Tumgik
#düşünmürəm
shikhaliyevv · 10 months
Text
İnsan ən asan özünü aldadır. Unutdum zənn edər, unuda bilməz. Düşünmürəm zənn edər, düşünər. Acımır zənn edər, acıyar, acıdar.
55 notes · View notes
mywaffs · 7 months
Text
Özümlə barışıq olduğumu düşünürəm hətda düşünmürəm məncə eləyəm və bunu sevirəm öz dəyərimi bilirəm və ən əsası nəyi istədiyimi bilirəm həmçinin nəyi istəmədiyimi,tək başınada özümü əyləndirməyi,sevməyi,problemlərimi tək başıma həll etməyi,hər insan kimi məndə pis olur və depressiyaya girə bilirəm amma onu bilirəm ki,hər nə qədər yanımda dostlarım tanışlarım olsada məni məndən xilas edə biləcək heç kim yoxdu bir sözlə hər şeyin sirri özünü anlamaqdadır özünü anlasan bir çox şeyi dərk etmiş olacaqsan
44 notes · View notes
theaytaj · 8 months
Text
Bəzən "görəsən nə üçün pis insanlar var?" deyə düşünürəm, cavabı olmadığını bildiyim halda. Bəziləri deyir "yaxşını bilək, onu hər zaman xatırlayaq deyə var onlar" amma mən elə düşünmürəm. Kaş ki, yox olsalar.
24 notes · View notes
iamnightmare · 2 months
Text
Heç vaxt bəsit düşünmürəm məni başqaları ilə qarışdırmayın.
9 notes · View notes
petr1chorr · 1 year
Text
İllər sonra harada və necə olacağımı bilmirəm, heç təxmin belə edə bilmirəm. Özümü başa düşə bilmirəm. Anlaya bilmirəm ki, insan necə həm bu qədər həyat dolu olub, həm də həyatını bu dərəcə qaranlıq görə bilir. Zəif deyiləm, amma güclü olduğumu da düşünmürəm. Ətrafımda insanlar var, bunun üçün tək olduğumu da deyə bilmirəm. Amma melanxolik olmaq mənim ruhuma hopub. Göz yaşlarımın həmişə içimdəki çiçəyi sulayacağını bildiyim üçün əsla gözyaşlarımı silib qurutmağa çalışmıram. Və çalışıram ki, əsla mövsümü keçmiş bir çiçəyi içimdə yenidən böyütməyə çalışmayım.
63 notes · View notes
Note
Artıq düşünmürəm, haqq yoluna gətirdiz məni çox sağolun Xoşqədəm xanım
Xoşdur, oğlum🥰
10 notes · View notes
sanctasu · 3 months
Text
Gizlənpaç
elə bilirəm dünyada bütün mahnılar qurtarıbdı, hamısını təkrar-təkrar o qədər qulaq asmışam ki, artıq heç biri məni doyuzdurmur. ruh halıma uyğun heçnə tapa bilmirəm. nauşnikimidə itirmişəm, qulağımın alışmayan vərdişini yalnız buraxmışam. indi heç kimi düşünmürəm. həm səhər və axşam telefonun səsini polnu xod verib mahnı dinləyirəm. bu zaman tək düşündüyüm, divar qonşularımdı. görəsən yüksək səsə görə söyüş yiyəsi olmuramki.? (mübhəm məsələdir) ən xoşladığım şey baxdığım filmlərdəki arxa fon mahnılarını tapıb, qulaq asmaqdı. çoxdandı kinoya baxmıram deyə, onlarda da bir inkişaf yoxdur. çoxdandı demişkən, çoxdandı çox şeyin başını buraxmışam. həyatım haqqında maraqlanmıram, yastığa başımı qoyduqda gözümü ağ divara, özümü yuxuya təslim edirəm. hər səhər gözümü açdıqda da, yerimdə qurcuxa-qurcuxa yenidən başımı yastığa qatıram. yeganə fərəhgətirən olay vicdanımın rahat olmasındadır. mən vicdanım qədər sağlam və təravətli qala bilmirəm. elə bil, əziyyətini çəkmədiyim şeyin bəhrəsini almaq iqtidarından məhrum olunmuşam. ayaq üstə rahatca gəzib, dolaşıb, avaralanıb, gəzə bildiyimi xatırladıqda bu iqtidarın yetərincə məndə olduğunu anlayıram. iqtidar demişkən, qardaşımla bir aydan çoxdur danışmıram. yaman dilxor olmuşam. hər ikimiz qəbahətli olduğumuz halda, heçbirimiz qəbahətli deyilmişcəsinə forslu-forslu bir-birimizlə danışmırıq. nə mən, nə də o yazır. (inadı qırıb, yazmıramda) eşitdiyimə görə özünün başı sevgi işlərinə qarışıb. nə deyirəm ki, mən sevgidən fərqli olaraq onunla gizlənpaç oynayacam. yaxşı yerdə gizlənib, yerimdən tərpənməyəcəm. gizlənpaç qaydalarına xələl gətirib səsimi çıxartmadan itəcəm. o məni nə qədər axtarsada-axtarsada tapa bilməyəcək. o bilməyəcək ki, mən çubuqlu bölmə kimi bölünmüşəm. (necə bölünmüşəm?) qalığı, tam ədədin harda olduğunu bildiyim şəkildə belə, cavabı yazmayacaq qədər bölünmüşəm.
17 notes · View notes
aysdeluna · 5 months
Note
Elə yazmısan elə bildim podruqan ölüb. Ürəyim ağrıya ağrıya oxudum yazdıqlarını. Hekayənin axırında da öyrənirəm ki, əri telefonuna baxırmış. Gör nə olub.
Bu arada uşaq dünyaya gəldi?
Hə elə ölümə bərabər bir şeydi. Çünki bir daha o qızla bir araya gələ biləcəyimi düşünmürəm.
Yox, 2 ay var hələ.
7 notes · View notes
minamirza · 1 year
Text
necəyəm ? saçlarımı düzləşdirmirəm, şəkil çəkdirmirəm, makiyaj etmirəm, nə geyindiyimi düşünmürəm, dərmanlarımı içmirəm, kitab oxumuram, gündə 100 dəfə ancaq eyni mahnını dinləyirəm, insanlarla az danışıram..
və çoxca darıxıram..
22 notes · View notes
xancann · 2 years
Text
Onu sevdiyimi deyə bilmirəm, çünki ortadakı hislər sevgi qədər deyildi, onun dönməyini də istəmirəm, onunla münasibəti heç istəmirəm, onunla bi' gələcək ümumiyyətlə düşünmürəm, hətta onunla bir-birimizə uyğun olduğumuzu belə düşünmürəm, onun üçün çox darıxmıram, onunla yenidən bir yerdə olmağı da istəmirəm, sadəcə bütün günü yazsın, danışaq istəyirəm.
90 notes · View notes
orkhanivy · 1 month
Note
Yəni, bəzi "qaqa" tipliləri nəzərdə tuturam. Tumblr istifadə etdiklərini düşünmürəm. O anlamda demişdim, mənimlə eyni düşüncədə olub olmadığınızı isə bilmirəm
yəni məncə də yoxdu burda, ən azından bildiyim qədər :d
2 notes · View notes
mellsy · 11 months
Text
Bir gün gəlib "daha onu xatırlamıram, nə etdiyi o qədər də maraqlı deyil, getdiyi yerlərdəki tanışlardan nələr edir necədir kefi deyə soruşmuram, görəndə artıq gözlərimi üzərinə zilləmirəm, keçdiyimiz yollardan sırf canım daha çox yansın deyə keçmirəm, hər hansısa bir şeyi bəhanə edib yazmıram artıq ya da o yazsın deyə nələrsə etmirəm, görəsən onun nə kimi travmaları, problemləri vardı deyə düşünmürəm və daha nələr, nələr.." bu saydıqlarımı deyəcəm
14 notes · View notes
raxmetoffa · 2 months
Text
Ki, insanlarda vicdansızlıq, düşüncəsizlik dəb halını alıb. Məsələn kimsə kimsəyə kömək etdikdə, həqiqətən kömək etmək üçün yox, ya gələcəyə yatırım(mən etdim bir gün onada işim düşər), ya göstəriş, ya ətrafında insan saxlamaq və s. kimi düşüncələrlə edir. Eqoizm, narsistlik burda özünü göstərir. Yaxud həyatında biri olur, və insanoğlu ona öz malı kimi baxır. Həyatına həddindən artıq müdaxilə edir,idare etmeyə çalışır, öz istəkləri yerinə yetmədi deyə səsini qaldırır, psixoloji və ya mənəvi şiddət göstərir,yanına yaraşmır deyə onu tərk edir, xeyanet edir. burada da eqoizm və empatiya yoxsunluğu özünü göstərir. Xidmət sahəsində fərqli fərqli yerlərdə işləmiş insan kimi bir şeyə diqqət yetirmişəm. İşlədiyim restoranda ki müştərilərin əksətriyyəti iş adamları idi.və onların üzündən zəhrimar yağanı, danışıq və etika qabiliyyətini bilməyənləri daha çox hörmət görürdü. Onlara hörmətidə qorxudan, məcburiyyət hissiylə göstərilirdi. Çünki onlar hörmətə laiq yox, hörməti tələb edən insanlardır. Lakin saf, təmiz, vicdanlı insanlar nə qədərdə ağıllı olsa yenədə onlara göstərilən hörmət dağ ayılarındaki qədər deyildi. Həyatının bir çox hissəsində əzilirlər, və layiq olmadığı münasibətə məruz qalırlar. Təbii ki bu dediklərim çoxluqla baş verən şeylərdir, hər zaman belə olduğunu düşünmürəm. Və ya insanlar öz sevdiyi tərzdə geyinməyə çəkinirlər. İnsanlar mənə hörmət qoysun düşüncəsi ilə geyim tərzlərini dəyişirlər. Hərəkətlərini davranışlarını süniləşdirirlər. İnsan olduğuma nifrət edirəm bəzən, və üzülürəm
5 notes · View notes
Note
Açığını desək,öz sevdiyimi artığ sevdiyimi düşünmürəm çünki sevilməyə dəyməz.Məni sevən isə həqiqətən səmimidir amma bilmirəm onu bədbəxt edərəm deyə qorxuram
Sevilməyə dəyməzsə, onu unut getsin. Daha yaxından tanımaq üçün danışa bilərsiniz. Uyğun olmasanız, o özü də görəcək onsuz, sağollaşın😶‍🌫️
5 notes · View notes
sanctasu · 1 year
Text
Hərdən bütün bu halımla üzbəüz oturub dərdləşirəm. Axı, nədən bu vəziyyətdəyəm deyə. Kənardan özümü oyuncağını itirmiş uşaq qədər hiss etsəm belə, heç mənim oyuncağım belə yox idi. Bəzən bu platformada yazılanları oxuduqda insanların bir çoxun anlamaq olur amma mənim yazılanlarımı bir tək özüm daha yaxşı anlaya bilirəm. Sizləri empatiya hissindən məhrum etdiyimi sanmayın. Sadəcə bu yazdıqlarımdan özüm daha çox müsbət aldığımı bir mən bilirəm. Hə, harda qalmışdıq. İtirməkdə. İtirməkdə nə itirmək. Bir obraz düşünün hər şeyə sahib olan. 10/10’luq biri deyildə normal, sadə, biri. Hansı ki, bir gün onu bu sadəlikdən qurtulmağı təklif edirsən, fəqət birdə bu həyatına qayıtmamaq şərti ilə. O isə rahat vəziyyətdə əyləşib sənin bu təklifinə daha doğru cavab düşünür. Fikirləşir, fikirləşir. Niyə də onun yeni bir həyata, yeni başlanğıclara bir açar yolu olubda bu sadə abu-havadan çıxması üçün bir şans olmasın. Razılıq verir. Və bu ismi olmayan obrazımızı bir başqa ölkəyə yerləşdirirlər. O orada öz rahatlığını tapmaq üçün heç zaman görmədiyi, ayaq basmadığı yerləri kəşf etməyə çıxır. Gəzir, gəzir olduqdan daha artıq zövq alır. Fəqət bir gün yorulur, dincəlmək üçün skamyaya əyləşir və bu skamya onu əvvəlki sadə, hüzurlu həyatından bir epizoda bənzədir. Keçirdiyi ömür yolunu, xatirələrini gözündə canlandırır və birdə o keçirdiyi rahat firəvanlığa qayıtmamaq onu qorxudur. Artıq bu qorxudan keçib, mən deyərdim o sadəcə itirib. Bir məsələnin hansı həddə gəlib çıxacağını daha artığını düşünmədən hüzurluğunu, gerçəkləşəcəyi arzularının planını cızmadan qərar verib. Adama deyərlər get dərsini oxuda sənə bu itirmək duyğusunu burada bəhs etməyə nə vadar edir. Boş ver keçib getsində. Bu arada mən bu obrazımı özümə bənzətdiyimi bir o qədər düşünmürəm. Onun müəyyən çərçivədə qzandıqlarının itirdiyi var, mən isə heç qazanmadan itirənlərdənəm.
28 notes · View notes
minavenera · 5 months
Text
Art of seduction mənə özümü daha yaxşı tanımaqda köməyi olan kitablardandır. Elə bugün rəfiqəmlə məni ən çox etkiləyən kitabları müzakirə edirdik və "başdan çıxarma sənəti" onlardan biridir. Kitabda başdan çıxarma stilləri,tipləmələri verilib maddə maddə. İlk maddəsi "Siren" idi yəni su pərisi. Su pərisi mənə çox yaxın gəlmişdi. Bilincsiz olaraq su pərisi kimi davranırmışam. Su pəriləri fantaziya yaradırlar. Reallıqda var olmayan bir dünya yaradmağa çalışırlar və çox seksual enerjiləri var. Seksi teatra çevirənlər,oyun quranlar,özəl məkan seçimləri,kostyumlardan istifadə edənlər əksəriyyəti su pəriləridi. İstər istəməz kişilər onlara çəkilir. Hətta kitabda bədən formamız,tipimiz təsvir olunmuşdu. Daha çox ağ,qıvrımlı,nə kök nə çox arıq bədənləri olur. Əsas məqamları o durki, kişi bu qadına baxanda tutabilmir ki, bu safdır yoxsa yox. Həm çox saf,pure görsənirlər həm də çox şəhvətli,seksual görsənirlər. Eyni zamanda çox incinmiş uşaq vibe ı verirlər elə ona görə də kişilər qorxur bu qadını incitməyə.
Bir digər başdan çıxarma tipi isə, "züppə" idi. Züppələrə misal Lou andreas Salome veriləbilər. Kişinin ən yaxın dostu,yoldaşı. Zəkasıyla heyran qoyur çox vaxt kişiləri özünə. Onlarnan rəqabətdədir,əsla aşağıda dayanmır ona görə onu əldə edəbilmirlər. Kişilərin bəyənisini zəkasıyla,anlayışıyla alır.
Kitabı tam oxuyub bitirəndən sonra gördüm ki, mən iki tipləməni də qatışdırırmışam. İkisinidə birdən istifadə edirəm. Amma bu instinktimdən gələn bir şeydi bilərək etməmişəm. Sonra da düşündüm ki " mən necə kişiləri özümə çəkmək istəyirəm?" və bəlirlədiyim tip kişilər "züppə" yə çəkilmir. Daha çox dişil enerjili zəyif kişilər züppə qadını sevir bu zəka eşqiylə yanıb tutuşan kişilər.
Amma adətən hamısı Su pərisini sevir. Marlyn monroe,kleopatra, sofia loren hamısı su pərisinə misaldır.
Bu o demək deyil ki, özün olduğun kimi olmağı buraxıb bu deyilən arxetipləri mənimsəməlisən. Bu sadəcə özünə ən yaxını seçib inkişaf etdirmək üçün verilib. Və bu o demək deyil ki hər su pərisi birdir. Marlyn də su pərisidir amma evli kişi üçün özünü öldürüb. Cleopatra narsist su pərisi olub ki, o sadəcə teatr,oyun yaradıb Romanı dağıdmaq üçün. Bunu da bir başa hökümdarların, mark anthonyni yarattığı qeyri real dünyaya fikrini yayındırmağla başlayıb. Cleopatranın ömrü həyatında bir kişini sevdiyini düşünmürəm onsuzda hökümdar qadınların əksəriyyəti narsist,hissiyatsız qadınlardı. Heç bir qadın sevdiyi kişiyə %100 taktikayla yanaşabilmir. Ancaq özündə,instinktində nə varsa onu göstərəbilir. Cleopatranın anadan gəlmə su pərisi olduğunu düşünmürəm sonradan inkişaf etdirib.
(Cleopatra mövzusunu açacam ikinci postda)
Gələk şəxsi müşahidəmə. Züppə tərəfimi bir kənara qoysam o mən olmayacam deməli mənim həyatıma çəkəcəyim kişilər mütləq ki zəkaya diqqət yetirən kişilər olacaq. İkincisi isə, su pərisinin rahat seksuallığı məndə istəsəmdə olabilməz çünkü mən Azərbaycanlıyam və burada qadına seks həyatı evliliktən sonra bəxş edilir 😃 Kişilərə gedib çatan isə seksuallığımın iyisidi, onlar nəcürsə yenə də hiss edirlər bu ehtiraslı enerjini. Pirana qan iyisinə gələn kimi) hətta marlyn i evli kişiyə görə özünü öldürməsinə görə qınayıram biraz. Yəni su pəriləri çox fərqlilik göstərəbilir.
Bu arada bu o demək deyil ki kişilərdə seductor olabilməz. Kişilərdə bu arxetiplərdən mənimsədikləri var amma su pərisi əksəriyyəti qadına aiddir. Züppə kişisi çoxdur məsələn. Və bu o demək də deyilki, kişi bu arxetipləri biləndə bu oyunlara gəlməyəcək. Yenə gələcək. Yenə qapılacaq su pərisinin büyüsünə,səsinə,gözəlliyinə və bundan xoşbəxtdə olacaq. Çünkü bir su pərisi tərəfindən sevilmək bütün fantaziyalarının reallaşması deməkdir.)
4 notes · View notes