Tumgik
#Qızlar üçün
esger1i · 3 months
Text
Yunan mifologiyasına görə, Dünyanın ən yaraşıqlı, ən gözəl kişisi Narcissu’u bircə dəfə görən bütün qızlar və pərilər ona aşiq olurlarmış. Amma Narcissus onların heç birinə üz vermir, heç birini özünə layiq görmürdü. (Narsissizm termini buradan gəlir. Narsisizm – özünə vurğunluq, insanın özünə aşiq olması, öz-özünə səcdə etməsi mənasına gələn ruhi sarsıntı, xəstəlik anlayışı) Bir gün dağlarda və mağaralarda yaşayan yalnız əks-səda ilə danışa bilən pəri Ekho Narcissus’u görür. (hazırda Exo sözü bu Ekho sözdən gəlir, əks-səda bildirir) O da digər qızlar kimi ilk görüşdə Narcissus’a aşiq olur. Günlərlə gizli formada onun ətrafında dolanır. Nəhayət sonda sevgisini etiraf etmək qərarına gəlir. Düşünür ki, onun qarşısına çıxsa, ondan gözəl sözlər eşidər və əks-səda ilə o sözləri Narcissus üçün təkrar edər. Narcissus bir gün bir mağaraya girir və “burada kimsə varmı?” deyə soruşur. Əks-səda ilə Ekho “burada kimsə varmı?” deyir. Bu səsin sahibi Narcissus’a maraqlı gəlir və o, səsin sahibini yanına çağırır. Ekho gizləndiyi yerdən çıxır, özünü Narcissus’a göstərir və onun boynuna sarılır. Narcissus Ekho’un özünə aşiq olduğunu görür və digər qızlar kimi ona da üz vermir və Ekho’nu soyuqqanlılıqla yanından qovur. Ekho çox pərt olur və qaçıb gizlənir. Ekho bu ağrı və travma ilə nə yemək yeyir, nə su içir. Günlərlə bu formada əzab çəkir, əriyib yox olur. Geriyə qalan isə təkcə səsi olur. Kim dağda və mağarada bir səs çıxarsa, sadəcə o səsi təkrarlaya bilir. Ekho onu bu hala salan Narcissus üçün başqalarının səsi ilə bəddua edir, “o da mənim kimi sevsin və o da mənim kimi qovuşa bilməsin” deyir. Və bir gün Narcissus meşədə gəzərkən susayır. Su axtararkən bir gölə rast gəlir. Əyilib su içmək istəyərkən orada öz əksini görür və sudakı əksin özünün olduğunu başa düşmür. Narcissus sudakı əksinə o qədər heyran qalır ki, gözlərini ondan çəkə bilmir. Əlini suya uzadır, toxuna bilmir. Səslənir, cavab ala bilmir. Çarəsizcə heç bir qarşılıq ala bilmədiyi sudakı öz əksinə aşiq olur. Eynilə Ekho’nun ona aşiq olduğu kimi. Narcissus bu hala dözə bilmir və özünün sudakı əksini qucaqlamağa çalışarkən gölə yıxılır və boğularaq ölür. İnsanlar Narcissus’un yox olduğu gölə gəlib, orada əvvəllər heç vaxt görmədikləri bir bitkinin görürlər – xoş ətirli, gözəl görüntülü bir çiçək. Və ona Narcissus’un şərəfinə Nərgizgülü adını verirlər. Beləliklə, Nərgizgülü imkansız sevginin, sevib qovuşa bilməyənlərin və narsissizmin simvoluna çevrilir.
45 notes · View notes
Note
Salam xoşu çox qəribə haldayam. 5-6 ay öncə sevgilim olub hər şey çox yaxşı idi amma 3ay evvel birden yazmadı heçne danismadiq avqustun 3ü yazdı ve polisde oldugun çixdiqdan sonra qəzaya dusub xəstəxanada yatdigin dedi. Menim ona yazdıgım mesajlarada telefonu dostunda oldugu üçün onlar baxıbmış. Həmin gün danisdiq ayin 4ü yene eyni hal oldu ve indiyecen helede danismiriq. Ve mesajıma dünen yene görüldü atılıb. Cidden anlamiram həqiqətən prablemi var yoxsa meni aldadir? 🥲 beynim təmiz qarisib
Salam. Sənmi nömrəsini silərsən, yoxsa, mən gəlim silim? O toksik insanı həyatından çıxarmaq üçün kainatdan hansı mesajı gözləyirsən, xala qurban? Problemi yoxdur, yalan atır. Ona de ki, az seriallara baxsın. Zalım oğlu ssenari qurur beynində, sən safım da inanırsan. Allah onun və onun kimilərin ömründən kəsib, pandalara versin. Deməli o nə düşünüb. Düşünüb ki, bu qız mənə çox dəyər, sevgi verir. Onsuz da əlimin altındadır da. İstədiyim vaxt gələcəm, gedəcəm, eyni dəyəri verəcək. Gedim bir az o biri qızlarla da gəzim. Çünki, mən şərəfsizəm, puştam. Düşünə bilmirəm ki, bunun karması var. Beynim hələ tam formalaşmayıb. Qayıdanda onsuz da qız məni gözləyəcək. Nə olar ki, mən Arizona kərtənkələsinə oxşayıram. Ağzım ki, yaxşı söz bəzəyir. Olmayan beynimlə istədiyim qızla danışa bilərəm.
Qızlar, xahiş edirəm, belə beyinsiz məxluqlara çox dəyər verib, bir tərəflərinin qalxmasına səbəb olmayın. Siz çox dəyərlisiniz. Özünüzə dəyər verin əvvəlcə💕
23 notes · View notes
rosesworl · 4 months
Text
Əziz və gözəl qızlar,padruqa sözünə qulaq asın. Çünki biz mövcud situasiyaya kənardan baxdığımız üçün sizə nisbətən daha məntiqli qərarlar veririk😊
21 notes · View notes
muradovaam · 5 months
Text
Qızlar, qorxaq oğlan deyilən birşey yoxdu. Əslində Sevdikləri qadın üçün hərşeyi gözə alıb addım atarlar. Sadecə Qorxaq bildiyiniz oğlanın sevdiyi qadını siz deyilsiniz...
22 notes · View notes
madinaa17 · 8 months
Text
Yenə məni düşündürən bir məsələni danışmaq istəyirəm. Bu dəfəki mövzu erkən nigahdır. Dünən təsadüfən söhbət zamanı öyrəndim ki, məndən 1.5 yaş kiçik bir qız evlənib, artıq oğlu var. Şoka düşdüm sözün əsl mənasında. Evlənmək nəysə də, amma uşağ?! Ciddən insanları çox zaman anlamıram, anlaya bilmirəm daha doğrusu. Sırf ətrafdakı insanlar ona "evlənmək yaşın gəlib çatıb" "hə, uniyə qəbul olmadın artıq evlənməlisən" bu sözləri deməmək üçün, desələr belə onlara qarşı çıxa bilmədikləri üçün 18 yaşı tamam olmamış əlində uşağı ilə gəzirlər artıq. 16-17 yaşın maksimum dərəcədə məsuliyyəti nədir? Əlbəttə, oxumaq. Amma onlar evlənib, uşağı olunca yaşıdlarından daha çox məsuliyyətləri olur. Sanki çiynində bir çanta var, yüngüldür. Və bu çanta günlər keçdikcə daha çox ağırlaşır. Köhnə sinif yoldaşımla keçən günlərdə yolda qarşılaşmışdıq. Demişdi ki, bu gün-sabah 19 yaşın olacaq hələ evlənməmisən nc nc nc, artıq 19 yaşlı qızın əlində iki uşağı var. Sən hələ də belində sumka ilə hazırlığa gedirsən. Bayaq anlattığım da məhz bu idi. Erkən nigaha cəlb olunan qızlar sırf bu sözləri eşitməmək üçün evlənirlər, qulaqlarını qapaya bilmirlər bu cümlələrə
52 notes · View notes
sanctasu · 8 months
Text
İlahə
Həyat sürprizlərlə doludu. Bir gün qapı açıldı, sinfimizə təzə bir qız girdi və mənimdə ağlıma girməyə başladı. Adı ilahə idi. Özü də adı qədər zərif idi. Yadıma gəlir hazırlığa yeni başladığı üçün və axsaqlığı olduğuna görə müəllimə onu həftə ərzində daha çox gəlməyi tapşırdı. Mənim də eyni dərsdən bir o qədər aram yaxşı olmadığı üçün əlavələrə baş çəkmək məcburiyyətindəydim. Dərslərə mən tam vaxtımda yerimdə olduqda o gec gəlirdi. Sonra öyrəndim ki, sən demə bu qız işdən çıxıb gəldiyinə görə dərsə gecikirmiş. Eyni fənndən başqa bir fənnədə bir gedirdik. Təbii ki, bu fənn riyaziyyat idi və mənim riyaziyyata olan nifrətim limiti bilənə qədər idi. Çünki, limiti o qız ilə eyni dərsdə olan zaman dinləmişdim. (Yalan deyirəm limit asan idi). O gün ondan arxa sırada oturmuşdum və dərs zamanı ona baxmağım,müəllimin diqqətindən yayınmamışdı. Müəllimənin dərs boyu mənə xeyli nəzərəçarpacaq nəzərlərlə baxması məndə qorxu yaratmışdı. Əslində bundan sonra dərsi daha da ciddi və həvəslə öyrəndim. Əlavələrə getdiyim qrupda çox danışan və bir o qədərdə dərsinə yaxşı hakim olan bir oğlan vardı. Adı nadir idi. Onun hər zaman başında kepka olur və dərsdə müəllimə ilə müzakirələri bitməzdi. Bir tərəfdən də müəllimə ilə eyni mənzildə yaşadıqlarından dolayı qonşu idilər. Nəsə deməli attestat imtahanına 2 həftə filan olar qalıb, birgün dərsdəyik, müəllimə ilə birgə uşaqlarla ev tapşırıqlarını yoxlayırıq, birdən qapı dayanmadan tıqqıldandı, uşaqlardan biri qapını açdı.
- Hərkəs qapı tərəfə çevrilib, boylandı
Qapını döyən 1,75 boylarında arıq, çəlimsiz, bir oğlan idi. Yaşı 20’ni ötərdi. Saçını da tam kəsdirmiş, boğazının sağ tərəfində döymə var idi. Gözlərinin birinin çəp olduğu aydın görsənirdi.
Müəllimə:
- Buyrun nə lazımdı?
Oğlan:
-Nadiri olar bir dəqiqə?
Nadir:
-Sənə demədim özüm zəng edəcəm!
Oğlan:
- Yox sən bir çölə çıx başa sal məni görüm.. Müəllimə başınıza dönüm, nadiri buraxın gəlsində. bi.. (sözü ağzında qaldı)
Nadir:
- Müəllimə çıxımda siz allah, görüm nə deyire bu..!
Müəllimə:
- Ay, bala bizim imtahana 2 həftəmiz qalıb, mənim icazəm olmadan sən hara çıxırsane.
Oğlan:
- O zaman ilahə gəlsin, ona sözüm var..
Nadir:
- Sənə demədim özüm danışacam, çıx bayıra məni gözlə!
Oğlan:
- Çağırmısınızsa başa salında məni..İlahə bir bura bax, ey
İlahə:
- Mən səni tanımıram, kimsəne sən..(əllərinin əsməyini gördüm.)
Müəllimə:
- İlahə nə məsələdir.?
İlahə:
- Mən bu adamı tanımıram.. deyib ağlamağa başladı, yanında əyləşən qızlar ona yaxınlaşdı.
Nadir:
- Çıx bayıra demədim sənə!
Müəllimə:
- Oğlum, otağı tərk et!
Oğlan, yavaşca ağzında nəsə gəvəliyirdi ki, bu zaman qapının arxasında əyləşən fərid,(nadirin dostu)
- Qaqaş müəllimə demədi otağı tərk et..qapını sərtcə, oğlanın üzünə çırparaq, silkələdi..
Hərkəs ayağa qalxdı. O oğlanı çöl qapısınadək, yaxasından tutub itələdi.
Müəllimə:
-Fərid, sənə nə olub, vəhşisən?
Fərid:
- Görmürsüz, müəllimə gic-gic danışır, dərsə mane olur.
Müəllimə:
- Canı cəhənnəmə olsun baş qoşma, gəl keç otağa.
Otağa keçdikdə, müəllimə nadir ilə fəridi elə danlağlayırdı, o isə fəridə baxaraq;
- Göstərəcəm ona, başa salacam hərşeyi..
Müəllimə:
- Nadir, sən nəyi başa salacaqsan, sənin elə özünə ağıl qoymaq gərəklidir. Elələrinə baş qoysan, az çox yaşın artmamış düşərsən içəri.
Nadir:
- Müəllimə, siz qarışmayında nolar..
Bu söhbət əsnasında ilahə hələdə ağlayırdı. Qızlarda başının üstündə idi.
Nadirin başı isə telefona qarışmışdı, kiməsə elə hey nəsə yazırdı.
Müəllimə:
- Nə isə ilahə sil gözünün yaşını.. keçək dərsimizə.. nadir, telefonu kənara qoy, söhbət bitdi artıq.
Nadir:
- Qoyuram müəllimə.
Bu hadisə baş verdikdən az sonra öz-özümə cavabı olmayan suallar verirdim. Nəyə görə oğlan, nadir və ilahə ilə söhbət etmək istəyirdi? İlahə müəllimənin sualını cavablandırmamış nəyə əsasən ağlamağa başladı? Nadirin oğlan ilə söhbətində ara da olan ilahədirmi? Nadir və İlahə? Bəlkə onlar birlikdədirlər? deyə elə başımı suallarla bişirdim..
Dərs bitdi. Çölə çıxdım. Nadirin ətrafına qrup oğlanları yığışmışdı. Nadir kimsə ilə telefonda ciddi tonla danışırdı ara-sıra ağzından söyüş də çıxdığını eşitdim. Kənardan izləyib onun oğlan ilə söhbətini dinləmək istəyirdim ki, qol saatıma baxdım. Növbəti hazırlığa gecikəcəyimi düşünüb, dayanacağa doğru addımladım..
Aradan 1 həftə filan keçdi. O gün baş vermiş hadisənin səbəbi, həm uşaqları, həm də müəlliməni maraqlandırdığını hiss edə bilsəmdə bundan bir daha heç kəsin söz açdığını duymadım. Ta ki, nadirin yaxın yoldaşı zamiqdən eşitməyimə qədər, “həsən onlar sevgilidirlər, keçən həftə gələn oğlan da ilahənin keçmiş sevgilisi idi, iş yerindən tanış olmuşdular, nadir onu söhbətə çağırmışdı, amma o düzgün zamanda gəlməmişdi. Yenə də nadir onu yaxşıca başa salaraq, dərsini verdi.” bu sözləri eşitmək istəmirdim, çünki beynimdə də hadisəni elə belə proqnozlaşdırmışdım. Heç gözləmədiyim yerdə qanım qaralmış, üzümün rəngi getmişdir. Qurduğum ssenarini özümə qəbullandırsaydım bu həqiqəti eşitməkdən yaxşı idi dedim və yoluma baxdım. O qızı sonuncu dəfə may ayında, avtobus pəncərəsindən görmüşdüm. Dəyişilməmişdi heç..
Bu əcaib qoxu verən söhbəti bura da danışmağı heç düşünməzdim. Artıq bir il’ə yaxın bir müddəti ötən məsələni içimdə saxladığım qədər də buraya boşaltmağı bacardım. Təqribi 25 dəqiqə öncə həmən qız ilə üzbəüz hava limanında qarşılaşdıq, təbii ki, onun mənim simamı xatırlayacağını o qədər də bilmirəm, amma mənim onu unutmadığım hər halımdan anlaşılırdı.
Buraya qədər oxudunuzsa səbrinizə heyranam :))
35 notes · View notes
orkhanmirzayev · 7 months
Text
Futbolun F’indən xəbəri olmuyub sırf kimlərəsə özünü göstərməy və göstəriş üçün özünü də azarkeş kimi göstərməyə çalışan insanlar (95% qızlar) qədər zəhləm gedən ikinci insan tipi yoxdu, qıraqdan çox itici görünürlər, ən azarkeş sizsiniz ok
27 notes · View notes
esmiramst · 1 year
Text
Əvvəllər daha gözəl idi burda hərşey. Hamı birbiriylə saxta mehribanlıq edirdi, qruplar olurdu söhbət üçün. Bir müddət qalırdı sonra hamı qırışıb çıxırdı. Sonra da başlayırdılar birbirlərinə soxucu sözlərlə yazılar yazıb paylaşmağa, anonim olub linçləyirdilər, söyürdülər. Gündə bir oglana maraq salan qızlar, yüz qıza eyni mahnını atan oglanlarlar . Əksəriyyəti də “:)” bu smaliklə girişirdi. Nəbilim gözəl günlər idi :D
61 notes · View notes
aysdeluna · 6 months
Text
Deyirəm biz qızlar da qəribə varlıqlarıq ey. Bu boyda bədəni yumağa, sabunlamağa, kremləməyə ərinmirik amma armud boyda başımızı yumağa ərinirik. Baş yumaq deyəndə elə bil başımıza daş düşür. Xüsusi gün zad təyin edirik onun üçün. Nə bilim vallah 😞
12 notes · View notes
Note
Heç kəs özünü təqdim etdiyi kimi deyil. Bəzən çox utancaq yazışan biri çox çılğın xarakterdə biri ola bilər. Əksi də ola bilər. Özünü burda bomba təqdim edən biri real həyatda 1 qəpiklik insan belə olmaya bilər. İnsanı tanımaq üçün aylarla vaxt lazımdır. İki şəkil, 3-4 cümlə fikirlə insan tanımaq yaxud tanıdığını zənn etmək axmaqlıqdan başqa bir şey deyil. Burdan realda tanıdığım 4 nəfər olub. Onları əvvəlcə burdan tanımışam. Sonra görüşüb tanış olmuşuq. Sadəcə biri özünü mənə düzgün tanıtmışdı. Digər üçü tamamən əksi idilər. Mən burdakılar sayəsində çox şey öyrənmişəm. Bilmişəm ki, burda hansısa qızlar hansısa qızdan xoşu gəlmir deyə sevgilisinə "padxod" edir. Hansısa oğlanlar dostluq adı altında "qaqa bu qızı tutmuşam" deyib kimlərləsə söhbət edir. Hansısa qız burda sevgilisi ola ola başqa oğlanlarla danışıb onlarla flört edir. Hansısa oğlan ağla gəlməyəcək qızlarla ağla gəlməyəcək söhbətlər edib sonra orda burda ağzına gələni danışır. Eyni anda 3-4 nəfərə "padxod" edənindən tut, sevgilisini kiməsə görə qırıb təzədən sevgili olanlara qədərini gördük burda. Bilirəm burda kim nə məqsədlə qalıb. Kim hansı yolun yolçusudur. Bu kütlədən sevdiklərim var idi amma. Az bir hissə. Əvvəl bir blogum var idi. İndi deac olsa da ff postlarından birində adı qalıb. Orda mənim adımla paralel yazılanların 90 faizi burda yoxdu. Yaxşı ki də gediblər. Getmişik. Çünki sonradan bura doluşan dəstənin xüsusiyyətlərini saydım. Çoxusu dediyim kimidir. İndi də xoşladığım bloglar var. Sevərək yazılarını oxuduqlarım, rb ettiklərinə maraqla baxdıqlarım da. Çox heyif ki, bu cür insanlar düşüblər düşüklərin içinə. Gecəniz xeyrə.
Sabahınız xeyir. Qatılıram sizə. Bu cümlələrin yanında başqa söz demək mənasız olar
13 notes · View notes
mellowyouthkid · 1 year
Text
Hazırlıq vaxtı bir qız var idi. Aygün. Çox xoşum gəlirdi, bəlkə də tarix fənnini sevməyimə, qəbulda 24 yazmağıma əsas səbəblərdən biri idi, Aygünün gözünə yaxşı görünəcəm deyə oxuyurdum fənni elə, testlərimizi həmişə bir yoxlayırdıq, hazırlıqdan çıxıb facebook-da danışırdıq, lakin utancaq kimliyimdən dolayı heç bir vəchlə Aygünə ondan xoşum gəldiyini deyə bilmirdim. Yəqin ki, bilirdi o da. gözləyirdi, amma mən bacarıqsız bir ergen idim və bu işi elə hey uzadırdım. Universitetə girdik, bütün gözəl qızlar kimi o da dillər universitetinə qəbul olmuşdu, mənim üçün bdu maraqsız idi, Aygün idi maraqlı olan, yenə yazırdım bütün gün, könlüm də rahat idi ki, dillərdə oğlan zad elə çox deyil, Aygün mənim olaraq qalacaq, indi yazacaqlarım baş verməsə bəlkə də mən hələ də sevgi elanı etməmiş Aygünə yazmağa davam edirdim. Tez-tez görüşürdük də Aygünlə. Təzə açılmış park bulvar idi sevimli məkanımız da, ona Ali-Ninoda kitablardan danışırdım, həmişə də bir kitab verirdim, oxuyub qaytarırdı. Bir gün Aygünün artıq mənə gec cavab yazmağa başladığını gördüm, özümü sındırmırdım, amma bu həyatda da ən qəbul etmədiyim şeylərdən biri kiminsə mənlə etinasız danışmasıdı, sadəcə mevzü bahis Aygün idi deyə bir təhər vicdanımı susdurur, bütün bu laqeydliyə baxmayaraq aygünə yazmağa davam edirdim, və bir gün Aygün mənə ümumiyyətlə yazmadı. 2 dəfə yazdım ayrı vaxtlarda, amma cavab gəlmədi. mən isə hər həftə olduğu kimi yenə getdim park bulvara. Yox idi Aygün, gəlməmişdi, depressiv modlara köklənib Aygünü və ona verdiyim kitabı düşünürdüm, kitab mövzusunda dəhşət həssasam. Günün müxtəlif vaxtlarında gah aygünə, gah da kitaba görə kədərlənirdim. Növbəti həftə yenə getdim park bulvara. Birdən onun səsini eşitdim. Yadımdadı, MC-da sifariş verirdim nəsə, bütün səs-küy kəsildi park bulvarda, bircə Aygün oldu eşidilən. Döndüm, baxdım, eyni gözəllikdə idi. Bəlkə də daha gözəl. Özü də fərqli bir gülümsəmə var idi üzündə. Nəsə deyəsən əlavə bir şey var idi ona xoşbəxtlik verən. Mənə "gəl mənimlə, sənə sürprizim var" dedi. Kitab da əlində idi üstəlik. Nə sürprizi ola bilərdi ki. beynimdə min sual var idi, amma əsas aygün yanımda idi. Bəlkə də bu 10 gün ərzində yalnız qalıb, ona sətiraltı göndərdiyim sevgi ipucularını tutub filan deyə xəyallar edir, sürprizini də bununla əlaqələndirirdim. Sürprizi nə idi? Stolda bir qaqaş oturmuşdu. İbrahim. Tarixdən bizimlə bir yerdə hazırlığa gələn İbrahim, mənim kimi avtobusla yox, öz maşını ilə gələn İbrahim. öz maşına ilə. ( qeyd: mətndə məntiqi vurğu bu cümlədədi) Aygünlə sevgili olmuşdular. Çaşdım birinci, çox xoşbəxt olun filan dedim, İbrahiminsə gözünün içi gülürdü, həmişə hazırlıqda dərsə zəif cavab verəndə o mənim gözümün içində olurdu bu gülümsəmə. İbrahim amma son zərbəni daha pis endirmişdi. Aygün onun idi. Mən yenə öz 346 nömrəli avtobusuma minib getdim, onlar da yəqin ki mersedeslə gedəcəkdilər. 5 il keçib bu hadisənin üstündən. bayaq evdə həmin kitabı tapdım. Vərəqlədim, hələ də aygünün qoxusu qalır vərəqlərdə. ibrahim başqası ilə evlənib. Facebook-da görmüşəm bu yaxında. Aygün? o vaxtdan xəbərim yoxdur.
26 notes · View notes
cvdbrhm · 1 year
Text
ağlımın içində mosh pit dönür. karların rəqs etdiyi rock festivalı, korların zövq aldığı mənzərə var. burda böyüyən körpələr var, onlara verilən qəpiklərlə qumar oynayan, aclığını doyurmaq üçün dırnaqlarını yeyənlər var. həqiqi silahlarla oynayan, həkimlik oynayarkən dostlarını yarıb doğrayan, kuklalarla voodoo düzəldən qızlar var. ayaqlarına betondan qəliblər geyinənlər, saçlarını bıçaqla kəsən qızlar, üstü çirkli yox, üstü qanlı gəlirlər evə. heyvanları əlinin palçığını silmək üçün sığallayan insanlar var. burda boy ölçüsü anlayışı qəbirlər üçün var ancağ. insanların yatdığı ən isti yerdi qəbirstanlıqlar, hamının bir biriylə sakit yanaşı ola bildiyi tək yerdi. ilk öncə onlar məni öldürdü, ama mən onları basdırdım. mən məzaram, onlar qatil.
14 notes · View notes
onsrablogg1 · 7 months
Text
Qızlar üçün toya paltar tapmaq doğru insanı tapmaqdan daha çətindi
6 notes · View notes
lyamsworld · 1 year
Text
Pula görə 2-3 çuşka oğlanlara yaxınlaşır deyə bütün qızlar üçün,qaqa pulun olanda özləri yaxınlaşır deməkləri olmaya da. Onsuz da çox yaxşı bilirlər ki,pula görə yaxınlaşandan bir şey də çıxan deyil,max təsəlliləri budu bu loser qaqaların.
11 notes · View notes
aysdeluna · 1 year
Text
Qızlar niyə alnınızdakı tükləri aldırıb, alnınızı heydər əliyev adına hava limanı kimi genişlədirsiz? Allakkı çox pis görünür. Məni qıdmır amma pis görünür sizin yaxşılığınız üçün deyirəm. Geniş alnınızı daha da genişləndirməyin :(
13 notes · View notes
lilium-13 · 1 year
Text
Deyirlər hər qızın arzusu gəlin olmaqdır.Doğrudan hər qızın arzusu gəlin olmaqdır? Gəlin olmağı hərfi mənada başa düşüb elə məhz gəlin olmağı arzu edib ondan sonranı düşünmədikləri üçün evlilikdə görüb görə bildikləri tək şey gəlinlikdir bəlkə? Özü də ən əsas məsələdə ancaq qısa metrajlı xəyal qurmaq!?Evlilik də digər anlayışlar kimi həyatımızın bir parçasıdır.Lakin bu ən əsası və yeganə geri dönüşü olmayandır.Bəyənmədiyin ali məktəbə qəbul olsan əvvəl axır bitirib üstünə diplom alacaqsan.Sevmədiyin işə gedib ay sonu maaş alıb üstünə təcrübə yığıb başqa bir işə keçmə şansın var.Sevmədiyin insanlarla əlaqəni kəsib canını qurtara bilərsən.Lakin yanlış evliliyin nə sənə hədiyyəsi var,nə də güzəşti.Verdiyi təcrübəni isə bu cəmiyyətdə heç yerdə tətbiq edə bilmirsən.Yanlış olan şeydən aslı olaraq travma dərəcəsi də fərqli olur.Sonra yenidən bir həyat qurmaq,o həyata,baxışlara,söz-söhbətlərə adaptasiya olmaq çox baha başa gəlir.Ya məcbur evliliyi davam etdirirsən,ya da həyata sıfırlanaraq başlayırsan.O zaman bir sual çıxır ortaya;olmazdımı ki, bu qədər əziyyəti sırf gəlin olmağı arzulamaq yerinə daha dərin düşünərək çəkərdin? O getdi, mən qaldım-dan çıxardın da kimə getdiyinə baxardın.Sıfırdan bir həyat qurmamaq üçün əvvəldən bir həyat qurub sonra seçim edərdin? Vəziyyətini nə qədər rahatlaşdırardın hə?Məsələ isə gəlin olmaqda deyildi çünki.. Məsələ doğru insanla xoşbəxt olmaqda idi.O kəhkəşanlı gəlinliklər neçə hüznlü gəlin bədəninə sahib olublar və o bədənlər neçə gəlinlikdən sonra xoşbəxt zənn ediblər.Məsələ o donda deyil çünki.O donu çıxarıb normal qiyafəyə döndüyündə tapacağın həyatdadır.Doğru insanı seçmək yerinə ancaq gəlinlik seçənlərin seçimi necə də faciədir İlahi, xəbərləri yox.Həyat "birtəhər" yaşamayacaq qədər dəyərli,Evlilik isə dünyadakı tək müqəddəs məfhumdur.Məncə düşünün qızlar seçiminiz gəlin olmaqdır,yoxsa xoşbəxt qadın olmaq.?
11 notes · View notes