvəl qaydaları öyrən, düşün, qərar ver və bəzilərini poz. Ən yaxşı münasibətin- bir-birinizə olan sevginiz, bir-birinizə olan ehtiyacınızdan çox olduğu zaman olacaqdır. Müvəffəqiyyətin gerçək olub-olmadığını anlamaq üçün qarşılığında nələr verdiyinə bax. Dərs alınmış uğursuzluq uğur deməkdir. Bunu bil ki, xarakterin sənin taleyindir. Həddsiz sev, hər könüldə çiçək olmaqdansa bir könüldə buket ol. İnsanlığını və kimliyini heç bir dəyərə dəyişdirmə! Sevgi üçün qollarını bağlama, sonra özündən başqa tutmağa bir şey tapmayacaqsan. İçindən nə gəlirsə et. Təbii ol! Sənə edilən yaxşılığı daşa, pisliyi isə toza yaz. Xoşbəxtlik- problemsiz bir həyat demək deyil, problemləri həll etmək qabiliyyəti deməkdir.
28 notes · View notes
Xoşu xala bir insanı unutmaq üçün neyləmək lazımdır? Xala üstündən 6 ay keçib, hələ də ağlımdan çıxmıree. Sizcə mənə cadu zad eləyib?
Yox, cadu eləməyib. Sən gözündə böyütmüsən. Və o qədər boş vaxtın olur ki, oturub ancaq onu düşünürsən. Özünə məşğuliyyət tap. Bir işlə məşğul ol, nə isə öyrən. O ağlına gələndə, məsələn, get üzünə nəmləndirici vur. Elə et ki, boş vaxtın olmasın. Onun sənə etdiyi pis hərəkətləri belə yadına salma. Həə, birdə bağ koparma meditasiyası et
12 notes · View notes
minamirza · 6 months
Text
Səid, bilirsən bu ölkədə insana nə lazımdır?silah və kitab. Keçmişlə hesabını çürütmək üçün silah, gələcəyini təmin etmək üçün isə kitab. Odur ki, atəş açmağı öyrən və oxu! (c)
31 notes · View notes
mavigece-777 · 23 days
Text
Sən Allahın qarşısında diz çökməyi öyrən, o sənə hər kəsin qarşısında dik durmağı öyrədəcəkdir...)
15 notes · View notes
thenrnn · 2 months
Text
Məni məndən öyrən, heç kəsə eyni deylem, demiş Nazim Hikmət. Neqederde doğru bir sözdür.
7 notes · View notes
fffloweeer · 24 days
Text
Düzgün ünsiyyət qurmağı öyrən 😩
6 notes · View notes
orkhanivy · 2 months
Text
öyrən sənçün heç kim heç nəyi dərd eləmir
6 notes · View notes
aytaan · 1 year
Text
səhvlərimi qəbullanandan bir müddət sonra fikirləşirdim ki,nə ilə bağlı olursa olsun,birdə yanlış bir şey etməməliyəm və bunun olğunluq olduğunu düşünürdüm.özümdə bilmədən,mükəmməliyyətçi düşüncə tərzini beynimə yeridib, ona uyğun hərəkət edirdim.bir müddət sonra anladım ki,nə qədər öyrənirsən,öyrən yenə bir yerdə səhv eləyəcəksən və bu normaldır. olub olacaq bütün səhvlərimi,təcrübələrimi sevgiylə qəbul edir və onların mütləq həyatımda yaxşıya doğru nələrinsə dəyişməsinə kömək edəcəyinə sonsuz inanıram💫
19 notes · View notes
madinaa17 · 2 years
Text
bütün günü bədii kitab oxuyuram deyə anam "bəsdir kitab oxudun, dur dərslərini öyrən" adlı mahnısını oxuyur
25 notes · View notes
ilhamjakhubov · 1 year
Text
Sahib olduqlarını sevməyi öyrən, həyat sənə itirdiyini sevməyi öyrətməzdən əvvəl...!
18 notes · View notes
dadaszdkh · 6 months
Text
Bir dəfə bir kitab oxumuşdum "Sevməyi falan deyil, yalnızlığı öyrən, çünki çətin zamanlarda ən çox ona ehtiyacın olacaq.
21 notes · View notes
Note
anonim kimsense sene halaldi. camaatnan mirtdashan xoshu rus demish mandrajdadi
Hə hardan bildin? Gerizekalı camaatla məzələnirəm mən? Yazmağı öyrən gələrsən gözlərim qanadı. Azərbaycan dilində düzgün danışa bilmir, rus sözü istifadə edir. Səviyyəndən söz etməyimə gərək qalmadı.
2 notes · View notes
zhr-vn · 2 years
Text
Mənə heç kim demədiyi üçün mən sizə demək istəyirəm. Bəzən bəzi şeylər sizin əlinizdə deyildir. Nə qədər istəyirsiz cəhd göstərin, nəticə pis ola bilər . Bunun səbəbkari siz deyilsiz bəlkədə . Sizin bunu nə qədər çox istədiyinizində bir önəmi yoxdu, çünki həlli olmuya bilər. Yanınızdaki insanlar birdən birə həyatınızdan gedə bilər. Bəzən mane ola bilməzsiz. Heyf ki aglamaq bu durumu düzəltmiyəcək . Ona görədə həyatını və duyğularını idarə etməyi öyrən.
20 notes · View notes
anar-abasow · 2 years
Text
Keçmiş qrup yoldaşım imtahana hazırlaşır, hər gecə 1’də işdən gəlir, oturub gözləyirəm ki, gəlsin sonra isə başlayırıq testlərdən sual verməyə. Bayaqdan deyir “nolar burax yatım, sonra hazırlaşdırarsan 3 saat sonra işə gedəcəm”. Ama yoo tutmuşam ki, öyrən keç. Mənim kimi yoldaş sevilmireee sevilmir
10 notes · View notes
onsrablogg1 · 1 year
Text
Ailə qurmağa tələsmə. 20li yaşları dolğun yaşa. Çox oxu, çox gəz, çox öyrən, bir şeylərin qulpundan yapış, bir şeylərə nail olmağa çalış. Bundan sonra hamı getdi sən qaldın deyə getmə. Yaş ötür və uşaq doğmaq lazımdır deyə də getmə. Sevdiyin üçün, doğru adamı tapdığın üçün, bu seçimin sənin üçün daha yaxşı olduğundan əmin olduğun üçün ailə qur. O zaman yükün daha az, həyat yorğunluğun isə düzgün insanla paylaşılaraq daha yüngül olacaq.
3 notes · View notes