Tumgik
#Aqşin Evrən
nurajab · 1 year
Text
Zen, bişirdiyin keksə daraşmış qarışqalar da öldü.
Daha səndən heç nə qalmadı bu şikəst evdə.
Daha mən öyrəndim ki, tarix üşüməyi qucaqlaşmaqçün,
sevginisə bir ömür uzaqlaşmaqçün yaradıb.
Uşaqlıqdan, gənclikdən, qocalıqdan başqa
bir də onsuzluq dövrü olur insan ömrünün.
Yalandı, Zen... Yalandı.
İnsanı qocalıq yox, onsuzluq dövrü öldürür.
Qucaqladığım bütün qadınları birləşdirib
özümə bir ana düzəldə bilmədim..
Bəzən bu nəhəng ömür bircə sözdən ibarət olur: "Gəlmədi.."
Zen, qadını ən çox atası unudur.
Ən çox xatirələr xəstələndirir adamı.
İştahın olmur yemək yeməyə,
yaşamağa,
..gəlməyə.
Nədənsə metro çıxışlarından heç vaxt "O"na tərəf çıxmadıq.
Heç vaxt tapa bilmədik unutmağın reseptini.
Əlimizdə onu axtarmaq öldü,
ayağımızda çıxıb gəlmək..
Sənə gülmək gətirəcəm, qızım, doyunca gülmək..
Daha buruq saçlar unutmasın.
Sən də unutma, Zen, sən də unutma:
Ayrılıq haqqında deyilmiş ən gözəl söz – ayrılmamaqdı.
9 notes · View notes
esmiramst · 1 year
Text
İndi bütün gözləməklər qapında ölüb
Day o gəlmir deyə, pəncərən kor qalıb,
qapın da ölüb.
Elə bil saçın da onu tapmaqçün
uzanır harasa... harasa gedir
Sənin bədəninin yarsı evdədir,
geyinib yarısı harasa gedir.
Köynəyin ütüləyirsən əlin üşüyür
Atıb getmək istəyirsən ağrıyır ayaqqabın
Bilirsən, ömürdən doğma biri gedəndə
Üşüyüb tez evə girər çöl qapın.
Hə, asandı qab yumaq... yemək bişirmək
Bircə həmişə oturduğunuz skamya indi bir az soyuq,
indi bir az kirlidi
İndi xatirələrə toxunmaq onun yaş köynəyini
elektrik xəttindən asmaq kimidi.
Aqşin Evrən - Yaş köynəyin fotosu.
13 notes · View notes
senamooo · 3 years
Text
Dinlə bu küləyi, bu son küləklə
Ömrümə ayrılıq nəfəsi gəlir.
Sən o gün qapını elə örtdün ki,
İçimdən qapının küt səsi gəlir..🌾
Aqşin Evrən
1 note · View note
sekkizdeqiqe · 4 years
Text
"Ayrılıqlar da sevdaya daxildir"- deyir Atilla İlhan və cavab verir Cahit Zarifoğlu : "Oturub danışsaydıq , bəlkə də , keçərdi hər şey. Başını götürüb getmək sevdaya daxil deyildir." Son nöqtəni isə Aqşin Evrən qoyur : "Ayrılıq haqqında ən gözəl deyilmiş söz ayrılmamaqdır."🕊️🌻
7 notes · View notes
melikeagha · 5 years
Text
Gəl bu axşam evə qayıt,
Qucağından otaq düzəlt.
Uzaqlardadır xoşbəxtlik,
Saçlarından uzaq düzəlt.
Aqşin Evrən
37 notes · View notes
seirkimi · 5 years
Text
“Zen,qadını ən tez atası unudur..”
Aqşin Evrən
1 note · View note
elqerez · 7 years
Photo
Tumblr media
Elə darıxıram ki, az qala, evdən çıxıb sənin arxanca gəlsin mənim ayaq izlərim Ay balaca xanımım, Mən sən boyda sevməyi Axı harda gizlədim?
Vallah, qəlbin qəribədi Nə qıfıl düşür, nə açar Gəl, mənlə söz güləşdirmə Bir qucaqlıq canın var.
Elə gülümsədin ki, bütün bu ağlamaqlar dodaqlarında itdi Hə, balaca xanımım, Sənlə müqayisədə xoşbəxtlik çox bəsitdi
Durub səndən baxanda Ağrımaq da gözəldi Özümdən qaçan hisslərim Sənə çatıb gözlədi
Gözlədi ki, yapışıb tutasan barmağımdan “Səni sevirəm” sözün Beləcə, bir öpüşlə alasan dodağımdan.
Vallah, mən öyrəşmişəm Qucaqlayıb saçını gecələr tək yatmağa Neynirəm bir oyanmağı, gecələr bir yatmağı? Mənə bircə əl lazımdır əllərindən tutmağa.
Ay balaca xanımım, nəyə lazım evdarlıq? Lap yemək duzlu olsun ...Soyuq çay, isti yataq Neynirsən bu daş-qaşı Bu isti xəz paltonu? Geyin köhnə çəkməni Gəl gedək xoşbəxt olaq.
Aqşin Evrən ©
2 notes · View notes
nurajab · 1 year
Text
- Alo! Axşamın xeyir... hələ oyaqsan?
(Yuxuların ölər... yuxular ölər
baxışın zilləndiyi soyuq tavanda)
- Hə, axşamın xeyir... oyağam yəqin
(Ahh onun qucağı... onun qucağı
Və bir dəstə təzə, nəmli lavanda)
- Saat artıq 3-dür... niyə yatmırsan?
(Bu dərd oyaqlığı məni öldürür
Əbədi yuxuya hələ var kimi)
- Başım ağrıyırdı, bol kofe içdim...
(Qaldırıb yorğanı yatmaq istərkən
yataq ağzın açır canavar kimi)
- Xəstəliyin necə?.. ağrıyırsanmı?
(Mən yaxşı deyiləm, yaxşı deyiləm...
Sapsağlam olsam da, ölürəm burda)
- Yox, hər şey yaxşıdır... rahatlaşmışam
(...və günün hər anı, hər saniyəsi
durub sənə tərəf gəlirəm burda)
- Həə... Markes də öldü - ilk xatirəmiz
(Bu vəhşi, amansız “100 il tənhalıq”
Məni səhifələrə ayırır hər gün)
- Dayan, kimsə gəldi... qapı döyülür
(və səndən beləcə uzaq olduqca
hər axşam qapıma baş çəkir ölüm)
- Nə oldu?... kimdir ki, bu vaxtda gələn?
(Yaman darıxıram bu süst gecələr
Evə gəlişimi gözləməyinçün)
- Qonşu qapısıdır... bizimki deyil
(Hər şeyi ataraq sənə gələrdim
Bircə gün ömrümə gəlməyin üçün)
- Hə, belə... gecdir day, yatmaq zamanı
(Daha səndən sonra... və səndən sonra
Qanlı era kimi keçir gecələr)
- Sən yenə içirsən o zəhrimarı?
(Vallah, mənimki də ömür, gün deyil
Yastıq göz yaşımı içir gecələr)
- Yox, daha içmirəm... bəs ərin necə?
(Eşş ərin bilsə ki, necə xoşbəxtdi:
Hər səhər səninlə birgə oyanır)
- Xanımın necədir, övladın necə?
(Ay Allah, bu sual necə ağırdır
Bu nədir, elə bil, ömür dayanır)
- Yaxşıdır hamısı, yaxşıdır, vallah
(Bircə mən onlarla deyib-gülsəm də,
Hər gün can çəkirəm bu üç otaqda)
- Həə, biz də yaxşıyıq... biz də yaxşıyıq
(Bircə mən zəliləm, ölürəm indi
Böyük bir yoxluğam səndən uzaqda)
- Daha çox gecdir e, yatmaq lazımdır
(Yenə zəng edərsən, əbədi ömrüm,
Telefon başında gözlərəm səni)
- Gecən xeyrə qalsın... sağ ol, əlvida.
(Bax elə indicə sağollaşsaq da
Ürəyim yığacaq sənin nömrəni)
3 notes · View notes
nurajab · 1 year
Text
Göy qurşağından asılmış yelləncəkdəyik.
Başını çiynimə söykəmisən.
Qolumu şərf kimi dolamışam boynuna.
Bizdən bir qədər aralıda,
yayından çıxmış oxu ətrafında fırlanır Yer kürəsi:
Asta-asta parfümlü külək əsir,
Pinqvinlər bu soyuqluqdan yorulub Günəşə sarı tələsir.
Buzlaqlar əriyib Afrikanın stəkanına dolur.
Çətirimizin üstünə balaca mələklər yağır.
Ölü dəniz balıq doğur.
Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava.
Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində.
Ozon dəliyini örtürlər çərpələnglə.
Bütün dinlərin surələri eynidir:
“Əxlaq”
Qocalar evində sükut, otaqlar boş,
Uşaq evləri olub “oyuncaq və əyləncə mərkəzləri”
Teatrlarda anşlaq...
Bütün dövlətlərin adı Yer Kürəsidir,
bütün bayraqlar göyərçin qanadı,
bütün musiqilər körpə gülüşü.
Bütün əlifbalarda “X,O,Ş,B,Ə,X,T,L,İ,K” kimidir hərflərin düzülüşü:
Biz də bu hərflərdən yapışıb yellənirik.
Nə müharibə var,
nə göz yaşı, nə də qəm.
Astaca pıçıldayıram sənə:
Əzizim, dodağını gətir söz deyirəm.
3 notes · View notes
sekkizdeqiqe · 4 years
Text
Elə darıxıram ki,
az qala, evdən çıxıb
sənin arxanca gəlsin
mənim ayaq izlərim
Ay balaca xanımım,
Mən sən boyda sevməyi
Axı harda gizlədim?
Vallah, qəlbin qəribədi
Nə qıfıl düşür, nə açar
Gəl, mənlə söz güləşdirmə
Bir qucaqlıq canın var.
Aqşin Evrən 🕊️🍃
4 notes · View notes
sekkizdeqiqe · 4 years
Text
Burda təqvimin hər rəfi
Mübarək darıxmaq ayı
Sanki əkizlər bürcüyəm
İtkin düşüb əkiz tayım
Aqşin Evrən 🕊️ 🍃
3 notes · View notes
sekkizdeqiqe · 4 years
Text
Aqşin Evrən bilirsən nə deyir ?
- Səndən heç nə istəmirəm , bircə ayaqlarına qayıtmağı öyrət . 🕊️🍃
2 notes · View notes
elqerez · 7 years
Photo
Tumblr media
Zen, qadını ən çox atası unudur Ən çox xatirələr xəstələndirir adamı İştahın olmur yemək yeməyə, yaşamağa, ...gəlməyə
Aqşin Evrən ©
19 notes · View notes
elqerez · 7 years
Video
undefined
tumblr
Elə darıxıram ki, az qala, evdən çıxıb sənin arxanca gəlsin mənim ayaq izlərim
Səsləndirir: Xəzər Süleymanlı Söz: Aqşin Evrən Photo credit: Nina Sawyer
Sosial media hesablarımız:
Facebook: facebook.com/elqerez Instagram: instagram.com/elqerez Twitter: twitter.com/elqerezmedia Telegram: telegram.me/elqerez YouTube: youtube.com/elqerezmedia Soundcloud: soundcloud.com/elqerezmedia
54 notes · View notes
elqerez · 8 years
Photo
Tumblr media
Burda təqvimin hər rəfi Mübarək darıxmaq ayı. Sanki əkizlər bürcüyəm İtkin düşüb əkiz tayım.
Aqşin Evrən © Photo credit: Nijat
Sosial media hesablarımız:
Facebook: facebook.com/elqerez Instagram: instagram.com/elqerez Twitter: twitter.com/elqerezmedia Telegram: telegram.me/elqerez YouTube: youtube.com/elqerezmedia Soundcloud: soundcloud.com/elqerezmedia
8 notes · View notes
elqerez · 8 years
Photo
Tumblr media
Azərbaycan dili dərsində "unutmaq" feilini şəxsə və kəmiyyətə görə dəyişirdik və mən həmişə 1-ci şəxsin təkində yalan danışırdım. Çünki, mən unutmamışdım...
Aqşin Evrən © Photo credit: Elshad Asafov
Sosial media hesablarımız:
Facebook: facebook.com/elqerez Instagram: instagram.com/elqerez Twitter: twitter.com/elqerezmedia Telegram: telegram.me/elqerez YouTube: youtube.com/elqerezmedia Soundcloud: soundcloud.com/elqerezmedia
29 notes · View notes