Tumgik
#dekabr
alonehappygirl · 6 months
Text
Metrodan çıxanda sevgililərin söhbətinə şahid oldum. Qız dedi ki heç dekabr havası deyil.Oğlanda təstiqlədi onu. İstədim deyəm ki, onsuzda dekabrda deyilik amma tutdum özümü
21 notes · View notes
dadaszdkh · 7 months
Text
Qış fəslinin ilk ayı 2023 ci ilin son ayı Dekabr xoş gəldin!
37 notes · View notes
lyaamss · 6 months
Text
reski ağlıma bir şey gəldi, yanvarla dekabr bir birine çox yaxındı ama bir o qeder de uzaq ,eyni bizim kimi
17 notes · View notes
cavadovahzeyneb · 2 months
Text
Kaşki il olsa 31 dekabr 2019...
13 notes · View notes
manamoora · 1 year
Text
Octa 8, Nova 9, Deka 10 demək idi.Romalılar zəbt etdiyi torpaqları buz bağlayan vaxtlarda ölçüb-biçib vergi yığırdılar deyə bu ayı son ay kimi hesablıyırdılar. Həqiqət isə başqa idi. Dekabr 10-cu ay idisə bəs Yeni il dediyimiz ay hara düşürdü? Marta. Yaz məhz martda daxil olurdu. Hərşey martda yenidən dirçəlirdi. Novruz bayramı bizə qalan nadir miraslardan biri imiş, hələ də qeyd edirik. Dekabr dediyimiz ayda əslində qeyri-adi heçnə yox idi. İliniz mübarək.
69 notes · View notes
naf1la · 6 months
Note
Nafilə salam, necəsən? Anonimin gəldi. Bu gün 31 dekabr 2023 saat 23:59, sənə mesajım var: Nafilə, bəlkə 2024ə birlikdə keçək?
Və mən ciddiyəm:)
Salam anonimm. Heyf mesajı vaxtında görmədim( saat:03:05. Artıq ayrı ayrı girmiş sayılırıq. Gələn ilə qalsın) Zarafat bir qırağa belə mesajı açıq şəkildə yazırlar
9 notes · View notes
eminjbrylv · 10 months
Text
Tumblr media
On ilə yaxındır gülürəm bu tvitə. 17-25 dekabr skandalı vaxtı çıxmışdı qarşıma .d
10 notes · View notes
evezysf · 2 years
Text
Dekabr deyəsən 2x da qalıb
27 notes · View notes
gunel-25 · 6 months
Text
32 dekabr 2023.
6 notes · View notes
elcibeyyolu · 8 months
Text
Bu gün Azərbaycan Milli Azadliq Hərəkatinin Fikir Müəlliflərindən olan, Görkəmli Alim, millət Sevdalisi Xüdü Məmmədovun Anım Günüdür 💔🥀😔 Xudu Məmmədov 14 dekabr 1927-ci ildə Ağdamin Mərzili kəndində dünyaya göz açib. Əziz Ruhu qarşisinda baş əyirəm. Nurlar içində uyusun, məkani cənnət olsun Dahimizin🇦🇿✊🥀
Tumblr media
2 notes · View notes
mavibirbulud · 1 year
Text
31 dekabr salat yemək>>> digər 364 gün yemək
18 notes · View notes
starkmrjavad · 1 year
Text
İki cür “millətpərəstlik” var; biri qoçaq, biri də maymaq. O ki, qoçaq millətpərəstdir – gedib bir dükan açır, yainki karxana bina eləyir. Adın qoyur “millət dükanı” yainki “millət fabrikası”, başlayır yavaş-yavaş “millət qarpızı”; “millət papirosu”, “millət bezi” satmağa. Bu “millətpərəst”in mətai də həmişə qeyrilərinkindən bir az baha olur. Bu da məlumdur ki, neçün, ondan ötrü ki, özgələrinin yalxu papiros, qarpız, bez və flan isə, bunun ki, “millət papirosu”, “millət qarpızı”, “millət bezi” və “millət flanı”dır.
O ki, maymaq millətpərəstdir, o da bu qoçaqların sözlərinə inanıb, bir şahılıq qarpızı altı qəpiyə, acı “papirosu” “şirin” əvəzinə, 8 qəpiklik bezi 10 qəpiyə “millət” naminə alıb işlədir.
"Təkamül” № 3, 30 dekabr 1906
Məhəmməd Əmin Rəsulzadə (1884-1955) Azərbaycanlı dövlət və ictimai xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri
8 notes · View notes
laviniaas · 1 year
Text
Universitetə gələndə qayıdıb evə getmək istəmirəm. İşlərimi bitirib, hələ çayı bəhanə edib biraz da bufetdə vaxt keçirirəm. Bəzi şeylərin dəyərini onları itirdikdən, ya da bitirdikdən sonra öyrənirik. Uni vaxtı əlim çox şeyə çatmırdı həm maddi, həm də mənəvi baxımdan. İndi hər şey o vaxtkından çox daha yaxşıdı, ama o mahnıda da dediyi kimi artıq qayğısız deyil günlər. Arada o cinayət oxuduğum, hər səhər zırıldaya-zırıldaya getdiyim günlər üçün darıxıram. Hə bir də altı ilin necə bu qədər tez keçdiyinə, həyatımın necə bu qədər dəyişdiyinə inana bilmirəm...
23 dekabr 2022/ BDU bufeti zad eheheh
11 notes · View notes
olan-olub · 2 years
Text
Dekabr gəlsin də uje bu payız çox uzadı
12 notes · View notes
fatimeesedd · 2 years
Text
6 ədəd 20 dəqiqəlik aralarla qurduğum xatırladıcılardan sonra güclüklə gözümü 06:50 də açdım. Nə qədər oyaq kimi görünsəm də çölə çıxdığım zaman xəfif rüzgarın üzümə vurması ilə tam ayıla bilmişdim. Ətrafa sanki bir də dönməyəcəkmiş kimi nəzər yetirdim. Elə bu dəm hiss etdim ki, bizim məhəllə necədə hüzurlu və sakin idi.
Hələ alatoranlıq olan hava dekabr ayına görə olduqca isti lakin sisli idi. Özümü dostoyevskinin əsərlərində kimi hiss etdim. Yol getdikcə maşının şüşələrinə yansıyan işıqlar isə hava işıqlaşdıqca öz dəyərini itirirdi. Demək olar yollarda çox az sayıda maşın və piyada var idi. Sanki şəhər yatmış 2-3 nəfər isə bu şəhərin qeydinə qalmaq üçün gecə boyu oyaq qalmışdılar.
11:50 də olan uçuşa çatdırmaq üçün sərçələrin belə oyanmadığı bu saatda evdən çıxmaq mənə sadəcə daha çox yorğunluğa səbəb olurdu. İçimdən Limana yaxın əvvəlki evimizdə yaşasaq daha artıq yatar atamla daha çox vaxt keçirərdim deyə düşünüb içərlədim. 4 aydır ki, atamla idim və sadəcə gedən zaman onu necə ihmal etdiyimi anlamışdım. Gözündə olan o yorğunluq məni incidir hətta özümü günahkar hiss etdirirdi.
08:12 sularında atışdırmalıqlar üçün aptekin yanında olan mağazaya girdik. 08:18 də isə aptekə çatıb qapıları açması üçün işçimizi gözlədik. Yol çıxacağımdan çox atışdırmadım. Həyəcanlı olduğum üçün yemək məni narahat edir bəzənsə qaytarmama səbəb olurdu. Lakin isti kofe məni özümə gətirmiş və bir az daha ayıltmışdı.
Və budur saat 09:52 biz artıq limandayıq lakin hava şəraiti səbəbi ilə uçuşumuz bir az gecikdiriləcəkmiş. Onsuz həvəslə başladığımız hansı olay tam olaraq istədiyimiz kimi gedirdi ki.
13:32 yenidən limandayıq və bu dəfə də 17:50 üçün uçuşumuz gecikdirildi. Qərara gəldik ki, elə yaxşısı burda oturub gözləməkdir. Bu gözlənişin uzun çəkəcəyini hiss etmiş kimi hər kəs hər kəslə artıq tanış olmuş və öz yol yoldaşını seçmişdi.
21:43 biz hələ də uça bilməmişik və bu gün limanda qalacağımız gözlənilir. Çox dəyərli bir tarix müəllim ilə tanış olmuşuq. Bizə gec saatlara kimi tarixin ən tozlu səhifələrindən mətnlər danışdı. O qədər qayğıkeş və mülayim səs tonu var idi ki, mənə babamı xatırladır və ondan yana daha çox darıxmama səbəb olurdu. Müəllim danışdıqca içimdən tezliklə təyyarənin qalxmasını və babama sarılmağın xəyalını qururdum.
23:50 sularından yazıram, bu gün heç bir uçuş olmadı və biz xarici terminala getməli olduq. Artıq liman bizə öz evimiz kimi hiss etdirir. Keçid məntəqələrinə yaslanıb musiqi dinləyənlər, bardaş qurub yaşlı kəsimin həyat təcrübələrinə qulaq asan cavanlar və onları öz nəvələri kimi çantalarındakı sovqatlarla bəsləyən xalalar. Bu atmosferi heç bir hava limanında görə biləcəyimi sanmırdım. Hamının bir olması və bunu həqiqətən səmimiyyətlə etməsi içdən içə məndə fərəh hissi doğurdu. Ətrafa göz gəzdikcə doğmalıq hissi ilə yanaşı içimdə baş verən heç bir yerə aid olmamam hissini boğmağa çalışdım. Uğurlu olduğum söylənəməz idi amma çabalamağım məni rahatlatdı.
04:21 artıq bizi terminal işçiləri belə tanıyır. Hamısı ilə həmsöhbət olub çox əyləncəli vaxt keçiririk. Mc'da olan balaca kresloları birləşdirib yatmalı olduq. Bizə verilən məlumata görə isə sabah 07:00 da təyyarə qalxmalı idi.
06:34 bizi oyatmasını xahiş etdiyimiz terminal işçisinin narahat səsi ilə gözümüzü açdıq. Mülayim bir tərzdə bir-birimiz üçün xeyirli bir sabah olmasını arzuladıq və toparlanmaq üçün çantamızı yığışdırdıq. Bir az özümüzə gələndən sonra isə hamı ilə sağollaşıb aşağı məlumat almaq üçün düşməyi qərara aldıq.
Təxmin etdiyiniz kimi o saatda da təyyarə qalxmadı və hər kəsin üzündə olan o ümid hissi yavaş-yavaş özünü yorğunluğa verdi. Mənə bir an elə gəldi ki, sanki müharibə dövrüdür və biz öz yurduna gedə bilməyən sakinlərik.
12:57 hər kəs bezib. İki günün verdiyi yorğunluq ilə çoxları artıq oturacaqları belə tərcih etmir, elə zəmində də oturub anonsları gözləyirdi. Dözə bilməyənlər isə çoxdan biletlərini bir sonrakı tarix üçün dəyişib evlərinə getmiş hətta çoxları biletlərini qaytarmış və birdəfəlik tərk etmişdi limanı.
Artıq başım ağrıyırdı və qızdırmam var idi. Özümü çox halsız və ac hiss edirdim. Verilən çox yeməyi normal yeyə bilməmişdim. Çoxsu ya çox az ya da heç bişməmiş idi. Hal-hazırda limanın gözləmə zalında dayanmışıq lakin yenə də bir xəbər yoxdur. Biletimi qaytarmaq və burdan birdəfəlik getmək ümidi ilə atama yığıb məni burdan almasını xahiş etdim.
14:07 evdəyəm artıq. Soyuqlamanın da verdiyi təsirlə səsim tutulmuş və qızdırmam qalxmışdı. İlıq bir duş qəbul edib yatağıma uzanmaq və heç oyanmaq istəmədim. Elə bu fikirlə də məni yuxu aparmış heç duş da ala bilmədən yatıb qalmışdım.
Gözümü açanda isə saat 19:45 idi. Bu gün dünya çempionatı var idi. Uzun bir duş sonrası Argentina və Fransa oyununu böyük həyacanla izlədik. Argentinanın qələbə qazandığı bu oyun olduqca nəfəs kəsici və stressli keçmişdi. Azarkeşlər ağlayır və bu qələbənin sevincini bir-birlərinə sarılaraq göstərirdilər.
03:27 hər kəs yatıb mənsə iki gündür baş verənləri düşünürəm. Yuxu kimi keçən günün ardından yenə əvvəlki halımla dönmüşdüm. Dünən soyuq kresloda yarı oturaq halda yatmağa çalışırdım indi isə öz yatağımda uzanmış tavanı izləyirdim. Mən bu günü keçdim bəs daim bir yerlərdə yaşayan, evsiz qalan, gah yemək tapıb gah da tapmayan kəslər ? İçimə oturan kədər ilə qulaqcıqlarımı taxıb yatmağa çalışdım.
17/10/22 getmək ümidi ilə çıxdığım evə 18/10/22 də bir də getməmək diləyi ilə qayıtdım. Həqiqətən də həyat çox qəribədir. Çıxdığımız yollarda nələr baş verəcək bilmir və o yolun sonu olacaqmış kimi addımlayırıq. Oysa həyat biz planlar qurarkən, o öz ampulasında işlərini görürdü. Nə demişdi atalar : sən saydığını say gör fələk nə sayır..
6 notes · View notes
hayarthun · 10 days
Text
русский
swap_horiz
английский
Исходный текст
clear
A pomnite «Luchshego pozharnogo 2023 goda». Da-da, togo samogo pol'skogo deputata, tushivshego v dekabre proshlogo goda v parlamente Pol'shi khanukal'nyye svechi ? Pol'skoy natsionalist Gzhegozh Braun izbran teper' deputatom Yevroparlamenta. Net natsistskomu sionizmu.
Ещё
255 / 5 000
Результаты перевода
Перевод
And remember the “Best Firefighter of 2023”. Yes, yes, the same Polish deputy who extinguished the Hanukkah candles in the Polish parliament last December? Polish nationalist Grzegorz Braun has now been elected as a member of the European Parliament.
No to Nazi Zionism.
0 notes