Tumgik
#avqustun
metbuat · 2 years
Text
“Sabah”dan ikiqat yubiley
Misli Premyer Liqasının XI turunun “Neftçi” ilə oyunundakı qələbə “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub. Metbuat.org PFL-in rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu ölkə çempionatının yüksək dəstəsində 40-cı dəfə üç xal qazanıb. Bakılılar bunadək keçirdiyi 114 matçda 39 dəfə qalib gəlmişdi. 115-ci qarşılaşmada əldə olunan 3:2 hesablı nəticə 40-cı qələbə kimi tarixə düşüb. Öz…
Tumblr media
View On WordPress
0 notes
eminjbrylv · 9 months
Text
Köhnə məhəlləmizdə 5'ci blokun qarşısında kiçik bir söhbətgah var Yanında da xar tut ağacı. Elə söz vaxtına çəkər. Avqustun axırları uşaqlarla oturmuşduq orda. Yağış başladı biz də həvəslə oturmuşuq, şimşək çaxır ona baxaq. Beş dəqiqə keçməmiş ağaca bir ildırım düşdü. Evə necə qaçdığımızı görərdiz :D
16 notes · View notes
evezysf · 2 years
Text
Hansı ara avqustun sonlarına gəlib çıxdıq biz
48 notes · View notes
mazahir1971-blog · 10 months
Text
Tumblr media
Bu gün Xalq artisti Rasim Balayevin 75 yaşı tamam olur.
Bu gün Xalq artisti Rasim Balayevin 75 yaşı tamam olur.
Onun çoxsaylı milli kinolarımızda ustalıqla xarakter səviyyəsinə qaldırdığı obrazları dərin psixoloji yozumu ilə səciyyələnib. Fərdi ifadə üslubu və kino mədəniyyətimizin klassik ənənələrinə sadiqlik bu sənətkarın yaradıcılığında bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirilib. O, kinoda yaratdığı obrazlarla tamaşaçını hər zaman düşündürməyi bacarıb. Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan görkəmli aktyor Rasim Balayev zəngin yaradıcılıq axtarışları ilə milli kino sənətinin inkişafına dəyərli töhfələr bəxş edib. Sənətkar bütün yaradıcılığı boyu tükənməz tamaşaçı sevgisi qazanıb, ən yüksək fəxri adlara layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” , “Şərəf” və “İstiqlal” ordenli aktyor Rasim Balayevin 75 yaşı tamam olur.
1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olan sənətkar 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. O, ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda əsl tamaşaçı sevgisini qazanıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rollarda çəkilib. Xalq artisti "Özbəkfilm", "Mosfilm" və digər kinostudiyalarda filmlərə çəkilib.
1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 2022-ci il mayın 31-dən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi fəaliyyətə başlayıb.
Rasim Balayevin kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün də əsl sənət məktəbidir. “Ən yaxşı kişi rolu”na görə nominasiyanın qalibi olaraq, ömür boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi roluna görə alıb. Həmin ərəfədə onun 25-26 yaşı vardı. Aktyor 31 yaşında isə Babək rolunu oynayıb.
Görkəmli sənətkar ardıcıl olaraq Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda ekranlaşdırılan 70 filmdə sanballı rolları ifa edib. O, yalnız müsbət qəhrəman kimi sevilməyib, həm də cəmiyyətdəki mənfi tipləri tamaşaçının gözü qarşısında bütün çılpaqlığı ilə canlandırıb.
Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq artisti idi. Çünki Nəsiminin dərisi soyulanda o əzabı simasında verə bilsin deyə ovcunun içində saxladığı mismarı var gücü ilə sıxıb ətinə pərçimləyəcək qədər sənətini sevirdi. Mismar onun ovcunu parçaladıqca Nəsimi dərisi soyularkən yaşadığı cismani əzabı yaşayır və bu, onda təbii alınır. Yaxud “Qatır Məmməd” filmində Göyüş onu vurarkən çəmənliyə yıxılır və çabalamaq istəyir ki, bu vaxta qədərki filmlərdə güllə dəyən kimi yıxılıb ölmək olmasın. Axı insan yerə yıxılır, çabalayır və canını tapşırır. Rasim özünü çəmənliyə çırpanda bilməyib ki, otların arasındakı çapıq daş onu necə yaralayacaqsa çabalamağa taqəti qalmayacaq ağrıdan.
Ömür boyu qəhrəmanları oynayıb, amma bu o demək deyil ki, biz ondan qəhrəmanlıq gözləyək, umaq. Bu barədə özü də deyib: “Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam”.
Rasim Balayev onlarla əcnəbi filmin dublyajında da müxtəlif xarakterli obrazları səsləndirib. Aktyor həmin ekran əsərlərində səsin psixoloji çalarlarını xarakter səviyyəsində səsləndirməkdə çox səriştəlidir. Bunun üçün “Həmişə təmizlikdə” filmində Andrey Myakkovun heyrətamiz sənətkarlıqla ifa etdiyi Jenya obrazını Azərbaycanca səsləndirməsini xatırlamaq kifayətdir.
Onun kino mədəniyyətimizin inkişafında göstərdiyi xidmətlər və bu yöndə qazandığı uğurlar onu deməyə əsas verir ki, o, 75 illik ömrünün əsas hissəsini sənətə həsr edib.
Rasim Balayevin əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirilib, ali dövlət orden və mükafatları ilə təltif olunub. Rasim Balayev 1998-ci il avqustun 7-də “Şöhrət”, 2018-ci il avqustun 1-də “Şərəf”, 2023-cü il avqustun 7-də isə “İstiqlal” ordenləri ilə təltif edilib.
Rasim müəllimi 75 illiyi münasibətilə təbrik edir, ona cansağlığı arzulayırıq.
6 notes · View notes
eleviven · 2 years
Note
Pəəh avqustun 15 ,2015 de açmisan burani
Zaqaaa be illər axıb gedir
13 notes · View notes
rahimovaa · 1 year
Text
Dünyada yaşadığımız müddətçə şikayət edərək addımlamasaq. Evimizin olmamasından şikayətlənmək əvəzinə ev almağı xəyal edərək reallaşdırmaq üçün çabalasaq. Fevralın soyuğunda geyim yoxluğundan əziyyət çəkərkən üşüyərək avqustun istisini hiss etsək. Evimizi, ailəmizi gileylənərək kədərə bulaşdırmasaq. İsti, soyuq demədən hər fəsili doyaraq yaşasaq. Çox mu çətindir? Razıyam, nələrisə dəyişmək əlimizdə deyil. Özümüzü hər vəziyyətdə xoşbəxt edə bilmək ki öz əlimizdədir. Şikayət etməyi buraxıb gülümsəyək mi? Qoy, dünya gülüşümüzə bulaşsın. Hər dəfə xəstəliklər yoluxuculuğu ilə qələbə çalır. Bu dəfə də gülüşümüz yoluxucu olsa?. Məsələn, şikayətlənməyi buraxıb, gülüşə yoluxanların sayını artırsaq.
4 notes · View notes
ogunbugundur · 2 years
Text
iyulun əvvəllərini, avqustun sonlarını yaddaşımdan necə silə bilərəm?
6 notes · View notes
etheralmiist · 10 months
Text
bir müddətdir yeni bir səhv üzərində çalışıram. avqustun sonuna qədər etmiş olaram yəqin ki
1 note · View note
metbuat · 2 years
Text
Joze Alesio Da Silva
Joze Alesio Da Silva
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” 5-ci qrupda Bosniya və Herseqovinanın “Mostar”, İsveçin “Orebro” və Serbiyanın “Loznika Qrad” komandaları ilə qarşılaşacaq. Təmsilçimizin qarşısına növbəti mərhələyə vəsiqə qazanmaq hədəfi qoyulub. Metbuat.org xəbər verir ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Joze Alesio Da Silva futzal federasiyasının mətbuat xidmətinə…
Tumblr media
View On WordPress
0 notes
vasifsposts · 2 years
Photo
Tumblr media
Şəhid Anar Kazımovun anası dünyasını dəyişdi😪 Avqustun 4-də Qarabağdakı erməni separatçılarının açdığı atəş nəticəsində şəhid olan Anar Kazımovun anası Səyyarə Kazımova bir qədər əvvəl Şəmkirin Qaracəmirli kəndində dünyasını dəyişib. Publika az-a istinadən xəbər verir ki, şəhid anasının ötən gün halının pisləşdiyi, xəstəxanaya aparıldığı bildirilir. Səyyarə Kazımovanın bir qədər əvvəl Şəmkir rayonunun Qaracəmirli kəndində dünyasını dəyişdiyi vurğulanır. Ana bala o dünyada qovusdular Allah ikisinede Rəhmət eləsin məkanları cənnət olsun 😭😭😭🥀🥀😔😔😔 https://www.instagram.com/p/Ci8Ed8pohTU/?igshid=NGJjMDIxMWI=
0 notes
vaneable · 2 years
Text
Günaydın yeni gün və avqustun son günü. Bu gün keçmişə baxıb üzülməyi, gələcəyə baxıb narahat olmağı buraxın.Anınızı xoşbəxt və hüzurlu yaşayacağınız bir gün olsun. Bütün sahib olduqlarımıza və bizə ikram edilən gözəlliklərə şükürlər olsun....
31.08.22
0 notes
politiciansstuff · 2 years
Text
Tumblr media
DƏYƏRLİ EL AĞSAQQALI
Azərbaycan Respublikası millətinin fədaisi olan, onun tərəqqisi, firavanlığı naminə qeyrət göstərən soydaşlarımızdan xali deyil. Hələ ötən əsrdən iki örnək yada salaq: Hacı Zeynalabdin Tağıyevin, Murtuza Muxtarovun xeyirxahlığı bu gün də dillər əzbəridir. Birini də xatırlatmaq yerinə düşər: XX əsrin əvvəllərində həkim işləmiş, sonra Gəncənin qubernatoru olmuş Xudadat bəy Ələkbər oğlu Rəfibəyov xəstəxanadakı işlərindən sonra evlərə – kasıb xəstələrə baş çəkərkən yazdığı reseptin altına pul da qoyarmış...
Mən hər zaman ruhən, mənən çox güclü olan belə insanlara rəhmət oxuyuram, amma çox təəssüf hissi ilə qeyd edirəm ki, bu gün hələ də insanların, cəmiyyətin, dünyanın, bəşəriyyətin mərhəmət və şəfqətə ehtiyacı var. Dünyamıza hər cür siyasi oyunlardan, hakimiyyət davasından, torpaq, ərazi iddialarından, ayrı-ayrı ölkələrə demokratiya dərsi keçməkdən çox mərhəmət lazımdır, özü də hava, su kimi.
Nə yaxşı, hələ də narahat dünyamızda belə insanlar az da olsa var! Yer üzü onların çiyinlərində saxlayır müvazinətini! Tanrı həmin insanların üzünə bağışlayır çox şeyi. Sağlığında bu mərtəbəyə qalxanlar, qəlblərdə silinməz izlər buraxanlar isə ikiqat qəhrəmanlardır. Və qəhrəmanlıq təkcə meydanlarda qılınc çalmaqda, dünyanı fəth etməkdə deyil! Qəhrəmanlıq böyük ürəyi ilə insanların qəlbini fəth etməkdədir. Qəhrəmanlıq insanların beyninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək onların qəlbində əbədiyyətə çevrilməkdədir. Bəli, budur əsil qəhrəmanlıq!
Haqqında bəhs etdiyim insan da zəmanəmizin əsil qəhrəmanlarındandır.
O, el ağsaqqalıdır. Onun ən böyük arzusu insanların rahat, firavan yaşayışı, əmin-amanlığıdır. Onun üçün insan amili hər şeydən öndədir. O, Böyük Allahın yaratdıqlarına hörmətlə yanaşır. Bu cür görən, bu cür düşünən insandan isə pislik gözlənilməz...
O, qürur duyulası, yüksək mənəviyyatı ilə seçilən el ağsaqqalıdır. O evdə ki, böyük, ağsaqqal nəfəsi var, o evdə xeyir-bərəkət, firavanlıq var. O eldə ki, ağsaqqal nəsihəti var, o eldə hörmət, ehtiram, bir-birinə inam, etibar var.
Bəli, ağsaqqala hörmət bizim hər birimizin mənəvi borcumuzdur. Böyük sözündən çıxan böyüyün üzünə ağ olan xeyir tapmaz, deyib, ata-babalarımız. Bu gün mən sizə haqqında söz açacağım insanı demək olar ki, çoxlarımız yaxşı tanıyır, ona böyük hörmət və ehtiramla yanaşır. Bütün ömrünü halal zəhmətə bağlayan, çalışmaqdan yorulmayan dəyərli insan, hər zaman haqqın və haqqı olanın yanında olan millət vəkilimiz Fəzail Ağamalıdır.Gəlin dəyərli el ağsaqqalımızın yaşadığı şərəfli ömrünün 75 ilinə nəzər salaq:
Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonunun Şıxlar kəndində anadan olmuşdur. 1965-ci ildə Dəstəgird orta məktəbini bitirmişdir. 1966–1971-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1968-ci ildən, ali təhsilinin üçüncü kursundan etibarən Azərbaycana müstəqillik tələb edən "Azərbaycanın azadlığı və bütövlüyü uğrunda" gizli tələbə dərnəyinin fəal iştirakçılarından biri olmuşdur. Buradakı antisovet fəaliyyətinə görə SSRİ təhlükəsizlik orqanları tərəfindən 70-ci illərdə təqibə məruz qalmışdır.
1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunmuş və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.
1971–1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973–1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1983–1988-ci illərdə Аzərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsində çalışmış, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1988–1990-cı illərdə Dövlət İqtisad İnstitunda dosent vəzifəsində çalışmışdır.1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan İqtisad Universitetində dosent və professor kimi elmi fəaliyyət göstərmişdir.
Ailəlidir, 3 övladı var.
Mən yazımın qəhrəmanı olan Fəzail Rəhim oğlu Ağamalının yaşadığı şərəfli ömür yoluna kiçik bir səyahət etməklə onun dövlətimiz və dövlətçiliyimiz qarşısında gördüyü işlərdən, xeyirxahlığından, səmimiliyindən söhbət açmaqla öz mənəvi borcumu yerinə yetirmiş oluram.
Xeyirxah, alicənab, əsil vətənpərvər insandır Fəzail müəllim. O, insanlara həm mənəvi, həm də maddi dayaqdır. Onun saysız-hesabsız xeyirxahlıqları insanlar tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Həyatda da məhz belə insanlar ucalır.
İnsanlara dayaq olmaq Tanrı buyruğudur. Fəzail Ağamalı da Tanrı səltənətinə ucalmış bir insan olmaqla bərabər, həm də doğulub boya-başa çatdığı torpaq üçün əzizdir.
Haqqında bəhs etdiyim xeyirxah insanı tanıyanlar onun haqqında deyirlər: təvazökardır, sadə və təmkinlidir, iman əhlidir, sözü ilə əməli bir olan insandır.
Mən də bu deyilənləri öz qələmimlə təsdiqləyir, hörmətli millət vəkilimizi 26 avqust doğum günü münasibətilə ürəkdən təbrik edir, deyirəm: Hörmətli Fəzail Rəhim oğlu Ağamalı!
Sizi, dəyərli bir insanı, öz işinin mütəxəssisini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə,Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə "ordeni ilə təltif edilməsi, eyni zamanda 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.
Yaşadığınız 75 il insan ömrünün ən kamil çağı, ötən illərə baxış və gələcəyə istiqamətlənmiş arzularla doludur. Şadıq ki, siz ömür payınıza düşən 75 ilinizi mənəviyyatca zəngin, vətənə faydalı bir insan kimi yaşayıbsınız. Əminik ki, bundan sonra da siz topladığınız həyat təcrübəsini fəaliyyətinizdə reallaşdıraraq yeni uğurlar qazanacaq, fəaliyyət göstərməkdən usanmayacaqsınız.
İstərdim ki, sizin 100 illik yubileyinizdə iştirak edib, sizi təbrik edək.
Bütün insani keyfiyyətlərə malik, öz işinin kamil bilicisi olan səmimi insana Fəzail Ağamalıya hər zaman Tanrı dəstəyi arzulayır, daima sevdiklərinin və onu sevənlərin ətrafında sağlıqlı ömür sürməyini diləyirəm.
Qoy yeni qədəm basdığınız 75 yaşınız şərəfli ömrünüzə daha da gözəllik qatsın, Fəzail müəllim...
75 illik yubileyiniz, yeni yaşınız mübarək olsun, Fəzail müəllim.
“İctimailider.az” saytı
26 avqust 2022-ci il
0 notes
xeberaz · 2 years
Video
Əziz həmvətənlər! Cari il iyul ayının 30-dan başlamış Məhərrəm ayında, o cümlədən avqustun 8-nə təsadüf edən “Aşura” günündə dini mərasimlər “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. Mərasim iştirakçılarının təhlükəsizliyi, məscidlərə rahat gediş-gəlişi, dini ayinləri sərbəst və maneəsiz yerinə yetirmələri üçün bütün lazımi tədbirlər görülür. Eyni zamanda diqqətə çatdırırıq ki, əhalinin epidemioloji salamatlığının təmin edilməsinin zəruriliyi baxımından mərasimlərin həm də sanitariya normalarına uyğun təşkil edilməsi tövsiyə olunur. Piyadaların və yol hərəkətinin digər iştirakçılarının həyatına təhlükə yaradan, tıxaclara səbəb ola bilən hallara yol verilməməlidir. İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızı bu müraciəti anlayışla qarşılamağa çağırır və həmçinin bildiririk ki, qeyd olunan tələb və tövsiyələr məhz hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin və cəmiyyətin dinc həyatının qorunmasına xidmət edir. @polisazerbaycan @xeberaz.az #aztagram #aztagrampeople #aztagrambaku #aztagramazerbaijan #aztagramm #bakugram #maraqli #bakuws #xeberci #xebertv #xebershow #haber #showxeber #xebernews#sonxeber #expressxeberler #xezerxeber #bakuxeber #xəbər #xəbərlər #haber #haberglobal #sehidqarabag #gorunmezler_ #sondakikahaber #güncelhaberler #sondakikahaberler #sondakikahaberleri #güncelhaber #haberinvarm https://www.instagram.com/p/Cgyd3QGFsAO/?igshid=NGJjMDIxMWI=
0 notes
jucelinoluzposts · 2 years
Text
İsti dalğası və meşə yanğınları 2030-cu ilə qədər bütün dünyada dörd dəfə artacaq - planeti xilas edin!
İsti dalğası və meşə yanğınları 2030-cu ilə qədər bütün dünyada dörd dəfə artacaq – planeti xilas edin!
İsti dalğası və meşə yanğınları 2030-cu ilə qədər bütün dünyada dörd dəfə artacaq – planeti xilas edin! Jucelino Luz-un fikrincə, isti hava dalğaları ilə iqlim dəyişikliyi arasında birbaşa əlaqə var, çünki istixana qazları emissiyaları intensivlik, müddət və tezlikdə artır. 2023-cü ilə qədər bir trilyondan çox ağac əkməliyik. Gəlin birlikdə Ağacəkmə Gününü yaradaq: hər il avqustun 25-i.İstilik…
Tumblr media
View On WordPress
0 notes
ehlixiridar · 3 years
Text
Gəlin sizinlə bir şey paylaşım. Deməli 2015 ci ildə çox təsadüfi bir şəkildə instagramda bir qızla tanış olmuşdum. O zamanlar təbii ki sosial platforma bu qədər ilərləməmişdi, bir az iş çətin idi. Nəysə tanış olduğumuz günü o qızla səhərə kimi danışdıq, sonradan çox yaxın dostlaşdıq. Başladıq hər gün dərdləşməyə falan, sonra 2016 da o burda universitetlərimizdən birinə qəbul oldu. Mən isə getdim Türkiyəyə, və orda qəbul oldum, oxumaqa başladım. Əlaqəmiz tamamən itdi, məndə düşündüm ki artıq məni unudub, heç axtarmadım. 2018 ci il aprelin 4ü mənə yazdı, filankəsdi dedi. O zamanlar məndə Alanyada bir sığorta şirkətində işləyirdim. Başım qarışıq olduğu üçün soyuq cavab veribmiş kimi oldum və əlaqəmiz itdi yenidən. Sonra 2019 cu il avqustun 18i mən Azərbaycana gəldim, aeroportda bir xanım gördüm, bu qıza oxşatdım. Başladım bu qızı axtarmağa, uzun araşdırmadan sonra tapdım, başladıq yenə danışmaqa. Sonra yenə qayıtdım Türkiyəyə, əlaqəmiz kəsildi. Sonra 2020ci ildə qayıtdım vətənə birdəfəlik. Müharibə vaxtında bu qız məni tapdı yenə, danışmağa başladıq. Sonradan bu ilin fevralı mən xəstaxanaya düşdüm, və 20 gün yatmalı oldum. Bu qız gəldi mənə baş çəkdi, qayğı göstərdi. 5 dəfə gəlib getdi yanıma mən xəstəxanada olarkən. Sonra yenə əlaqəmiz kəsildi. Nə qədər axtarsamda tapa bilmədim. Bu gün işdəydim, yağış yağır və normal olaraq hər kəs evində oturub online zakaz verir. Buna görə işimiz çox idi, dayanmadan çeklər çıxır, və həyatımızda heç görmədiyimiz yeməklərlə qarşı qarşıya idik)) Nəysə, çox əsəbi idim, zakazları hazırlayırdım. Anidən zəng gəldi, aldım baxdım tanımadığım nömrə. Məndə işdə olarkən zənglərə cavab vermirəm, nəysə içimdən bir səs dedi ki aç. Açdım, həmən qız.. Kimsən deyə soruşdum, tanımadın dedi? Yox dedim.. Dedi ki "şokdayammmm", "sən məni necə tanımaya bilərsən?" deyə soruşdu. O an tanıdım, keçirdiyim hissləri sizə sözlərlə izah edə bilmərəm. Bircə onu deyə bilərəm ki sədaqət çox önəmlidi, hörmət çox önəmlidi. İnsan olun, yaxşı olun. Nəbilim, şəxsən bu qız mənim həyatıma sanki hər bir ildən bir uptade atmaq üçün gəlib))) Çox fərqli hiss elətdirir o mənə, yazdım ki oxuyasız, bölüşüm sizlərlə, bəlkə nəsə götürən, başa düşən olar. Sevgilərlə.
25 notes · View notes
fialovys · 4 years
Text
Avqustun 22si
168 notes · View notes