Tumgik
#azeriblog
toghrul83blog-blog · 8 years
Text
İnternetdə pul qazanmağın 2 əsas yolu
İnternetdə pul qazanmağın 2 rahat Yolu
İnternetdə pul qazanmaq haqqında neçə məqalə var? Min ? Onmin? Milyonlara ? Çox gümanki internetdə pul qazanmaq haqqında elə internetin özündə milyonlarla məqalə var. Lakin problem ondadır ki, bunların əksəriyyəti üçün sizdən saatlarla vaxt tələb olunur və qarşılığında isə sizə çox guzi ödənişlər olunur.  Mən isə sizə İnternetdə pul qazanmağin 2 ən rahat yolu haqqında məlumat verəcəm. Beləliklə, rahat əyləşin...Və başlayaq...
1.     Blog yazmaq.
Blog yazmaq hər nə qədər çətin və qarışıq görünsədə əslində bir o qədər asan və cəlbedicidir. Və eyni zamanda blog yazmaq bir o qədər insan zəkasını inkişaf etdiri və sizin yazı, məqalə və sair formatda yazı yazma bacarığınızı artırır. Və təsəvvür edin ki, buna görə sizə pul ödəyirlər. Əlbəttə burda əsas məsələ oxuyucuların marağını və diqqətini cəlb edici yazılar yazmaqdır. İnternetde qısa araşdırma aparsanız blog yaratmaq üçün istənilən qədər platforma var. Bunlardan bəziləri : Wordpress, Google Blogger, Weebly və nəhayət Tumbir. Bu platformalar dizayn, istifadə parametrlərinə görə bir birindən fərqlənir və Sizə ən uyğun olanı seçə bilmək üçün onlara göz atmanızda fayda var.
2.     Youtube creator
Bəli yanlış oxumadınız. Məhz, Youtube. İndilərdə internetdə pul qazanmağın ən populyar və qazanclı yollarından biri məhz Youtube portalına çəkdiyiniz videoların yüklənməsidir.
Əlbəttə youtube portalına video yükləmək hər nəqədər asan olsada bir o qədər qarışıq mövzudur. Video yükləyərkən diqqət edəcəyiniz :
a)     Yüklədiyiniz videoların HD (High definition video) formatında olması
b)     Yüklədiyiniz videoların müəllif hüquqlarının sizdə olması
c)      Videoların maraqlı, kreativ və cəlbedici olması
P.S. İnternetdə pul qazanmaq deyəndə heç də aylıq 3000-5000 min manat qanancdan söhbət getmir. İlkin olarak qazanc aylıq 100-150 manat arasında olur. Əlbəttə hər şey sizin kreativliinizdən və səylərinizdən asılıdır. Əgər davat etsəniz aylıq qazancınız 3000-5000 manatda ola bilər.
 Blog yaratmaq və Youtube ilə pul qazanmaq haqqında daha ətraflı ve konkret məlumat üçün blogumu izləməyə davam edin.
0 notes